Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Malaxit
Malaxit – Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Bu qeyri-şəffaf, yaşıl zolaqlı mineral monoklinik kristal sistemində kristallaşır və ən çox su təbəqəsi və hidrotermal mayelərin kimyəvi çökmə üçün vasitələr təmin etdiyi sınıqlarda və dərin, yeraltı boşluqlarda botrioidal, lifli və ya stalagmitik kütlələr əmələ gətirir. Fərdi kristallar nadirdir, lakin acicular prizmalara qədər incə olurlar. Daha çox cədvəlli və ya bloklu azurit kristallarından sonra psevdomorflar da baş verir. == Xassələri == Rəng – parlaq-yaşıl, tünd-yaşıl, qaramtıl-yaşıl, bozumtul-yaşıldan ağadək; konsentrik-zonal aqreqatları müxtəlif rəngə boyanmış zonaların növbələşməsi ilə səciyyələnir; Mineralın cizgisinin rəngi – açıq-yaşıl; Parıltı – aqreqatlarda ipəyi (məxməri malaxit), tutqun, kristallarda–şüşə; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 4,0; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {010} üzrə orta; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: nadir rast gəlir; prizmatik, iynəvari; İkiləşmə: {100} üzrə; çox vaxt qarşılıqlı nüfuzetmə, nisbətən az hallarda–polisintetik; Mineral aqreqatları: radial-şüalı quruluşlu böyrək-və salxımvari əmələgəlmələr, sızmalar, torpaqvari (mis yaşıllığı), sıx kütlələr, stalaktitlər, qabıqlar, qaysaqlar, yaxmalar, aruzit, kuprit, sərbəst mis və b. üzrə psevdomorfozalar. Malaxitin çəkisi bir neçə tona çatan qaymaları məlumdur, onlardan ən böyüyü (çəkisi 300 t) Uralda Mednorudyanski yatağında tapılmışdır. == Mənşəyi və yayılması == Mis yataqlarının tipik hipergen mineralı olub, ilkin missaxlayan mineralların oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: azurit, xalkopirit, bornit, xalkozin, kovellin, kuprit, tenorit, sərbəst mis, hötit, hidrohötit və b.
Qış sarayının Malaxit zalı
Malaxit zalı (rus. Малахитовая гостиная) - Sankt-Peterburqdakı Qış sarayının qonaq zallarından biridir. Zal, İmperator I Nikolayın xanımı İmperatriça Aleksandra Fyodorovnanın qonaq qəbul etdiyi şəxsi zalı kimi istifadə olunmuşdur. 1837-ci ildə Qış sarayında baş verən yanğın zamanı Yəşəm zalı tamamilə yanaraq məhv olmuşdur. Malaxit zalı isə Yəşəm zalının yerində inşa edilmişdir. Zalın interyerinin layihə müəllifi A.P.Bryulovdur. Memar şəxsən çarın tələbi ilə bu zalın dizaynında nadir yarımqiymətli daş olan malaxitdən istifadə etmişdir. 1830-cu illərdə Demidovların Uraldakı mədənlərində nəhəng malaxit yataqlarının aşkarlanmasından sonra, bu daşın Rusiyada geniş istifadəsinə başlanılmışdır. Çarın hakimiyyəti dövründə Malaxit zalı yalnız İmperatriçanın qəbul otağı olmamışdır, İmperator ailəsinin üzvləri rəsmi mərasimlərdən əvvəl bu zalda toplaşırdılar. Romanovlardan gəlin köçən qızlar gəlinlik donlarını bu zalda geyinərək bəzənir daha sonra Ərəb zalına keçir, oradan isə mərasim üçün Böyük kilsəyə keçirdilər.
