Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Corc Koval
Corc Abramoviç Koval (ing. George Abramovich Koval, rus. Жорж Абрамович Коваль, translit. Jorj Abramoviç Koval; 25 dekabr 1913, Su-Siti[d], Ayova, ABŞ – 31 yanvar 2006, Moskva, Rusiya) — Sovet atom bombası layihəsi üçün Sovet İttifaqı adına kəşfiyyat vəzifəlisi olaraq xidmət edən Amerika Birləşmiş Ştatları vətəndaşı casus, alim, texnika elmləri namizədi. Sovet mənbələrinə görə Kovalın Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olaraq Manhetten layihəsinə sızıb məlumat ötürməsi Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti böyük ölçüdə azaldıb. Koval Rusiyadan köçmüş yəhudi bir ailənin uşağı olaraq Amerika Birləşmiş Ştatlarının Ayova ştatına bağlı Su-Sitidə anadan olub. Yetkinlik dövrünə çatdıqdan bir müddət sonra ailəsiylə birlikdə Sovet İttifaqı, Birobicana köçüb. Sonradan, Baş Kəşfiyyat İnstutuna daxil olaraq burada ali təhsilini davam etdirib və buranı bitirdikdən sonra "Delmar" kod adı ilə vəzifəyə başlayıb. 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına geri qayıtdıqdan sonra 1943-cü ilin əvvəllərində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sızdı. Koval Amerika Birləşmiş Ştatlarının atom tədqiqat laboratoriyalarında çalışdı və ölkənin atom silahlarında istifadə etdiyi polonium, plutonium və uranium elementlərinin istehsal prosesləri və həcmləri haqqında Sovet İttifaqına gizli məlumatlar ötürdü.
Vladimir Koval
Vladimir Koval — Aktyor. Yaşamaq gözəldir, qardaşım!
Əlaəddin Koval
Əlaəddin Koval (türk. Alâaddin Koval) (d. 1878, İstanbul - ö. 08.08.1930, İstanbul) — Türk əsgəri. 1901-ci ilin 13 avqustunda hərbi məktəbə daxil olmuş və 1903-cü ilin 22 avqustunda oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1906-cı il sentyabrın 26-da oradan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında, Şərqi Frakiyada 1-ci korpusun komandiri olan Cəfər Təyyar Paşanın əmri ilə 55-ci bölmə komandirliyində xidmət etmişdir. 1 mart 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. İlk olaraq, Əlcəzirə Cəbhəsinin Baş qərargahı rəisi kimi xidmət göstərdi və 1922-ci ilin aprel ayında 41-ci şöbənin komandiri vəzifəsinə təyin edildi.
Şxun
Şxun — iki və daha artıq dor ağacı olan yelkənli gəmi. Şxun ingilscə “Schonner” sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı. Sonrakı dovrdə şxun daxili yanma muhərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır.
Sun
Syun-Tszı
Syun-Tszı (çin. 荀子; ən geci e.ə. 298, Çjao – e.ə. 238) — Çin filosofu. Konfutsiliyin digər nümayəndəsi Syun-Tszının (e.ə. 298-238) təlimində isə mərkəzi xətt cəmiyyət və insan problemidir. O, iddia edirdi ki, göy, səma, təbiətin ayrılmaz bir hissəsi olan, materiyadır. Təbiətdə bütün hadisə və proseslər onun öz qanunları əsasında baş verir və dəyişir. Onun nəzərincə, insan taleyi ilahidən deyil, onun özündən asılıdır. Bundan əlavə insan aləmi dərk etmək və ondan öz xeyrinə istifadə etmək qabiliyyətinə malikdir.
Syun çayı
Syun çayı (rus. Сюнь; başq. Сөн; tatar. Сөн) – Rusiya Federasiyasından, Tatarıstan və Başqırdıstandan axan çay. Ağidel çayının sol qoludur. Uzunluğu 209 kilometr təşkil edir, bunun 74 kilometri Tatarıstan ərazisindədir. Hövzəsinin sahəsi 4.500 km2 təşkil edir. Tatarıstan yerləşən əsas qolları Kalmiya, Sikiya, Terpelya, Bezyada, Başqırdıstanda yerləşən əsas qolu isə Şarandır. Çayın mənsəbində illik çöküntülərin yığılma miqdarı 120 millimetr təşkil edir. Çay 1978-ci ildən bəri Tatarıstanın milli təbiət abidəsi kimi qorunur.
