Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leysan
Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Leylan
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,079 nəfər və 1,468 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Neysan
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Seysan
Sisan-i Qədim (fars. سيسان قديم‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (9 ailə).
Leysan (ad)
Leysan (tatar. Ләйсән, başq. Ләйсән) — azərbaycanlı kişi, tatar və başqırd qadın adı. Ad ərəb dilindəki "Nisan" (نيسان, mənası – azərb. cömərd‎) sözündən, bu söz ivrit dilindəki "Nisan" (נִיסָן‎) sözündən, bu söz isə Akkad dilindəki "Nisan" (ܢܝܣܢ) sözündən gəlir ki, bu da Assuriya təqviminin birinci, Yəhudi təqviminin isə yeddinci ayıdır. Qriqori təqvimində bu ay mart–aprel aylarına təsadüf edir (Bax: Nisan). Bu ad müasir Azərbaycan dilindəki "Niysan" (və ya "Neysan") sözünün canlı dildə istifadə olunan variantıdır. Mənası – "qısamüddətli, böyük intensivliyə malik atmosfer yağıntısı" deməkdir. Digər bir izahı "Niysanda yağan yağış". Adı kiçiltmə mənalı variantları – Leysanoçka, Leysanka, Leysancıq, Leysançik.
Leysan Məmmədov
Leysan Utyaşeva
Leysan Utyaşeva (başq. Ләйсән Альберт ҡыҙы Үтәшева, tatar. Ләйсән Альберт кызы Үтәшева ; 28 iyun 1985) — Rusiya idmançısı; bədii gimnastika üzrə əməkdar idman ustası; Rusiya və beynəlxalq yarışların dəfələrlə çempionu; üzrə Dünya və 6 dəfə Avropa çempionu, Dünya Kubokunun qalibidir; TV aparıcısı, idman şərhçisidir. Başqırdıstan sakini olsa da, Rusiya onu özünün qüruru hesab edir. == Həyatı == Leysan Utyaşeva 28 iyun 1985-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Alşeyevski rayonunun Rayevka kəndində anadan olmuşdur. == Şəxsi həyatı == === Ailəsi === Milliyyətcə rus, polyak və Volqa tatarlarının qarışığından olan atası Albert tarixçi, başqırd olan anası Zülfiyyə isə kitabxanaçıdır. Leysan rusiyalı aktyor və komediyaçı Pavel Volya ilə ailə qurmuşdur. Bu evlilikdən onların bir oğlu və bir qızı var; Robert adlı oğulları 14 may 2013-cü ildə ABŞ-də Florida ştatının Mayami şəhərində, Sofiya adı qızları isə 6 may 2015-ci ildə anadan olmuşlar. === Dini === Daha əvvəl müsəlman olan Leysan İslamdan Ortodoks xristianlığına keçmişdir.
Meysan (el)
Meysan mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Meysan mühafəzəsinin ərazisi 16.072 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 637.126 nəfərdir. 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.412.000 nəfərdir. İnzibati mərkəzi Əmarə şəhəridir .
Meysan mühafazası
Meysan mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Meysan mühafəzəsinin ərazisi 16.072 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 637.126 nəfərdir. 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.412.000 nəfərdir. İnzibati mərkəzi Əmarə şəhəridir .
Meysan mühafəzası
Meysan mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Meysan mühafəzəsinin ərazisi 16.072 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 637.126 nəfərdir. 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.412.000 nəfərdir. İnzibati mərkəzi Əmarə şəhəridir .
Meysan mühafəzəsi
Meysan mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Meysan mühafəzəsinin ərazisi 16.072 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 637.126 nəfərdir. 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.412.000 nəfərdir. İnzibati mərkəzi Əmarə şəhəridir .
Leylan (Mahnişan)
Leylan (fars. ليلان‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (31 ailə).
Leylan (dəqiqləşdirmə)
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində şəhər. ‎Leylan (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Tavus ibn Keysan
Tavus ibn Keysan (ərəb. طاووس بن كيسان‎; 634, Yəmən – 724) — mühəddis və fəqih. Tavus ibn Keysan 653-cü ildə Yəməndə doğuldu və Cənəd şəhərində yaşadı. Əsl adının Zəkvan, ləqəbinin Tavus olduğunu söyləyənlər varsa da, Tavus adıyla şöhrət tapmışdır. Tavus (süs, zinət) ləqəbinin ona qiraətçilərin öndə gələnlərindən (Tavusül-qurra) olması dolayısıyla verildiği qeyd edilir. Dönəmin Sasani hökmdarının Yəməni zəbt etmək üçün göndərdiyi əsgərlərin soyundan gələn (əbna) Fars kökənli bir ailəyə mənsubdur. Əməvilərin ilk dönəmlərində Yəmənə amil təyin edilən Bahir ibn Risan əl-Himyəri və ya İbn Hövzə əl-Həmdaninin mövlası olduğu nəql edilir. Ailəsinin mənşəyi haqqında başqa rəvayətlər də zikr edilməkdə, anasının Fars əsilli olub, atasının Nəmir ibn Kasıt qəbiləsinə mənsub olduğu yaxud bu ailənin bir Ərəb qəbiləsiylə heç vəla aqdi qurmadığı, ancaq Tavusun atası Keysanın Himyər qəbiləsindən bir qadınla evləndiyi və Tavusun bu evlilikdən dünyaya gəldiyi bildirilir . Tavus əlli nəfərə qədər səhabini gördü, onlardan hədis və elm öğrəndi. Yəməndə yaşamaqla birlikdə zaman-zaman müəllimi Abdullah ibn Abbasın olduğu Məkkəyə və Zeyd ibn Sabitin yaşadığı Mədinəyə səyahətlər etdi.
