Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stiv Smit
Stiv Smit (velosipedçi) — Kanadalı peşəkar dağ motosiklet sürücüsü. Stiv Smit (akademik) — akademik. Stiv Smit (jurnalist) — jurnalist. Stiv Smit (professor) — professor.
Stiv Smit (velosipedçi)
Stiv Smit (d. 25 noyabr 1989; Britaniya Kolumbiyası, Kanada; ö. 10 may 2016; Nanaymo, Kanada) – Kanadalı peşəkar dağ motosiklet sürücüsü. İdmançı Stiv Smit Kanada, Britaniya Kolumbiyasında anadan olmuşdur. Smit 2013-cü ilin sentyabr ayında Dünya Dağ Motosiklet yarışlarında gümüş medal əldə etmiş, həmin il yenidən Avstriyada təşkil edilən Dünya Kubokunda qızıl medal qazanmışdır. Məşhur dağ motosiklet sürücüsü və idmançı Stiv Smit 10 may 2016-cı ildə vətəni Kanada, Nanoymada keçirtdiyi motosiklet qəzası nəticəsində beyin traması keçirtmiş və 26 yaşında vəfat etmişdir.
Otit
Otit (q.yun. οὖς, ὠτός) — qulaqda iltihablı proses kimi yayılan qulaq, burun, boğaz xəstəliyi. Patoloji prosesin lokalizasiyasından asılı olaraq (xarici, orta və ya daxili qulağın strukturlarında) aşağıdakılarla fərqlənir: xarici otit orta otit labirint (daxili qulağın iltihabı) Otit xəstəliyi hər yaşda, xüsusən də uşaqlarda baş verə bilən xəstəlikdir. Ən çox yayılan orta qulağın iltihab xəstəliyidir. 3 yaşa qədər uşaqların 80%-də ən azı bir dəfə otit xəstəliyi müşahidə olunub. Xarici otit — orta qulaq kanalının iltihabı — məhdud və ya diffuz ola bilər. Xarici qulağın məhdud iltihabı tez-tez furunkulyozla təmsil olunur. Xarici eşitmə kanalının diffuz iltihabı əsasən xroniki irinli otitdə, müxtəlif bakteriyaların dəriyə və dərialtı təbəqəyə nüfuz etməsi, həmçinin göbələk infeksiyası ilə müşahidə olunur. İltihabı proses hərdən qulaq pərdəsinə qədər yayılır. Orta otit — orta qulağın iltihabıdır.
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Stiv
Stiv — ad. Stiv Ditko — ABŞ komiks rəssamı və yazıçısı. Stiv Cobs Stiv Sandvoss — Amerikalı kino aktyor. Stiv Voznyak — Amerikalı texnoloji sahibkar Stiv Şirippa — ABŞ aktyoru. Stiv Miller Stiv Smit Stiv Smit (velosipedçi) — Kanadalı peşəkar dağ motosiklet sürücüsü. Stiv Smit (akademik) — akademik. Stiv Smit (jurnalist) — jurnalist. Stiv Smit (professor) — professor.
Tit
Tit (imperator)
Edvard Smit
Edvard Smit (ing. Edward John Smith, 27 yanvar 1850 – 15 aprel 1912[…]) — "Titanik" gəmisinin kapitanı. == Həyatı == Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır. == Karyerası == Edvard Smit 1880-cı ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü zabiti olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. SS Resbulika adlanan gəmidə bir müddət işləmişdir.
Elliott Smit
Stiven Pol «Elliott» Smit(d. 6 avqust 1969 Omaha, Nebraska, ABŞ - ö. 21 oktyabr 2003 Los-Anceles, ABŞ), Amerikalı müğənni. Omaha, Nebraskada dünyaya gəldi, Texasda böyüdü və həyatının önəmli bir qismini ilk dəfə popularlıq əldə etdiyi Portland,Oregonda keçirdi. Əsas çalğı aləti qismində gitara olmaqla yanaşı piano, klarnet, bas-gitara, baraban və harmonika da çala bilirdi. Özünəməxsus “fısıltıya bənzəyən, hörümçək toru incəliyində danışırmış kimi” bir vokal tərzi vardı. İllərlə rok qrubu Heatmisterdə fəaliyyət göstərdikdən sonra 1994cü ildə müstəqil şirkətlər olan Cavity Search və Kill Rock Stars ilə işləyərək solo karyerasına ilk addımını atdı. 1997-ci ildə Dream Works Records ilə razılığa gəldi və iki albomunu bu şirkətdən çıxartdı. Smit “Miss Misery” adlı mahnısının Can dostum filminin musiqiləri arasında yer alması və 1997-ci ildə ən yaxşı mahnı kategoriyasında Oskara namizəd olması ilə geniş kütlələr tərəfindən tanınmağa başladı. Smit illərlə depressiya, alkoqolizm, narkomaniya ilə mübarizə etdi və bu mövzular tez-tez mahnılarındakı sözlərdə yer alırdı.34 yaşında Los-Ancelesdə sinəsinə aldığı iki bıçaq zərbəsi ilə öldü.
