Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Kanci
Kanci (yap.: ; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Cia Karanci
Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodeli. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Amerikaya 17 yaşı olanda gəlmişdir. Tezliklə bir çox əlçatmaz fotoqrafların sevimlisinə çevrildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci, hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Giorgio Armani, Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı. Onunla işləyən hər bir insan Cia-nin həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə hər bir şeyə nail ola bilmişdi, yalniz bir şeydən başqa. Onun həmişə diqqətə və sevgiyə ehtiyacı olmuşdu.
Avtomobil kranı
Avtomobil kranı — relssiz və ya relslə hərəkət edən avtomobillərə quraşdırılmış kranlardır. Tikinti işlərində tırtıllı gediş mexanizminə malik olan avtomobillərdə quraşdırılmış kranlardan və kiçik məsafədə yerdəyişmə imkanına malik səyyar kranlardan da istifadə olunur. Hal hazırda avtomobil kranlarının layihələndirilməsində ferma strukturlu və ya teleskop tipli kranlara üstünlük verilir (şəkil 1). Bu kranların yükqaldırma qabiliyyəti maks. 1000t-a çatır. Automobil kranlarında hərəkətli hissə üçün adi avtomobil və ya onlarla oxşar olan quruluşlar tətbiq tapır. Bu kranların üstünlükləri onların qısa zamanda yığıla bilməsidir. Buna görə də, avtomobil kranları dəyişən tapşırıqlar üçün qısa zamanda uyğunlaşdırıla bilir.
Kanci muzeyi
Kanci muzeyi — 5 iyul 2016-cı ildə Yaponiyanın Kioto prefekturasında istifadəyə verilən muzey və kitabxana. Gion rayonu kənarında yerləşən Kanci muzeyi və kitabxanası əsasən ibtidai, orta məktəb şagirdləri və onların ailələrinin maraqlarını qarşılamağa yönəlib. Lakin xarici qonaqlar da diqqət mərkəzindədir. Muzeyin mərkəzində "50.000 Kanci qalası" ucalır. Hündürlüyü 7,8 m olan qüllənin üzərindəki kancilər Morohaşi Tetsuci`nin "Dai kan va citen" lüğətini hərtərəfli əhatə edir. Burada kancilər nə qədər çox işlənməsindən asılı olaraq, müxtəlif ölçü və rənglərdə göstərilib. Ən görürünür yerdə cazibədar rənglərlə yazılanlar Yaponiyada ibtidaidən ali məktəbə qədər dərsliklərdə keçilənlərdir. Muzeyin birinci mərtəbəsində kancinin tarixini öyrənməyə kömək edən monitorlar var. Burada ilk dəfə Çində yaranan tısbağa zirehi üzərində həkk olunan heroqlifləri (fala baxmaq zamanı istifadə olunan) görmək olar (5-ci əsrin əvvəllərində Yaponiya gəlib). Həmçinin, burada muzeyə gələnlər əsrlər ərzində kancilərin necə yazıldığını (quruluşu və yazılma texnikasını) əyani görə və özləri də qum üzərində yaza bilərlər.
Artemio Françi Stadionu
"Artemio Françi" stadionu — İtaliyanın Florensiya şəhərində yerləşir.
Kanci muzeyi və kitabxanası
Kanci muzeyi — 5 iyul 2016-cı ildə Yaponiyanın Kioto prefekturasında istifadəyə verilən muzey və kitabxana. Gion rayonu kənarında yerləşən Kanci muzeyi və kitabxanası əsasən ibtidai, orta məktəb şagirdləri və onların ailələrinin maraqlarını qarşılamağa yönəlib. Lakin xarici qonaqlar da diqqət mərkəzindədir. Muzeyin mərkəzində "50.000 Kanci qalası" ucalır. Hündürlüyü 7,8 m olan qüllənin üzərindəki kancilər Morohaşi Tetsuci`nin "Dai kan va citen" lüğətini hərtərəfli əhatə edir. Burada kancilər nə qədər çox işlənməsindən asılı olaraq, müxtəlif ölçü və rənglərdə göstərilib. Ən görürünür yerdə cazibədar rənglərlə yazılanlar Yaponiyada ibtidaidən ali məktəbə qədər dərsliklərdə keçilənlərdir. Muzeyin birinci mərtəbəsində kancinin tarixini öyrənməyə kömək edən monitorlar var. Burada ilk dəfə Çində yaranan tısbağa zirehi üzərində həkk olunan heroqlifləri (fala baxmaq zamanı istifadə olunan) görmək olar (5-ci əsrin əvvəllərində Yaponiya gəlib). Həmçinin, burada muzeyə gələnlər əsrlər ərzində kancilərin necə yazıldığını (quruluşu və yazılma texnikasını) əyani görə və özləri də qum üzərində yaza bilərlər.
