Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skanno mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir. 1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.