Emerson Smit
Emerson Smit (13 fevral 1997) — ABŞ-lı fristaylçı. Emerson Smit ABŞ-ni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Emerson Smit birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Smit ümumilikdə 72.59 xal toplayaraq öz cığırında 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Georgi Ştil
Horton Smit
Horton Smit (ing. Horton Smith; 22 may 1908, Sprinqfild[d], Missuri – 15 oktyabr 1963, Detroyt, Miçiqan) — Peşəkar Amerikalı qolfçu, qolf ustası. Masters turnirində qazandığı bürünc və qızıl medalla yadda qalıb. == Karyerası == Qolfçu Missuridə anadan olub. Peşəkar qolf karyerasına 1926-cı ildə başlayıb. 1928-ci ildə Oklama Açıq birinciliyində iştirak etmiş, qalib olmuşdur. Bu qolfçunun iştirak etdiyi ilk turnir idi. 1929-cu ildə qolf üzrə 8-ci titulu qazanıb. 1934-cü ildə təşkil edilən Masters turnirində iştirak edib. Turnirin ilk iştirakçısı və qalibi Horton Smitdir.
Kertvud Smit
Kertvud Smit (ing. Kurtwood Larson Smith; d. 3 iyul 1943) — ABŞ aktyoru.
Malakka (ştat)
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Meggi Smit
Dama Marqaret Natali (Meggi) Smit (ing. Margaret Natalie «Maggie» Smith, 28 dekabr 1934[…], İlford[d] – 27 sentyabr 2024) — britaniyalı aktrisa. Komediya və dram filmlərində öz xasiyyətli rolları ilə tanınır. O, 70 il ərzində səhnələrdə və ekranlarda çalışıb və Britaniyanın ən tanınan və məhsuldar aktrisalarından biri olub. Yeddi dəfə "BAFTA" mükafatının, iki dəfə isə "Oskar" mükafatının (1970, 1979) qalibi. 4 dəfə "Emmi" mükafatını qazanıb (2003, 2011, 2012, 2016). Harri Potter filmlər seriyasında Minerva Makqonaqall və Daunton Abbatlığı teleserialında Vayolet Krouli rollarına görə dünyada daha çox tanınır. 27 sentyabr 2024-cü ildə vəfat edib. == Həyatı == Marqaret Natali Smit 28 dekabr 1934-cü ildə Esseksin İlford şəhərində anadan olub. Atası Nataniel Smit (1902-1991) Oksford Universitetinin professoru idi, anası Marqaret Hatton (1896-1977) Qlazqoda katibə işləyib.
Mett Smit
Mettyu Robert «Mett» Smit (ing. Matthew Robert "Matt" Smith; 28 oktyabr 1982, Norsempton) — İngilis aktyor və rejissor. Ən çox 2010 və 2013-cü illər arasında «Doktor Kim» serialında on birinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Miçiqan (ştat)
Miçiqan (ing. Michigan) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Lensinq şəhəridir. ABŞ-nin Midwest bölgəsindəki əyalətlərində biridir. Michiqan adı, bölgənin ilk sakinləri olan doğma Amerika dillərindən Ojibwe, "böyük su" və ya "böyük göl" mənasını verən mişigama sözündən yaranmışdır Michigan ABŞ-də əhali sayına görə 8-ci ən böyük əyalətdir. Ştat həm də Böyük Gölləri ilə məşhurdur. Dünyadakı ən böyük şirin su sahili var. Qeydiyyata alınan su gəmilərinə görə ABŞ ştatları baxımından 3-cü yeri tutur.
