Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ömər Nəsuhi Bilmən
Ömər Nəsuhi Bilmən (1882, Ərzurum, Ərzurum vilayəti – 13 oktyabr 1971 və ya 11 oktyabr 1971, İstanbul) — Türkiyənin dəyanət naziri. Ömər Nəsuhi Bilmən 1883-cü ildə Ərzurumun Salasor kəndində dünyaya göz açıb. Atası dövrün tanınmış alimlərindən Hacı Əhməd Əfəndi idi. Kiçik yaşlarından atasını itirən Ömər ilk təhsilini Ərzurumun Əhmədiyyə Mədrəsəsində əmisi Əbdülrəzzaq Əfəndinin dəstəyi ilə alır. Onun təhsili ilə əsasən Ərzurum müftisi Narmanlı Hüseyin Əfəndi məşğul olurdu. Bir müddət təhsili doğulduğu yerdə alan Ömər, müəllimlərinin dünyadan getməsindən sonra 1908-ci ildə İstanbula gedir. Orada bir müddət Tokatlı Şakir Əfəndinin dərslərində iştirak edir.1909-cu ildə isə ondan dərs deməklə bağlı icazə alır. 1912-ci ildə imtahanlarda uğur qazanan Ömər Nəsuhi 1913-cü ildə yüksək qiymətlərlə Qazilər məktəbini bitirir. Müxtəlif illərdə fərqli sahələrdə iş fəaliyyətinə başlayır. 1926-cı ildə İstanbul Müftiliyində fəaliyyətə başlayan Ömər, 1943-cü ildə İstanbul müftisi təyin edilir.
Həyatımın Nəşəsi (teleserial, 2023)
Həyatımın Nəşəsi (türk. Hayatımın Neşesi) — "Goya Entertainment" şirkəti tərəfindən çəkilən, ilk seriyasının 7 iyul 2023-cü ildə yayımlandığı, Şahin Altuğun rejissorluğunu etdiyi və Ekin Ataların ssenarisini yazdığı komediya janrındakı Türkiyə teleserialıdır. Baş rolları Şəbnəm Bozoklu və Tolqa Təkin oynamaqdadır. Hadisələr Şənbakkal ailəsinin xanımı, 17 illik evlilik həyatını sürdürən və 2 uşaq anası olan Nəşənin bir vaxtlar oxuduğu və ailə qurduğu üçün son kursunda yarımçıq qoyduğu tibb fakültəsinə geri qayıtması ilə başlayır. Bir çox hadisələr də elə Nəşənin bu həqiqəti onun bu fikrinə qarşı çıxan Mustafaya deməli olduğu bir zamanda cərəyan edir. Şəbnəm Bozoklu — Nəşə Tolqa Təkin — Mustafa Mətin Coşqun — Mehmet Uğur Demirpehlivan — Saliha Aras Şenol — Sərdar Gizəm Kala — Aylin Ezgi Tombul — Türkan Sürəyya Güzel — Sevda Nisan Dökmeci — Zeynep Said Ege Yıldırım — Emre Özlem Ünaldı Baza — Səma Səlma Günəri — Rüçhan TRT 1-in rəsmi saytında "Həyatımın Nəşəsi".
Nəssir Əbdül Kərim Əbdül Rəhim
Nəssir Əbdül Kərim Əbdül Rəhim — Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ildən)