Kalamit
Kalamitlər (Calamitales) - paleozoyda mövcud olmuş qatırquyruğuna oxşar ağac bitkiləri qrupunu əhatə edir. Kalamitlər hündürlüyü 20 m-ə çatırdı. Xarici görünüşünə (gövdənin bu­ğum­lu quruluşu, buğum və yarpaqların çiçək göbə düzülüşü) görə onlar nəhəng qatırquyruğuları xatırladır. Gövdənin səthi hamar və ya uzununa şırımlarla örtülü olub. Qazıntı halında ən çox özəyin izlərinə rast gəlinir. Neştərəoxşar yarpaqlarının sayı çiçək köbəsində adətən 20-dən çox olur. Nisbətən erkən kalamitlər yarpaqları dəfələrlə şaxələnən sapşəkilli elementlər seriyasını xatırladır. Kalamitlər sporongiləri bərabər- və müxtəlifsporlu olub adətən kompakt strobillərdə (qozalar) toplanmışdır. Üst devon – alt perm. == Həmçinin bax == Paleozoy Qatırquyruğu Bitkilər Devon dövrü Perm dövrü == İstinadlar == Geologiya terminlərinin izahlı lüğəti.
Malaxis
Malaxis (lat. Malaxis) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Həmçinin bax == Malaxis monophyllos Malaxis unifolia == İstinadlar == Malaxis:The Plant List saytında takson barədə məlumat.
Məlahət
Məlahət — qadın adı. Məlahət İbrahimqızı — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət Əhmədova — Azərbaycan aktrisası. Məlahət Qəhrəmanova — araşdırmaçı-mütəxəssis, alim Məlahət Qurbanova Məlahət Nəsibova — Azərbaycan jurnalisti və hüquq müdafiəçisi. Məlahət Bağırova — tibb elmləri namizədi.
Anahit
Anahit və ya Anais (erm. Անահիտ) — erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər. Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Ermənistanda əsas Anahit məbədləri Erez, Armavir və Artaşatda yerləşirdi. Sofen rayonu ərazisindəki dağlar isə Anahitin taxtı (Athor Anahta) hesab edilirdi.
Malavi
Malavi (ing. Republic of Malawi, Nıyanca: Dziko la Malaŵi) — Afrika qitəsinin cənub-şərqində yerləşən və dənizə çıxışı olmayan quru ölkəsidir. 1964-cü ilədək Nyasalend adını daşımışdır. Keçmiş Britaniya koloniyasıdır. Şimal-qərbdən Zambiya ilə, şimal-şərqdən Mozambik ilə, şərq, cənub və qərbdən isə Tanzaniya ilə həmsərhəddir. Tanzaniya və Mozambik sərhəddində Malavi gölü yerləşir. Malavinin sahəsi 118,000 km2, əhalisi isə 16,777,547 nəfərdir. Onun paytaxı və ən böyük şəhəri Lilonqve, ikinci Blantyre, üçüncü isə Mzuzudur. Ölkənin ləqəbi "Afrikanın isti ürəyi"dir. == Tarixi == İndiki Malavi kimi tanına Afrika sahəsində ovçuluq və yığıcıqlıqla məşğul olan çox kiçik sayda əhali var idi.
Malamir xan
Malamir xan (bolq. Кан Маламир; bilinmir – 836) — Bulqar xanı (831-836). == Həyatı == Malamir xan Omurtaq xanın ən kiçik oğlu idi. Böyük qardaşı Enravota xristian olduğu üçün vərəsəliyi ləğv edilmiş, ortancıl qardaşı Zvinitsa isə xəstələnib cavan vaxtı vəfat etmişdi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. Taxta çıxdıqdan 2 il sonra qardaşı Enravotanı edam etdirmişdi. === Bizansla münasibətlər === Omurtaq xanın sülh sazişinin vaxtının bitməsindən sonra imperator Feofil 836-cı ildə yenidən sərhədləri yağmalağa başlamışdı. Cavab olaraq hücuma keçən xan Plovdivi ələ keçirib xanlığa birləşdirdi. Lakin elə həmin il də öldü. Yerinə I Presian xan gəldi.
Malaxis monophyllos
Malaxis monophyllos (lat. Malaxis monophyllos) — səhləbkimilər fəsiləsinin malaxis cinsinə aid bitki növü.
Malaxis unifolia
Malaxis unifolia (lat. Malaxis unifolia) — səhləbkimilər fəsiləsinin malaxis cinsinə aid bitki növü.
Mücahit Yağcı
Mücahit Yağcı (2 may 1973) — Türkiyəli kişi ağır atlet. 62 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Mücahit Yağcı dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2001 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Məlahət Abbasova
Məlahət Abbasova (aktrisa) — Məlahət Abbasova (kimyaçı) — Azərbaycan alimi.
