Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yan Oblak
Yan Oblak (7 yanvar 1993[…]) — "Atletiko Madrid"in və Sloveniya milli futbol komandasının qapıçısı. Yan Oblak 23 yanvar 1993-cü ildə Sloveniyada doğulub. "Atletiko Madrid"də 13 nömrə ilə çıxış edir. Bu klubda Ümümilkdə 79 matça çıxıb.
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Boyaka
Boyaka(isp. Boyacá) — Kolumbiya departamentlərindən biri, ölkənin mərkəzində yerləşir. İnzibati mərkəzi - Tunxa şəhəridir. == Tarixi == 1819-cu ildə indiki departamentin ərazisində, İspaniyanın müstəqilliyi uğrunda, Boyaka çayı yaxınlığında həlledici döyüş baş verdi. Həmin hadisələr nəticəsində Boyaka departamenti qeyri-rəsmi olaraq "Azadlıq torpağı" adlanır. Departamentin ərazisində El Infiernito kimi tanınan, Monkira arxeoloji parkı, tam anlamıyla "kiçik cəhənnəm" və ölkənin ən böyük gölü Tota yerləşir.
Oaxaka
Oaxaka — Meksikanda ştat. Mərkəzi Oaxaca de Juárez şəhəridir.
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.
Abaka
Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir. İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər. == Sinonimləri == Musa abaca Perr. nom.
Obşak
Obşak (rus. Общак), oğru kassası və ya qazan — kriminal jarqonda kriminal cəmiyyət arasında qarşılıqlı yardım fondu. "Obşak"ın iki növü var – azadlıqdan məhrumetmə yerlərində və azadlıqdan məhrumetmə yerlərindən kənarda. Oğruların qanunlarına görə, "obşak"a töhfələr könüllü olmalıdır, baxmayaraq ki, praktikada bu tələb həmişə yerinə yetirilmir. "Obşak" cinayətkarların ("qanuni oğru" və ya "vəziyyətə baxan") etibarından istifadə edən nüfuzlu cinayətkar liderin nəzarəti altındadır. Ümumi fondun toplanması, saxlanması və istifadəsi qaydalarının pozulması ciddi şəkildə cəzalandırılır. "Obşak"ların formalaşması XX əsrin əvvəllərindən əvvəl başlamışdır. Azadlıqdan məhrumetmə müəssisələrində pul, yemək, siqaret, çay və əşyalardan ibarətdir. Regional "obşak"lar pul köçürmələri və vəsaitləri hesabına doldurulur. "Obşak"ın vəsaitləri administrasiyaya rüşvət vermək və çətin vəziyyətdə olan məhbuslara və ya onların ailələrinə dəstək vermək üçün istifadə olunur.
Obaku
Obaku sektası (黄檗宗, Obaku-şu) – Yaponiyada Rinzay və Soto sektalarından sonra ən böyük üçüncü Zen buddizmi sektası. XVII əsrin ortalarından Çindən miqrasiya etmiş rahiblər tərəfindən qurulduqdan 50 il sonra populyarlığının pik həddinə çatmış, ondan sonra təsiri zəifləmişdir. 1644-cü ildə Min sülaləsi mancurların işğalına məruz qaldıqdan sonra rahib İtsunen Şoyu Yaponiyaya miqrasiya etmişdir. O, həmin dövrdə Yaponiyada əcnəbilərin daxil olmasına icazə verilən yeganə yer olan, Çin tacirlərinin bir neçə Çin məbədinin hamisi olduğu Naqasakidə məskunlaşmışdır. O, üç dəfə Zen sektasının lideri İnqen Ryukini Yaponiyaya dəvət etmişdir. Nəhayət 1654-cü ildə İnqen Ryuki 20 rahib və 10 sənətkarla Yaponiyaya gəlmişdir. Şoqun Tokuqava İetsuna ilə görüşəndən sonra İnqenə Kioto yaxınlığında yerləşən Uci dağında böyük məbəd kompleksi tikməyə icazə verilmişdir. İnqen Futszyanda tərk etdiyi dağ və məbədin şərəfinə dağa Obaku, məbədə isə Manpuku məbədi adını vermişdir. Min buddizmi ilə oxşarlıq təşkil edən Obaku buddizmi Təmiz torpağın buddizmi və Zen praktikasının ezoterik sektalarının elementlərini özündə birləşdirir. Obaku sektasında nembutsu praktikası (Buddanın adını dayanmadan demək) geniş yayılmışdır.
