Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hanava Hokiiçi
Hanava Hokiiçi (yap. 塙 保己; 23 iyun 1746 – 7 oktyabr 1821, Edo[d])- Yaponiyanın tanınmış kor mütəfəkkiri, tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərinə yiyələnən Edo dövrünün tanınmış elm xadimi və buddist keşişi. == Haqqında == Hanava Hokiiçi 1746-cı il iyun ayının 23-də Yaponiyanın Musaşi əyalətinin Hokino kəndində (hazırda Saytama Prefekturasında Xondzyo şəhəri) anadan olub. O, Edo dövrünün tanınmış kor elm xadimi və buddist keşişi idi. Hokiiçi 7 yaşı olanda kor qalmışdır. 15 yaşı olanda Edoya gəlmişdir. Burada o, Ametomi Kengyoda şagird olur. Bir neçə ustaddan tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərini öyrənmişdir. Onlardan biri və ən məşhuru Kamo Mabuçi (Kamo no Mabuçi) idi. 34 yaşında o, Yaponiyanın milli tarixini yazmağa başlamağa qərar verir.