Şaun Ross
Şon Ross (ing. Shaun Ross; 10 may 1991, Bronks, Nyu-York ştatı) — ABŞ modeli, müğənni və aktyoru. Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır. Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir. Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir.
Sun-Tszı
Sun-Tszı (çin. 孙子算经; III əsr) — Çin riyaziyyatçısıdır; "Riyazi traktat" əsərinin müəllifidir; hesablama taxtasında hesab əməllər qaydasını vermiş, bir dərəcəli tənliklərin tam ədədlərdə həll üsulunu şərh etmişdir. Берёзкина Э. И. Математический трактат Сунь-Цзы // «Историко-математические исследования». Вып. 3. — М., 1963. Lam Lay Yong and An Tian Se. "Fleeting Footsteps", p. 4. World Scientific.
Sun Dan
Sun Dan (d. 4 sentyabr 1986) — Çini təmsil edən bədii gimnast. Sun Dan, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. Sun Dan, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Çou Tao, Lü Yuanyanq, Sui Jianşuanq və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Sun Dzı
Sun Dzı (Çincə: 孫子; təq. e.ə. 544 – təq. e.ə. 496 və ya təq. e.ə. 470) — Çin hərb nəzəriyyəçisi və strateq. Məşhur "Hərb sənəti" (Çincə:兵法) kitabının müəllifi. Onun bu əsəri 13 bölmədən ibarətdir. Birinci Çin hökmdarı Çin Şi Huanq bu kitabın "Vuruşan krallıqlar" dövrünü bitirmək və birləşmiş krallıq yaratmaqda xüsusi köməyi olduğunu qeyd etmişdi.
Sun Hao
Sun Hao (* 242; † 284) — U çarlığının dördüncü çarı, Sun Henin oğlu. Sun Henin böyük oğlu, yenicə xələf elan edilmiş Sun Deq 241-ci ildə öldükdən sonra, Sun Hao 242-ci ildə konkubina Hedən doğulmuş sonrakı böyük oğlu idi.
Sun Huizi
Sun Huizi (11 iyun 1990) — Çini təmsil edən su poloçusu. Sun Huizi, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Huizi, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Sun Lian
Sun Lian (* 243; † 260) — Sun Çyuanın oğlu və U çarlığının ikinci çarı.
Sun Microsystems
Sun Microsystems – 24 fevral 1982-ci ildə Kaliforniyanın Santa Clara şəhərindəki mərkəzi Silikon Vadisində təsis edilmişdir. Kompüter və kompüter hissələri, proqram təminatı və informasiya texnologiyaları daxil olmaqla bir çox daxili sahələrdə istehsal edən və satan bir şirkətdir. Sun 20 aprel 2009-cu ildə imzalanmış bir razılaşmaya əsasən 27 yanvar 2010-cu ildə Oracle tərəfindən 7,4 milyard $-a alınmışdır. Izlənən şirkətlər Sun Microsystems; Oracle, USA Inc ilə birləşdi və adı dəyişərək Oracle America Inc oldu. Şirkətin istehsal obyektləri Şotlandiya, Hillsboro, Oregon və Linlithgow şəhərlərində yerləşir. Sun məhsulları kompüter serverləri və iş stansiyaları daxildir. Məhsullar Sun-un öz işləyicisi SPARK və AMD-nin işləyicisi Opteron və Solaris əməliyyat sistemləri və Java platformasına uyğun qorulmuş, təməlləri bu sistem və kodlara dayanmaqdadır. Sun şirkətinin mərkəzi olan Santa Clara, Kaliforniya, 1888 və 1972-ci illər arasında Agnews İnkişaf Mərkəzinin, zehni və nevroloji xəstəliklər mərkəzinin qərb qəsəbəsidir.
Sun Qiaolu
Sun Tzu
Sun Dzı (Çincə: 孫子; təq. e.ə. 544 – təq. e.ə. 496 və ya təq. e.ə. 470) — Çin hərb nəzəriyyəçisi və strateq. Məşhur "Hərb sənəti" (Çincə:兵法) kitabının müəllifi. Onun bu əsəri 13 bölmədən ibarətdir. Birinci Çin hökmdarı Çin Şi Huanq bu kitabın "Vuruşan krallıqlar" dövrünü bitirmək və birləşmiş krallıq yaratmaqda xüsusi köməyi olduğunu qeyd etmişdi.