Aranlı
Aranlı — təxəllüs. Bu təxəllüsü olan tanınmışlar Mücahit Ahmet Aranlı — şair. Məqsəd Aranlı — şair. Yaşayış məntəqələri Aranlı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Aranlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Aranlı bələdiyyəsi Aranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Branzi
Branzi (it. Branzi) — İtaliyanın Berqamo əyalətinin Lombardiya bölgəsində yerləşən kommuna. Əhalisi 715 nəfərdir (2016). Əhalinin sıxlığı 30 nəfər/km². Ərazisi 25 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Müqəddəs həvari Bartalmay kommunanın himayədarı hesab edilir. Kommunanın bayramı 25 avqust tarixində keçirilir .
Eranyi
Eranyi (fr. Éragny) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Serji-Süd. Əhalisi — 16.792 nəfər (2002). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimal-qərbində, Serji bələdiyyəsinin 4 km cənubi-şərqində yerləşir.
Franca
Frankeniya (lat. Frankenia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin frankeniyakimilər fəsiləsinə aid bitki cinsi.
Franck
Franck — Qəhvə, çay və müxtəlif atışdırmalar (qəlyanaltılar) istehsal edən Xorvatiya şirkəti. 1883-cü ildə ortaya çıxan alman transmilli şirkəti Heinrich Franck Söhnenin tərkibində 1892-ci ildə qurulur. İkinci Dünya müharibəsindən əvvəl Franck qəhvə əvəzediciləri istehsal edir. Lakin məhsul çeşidi hazırda xeyli genişlənmişdir:çay, qəlyanaltılar, müxtəlif qatqılar, toz şəkər və ədviyyatlar daxildir. Şirkət 1992-ci ildə özəlləşdirilir. 2015-ci ildə Franck Intersnack ilə ortaqlığa girir və Adria Snack Company Ltd adı altında qəlyanaltıların istehsalı və satışı üçün ortaq bir müəssisə qurulur. 2017-ci ildə şirkət 125 illiyini qeyd edir Franck sürətli hazırlıq və müxtəlif ləzzətlərlə xarakterizə olunan bir sıra içkilər (dərhal qəhvə və kapuçino) təklif edir. Bu çeşidə daxildir: kapuçino - Classic, Vanilya, Şokolad, Irish Cream, Coconut və ağ şokolad, Jaffa, Winter az şəkərli və kofeini olmayan, habelə Bananaccino və Jagodaccino - uşaqlar üçün isti içkilər; "klassik", "qızıl" və kafeinsiz versiyalarda dərhal qəhvə. Burada üçü birində və ikisi birində olan qəhvələr, kakao (ikisi birində) və soyuq qəhvə (Ice Coffee) Adria Snack Company Lt 2015-ci ildə əldə edilmiş razılığa əsasən qurulan Franck və Intersnack-in birgə müəssisəsidir. Tərəfdaşlığın məqsədi ləzzətli qəlyanaltılar sahəsində biznesin inkişaf etdirilməsinə yönəlmiş uzunmüddətli birgə strategiyanın həyata keçirilməsidir.
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.
Komançi
Komançi — Amerika Birləşmiş Ştatlarında yaşayan yerli xalqlardan biri. Komançi qəbiləsinin Meksika və Texas arasında yerləşən ərazilərdə, daha güclü olmuşdular. XIX əsrin əvvələrində Komançilərin sayı 25 minə yaxın idi. ABŞ silahlı birliklərinə qarşı aparılan döyüşlərdə, Komançilərdən minlərlə insan həlak olmuşdur. Hal-hazırda ABŞ-də 10 minə yaxın, Komançi yaşayır. Bunlardan 5 mini Oklahoma ştatında yaşayan Komançilər təşkil edir. Komançi adının yaranması haqqında, müxtəlif fikirlər vardır. Bu fikirlərdən birinə əsasən digər bir hindu qəbiləsi olan Utelərin dilində arxaik formada işlənən Komance sözü olmuşdur. İspanlar Şimali Amerikaya gəldikdə, qəbilənin Kohmahts olaraq adlandırmışdılar. Bu söz, sonralar Komançi sözünə uyğunlaşdırılmışdır.
Kurmanci
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar.
Kəraçi
Kəraçi — Pakistanda şəhər.
