Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirojna
kek ya da tort— şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu. 250 qram un 6 ədəd yumurta 130 qram şəkər 50 qram kakao tozu 200 qram qaymaq 100 qram şokolad 5 qram ovulmuş portağal qabığı 1 paket vanil 5 qram soda Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun! biskvit üçün: 3 yumurta 150 q şəkər tozu 150-200 q un sufle üçün: 20 q jelatin 200-250 portağal şirəsi (4-5 portağalın) 500 ml 33-35%-li qaymaq 150 q şəkər tozu Yumurtaları şəkər tozu ilə çalın.
Poronay çayı
Poronay çayı (rus. Поронай) — Saxalin adasının ən uzun çayı. İnzibati cəhətdən çay Saxalin vilayəti Tımovski, Smirnıxovski və Poronay şəhər dairələri ərazisindən axır (Rusiya). Çayın adı aynu dilindən tərcümədə "böyük çay" mənasını verir. Çayın uzunluğu 350 km, hövzəsinin sahəsi 7990 km² təşkil edir. Çay öz başlanğıcını Şərqi-Saxalin dağlarında yerləşən Nabil silsiləsindən götürür. Bataqlaşmış Tım-Poronay vadisindən axaraq Terpeniya körfəzinə tökülür (Oxot dənizi). Körfəzə 10 km qalmış çay iki qola ayrılır. Onlar ayrılıqda körfəzə tökülürlər. Mənsəbdə onların tataqları arasında məsafə 5 km təşkil edir.