Məlahət Bağırova
Məlahət Fəcərova
Məlahət Novruz qızı Fərəcova — tarix üzrə fəlsəfə doktoru, dosent, Avropa Şurasının nəzdində CARP–PRAT (Prehistoric Rock Art Trails / Cultural Routes of the Council of Europe) təşkilatının Direktorlar Şurasının üzvü (2020-ci ildən), Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi (2015-ci ildən), İçərişəhər Muzey Mərkəzinin direktor müavini (2019-cu ildən). Məlahət Fərəcova 1958-ci il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur. 1965–1975-ci illərdə 154 №-li məktəbdə təhsil alıb. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini fərqlənmə ilə bitirmişdir. M.Fərəcova 2005-ci ildə elmlər namizədi alimlik dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə 114 nömrəli məktəbdə başlamışdır. 1981–1995-ci illərdə Azərbaycan Ensiklopediyası və Azərbaycan Dövlət Xalça Muzeyində kiçik elmi işçi, şöbə müdiri vəzifələrində çalışmış, 1995–2015-ci illərdə Qobustan dövlət tarixi-bədii qoruğunun direktoru təyin olunmuşdur. O, 2016–2019-cu illərdə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru olmuşdur. 2019-cu il 18 yanvar tarixindən İçərişəhər Muzey Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub. 1995–2015-ci illərdə Qobustan Milli Tarix Bədii qoruğunun direktoru olduğu müddətdə qoruq 2007-ci ildə YUNESKO Dünya Mədəni İrs siyahısına daxil edilmişdir, Azərbaycanda və Qafqazda birinci interaktiv muzey inşa olunub (2011-ci il) , 2012-ci ildə UNESCO hərbi münaqişələr zamanı "gücləndirilmiş mühafizə" statusunu Qobustan abidələrinə verilib , Qobustan qoruğunun yeni muzeyi Avropa şurası tərəfindən 2013-cü İlin Avromuzeyi mükafatına layiq olunub , 2015-ci ilin noyabr ayında Avropa Şurasnn nəzdində olan beynəlxalq CARP–PRAT(Prehistoric Rock Art Trails) təşkilatının üzvü olub.
Məlahət Fərəcova

Məlahət Həsənova
Məlahət İbrahimqızı (25 aprel 1958, Kiçik Məzrə, Basarkeçər rayonu) — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri. Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı. Məlahət Həsənova 1958-ci il aprelin 25-də Ermənistan SSRnın Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Məlahət Nəsibova
Məlahət Nəsibova (6 mart 1969, Naxçıvan) — 2009-cu ildə "azad və müstəqil mətbuat üçün cəsarətli və sarsılmaz mübarizəsi"nə görə Norveçdə təqdim edilən Torolf Rafto xatirə mükafatına layiq görülən Azərbaycan jurnalisti və hüquq müdafiəçisi. Nəsibova hazırda Azərbaycanda "Turan" informasiya agentliyində çalışır. O, həmçinin, Azadlıq Radiosunun müxbiri kimi çalışır və Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.
Məlahət Qurbanova
Məlahət Müsrət qızı Qurbanova — kimya elmləri doktoru (2009), BDU-nun “Üzvi kimya” kafedrasının professoru (2010). İxtisaslaşdırılmış Dissertasiya Şurasının, həmçinin BDU-da Böyük Elmi Şuranın üzvü. 2010-cu ildən BDU-da Tədris Elektron Mərkəzinin direktoru. Məlahət Müsrət qızı Qurbanova 1972-ci il noyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı şəhəri 106 saylı orta məktəbi medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və 1994-cü ildə oranı əla və yaxşı qiymətlərlə başa vurmuşdur. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1998-ci ildə 02.00.03-“Üzvi kimya” ixtisası üzrə “Tiiranların bəzi elektrofil birləşmə reaksiyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Əmək fəaliyyətinə 1997-ci ildə BDU-nun kimya fakültəsində “Metalkompleks katalizatorlar” ETL-də başlamış, sonra isə “Zərif üzvi sintez” ETL-də elmi işçi kimi çalışmışdır. 2003-cü ildən etibarən “Zərif üzvi sintez” ETL-də böyük elmi işçi kimi fəaliyyət göstərir. M.M.Qurbanova 2007-2010-cu illərdə BDU-nun “Üzvi kimya” kafedrasında dosent vəzifəsində çalışmışdır.