Kuanqçi
Kuanqçi (vyet. Quảng Trị, ) — Vyetnamın mərkəzi hissəsində, Kuanqçi vilayətində şəhər və liman. Əhalisi 20 min nəfərdən azdır. Şəhərin əsas xüsusiyyəti 1824-cü ildə tikilmiş Kuanqçi qalasıdır. 1950–1970-ci illərdə şəhər Cənubi Vyetnam ərazisində yerləşirdi və eyniadlı vilayətin mərkəzi idi. Vyetnam müharibəsi zamanı üç dəfə döyüş səhnəsinə çevrilmişdir. 1968-ci ilin yanvarında Tet hücumu zamanı kommunist qoşunları ilk dəfə şəhərə basqın etməyə cəhd etmiş, lakin uğursuz olmuşdur. Pasxa hücumu zamanı onlar 1 may 1972-ci ildə Kuanqçini ələ keçirməyi nail olmuş, 16 sentyabrda Cənubi Vyetnam ordusu döyüşlər zamanı böyük ziyan dəymiş şəhərə nəzarəti yenidən bərpa etmişdilər. Şəhər 19 mart 1975-ci ildə Bahar hücumunun zirvəsində Şimali Vyetnam Ordusu tərəfindən birdəfəlik ələ keçirilmişdir. Куанг-Три // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
France
Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Firəngistan — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır. Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar. Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.
Dino Qrandi
Dino Qrandi ingiliscə oxunuş: "Dino Grandi " (4 iyun 1895 – 21 may 1988, Boloniya, İtaliya), 1-ci Konte di Mordano, İtalyan faşist siyasətçisi, ədliyyə naziri, xarici işlər naziri və parlamentin prezidenti idi. Hüquqşünas kimi təhsil alan Qrandi Birinci Dünya Müharibəsində (1914-18) vuruşdu, bundan sonra faşist eskadristilərinə (kənddə terror törədən silahlı dəstələrə) qoşuldu. Faşistlərin milli konqresində (7 noyabr 1921) Qrandi Benito Mussoliniyə uduzaraq, liderlik üçün uğursuz bir təklif etdi. Qrandi Mussolinini hökumətin başçısı təyin edən Romaya yürüşdə iştirak etdi (1922-ci il oktyabr). 1924-cü ildə daxili işlər nazirinin müavini təyin edildi, 1929-cu ilin sentyabrında isə xarici işlər nazirliyinin rəisi oldu. Böyük Britaniyada səfir təyin edildi (iyul 1932) və İtaliyaya ədliyyə naziri və Fasces və Korporasiyalar Palatasının prezidenti olmaq üçün geri çağırılmadan əvvəl İngiltərə-İtaliya müqaviləsi (1938) bağladı. O, İtaliyanın İkinci Dünya Müharibəsində iştirakına qarşı idi. Qrandi 1943-cü ilin fevralında Nazirlər Kabinetində əvəz olundu, lakin Faşizm Böyük Şurasının sədri olaraq qaldı. Məhz 1943-cü il iyulun 24-dən 25-nə keçən gecə bu qurumun iclasında Qrandi Mussoliniyə hücum etdi və ona etimadsızlıq təklifi irəli sürdü; Şuranın bu qətnaməni qəbul etməsi Mussolinini faktiki olaraq devirdi. Tezliklə Qrandi Lissabona qaçdı və 1944-cü ildə Veronadakı faşist tribunalı tərəfindən qiyabi ölümə məhkum edildi.
France 24
France 24 — 2006-ci ildə yaranan Fransa beynəlxalq xəbərlər telekanalı.
France Football
"France Football" (fr. France Football) — Fransada həftənin 2 və 5-ci günləri işıq üçü görən futbol jurnalı. Jurnal "Qızıl top" mükafatının təsisçisidir. Mükafat "France Football" jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis olunmuşdur. Məhz Q.Ano ilk dəfə 1956-cı ildə öz həmkarlarını Avropada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermədə iştirak etməyə dəvət etmişdir. İlk qalib "Blekpul" komandasında çıxış edən Stenli Metyuz olmuşdur..
Francis Lai
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], VIII arondisman (Paris), Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Fransa Frankı
Fransa frankı (Fransızca: franc français) Fransada işlədilən qədim pul vahididir. Fransa frankı ₣ və ya F hərifi ilə işarə edilir. 2002-ci ildə Fransa pul vahidinin avroya dəyişməsilə istifadəsi dayandırılmışdır. Fransa ilə yanaşı Andorra, Monako və Fransız Polinezyasında da istifadə olunub. Fransız frankı dünyada rezerv pul olaraq işlədilirdi. ABŞ dolları, Alman markı, İngilis sterlinqi və Yapon Yeninindən sonra 5-ci yeri tuturdu.