Balaka (mahal)
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Balaka dairəsi
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Blaşka Qurjibekov
Blaşka Qurjibekov (oset. Гурдзибети Майрӕнсауи фурт Бласка; 1 (13) mart 1868, Novoosetinskaya[d], Rusiya imperiyası – 18 iyun (1 iyul) 1905, Mancuriya) — Osetin dilinin Digor ləhcəsində şeirlər yazan şair. İlk digor şairi və Digor ədəbiyyatının qurucusu. == Bioqrafiya == 1868-ci il martın 1-də Mozdok dairəsi Novoosetinskaya kəndində, zabit kazak Mayransau (İvan) Qurjibekovun ailəsində anadan olmuşdur. Atası 1875-ci ildə o, 7 yaşında olarkək vəfat edir. Onun tərbiyəsi ilə anası məşğul olur. 1878-ci ildən Pavlodolsk ibtidai məktəbində oxuur, sonra Stavropol gimnaziyasına daxil olur. Ailənin çətin maddi vəziyyəti səbəbindən gimnaziyadakı təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. 1886-cı ildə, 18 yaşında Qızılyar-Qrebenski alayında hərbi xidmətə başlayır. Adi bir kazak kimi xidmət edir.
Yan Salaka
Lankasterli Blanka
Lankasterli Blanş (ing. Blanche of Lancaster; 25 mart 1342 – 12 sentyabr 1368) — Plantagenetlər sülaləsinin üzvü, İngiltərə krallığının ən varlı və ən güclü zadəganlarından 1-ci Lankaster hersoqu Qrosmontlu Henrinin qızı. O, III Eduardın oğlu Gentli Conun ilk xanımı, İngiltərə kralı IV Henrinin anasıdır. == Mənbə == Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 74–76. Mortimer, Ian (2008). The Perfect King The Life of Edward III, Father of the English Nation.
Küçeyi
Küçeyi (əvvəlki adı: Küçay) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Quba rayonunun Talabıqışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Küçay kəndi Küçeyi kəndi adlandırılmışdır. == Toponimikası == Tədqiqatçılara görə, kəndin əsl adı Küçeye-qışlaq olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə həmin rayonun Talabı kəndinə məxsus qışlaq yerində yaranmışdır. Oykonim tat dilindəki küçeye (balaca) və qışlaq sözlərindən ibarət olub, "balaca, kiçik qışlaq"mənasındadır. Əslində, oykonim hələ XIII əsrdə Rəşidəddinin "Cami-ət təvarix" əsərində qələmə aldığı türkdilli küçayların adı ilə bağlı olub, etnotoponimdir. 1933-cü ildə Xızı rayonu ərazisində də Küçeyri adlı yaşayış məntəqəsi qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1022 nəfər əhali yaşayır.
Federiko Obama
Federiko Obama Ondo (4 fevral 2000-ci ildə anadan olub) — Fede kimi də tanınan, La Liqa təmsilçilərindən olan Atletiko Madrid klubunun akademiyasında müdafiəçi kimi çıxış edən peşəkar Ekvatorial Qvineya futbolçusudur. == Peşəkar karyerası == Obama gənc yaşlarında Ekvatorial Qvineyaı tərk edərək İspaniyaya köçmüş və Torrexon bölgəsində yaşamışdır. Fede 2008-ci ildə Atletiko Madrid klubunun akademiyasına qəbul olunmuşdur. == Milli karyerası == Obama Ekvatorial Qvineya milli futbol komandasına ilk dəfə 2017-ci ilin avqust ayında 17 yaşı olarkən çağırılmışdır. O, milli komanda ilə debütünü 3 sentyabr 2017-ci ildə Benin millisinə qarşı yoldaşlıq oyununda etmişdir. Həmin görüşdə Ekvatorial Qvineya rəqibinə 2-1 hesbaı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Obamanın əkiz qardaşı Salomon Obama Atletiko Madrid klubunun akademiyasında çıxış edir və İspaniyanın gənclər millisinin üzvüdür.
