Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pərgar
Pərgar (lat. circulus — dairə, çevrə) — çevrə və çevrə qövslərinin çertyojunu çəkmək, həmçinin xəritələrdə məsafələrin təyini üçün istifadə edilən alət. Həndəsə, rəsmxət, naviqasiya və başqa sahələrdə üçün geniş istifadə edilir. Pərgar metaldan hazırlanır və şarnirlə birləşdirilmiş iki hissədən ibarətdir. Adətən onlardan birinin sonunda iynə, o birinin sonunda — yazı predmeti (məsələn karandaş qrifeli) yerləşir.
Pərgar (bürc)
Pərgar (lat. Circinus) - göyün cənub yarımkürəsində bürc.
Bərəğan
Bərəğan- İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşinin Bərəğan dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 378 nəfərdən və 139 ailədən ibarət idi.
Pedreqer
Pedreqer (isp. Pedreguer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 29,57 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6857 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Pereyra
Pereyra (isp. Pereira) — Kolumbiyanın qərbində yerləşən, 1863-cü ildə əsası qoyulan bir şəhərdir. Risaralda departamentinin inzibati mərkəzidir. Şəhərin sahəsi 702 km²-dir. Müasir şəhər ərazisinə avropalıların gəlməsindən əvvəl, Kumbaya nümayəndələri və mədəniyyəti mövcud olmuşdur. Ərazidə ilk ispan qəsəbəsi təxminən 1540-cı ildə meydan gəlmişdir. 1870-ci ildən və xüsusilə 1876 və 1885-ci illərdəki vətəndaş müharibələri nəticəsində əraziyə Antokiya departamentindən gələn yeni bir immiqrant dalğası daxil oldu. 1863-cü il və sonrakı illərdə yerləşmiş qrup yalnız bir torpaq sahəsinə sahib olmaq istəyən meşə istehlakçıları tərəfindən yaradılmışdı, ikinci qrup isə daha böyük həvəs və böyük sahibkarlıq qabiliyyətli kişilərdən ibarət idi. Bunlar dağları düzəldən və heyvandarlığa başlayıb, fəaliyyətlərini maliyyələşdirən Antokiya kapitalistlərlə əlaqəli idi. XIX əsrin sonunda və XX illərin əvvəllərində bir sıra tacirlər və peşəkarlar şəhərinə gəlişi sosial fərqliliyin yeni bir səbəbi kimi təqdim etdi.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Perqam
Pergamon — İzmir ilinə aid Pergama ilçəsinin mərkəzində qurulu antik şəhərin adıdır. UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına salınmışdır. Pergamon keçmişdə Misya bölgəsinin önəmli mərkəzlərindən biri idi. E.ə. 282–133 illər arasında Pergamon Krallığının paytaxtı olubdu. Pergamo adı bir söyləncə görə qəhrəman olan Pergamosdan gəlir. Pergamosun Teuthrania kralını öldürdükdən sonra şəhəri ələ keçirdiyi və öz adını verdiyi deyilir. Başqa bir mənbəyə görə də Teuthrania Kralı Grynos Savasta Pergamosdan yardım istəmiş, zəfərdən sonra iki şəhər tikdirərək birinə onun şərəfinə Pergamon, digərinə isə Gryneion adını vermişdir. Yazılı mənbələrdə Pergamondan ilk dəfə E.ə. 4-cü yüzilliyin əvvəllərində qeyd edilir.
Zərgar
Zərgər, Zərgar və ya Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.
Boreqar (En)
Boreqar (fr. Beauregard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Trevu kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01030. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 870 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 580 nəfər (15-64 yaş) arasında 428 nəfər İqtisadi cəhətdən fəal, 152 hərəkətsiz (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə bu 69.6% idi). Fəal 428 sakindən 378 nəfər (195 kişi və 183 qadın) işləyir, 50 nəfər işsizdir (14 kişi və 36 qadın). 152 hərəkətsiz 48 nəfər arasında şagird və ya tələbə, 44 nəfər təqaüdçü, 60 digər səbəblərə görə hərəkətsizdir.
Couto Pereira
Kouto Pereyra (port. Estádio Major Antônio Couto Pereira) — Braziliyanin Koritiba şəhərində 1932-ci ildə inşa edilən stadion. Bu stadionun ev sahibi "Koritiba" komandasıdır.