Sun Xiu
Sun Xiu (* 235; † 264) — Sun Çyuanın oğlu və U çarlığının üçüncü çarı.
Sun Yatinq
Sun Yatinq (24 fevral 1988) — Çini təmsil edən su poloçusu. Sun Yatinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Yatinq, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Sun Yatinq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Sun Yatsen
Sun Yatsen (12 noyabr 1866[…], Cuihenq[d], Tzin sülaləsi – 12 mart 1925) — Çin inqilabçı demokratı. Çində ilk inqilabi təşkilat olan "Çin dirçəliş ittifaqı"nı yaratmışdır.
Sun Yujun
Sun Yujun (30 yanvar 1987) — Çini təmsil edən su poloçusu. Sun Yujun, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Yujun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Sun imperiyası
Sun imperiyası (çin 宋朝, pinyin Sòng Cháo, pall. Сун Чао) — 960–1279-cu illərdə Çində iqtidarda olmuş imperiya. Çjurçjenlərə qarşı mübarizə. Üsyandan sonra yarım əsr ölkəni ara müharibələri bürüdü. Çinin şimalında beş sülalə qısa müddətdə bir-birini əvəz etdi. 960-cı ildə Sun sülaləsinin hakimiyyəti bərqərar edildi. Bu zaman Çinin şimal-şərqində çjurçjen tayfaları yaşayırdılar. Əvvəllər onlar Çindən asılı idilər. Sonra güclü ordu yaradaraq asılılıqdan qurtardılar və özlərinin Tsin (qızıl) imperiyası adlanan dövlətini qurdular. Onlar Şimali Çinə qoşun yeridib paytaxtı tutdular, danışıq aparmaq üçün onların yanına gəlmiş imperator və oğlunu əsir aldılar.
Sun sülaləsi
Sun imperiyası (çin 宋朝, pinyin Sòng Cháo, pall. Сун Чао) — 960–1279-cu illərdə Çində iqtidarda olmuş imperiya. Çjurçjenlərə qarşı mübarizə. Üsyandan sonra yarım əsr ölkəni ara müharibələri bürüdü. Çinin şimalında beş sülalə qısa müddətdə bir-birini əvəz etdi. 960-cı ildə Sun sülaləsinin hakimiyyəti bərqərar edildi. Bu zaman Çinin şimal-şərqində çjurçjen tayfaları yaşayırdılar. Əvvəllər onlar Çindən asılı idilər. Sonra güclü ordu yaradaraq asılılıqdan qurtardılar və özlərinin Tsin (qızıl) imperiyası adlanan dövlətini qurdular. Onlar Şimali Çinə qoşun yeridib paytaxtı tutdular, danışıq aparmaq üçün onların yanına gəlmiş imperator və oğlunu əsir aldılar.
Sun Çyuan
Sun Çyuan (5 iyul 182 – 21 may 252) — Sun-çzı nəslindən olan Sun Çzyanın oğlu, U çarlığının birinci hökmdarı.
Sun Television
Sun Television (サンテレビジョン) və ya qısaca tvk – Yaponiyanın Hyoqo prefekturasında və Böyük Tokio Bölgəsində yayımlanan müstəqil televiziya kanalı.1968-ci ildə qurulmuşdur və 1969-cu ildə yayıma başlamışdır. 36-cı kanal vasitəsilə yayımlanır. Televiziya kanalı Yaponiya Müstəqil Televiziya Kanalları Assosiasiyasının üzvüdür. Analoq: 36-cı kanal. Rəqəmsal: 26-cı kanal. Müstəqil bir kanal kimi Sun Television əsasən yerli xəbər, alternativ musiqi (bəzi tanınmış musiqiçilər hətta), yerli idman, təhsil verilişləri və anime yayımlayır.
Sun Kyun-Hva
Sun Kyun-Hva (d. 20 iyul 1965) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Sun Kyun-Hva Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Sun Kyun-Hva Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Kanal
Kanal (lat. canalis – boru) — hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var. Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s.