Luçian Blaqa
Luçian Blaqa (9.5.1895, Transilvaniya, Lankrem – 6. 5.1961, Kluj) — rumın filosofu, şair, tərcüməçi. == Fəaliyyəti == 1914–17-ci illərdə Sibiu şəhərində İlahiyyat İnstitutunda təhsil almışdır. 1926–39-cu illərdə diplomatik xidmətdə çalışmış, 1939–48-ci illərdə Kluj Universitetinin professoru olmuşdur. Fəlsəfi əsərlərin [“Mədəniyyət trilogiyası” (“Trilogia culturii”, 1936–37) və s.] və poetik topluların [“İşıq poemaları” (Poemele luminii”, 1919), “Peyğəmbərin addımları” (“Paşii profetului”, 1921), “Böyük keçid” (“İn marea trecere, 1924) və s.] müəllifidir. Qnoseoloji problematika ilə zəngin Blaqa lirikasının mərkəzi mövzularından biri sivilizasiya ilə təbiət arasındakı uçurumdur. Blaqanın milli mifoloji motivlərə əsaslanan dramaturgiyasında alman ekspressionizminin təsiri duyulur.
Mişel Obama
Mişel Lavon Robinson Obama (ing. Michelle LaVaughn Robinson Obama; 17 yanvar 1964[…], Çikaqo, İllinoys) — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı, vəkil. Mişel Obamanın qohumu Cənubi Karolinadan olan mülkədarın vəsiyyətnaməsində "zənci qızı Melvina" kimi göstərilib. Mülkədarın ölümündən sonra Melvina Corciya ştatına aparılıb və 15 yaşı olarkən 40 yaşlı ağ kişidən oğlu doğulub. Dolfus Şilds adlandırılan bu uşaq Mişel Obamanın ulu babası olub. 1870-ci ildə aparılan qeydiyyatda Dolfus Şilds və Melvinanın daha 3 uşağı "mulat" kimi qeyd ediliblər. Şilds quldarlıq ləğv ediləndən sonra Alabama ştatına köçüb və uğurlu dülgər olub. 1900-cü ildə onun öz evi olub, 11 il sonra isə şirkət yaradıb. Dolfus Şilds 1950-ci ildə vəfat edib. Onun anası Melvina Şilds isə 1938-ci ildə ölüb.
Naomi Osaka
Naomi Osaka (16 oktyabr 1997, Tyuo-ku[d]) — idmançı. Naomi Osaka 16 oktyabr 1997-ci ildə Yaponiyanın Osaka şəhərində anadan olub. https://az.gov-civil-portalegre.pt/naomi-osaka-net-worth.
Olama ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Osaka Universiteti
Osaka Universiteti (yap. 大阪大学 - Osaka Daigaku, ing. Osaka University, qısaca 阪大 (Handai)) — Yaponiyanın Honsyu adasının Osaka şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Universitet fundamental elmlər, texnika və tibb sahələrinin yüksək səviyyədə öyrənilməsinə görə dünyada tanınır. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın altıncı ən qədim universitetidir. Osaka Universiteti 1931-ci ildə yaradılsa da, onun tarixi kökləri Yaponiyanın Edo dövrünə təsadüf edir. Belə ki, hələ 1724-cü ildə Osaka şəhərində tacirlər üçün Kaitokudo məktəbi - "qakumonjo" ("oxumaq üçün yer") açılır. Məktəbin verdiyi mükəmməl təhsil həmin dövrün sakinlərinin qürur mənbəyi olur. Daha sonra həkim və alim Oqata Koan burada Tekijuku məktəbi, Omura Masujiro Yaponiyanın ilk hərbi məktəbini yaradır. Edo dövründə Yaponiyada öyrədilən yeganə xarici dil Hollandiya dili olur.