Endi Pereyra
Endi Pereyra (31 avqust 1989) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Endi Pereyra Kubanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Endi Pereyra Kubanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Ernani Pereyra
== Karekanın oynadığı klubun formasını geyinib == Ernani Pereyra 1978-ci il yanvarın 22-də Braziliyanın cənub-şərqindəki Belu-Orizonti (Minas-Jerays ştatı) şəhərində anadan olub. Vətənində o, əsasən, ortabab klublarda oynayıb. Məsələn, Ernani "Quarani"nin (Kampinas) şərəfini qoruyub. Bu komanda yalnız 1978-ci ildə Braziliya çempionu olması ilə öyünə bilər. Hazırda Braziliya çempionatının B seriyasında yarışan "Quarani"ni azərbaycanlı futbolsevərlərə daha yaxından tanıtmaq üçün vaxtilə bu klubda Kareka, Calminya, Sonni Andersson, Aylton, Elano və s. futbolçuların oynadığını qeyd etmək olar. == Superliqanın debütantına keçdi == Ernani 2003-cü ilin yayında Avropaya – Türkiyəyə üz tutdu. Onda "Konyaspor" Superliqaya yeni vəsiqə qazanmışdı. Heyətini Zafer Biryol, Cenk İşler və məşhur Ogün Temizkanoğlu kimi futbolçularla gücləndirən Konya təmsilçisinin transferləri arasında Ernani də vardı. 2003/04 mövsümündə braziliyalı müdafiəçi cəmi 10 oyunda komandanın formasını geyinsə də, "Konyaspor" Superliqada yerini qorudu (11-ci yer).
Fransielle Pereyra
Fransielle Pereyra (10 noyabr 1995) — Braziliyanı təmsil edən bədii gimnast. Fransielle Pereyra 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Qabrielle da Silva 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Cessika Mayer və Qabrielle da Silva ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Kavan Pereyra
Kouto Pereyra
Kouto Pereyra (port. Estádio Major Antônio Couto Pereira) — Braziliyanin Koritiba şəhərində 1932-ci ildə inşa edilən stadion. Bu stadionun ev sahibi "Koritiba" komandasıdır.
Peşəkar güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Robin Boreqar
Robin Boreqar (d. 23 fevral 1979) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Robin Boreqar, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Robin Boreqar, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Perqam kitabxanası
Perqam kitabxanası — Türkiyənin Perqam antik şəhərində yerləşən qədim dünyanın ən vacib kitabxanalarından biri. Ellinizm dövründən bir müddət əvvəl qurulmuş Perqamum və ya Perqam Anadoluda yerləşən əhəmiyyətli bir qədim yunan şəhəri idi. Bu şəhər artıq müasir Türkiyənin Berqama ilçəsinin ərazisində yerləşir. Attalidlər sülaləsinin idarə etdiyi şəhər Perqam hökmdarı II Eumenesin dövründə inzibati mərkəz olaraq məşhurlaşdı və Makedoniya ilə əlaqələrini kəsərək Roma Respublikası ilə ittifaq qurdu. II Eumenesin (197-160) hakimiyyəti dövründə Perqam 200 min nəfərdən çox əhalisi olan varlı, inkişaf edən bir şəhər idi. Mədəni olaraq yalnız İsgəndəriyyə və Antioxiya şəhərləri ilə rəqabət aparırdı. Bu zaman heykəltəraşlıq və memarlığın bir çox vacib əsərləri, o cümlədən Böyük Perqam qurbangahı istehsal edildi. II Eumenesin oğlu III Attalusun vəfatından sonra 133-cü ildə Perqam Roma Respublikasına verildi. Konstantinopolun süqutundan sonra Perqam Osmanlı imperiyasının bir hissəsi oldu. Perqam Əhdi-Cədiddə də vacib bir şəhər idi və Müqəddəs Yəhya tərəfindən Vəhy Kitabında Vəhy Yeddi Kilsəsindən biri olaraq açıq şəkildə xatırlandı.
Perqam muzeyi
Perqam muzeyi (alm. Pergamonmuseum‎) — Berlindəki Muzeylər adasındakı beş muzeydən biri. Muzey Alfred Messel tərəfindən tərtib edilmiş və Lüdviq Hoffmanın rəhbərliyi altındakı inşaat 1910-cu ildə başlamış, 20 il sonra, 1930-cu ildə tamamlanmışdı. Perqam altarı, Miletin bazar qapısı, İştar darvazası və bu tikililərə aid əsərlər, həqiqi yerlərindən toplanaraq, Perqam muzeyində yenidən birləşdirilmiş, muzeyin adını bütün dünyada məşhurlaşdırmışdı. Sərgilənən digər əsərlər bunlardır; Afina Perqam məbədinin girişi, Perqamdan Afina heykəli, Hələb otağıdır. Bundan əlavə, türk çinilərindən nümunələrdə (İznik saxsısı) vardır. Xüsusilə Berqama və Miletdən alınan əsərlər ilə yaradılan kolleksiyanın Almaniyaya qanuni olaraq gətirilib-gətirilməməsi ilə bağlı müzakirələr aparılır. Türkiyə hökuməti, bu əsərlərin çoxunun Türkiyədə yarandığı üçün, kolleksiyanın qaytarılması mövzusunda Almaniya hökumətinə müraciət etmişdir. Muzeyi ildə təxminən 850,000 nəfər ziyarət edir. 2007-ci ildə 1.135,000 insan tərəfindən ziyarət edildi və Almaniyanın ən çox ziyarət edilən sənət muzeyi oldu.
