Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Liqroin
Naften neftləri — naften karbohidrogenlərinin üstünlük təşkil etdiyi neftlər. Bu neftlərdə metan karbohidrogenlərinin miqdarı aşağı fraksiyalarda maksimuma çatır, yüksək fraksiyalarda kəskin azalır, aromatik karbohidrogenlər isə əksinə, çoxalır. Naften neftləri tərkibində bərk parafin və neytral qətranların miqdarı cüzü olur, asfaltenlər isə çox vaxt olmur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Mixail Çiqorin
Çiqorin Mixail İvanoviç (31 oktyabr (12 noyabr) 1850, Qatçina, Sankt-Peterburq quberniyası[d] – 12 (25) yanvar 1908, Lyublin, Varşava general-qubernatorluğu[d]) — rus şahmatçısı Rusiyada şahmat hərəkatının təşkilatçısı. "Şaxmatnı listok" (1876-1881), "Şaxmatnı vestik" (1885-1887), "Şaxmatı" (1891-1892) jurnallarının redakitor- naşiri idi.Şahmat nəzəriyyəsinə dair araşdirmaların müəllifidir.Bir sıra mühüm beynəlxalq şahmat yarışlarında müvəffəqiyyətlə çıxış etmiş, XIX əsrin 80-90-cı illərində şahmat üzrə dünya cempionluğuna əsas iddiaçılardan olmuşdur.SSRİ-də 1947-ci ildən Çiqorinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlər təşkil olunmuşdur.
Librin buzlağı
Librin buzlağı (norv. Leighbreen) — Şpitsbergen arxipelaqına daxil olan Şimal-Şərq Torpağı adasında yerləşən buzlaq. Buzlaq adanın şimal-şərqində yerləşir. Onun sahəsi 925 km² təşkil edir. Buzlaq ingilis səyyahı Benjamın Li Smitin şərəfinə adlandırılmışdır (1828–1913). O, adanı 1870–1880-ci bir neçə dəfə ziyarət etmişdir.
De-Livron adası
De-Livron adası — Yapon dənizi, Böyük Pyotr körfəzindəki bir ada. Rimsk-Korsakov arxipelaqına daxil olan adalardan biri. Vladivostokdan 63 km cənub-qərbdə və Slavyankadan 19 km cənubda yerləşir. İnzibati olaraq Primorsk diyarı Xasan rayonuna aiddir. Uzaq Şərq dəniz qoruğunun bir hissəsidir. Adada daimi əhali yoxdur. Yay və payız ayları adaya bəzən turistlər və ya istirahət edənlər gəlir. == Tarixi == Ada ilk dəfə 1851-ci ildə fransız balina ovçuları tərəfindən kəşf edilmişdır. 1852-ci ildə fransız "Kapriz" briqadasının dənizçiləri tərəfindən təsvir edilmişdir. Ruslar ilk dəfə 1854-cü ildə "Pallada" freqatı və "Vostok" şxununun heyəti tərəfindən araşdırılmış və təsvir edilmişdir.