Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üveit
Üveit – gözün orta hissəsinin iltihabıdır: qüzehli qişa, kirpikli cisim (siliar), xorioid və şüşəvarı cisim.
Nüvəcik
Nüvəcik - nüvə daxilində yerləşən, öz membran örtüyünə malik olmayan, ölçüsü 1-10 mkm olan möhkəm, girdə cisimcik. İşıq və elektron mikroskop altında yaxşı görünür. Onun miqdarı hüceyrənin həyat fəaliyyətindən asılı olaraq dəyişir. Nüvəciyin tərkibi: zülallar, RNT, Risobomlar, kalium, kalsium, dəmir və bir sıra fosfat birləşmələrindən ibarətdir. Nüvəciyin membranı yoxdur, nüvə şirəsi ilə həmişə təmasda olur. Hüceyrənin bölünmə ərəfəsində nüvəcik parçalanır, bölünmənin son mərhələsində yenə bərpa oluur. Ona görə nüvəcik yalnız bölünməyən hüceyrələrdə görünür. Nüvəcikdə risobom RNT-si və ribosomun kiçik və böyük hissələri formalaşır.
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Vecin
Veçin və ya Vecin (farsca:وچین / وجین) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Vecin Kosar şəhristanının Şimali Səncəbəd dehistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 101 nəfər (kişilər: 54 nəfər - qadınlar: 47 nəfər) olmuşdur. Kənddə 26 ailə yaşayır. Kəndin əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkçəsində danışırlar. Ərdəbildən ? km cənub-şərqdə, Givi şəhərindən 45 km şimal-şərqdə, 37° 51' 59.50" şimal enliyi və 48° 26' 50.66" şərq uzunluğunda, dəniz səviyyəsindən 1940 m yüksəklikdə yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə ibtidai məktəb fəaliyyət göstərir. Kənd əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Oveçi adası
Oveçi adası (fin Lammassaari) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Verxnı adasından 50 m şimalda, Pojoq adasından isə 100 m cənuba yerləşir. Yaxınlığında Martinsaari və Paatio adaları yerləşir.
Vəlit (Xaybulla)
Buzaulık kəndi (başq. Быҙаулыҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Vəlit kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.