Məlahət Qəhrəmanova
Məlahət Cəmil qızı Qəhrəmanova (d. 2 mart, 1961, Qazax, Azərbaycan SSR, Azərbaycan ) — araşdırmaçı-mütəxəssis, alim, Taras Şevçenko adına Kiyev Milli Universitetinin elmi işçisi və dissertantı, Nərgiz klinikasının direktoru və baş həkimi, Türkiyənin Beynəlxalq Altın Göl Başarı Mükafatı Laureatı və tibb elmləri doktoru. Məlahət Qəhrəmanova 1961-ci il martın 2-də Qazax rayonunda anadan olmuşdur. 2006-cı ildən Bakıda fəaliyyət göstərən Nərgiz klinikasının başhəkimi və direktorudur. 7 Azərbaycan, 4 Avrasiya və 1 Dünya patentinin sahibidir. Hepatoprotektiv, ödqovucu, iltihab əleyhinə alınmış dünya patenti 2018-ci ilin İxracatçılıq Sahəsində Beşinci Respublika Müsabiqəsinin qalibi olmuş III- Dərəcəli Diploma layiq görülmüşdür. Bu dünya patenti 159 ölkə tərəfindən tanınır və bu ölkələrdə keçərlidir. Alim kimi bir çox ölkələrin xalq təbabətinin və təbii müalicə vasitələrinin araşdırılmasında iştirak etmişdir. 2016- ci ildə İqtisadiyyat Nazirliyinin xətti ilə keçrilən müsabiqədə qalib olaraq dövlət ixrac missiyasında iştirak etmiş, patentlər əsasında hazırlanmış məhsullarının, həmçinin saçın tökülməsinə qarşı olan Məlahət Balzamı və Gelinin xarici ölkələrdə təqdimati olmuş və böyük marağa səbəb olmuşdur. Bir çox xarici ölkələrdə sertifikat və diplomlara layiq görülmüş, həmçinin elmi məqalələri dərc olunmuşdur.
Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı (25 aprel 1958, Kiçik Məzrə, Basarkeçər rayonu) — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri. Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı. Məlahət Həsənova 1958-ci il aprelin 25-də Ermənistan SSRnın Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Məlahət Əhməd
Məlahət Əhmədova (13 aprel 1972) — Azərbaycan aktrisası. Məlahət Əhmədova 13 aprel 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinə qəbul olunub , ustad Nəsir Sadıqzadənin yaradıcılıq emalatxanasında "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil alıb.1997-ci ildə universiteti bitirib elə həmin ildən dövlət təyinatı üzrə Şuşa Dövlət Musiqili Dram Teatrına aktrisa kimi işə qəbul olub.Paralel olaraq bir müddət Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında tamaşalarda rollar ifa edib.Teatrda çalışdığı illərdə bu kimi rollar oynayıb: 1. B.Appayev "Gözəllri necə qaçırırlar" -- Sveta 2. S.Bekket "Addım səsləri" -- Mey 3. F.Mustafa "Ağıllı adam" -- Həkim 4. M.F.Axundov "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah caduküni-məşhur" -- Şərəfnisə 5. N.Hikmət "Bayramın birinci günü" -- Aytən 6. C.Cabbarlı "Aydın" --Böyükxanım 7.
Məlahət Əhmədova

Phaethornis malaris
Phaethornis malaris (lat. Phaethornis malaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Malaxis crenulata
Liparis crenulata (lat. Liparis crenulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin liparis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Blepharoglossum crenulatum (Blume) L.Li Leptorkis crenulata (Blume) Kuntze Malaxis crenulata Blume Stichorkis crenulata (Blume) Marg., Szlach.
Malaxis latifolia
Liparis latifolia (lat. Liparis latifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin liparis cinsinə aid bitki növü.
Malaxis loeselii
Liparis loeselii (lat. Liparis loeselii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin liparis cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === == Yarımnövləri == Liparis loeselii subsp. loeselii Liparis loeselii subsp. orientalis Efimov Liparis loeselii subsp.