Umm Leysun yazıları
Umm Leysun yazıları (gürc. უმ ლეისუნის წარწერა) ― əhəng daşından hazırlanmış qəbir lövhəsi üzərində qədim gürcü dilinin Asomtavruli əlifbası ilə yazılmış yazı. O, 1996-cı ildə qazıntılar bərpa edildikdən sonra 2002-ci ildə Bizans dövrünün gürcü monastırında tapılmışdır. Həmin məkan Qüdsün Qədim şəhər adlanan ərazisindən 4, 5 km cənub-şərqdə olan Umm Leysun yaxınlığında yerləşir. Yazılar polixrom mozaika döşəmənin altındakı dəfn sərdabəsində tapılmışdır. Ümumilikdə sərdabədə təxminən 24 qəbir aşkar edilmişdir. İnsan skeletləri üçün cinsi qiymətləndirmədən sonra qalıqların yetkin kişilərə məxsus olduğu aşkar edildi ki, bu da monastır üçün təbii haldır. Üstündə gürcü yazısı olan aşkarlanmış ən vacib məqbərə "gürcü rahibi Yohan"a (qədim gürcü dilində Con) məxsus idi, hansı ki həm də ən qədim olan idi. Həmin şəxsin yaşı da tapıntıya xüsusi status verir, belə ki onun vəfatı zamanı yaşı 66 yada 67 idi və o, osteoparozdan əziyyət çəkirdi. Yazı həm müqəddəs torpaqlarda, həm də Gürcüstanda hər hansı arxeoloji artefkat üzərində ႵႠႰႧႥႤႪႨ (kartveli, yəni gürcü) etnoniminin qeyd olunduğu ən erkən nümunədir.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Geylan
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilək sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Heksan
Heksan (n-heksan) (C6H14) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Zəif iyli rəngsiz maye. Sındırma əmsalı p20D 1,37506-dir. Oktan ədədinin aşağı olması səbəbindən(25)heksan sintetik benzinin tərkibi üçün arzuolunmazdır.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Həssan
Həssan (ərəb. حَسَّان‎ Ḥəssan) — ərəb mənşəli ad.
Laoşan
Laoşan Şanyü (çin: 老上單于, E.ə. 174 – E.ə. 160) — hunların üçüncü şanyüsü. == Adı == Mete xaqanın oğlu. Anadan olarkən ona Çiçu adını qoymuşdular (稽粥). Laoşan adının mənbəyi məlum deyil. Hulsevə görə bu Hun dilindəki bir sözün tərcüməsi yaxud sözün bənzədilməsi ola bilər. Çin dilində Laoşan "qoca və üstün" mənasına gəlir. Hun dilində olan adının Kökxan olduğu düşünülür. == Hakimiyyəti == Onun hakimiyyəti dövründə Hunlar Çinə böyük yürüş başlatdılar.
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Leyden
Leyden (nid. Leiden) — Niderland Krallığında şəhər. == Coğrafiyası == Leyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km şimalda və Amsterdam şəhərindən 40 km cənubda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur. == Əhalisi == 329000 nəfər sakini olan Leyden şəhərinin insanları çox mehriban və qonaqpərvərdirlər. == Turizm == Qədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edir. == Elm və təhsil == Leyden elm və təhsil şəhəri kimi tanınır. Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator, termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.
Ləngan
Ləngan (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə inzibati ərazi vahidində kənd. ‎Təzəkənd-i Ləngan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Ləvasan
Ləvasan (Farsca: لواسان, Lavāsān) — İranın Tehran ostanında şəhər. == Ümumi məlumat == Tehran ostanının Şimiranat şəhristanının Ləvasan bəxşində olan və bu bəxşin idarə mərkəzi olan şəhərin 2006-cı il rəsmi əhalisi 15.448 nəfər və 4.645 evdir.
Ləğman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.