Peşəkar (film, 2011)
Peşəkar (ing. Killer Elite) — Jason Statham, Clive Owen, Robert De Niro, Yvonne Strahovski və Dominic Purcellin rol aldığı 2011-ci ildə çəkilən bir döyüş filmidir. Film 1991-ci ildə Sir Ranulph Fiennes tərəfindən yazılmış The Feather Men kitabına əsaslanaraq çəkilmiş və filmin rejissoru Gary McKendry olmuşdur. Ekran əsəri real hadisələrə əsaslanır. Muzdlu qatil Denni Brays Meksikada baş vermiş dəhşətli hadisələrdən sonra oyundan çıxmağa və sakit həyata qayıtmağa qərar verir. Ancaq həmkarı və dostu Hanterin zəngin ərəb şeyxinin adamları tərəfindən girov götürüldüyünü öyrənir. Hanterin sərbəst buraxılması üçün Braysın qarşısına çətin şərt qoyurlar. O dostunun yarımçıq qalmış işini sona çatdırıb üç xüsusitəyinatlı agenti qətlə yetirməlidir. Əlacsız qalan Brays son missiyanı yerinə yetirmək üçün peşəkar qatillərdən ibarət dəstə yığır....
Peşəkar Futbol Liqası
Peşəkar Futbol Liqası — AFFA nəzdində fəaliyyət göstərib, Futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Birinci Liqasına nəzarət edən dövlət qurumu. Qurum 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılmış və o zaman Neftçinin vitse-prezidenti olan Ramin Musayev isə quruma prezident təyin olunmuşdur. Ramin Musayev 29 iyul 2022-ci ildə vəzifəsindən istefa vermişdir. Həmin gün keçirilən iclasda Elxan Səmədov növbəti dövr üçün qurumun prezidenti seçilmişdir.
Xərəqan-i Süfla
Xərəqan-i Süfla (fars. خرقان سفلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 67 nəfər yaşayır (20 ailə).
Mariya Karneyro Pereyra Qomes
Mariya Karneyro Pereyra Qomes (port. Maria Carneiro Pereira Gomes; 19 avqust 1875, Braziliya – 14 avqust 1925) — Braziliyanın birinci xanımı (1914–1918). Braziliyanın 9-cu prezidenti olmuş Bras Venseslaunun həyat yoldaşıdır.
Peşəkar futbol liqası birinciliyi
PFL ikinci divizionu — (rusca: Второй дивизион ПФЛ) — səviyyəsinə görə peşəkar Rusiya futbolunun üçüncü divizionu. İkinci divizion yarışlarını Peşəkar futbol liqası təşkil edir. İkinci divizion coğrafi prinsipə görə 5 zonaya bölünür: "Qərb", "Mərkəz", "Cənub", "Ural-Povoljye" və "Şərq". Hər bir zonadakı klublar hər il dəyişilir. 2009-cu ildə divizionda 81 komanda ərizə vermişdir. Hər bir zonanın qalibi, birinci diviziona köçürülür. Zonalarda axırıncı yerləri tutan klublarsa, peşəkar statuslarını itirir və Həvəskar futbol liqasına enir. Birindən başqa bütün zonlarda yarışmalar iki dairə üzrə keçirilir. "Şərq" zonasının azlığı üzündən oradakı yarışlar üçdairəvi turnirdə keçirilir. Mövsüm bitdikdən sonra zona qalibləri ikinci divizionun çempionluğu uğrunda PFL Kubokunda iştirak edirlər.
Özbəkistan Peşəkar Futbol Liqası
Özbəkistan Peşəkar Futbol Liqası, abbr. UzPFL (özb. Oʻzbekiston Professional futbol ligasi / Ўзбекистон профессионал футбол лигаси, OʻzPFL, ЎзПФЛ) ölkədə futbol liqalarının bütün sistemini idarə edən və nəzarət edən futbol təşkilatıdır.. 2008-ci ildə Asiya Futbol Konfederasiyasının tövsiyəsi ilə Özbəkistan Futbol Federasiyasından ayrıca təşkilat kimi ayrılıb. Super Liqa, Pro Liqa, Birinci Liqa, Futzal Böyük Liqası və Birinci Liqası, Özbəkistan Kuboku Liqa Kuboku, Özbəkistan Superkuboku, Özbəkistan Çempionatı U19 və U21 və s. Futbol klubları arasında yarışlar təşkil edir, onların idman və təşkilati-idarəçilik fəaliyyəti, habelə əlaqələri barədə göstərişlər verir. Özbəkistanın nazirlikləri, idarələri, müəssisə və təşkilatları ilə əməkdaşlıq edərək müxtəlif səviyyələrdə futbol yarışlarının keçirilməsinə kömək edir. Lisenziyalaşdırma üzrə Asiya qitəsinin aparıcı liqalarından biridir. 2024-cü ilin martına olan məlumata görə, Özbəkistandakı beş şirkət liqanın rəsmi sponsorudur. == Tarix == 1992-ci ildə Özbəkistan Futbol Federasiyasının təşkilati strukturunun bir hissəsi idi və Özbəkistanda peşəkar futbol yarışlarının təşkilinə cavabdeh olan bölmə idi.