Morti Smit
Mortaymer "Morti" Smit (ing. Mortimer "Morty" Smith) — Rik və Morti serialının iki baş qəhrəmanlarından biri. Morti Rik Sançezin nəvəsidir və Rik tez-tez onu öz macəralarına qoşulmağa məcbur edir. Morti bacısı Sammer ilə birlikdə Herri Herpson Orta Məktəbində təhsil alır. Məlumatın asanlıqla tapıla bilməsinə baxmayaraq, Mortinin keçmiş həyatı haqqında çox şey deyilməmişdir. Mortinin hal-hazırda 14 yaşı var. Rik Sançez cəmi 14 il əsrarəngiz bir şəkildə itkin düşmüşdü. Rikin itkin düşməsinin Morti ilə əlaqəsi olması məlum deyil, ancaq Rik Mortinin uşaqlıq vaxtlarını xatırladığı bir neçə dəfə demişdir. Serialın "Rik növündən yaxın Rik-kontaktlar" adlı seriyasında, Rikin xoşbəxt xatirələrindən biri hələ uşaq olan Mortini qucağına götürməsi idi. Serialın "Şvifti olmaq" adlı seriyasında, Quşadamın (ing.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Patti Smit
Patti Smith - (30 dekabr 1946, Çikaqo, İllinoys) ABŞ-lı musiqiçi və şair. 1975-ci ildə çıxardığı ilk albomu "Horses" ilə punk rokun yaranmasında ən təsirli adlardan biri oldu. Smith Punkun vəftiz anası olaraq çağırıldı. Beat şeiri performans tərzini garage rok ilə birləşdirdi. Qadınsayağı uzaq diliylə disko dövrünə meydan oxuyarkən, Amerika gənclərini XIX əsr Fransız şeiri ilə də tanış etdi. Smith çox geniş kütlələr tərəfindən Bruce Springsteen ilə birlikdə yazdığı və siyahılarda 13 nömrəyə qədər yüksələn "Because the Night" adlı mahnısıyla tanınır. 2005-ci ildə, sənətçiyə, Fransa Mədəniyyət Nazirliyi tərəfindən ədəbiyyata və mədəniyyətə etdiyi töhfələrə görə "Ordre des Arts et des Lettres" ordeni verildi. Bundan başqa 2007-ci ildə "Rock and Roll Hall of Fame" ə qəbul edildi. 17 Noyabr 2010-cu ildə isə xatirələrini yazdığı "Just Kids" (Uşaq Uşaq) adlı kitabıyla National Book Awardın qazandı. 2011-ci Polar Music Prize'ı edən sənətçilərdən biri oldu.
Sabah (ştat)
Sabah — Malayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).
Sait Faik
Səid Faiq Abasıyanıq (türk. Sait Faik Abasıyanık) (18 noyabr 1906 ya da 22 noyabr 1906 və ya 23 noyabr 1906 Adabazarı, Sakarya ili — 11 may 1954, İstanbul) — Türk şair, tərcüman (fransız dili) və yazıçı.
Samanta Smit
Samanta Rid Smit (ing. Samantha Reed Smith; 29 iyun 1972, Houlton, Men, ABŞ – 25 avqust 1985, Oborn, Men, ABŞ) — 1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-nin Men ştatından olan məktəbli qız. 1983-cü il 7-22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi. Moskvada, Leninqradda və Krımdakı "Artek" pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi "Yaşayacağıq!" (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır. Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı "Sovet İttifaqına səyahət" adlı kitabda ifadə etmişdi. Samanta Smit 25 avqust 1985-ci ildə atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur. Yuri Andropov 1982-ci ilin noyabrında Sov.İKP-nin birinci katibi vəzifəsində Leonid Brejnevi əvəz etdikdən sonra, müxtəlif Qərb jurnal və qəzetlərində ondan bəhs edən məqalələr nəşr edilməyə başladı. Rəylərin əksəriyyəti mənfi idi və Qərb dünyasına qarşı yeni təhlükənin meydana çıxmasından bəhs edirdi.
Sem Smit
Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.
Sidney Smit
Sidney Smit (ing. Sydney Smith; d. 1875, Liverpul, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Liverpul" komandasında çıxış edib. Sidney Smit 1875-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuşdur. 1903-cü ildə "Liverpul" komandasında 2 oyunda meydana çıxmışdır.