Kefal
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Kidal
Kidal (fr. Kidal, tifinaq ) — Malinin şimal-şərqində şəhər və kommun. Eyni adlı bölgənin inzibati mərkəzi. == Coğrafiyası == Qaodan təxminən 350 km şimal-şərqdə, dəniz səviyyəsindən 455 m yüksəklikdədir. == Tarixi == İlk hərbi post 1908-ci ildə Fransız zabiti Bertiks tərəfindən Kidalda quruldu, növbəti il ​​leytenant Lanzeron istehkam edilmiş Kidale qalasının inşasına başladı. 1917-ci ildə ikinci bir qala quraşdırıldı və 1930-cu ildə genişləndirildi. Bu qala bu gün də mövcuddur. Kidal 1990-cı illərin əvvəllərində Tuareq üsyanının yuvası idi. 1997-ci ildə bir qadın Nina Vallet İntalu, islamçıların təzyiqi altında istefa etmək məcburiyyətində qalan şəhər meri seçildi. 2006-cı ilin mayında, Mali hökumətinə qarşı illərdir gerizandan sonra Tuareqlər barışıq müqaviləsi imzalamağa razı oldular.
Kokal
Kokal (q.yun. Κώκαλος) — yunan mifologiyasında personaj. Mikena kitabələrində ko-ka-ro (Kokal) adına rast gəlinir. Kokal Siciliyada Kamik və ya İnikanın hakimi olmuşdur. O, siklopların məhv edilməsindən sonra Siciliyanı idarə etmişdir. O,sikanların padşahı olmuşdur. Kokal padşah Minos səbəbilə Kritdən qaçan Dedalı qəbul etmişdir. Aristofanın "Kokal" komediyasının baş qəhrəmanıdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === «Мифы Древней Греции. Словарь-справочник.» EdwART, 2009 год.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Kovak
Kovaq
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Laval
Laval (Mayen)
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Əhval
Əhval — hər hansı bir anda fərdin fiziki və mənəvi vəziyyətinin ümumi psixi göstəricisi; xüsusi hisslərdən və ümumi hisslərdən ibarətdir. Beləliklə, əhval hallarından biri — aclıq hissi — mədədə yerli hisslərdən və bütün bədəndə ümumi qeyri-müəyyən bir hissdən ibarətdir. Əhval fərdin özünü qorumaq instinkti ilə sıx bağlıdır: o, orqanizmə ehtiyaclarını xatırladır və onu təhdid edən təhlükələrə yönəldir. Xüsusən də əhval rifahdan asılıdır. Əhval yaratmaq üçün hərəkətlərin və şərtlərin dəqiq tərifi yoxdur. Əhval ətraf mühitin və onun doğurduğu emosiyaların qiymətləndirilməsi yolu ilə inkişaf edir, sonra isə əhvalı formalaşdıran öz şəxsi müqəddəratını təyinetmənin təfsiri inkişaf edir. Əhvalın iki fərqli növü var: koqnitiv və affektiv. Subyektiv nöqteyi-nəzərdən əhval "hər bir insanın həyatı haqqında düşündüyü və hiss etdiyi hər şeyin əhəmiyyətli olması fikrinə əsaslanır". . Əhval subyektivdir, çünki insan başqa insanlara və cəmiyyətə baxaraq özünü hiss edir. Əhval insanın ehtiyaclarının ödənilmə dərəcəsi ilə də müəyyən edilə bilər, baxmayaraq ki, sırf nəzəri cəhətdən fərdin ehtiyacları və istəkləri heç vaxt tam təmin edilə bilməz.
Kivaç
Kivaç (kar. Kivačču fin Kivatsu) — Rusiyada, Kareliya Respublikasının cənubunda şəlalə. Şəlalə Suna çayının üzərində yerləşir. == Ümumi məlumat == Şəlalənin adı böyük ehtimal ki, fin mənşəli kiivas sözündən meydana gəlmiş. Mənası möhtəşəm, çevik deməkdir. Kivaç şəlaləsinin ümümi düşmə hündürlüyü — 10,4 metrdir. Bu çayın 170 metrlik hissəsinə uyğun gəlir. Aşağı hissədəki astananın hüdürlüyü isə — 8 metrdir. Şəlalənin formalaşdığı çay yatağının süxuruları əsasən diabazdan ibarətdir. Şəlalə ümumilikdə qaya parçası ilə iki hissəyə bölünüb: əsas (sağ) və ikinci (sol).