Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alvan
Alvan və ya Buquz/Buğuz — Xocavənd rayonunun Avdur kəndi ərazisində qala adı. Başqa adı olan Buquz / Buğuz XIX əsrdə Gürcüstanda (indi Kaxeti mxaresinin Axmeta munisipalitetində) Alvani-Samebo və Albani Kvemo, Batum əyalətinin Artvin dairəsində Alvanqala, Alvanikam, Alazan çayının aşağı axarında Alvan düzü və s. adlarla mənşəcə eynidir. XI–XII əsr rus mənbələrində Alban ölkəsinin adı Alvanya kimidir. Gürcüstanda Kvemo Alvani və Zemo Alvani (Axmeta rayonu) kənd adları ilə mənşəçə eynidir. 1006-cı ilə aid mənbədə Zəngəzurda Alvançay (ermənicə yazılışda Ağuanget) adı (Həkəriçayın qədim adı) da bu sıraya aiddir.
Alvar
Toponimlər
Amvaj
Amvaj adaları (ərəb. جزر أمواج‎) — Hind okeanına daxil olan Fars körfəzində yerləşən suni adalardan ibarət olan arxipelaq. İnzibati cəhətdən Bəhreynin Muharrak muhafazasına daxildir. == Coğrafiyası == Amvaj adaları Muharrak adasından şimal-şərdə qərarlaşır. Arxipelaq Muharrak adası ilə uzunluğu bir kilometrə çatan iki avtomobil yolu ilə birləşir. Arxipelaq oval formaya malikdir. Onun uzunluğu 2,4 km. , eni isə 2,1 km təşkil edir. Sahəsi 2,79 km²-dir. 2010-cu ilə olan məlumata görə arxipelaqda 10000 insan yaşayır.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Avan
Avan (Ermənistan)
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu. Jujan xaqanlığı — Şimali Çin çöllərində türk dövləti.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Blaj
Blaj (albom)
Elva
Elva (est. Elva) — Estonianın cənubi-şərqində şəhər, Tartumaa bölgəsinin inzibati mərkəzi. Emayıgi çayına tökülən Elva çayında yerləşir. Şəhərdə iki göl var: Verevi və Arbi. Həmçinin şəhər yaxınlığında Viysyaagu gölü də mövcuddur.
Evax
Filago (lat. Filago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Evoj
Evoj (fr. Évosges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01155. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 85 yaş arasında (15-64 yaş arasında) 71 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 83,5%, 1999-cu ildə 70,7%). 71 aktiv sakindən 63 nəfər (32 kişi və 31 qadın), 8 nəfər işsiz (4 kişi və 4 qadın) işlədi. Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 7 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Klivaj
Klivaj (ing. cleavage–parçalanma), Sedgwick, 1835 - süxurların kip paralel səthlər üzrə lövhəcik və prizma şəklində parçalanma xüsusiyyəti. Bu səthlər laylanmanı kəsir, ya da ona uyğun olur. Klivaj uzunsov mineralların bir-birinə nisbətən paralel səmtlənməsi və ya səmtlənmədən asılı olmayan paralel çatlar şəbəkəsinin hesabına əmələ gəlir və bir çox hallarda süxurların həqiqi təbəqəliliyini (laylanmanı) pərdələyir. Şarp (Sharpe, 1849) şistləşməni klivaj bir növü kimi qəbul edir və onu süxur hissəciklərinin sıxılma qüvvələrinə perpendikulyar istiqamətdə kipləşməsi ilə əlaqələndirir. Klivaj üçün müxtəlif təsnifatlar irəli sürülmüşdür (Foumarier, 1937; Belousov,1947 və b.). Hazırda axın klivaj, tektonik klivaj, qopma klivaj və başqa növlər məlumdur. Böyük Qafqazın cənub yamacında klivaj yura və təbaşirin filiş çöküntülərində geniş inkişaf etmişdir. == Həmçinin bax == Süxurlar Mineral Böyük Qafqaz Yura dövrü Təbaşir dövrü == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kvas
Kvas (ukr. , belar. , mak. və serb-xorv. квас; lang-sk|kysel', kyselica, parovec}}, pol. kwas, kisiel, żur, lit. gira, latış. kvass‎, est. kali) — turş ənənəvi slavyan içkisi. == Kvasın növləri == === Çörək kvası === ==== Tərkibi ==== Çörək – 0.5 kq, su – 5 ml, kişmiş – 1 x.
Lava
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava) — vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır. Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) süxurlar əmələ gətirir.
Laval
Laval (Mayen)
Lavaş
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan və İranda geniş şəkildə yeyilir. == Sözün mənşəyi == Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.
Levan
Levan (Kartli)
İvan
İvan — slavyan kişi adı. İvan Turgenev — Rusiya yazıçısı. İvan Poddubnı — kazak əsilli SSRİ pəhləvanı. İvan Ayvazovski — erməni əsilli Rusiya rəssamı. İvan Kramskoy — Rusiya rəssamı. İvan Qabışev — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Fioletov — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Nokolayşvili — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Malıqin — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Mazepa — Zaporojya ordusunun getmanı.
Əlvan
Əlvan— İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Əlvan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,100 nəfər və 1,081 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Hvar
Hvar (xorv. Hvar, it. Lesina, lat. Pharia, yun. Χβαρ) — Xorvatiyaya məxsus ada. Ada Adratik dənizində, ölkənin cənub akvatoriyasında, Dalmatya sahillərində yerləşir. Ada yaxınlığında eyni adlı şəhər var. Ada öz adını yunan mənşəli Faros (Φάρος) (mayak) sözündən götürmüşdür. == Coğrafiyası == Adanın sahəsi — 299,66 km², uzunluğu — 68 km, eni — 10,5 km, sahil xəttinin uzunluğu — 254,2 km-dir. Adanın əhalisi — 11 103 nəfərdir (2001).
Elvac (Urmiya)
Elvac (fars. الواچ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində yerləşir. Dəniz səviyyəsindən 1.513 metr təşkil edir. Ərazisi dağlıqdır.Elvac Urmiya şəhərindən 595 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 5.320 nəfər yaşayır.
Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. == Toponimikası == Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.
Elvar Osmanov
Elvar Osmanov (8 avqust 1987, Dmanisi rayonu) — Azərbaycan idman mütəxəssisi; Döyüş sambosu üzrə Dünya və Avropa mükafatçısı; Döyüş sambosu üzrə idman ustası; Gəncə İdman Klubunun İdarə Heyətinin sədri (2016 — h.h.); Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti (2019); Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti (2020 — h.h.); Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi; "Gəncə" voleybol klubunun prezidenti. Azərbaycan Respublikasının döyüş sambosu üzrə ilk idman ustasıdır. Rəhbərlik etdiyi dövrlərdə Azərbaycan idmançıları ölkə və Avropa-Dünya çempionatlarında çox sayda uğur qazanıb. == Həyatı == Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib. 2005–2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2006–2007-ci illərdə N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin fəxri fərmanı və çavuş hərbi rütbəsi ilə təltif olunmuşdur. 2010–2014-cü illərdə ixtisas artırılması məqsədilə AMAKA və Rusiya Dövlət Ali Məktəbi nəzdində Beynəlxalq Tətbiqi Kosmonaftika Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2021-ci ildə ixtisas artırılması məqsədi ilə Türkiyə dövlət Atatürk Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olmuşdur.