Osaka prefekturası
Osaka prefekturası (yap. 大阪府 Ōsaka fu) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Osaka qəsri
Osaka qəsri (大坂城, Osaka-co) – Yaponiyanın Osaka şəhərinin Çuo rayonunda yerləşən qəsr. Yaponiyanın tanınmış tarixi abidələrindən biridir və XVI əsrdə Yaponiyanın birləşdirilməsi zamanı vacib rol oynamışdır. Qəsrin tikintisinə 1583-cü ildə Toyotomi Hideyoşi tərəfindən bir məbəd ərazisində başladılmışdır. Qəsrin planı üçün Oda Nobunaqanın qərargahı olan Azuçi qəsrinin modeli əsas götürülmüşdür. Hideyoşi Nobunaqanın qəsrini yamsılamaq istəmişdi, lakin qəsrinə yeni xüsusiyyətlər əlavə etmişdi: beşmərtəbəli tenşu, 3 yeraltı mərtəbə, ziyarətçiləri təsirləndirmək üçün qülləyə tətbiq olunmuş qızıl vərəqlər. 1585-ci ildə daxili donjon tamamlanmışdır. Hideyoşi qəsrini böyütməyə davam etmiş və hücum edənlər üçün alınmaz qəsrə çevirmişdir. Qəsr 1597-ci ildə tamamlansa da, növbəti il Hideyoşi ölmüş və qəsr oğlu Toyotomi Hideyoriyə keçmişdir. 1600-cü ildə Tokuqava İeyasu Sekiqahara döyüşündə qalib gələrək öz şoqunluğunu qurmuşdur. 1614-cü ildə isə Hideyoriyə hücum edərək Osaka mühasirəsini başlatmışdır.
Osaka qətliamı
Osaka qətliamı — 8 iyun 2001-ci ildə Osaka Normal Universitetinə bağlı elit məktəb olan İkeda İbtidai məktəbində baş verdi. Cinayəti keçmiş məktəb qapıçısı, otuz yeddi yaşlı Mamoru Takuma törədib. 2001-ci il iyunun 8-də səhər saat 10:15-də bıçaqla silahlanmış Takuma məktəbdə məktəblilərə və müəllimlərə hücum edib. Hücum nəticəsində əksəriyyəti 7–8 yaş arasında olan 8 uşaq həlak olub; daha 13 məktəbli və 2 müəllim yaralanıb. Cinayətkarda sərhəd, dissosial və paranoid şəxsiyyət pozuntuları diaqnozu qoyulub. Daha sonra o, mühakimə olundu və asılaraq ölüm cəzasına məhkum edildi. 2004-cü il sentyabrın 14-də hökm icra olundu. Qurbanların əksəriyyətinin uşaqlar olması, cinayətin məktəbdə törədilməsi, cinayəti törədəndə bir sıra psixi pozuntuların olması Osakadakı qətliam geniş rezonans doğurmuşdur. Bu amillər diqqəti cinayətkarların və qurbanların hüquqları, təhsil müəssisələrinin təhlükəsizliyi və psixi xəstəliyi olan şəxslərlə bağlı hökumət siyasəti kimi məsələlərə yönəltdi. Sonradan məktəbə mühafizəçinin işə götürüləcəyi açıqlandı.
Takumi Obara
Takumi Obara (9 fevral 1967, Tottori) — Yaponiyanı təmsil edən triatlonçu. Takumi Obara Yaponiyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Olimpiadanı 21-ci pillədə başa vurdu.
Kuniyoşi Obara
Kuniyoşi Obara (小原 國芳, Obara Kuniyoşi, 8 aprel 1887[…], Kuşi[d] – 13 dekabr 1977) – Yaponiya pedaqoqu, təhsil reformisti və nəşrçisi. Zencin təhsil nəzəriyyəsinin əsasını qoymuş, Yaponiyada Yeni təhsil hərəkatının liderlərindən biri olmuşdur. 1929-cu ildə Tamaqava Qakuenin qurucu üzvü olmuş və 1932–1934-cü illərdə Yaponiyada uşaqlar üçün ilk ensiklopediyanı tərtib etmişdir. == İlk illəri == Kuniyoşi Obara 8 aprel 1887-ci ildə Kaqoşima prefekturasının Kuşi kəndində doğulmuşdur. Ailəsi samuray nəslinə mənsub idi. Kuniyoşinin babası Terakoyada pedaqoq kimi işləmiş, rəssamlıq, xəttatlıq və musiqi sahələri üzrə usta olmuşdur. Obara uşaq olanda valideynləri ölmüş və Acisaka ailəsi tərəfindən övladlığa götürülmüşdür. == Fəaliyyəti == === Pedaqoji === Yeniyetmə olanda Kaqoşima Sualtı Teleqraf Mərkəzində teleqraf operatoru kimi işləmişdir. Əvvəlcə Kaqoşima Normal Məktəbində, daha sonra Hiroşima Ali Normal Məktəbində təhsil almışdır. Kaqoşima Normal Məktəbində təhsil alarkən amerikalı pedaqoq Leroy Lansinq Ceyns ilə tanış olmuşdur.