Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zolotıe vorota metrostansiyası
«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎) — Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir. Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi.