Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksey Smirnov
Aleksey Makaroviç Smirnov (rus. Алексей Макарович Смирнов; 28 fevral 1920, Danilov, Yaroslavl quberniyası[d] – 7 may 1979, Leninqrad) — Sovet teatr və kino aktyoru, RSFSR-in əməkdar artisti (1976). == Həyatı == Aleksey Makaroviç Smirnov 28 fevral 1920-ci ildə anadan olmuşdur. 1940-cı ildə teatr studiyasını bitirmişdir. Böyük Vətən müharibəsi dövründə döyüşən orduda və kəşfiyyatda xidmət etmişdir. İki Şərəf ordeninə layiq görülmüşdür. Döyüşünü Berlində tamamlamaq Smirnova nəsib olmur. O zaman Aleksey kontuziya keçirmişdi. Evə qayıdandan sonra onun yeganə ən doğma insanı anası Anna Smirnova olur. 1946-cı ilə qədər estrada aktyoru, 1946-1952-ci illərdə Leninqrad dövlət musiqili komediya teatrının aktyoru, 1952-1961-ci illərdə "Lenqoestrada"nın aktyoru, 1961-ci ildən isə "Lenfilm" kinostudiyasının aktyoru olmuşdur.
Boris Smirnov
Boris İvanoviç Smirnov (rus. Бори́с Ива́нович Орло́вский; əsl soyadı: Smirnov; d. 1793 (1796), Stolbeskoye kəndi, Pokrovskoye rayonu, Oryol vilayəti – ö. 16 (28) dekabr 1837, Sankt-Peterburq) — rus heykəltəraşı, == Həyatı == Təhkimli kəndli oğlu olan Orlovski 1822-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul edilmiş, 1823-28-ci illərdə Romada B.Torvaldsenin rəhbərliyi altında işləmişdir. == Yaradıcılığı == Ən yaxşı əsərlərində (xüsusilə milli qəhrəmanlıq mövzusundakı monumental heykəllərində) obrazların tarixi konkretiyi ilə klassisizmə xas formalar ahəngdarlıq təşkil edir. === Əsərləri === M.İ.Kutuzovun abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı M.B.Barklay-de-Tollinin abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 373-374.
Smirnov rododendrom
Smirnov rododendronu
Smirnov rododendronu (lat. Rhododendron smirnowii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Qafqaz və Türkiyədə yayılmışdır.Meşələrdə, dağ yamaclarında dəniz səviyyəsindən 700-2500 m hündürlükdə bitir. Hündürlüyü 1-6 m, qoca budaqları boz qabıqlı olan həmişəyaşıl koldur. Cavan zoğları ağ keçəli sıx tüklərlə örtülmüşdür, ancaq yaşlaşdıqca çılpaq olurlar. Yarpaqları uzunsov-ellipsvarı, uzunluğu 6-15 sm, eni 2-3 sm, ucu küt, bünövrəsi ensiz, kənarı az burulmuş, açıldıqda yarpaqları ağ keçə ilə sıx örtülmüş, sonradan çılpaqlaşıb, üstü parlaq yaşıl, qonur olur. Yarpaqların üzərində 10 cüt damarcıq vardır. Saplaqların uzunluğu 1,0-2,5 sm-dir. Çiçəkləri 10-14 ədəd, diametri 12-15 sm olan möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacı al-qırmızı, çəhrayı, diametri 4-6 sm, enli-qıfvarıdan zəngçiçəkliyə qədər dəyişir, kənarları dalğalı, çılpaqdır.
Svuynoy adası
Svuynoy adası (far. Svínoy) və ya Svinyo (dan. Svinø) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 31 nəfər yaşayır. Sahəsi 27.1 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 586 m-dir. Arxipelaqın şimal-şərqində yerləşir. Adada eyni adlı qəsəbə yerləşir. Sahilləri əsasən sıldırımlıdır. Ən hündür nöqtəsi Havnartindur dağıdır (586 m).
Vladimir Smirnov
Vladimir Vasilyeviç Smirnov — Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin ilk rəhbəri.
Aleksey Smirnov (stolüstü tennisçi)
Aleksey Smirnov (9 oktyabr 1977, Tolyatti, Samara vilayəti) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Aleksey Smirnov Rusiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 4-cü pillənin pillənin sahibi olub. Daha sonra Aleksey Smirnov Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Aleksey Smirnov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.