Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moqilnı adası
Moqilnı — 120 x 170 m ölçüsündə olan ada. Ada Barens dənizinə daxil olan Kislaya körfəzinin bir hissəsi olan Ura körfəzinin suları ilə əhatələnir. Ada uzunluğu 100 m, dəyinliyi isə 5 m olan dayazlıqla sahildən ayrılır. Adanın səthi mamır və kol bitkiləri ilə örtülmüşdür. Ətraf sularında Fukus yosunları geniş ərazini əhatə edir. Adada xaç quraşdırılmışdır. Adanın adı orada insanlartın bastırılması ilə əlaqədar olması ehtimal edilir. Ancaq ada səthinin sərt olması bu ehtimalı mümükünsüz edir. Böyük ehtimalla bu ad ona sahil sularının təhlükəli olması ilə əlaqədar verilmişdir.
Robert Mobili
Robert Baqratoviç Mobili (20 avqust 1954, Nic, Qutqaşen rayonu) — Alban-udi xristian icması sədri, geoloq. Robert Mobili 20 avqust 1954-cü ildə Qəbələ rayonunun Nic kəndində anadan olub. 1971-ci ildə Nic kənd orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin 1980-ci ilin məzunu. Milliyyətcə Udindir. 1973-1989-ci illərdə METDKİ (Mərkəzi Elmi-Tədqiqat Dağ Kəşfiyyat İnstitutu) Cənub Filialında işləyib, Naxçıvanın sərbəst misin və polimetal yataqlarının geoloji qiymətləndirilməsi, Kiçik Qafqazda, Türkmənistanda və Tacikistanda səpinti qızılın axtarışı və qiymətləndirilməsi üzrə elmi işi aparmışdır. 1989-ci ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Səpinti qızılın proqnozu, axtarışı və qiymətləndirilməsi" ETL-da elmi işçi vəzifəsində çalışır. Müxtəlif illərdə Kiçik Qafqazın və Kür depressiyanın molaslarda, Abşeronun neft-qaz yataqlarında səpinti qızılın qanunauyğunlar üzrə elmi araşdırmalar aparıb. Bakı, Moskva, Leninqrad, Bişkek, Aşqabad, Sankt Peterburq, Dallas, Qüds və Oslo şəhərlərində keçirilən beynalxalq seminarlarda və konfranslarda məruzə ilə iştirak etmişdir. 4-18 avqust 2008-çi ildə Osloda keçirilən XXXIII Beynəlxalq Geoloji Konqresidə məruzə ilə çıxış etmişdir.
Latvijas Mobilais Telefons
Latvijas Mobilais Telefons, LMT – Latviyada mobil operator. Şirkət 1992-ci ildə qurulub və ölkədəki ilk mobil operatordur. Şirkətin səhmlərinin yüzdə 51-i dövlət tərəfindən idarə olunur. 1995-ci ilin yanvar ayında mövcud NMT şəbəkəsi ilə birlikdə bir GSM şəbəkəsi işləməyə başlayır. Bazar araşdırmalarına əsasən 1999-cu ilin yayında icazə verilən 1800 MHz diapazonundan istifadəyə icazə vermək üçün lisenziyasının genişləndirilməsini istəyir. 1 dekabr 1999-cu il tarixində artıq 14 aktiv GSM 900/1800 baza stansiyası var idi. == Tarix == Latviya-İsveç-Finlandiya birgə müəssisəsi olaraq 2 yanvar 1992-ci ildə qurulmuşdur. Latviya dövləti kapitalın 51% -ə, xarici tərəfdaşlar - İsveç operatoru Telia və Finlandiya operatoru Sonera 49%-ə sahib olur. Əvvəlcə LMT NMT standartında rabitə xidmətləri göstərirdi. 1995-ci ilin yanvar ayından bu yana GSM standartında rabitə xidmətləri göstərir.