Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinovac
CoronaVac və ya Sinovac — Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd. Namizəd peyvəndi 2020-ci ilin ortalarından bəri III klinik sınaqlardan keçirilmişdir. Oktyabrın 19-da Braziliyada keçirilmiş III mərhələ tədqiqatının ilkin nəticələri CoronaVac-ın COVID-19-a qarşı etibarlı bir müdafiə olduğunu göstərdi. Braziliyada bir nəfər könüllünün intihar etməsindən sonra noyabrın 10-da III mərhələ sınaqlarını qısa müddətə dayandırdı və daha sonra noyabrın 11-də bərpa etdi.. Dekabrın 3-də Braziliyaya bir milyondan çox doza CoronaVac gətirildi. Dekabrın 6-da isə İndoneziya 1,2 milyon doza CoronaVac-ın ilk partiyasını aldı.. Dekabrın 13-də da Butantan İnstitutu III mərhələ sınaqlarında təsdiqlənmiş COVID-19-a yoluxmuşların sayının 170-ə çatdığını və bu ilkin analiz üçün tələb olunan 151 hadisəni aşdığını və tam peyvəndləşmənin başlaması üçün sənədlərin həm ANVISA-ya, həm də Milli Tibbi Məhsullar İdarəsinə 23 dekabr tarixinə qədər təqdim ediləcəyini açıqladı. CoronaVac vaksini inaktiv peyvənddir. Belə ki, onun kimyəvi tərkibi genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. 2021-ci il yanvarın 7-də effektivlik dərəcəsinin necə hesablandığını açıqlamadan, Butantan İnstitutu peyvəndin 13.000 könüllüdən 220 COVID-19 hadisəsinə əsaslanan yüngül hallarda 78%, ağır və orta infeksiyalara qarşı 100% təsirli olduğunu elan etdi.
Oksana Şişkova
Oksana Valerivna Şişkova (ukr. Оксана Валеріївна Шишкова; d. 10 iyun 1991, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna xizəkçisi, biatleti. Oksana Şişkova 1991-ci il iyunun 10-da Xarkov şəhərində anadan olmuşdur. Üç il akrobatik gimnastika bölməsində oxuyub. Yeddi yaşında kunq-fu öyrənməyə başlayıb. On yaşlarında onun görməsi pisləşməyə başladı və gözdən əlil oldu. On üç yaşında Paralimpiya idmanı və atletika (100 m və 200 m) məşqlərinə başlamış, «Ukrayna idman ustası» adını almışdır. 2003-cü ildə Ukrayna Atletizm çempionatına qatıldı. 2004-cü ildə, gözdən əlil uşaqlar üçün olan internat məktəbində təhsil alarkən xizək və biatlona başladı.
Sinkopa (musiqi)
Sinkopa — xüsusi bir ritm şəklidir ki, aksentin qüvvəli hissədən zəif hissəyə köçürülməsi nəticəsində əmələ gəlir. Sinkopa müxtəlif üsullar vasitəsilə alına bilər: əvvəlki xanənin axırıncı zəif hissəsi ilə sonra gələn xanənin birinci qüvvəli hissəsinin liqa ilə birləşməsi vasitəsilə. bir xanə daxilində zəif hissə ilə nisbətən quvvəli hissənin birləşməsi vasitəsilə. xanənin qüvvəli hissəsində pauza işlədilməsi vasitəsilə.
Anna Tomova-Sintova
Anna Tomova-Sintova (tam adı: Anna Tomova-Sintova, bolq. Анна Томова-Синтова; 22 sentyabr 1941, Stara Zaqora, Bolqarıstan krallığı) — Bolqarıstanın soprano müğənnisi. Dünyanın ən böyük opera binalarında səhnə almış ifaçının repertuarına Motsart, Rossini, Verdi, Puççini, Vaqner və Ştrausun əsərləri daxildir. Annanın xüsusilə dirijor Herbert fon Karayanla 1973-cü ildən 1989-cu ilədək — dirijorun ölümünədək yaxın peşəkar əlaqələri vardı. == Həyatı == Tomova-Sintova altı yaşında ikən pianoda ifa etməyi öyrənməyə başlayıb. On altı yaşında milli mahnı müsabiqəsində qalib gəlib. Daha sonra Sofiya Milli Konservatoriyasına daxil olub. Burada professor Georgi Zlatev-Tçerkininə soprano Katya Spiridonovanın səs sinfində oxumuş və səs və piano üzrə diplomlarla məzun olmuşdur. Səhnədə ilk debütünü magistr təhsili alarkən Çaykovskinin Yevgeni Onegin operasında Tatyana obrazı ilə etmişdir. Məzuniyyətdən sonra Leypsiq Operanın opera studiyasında fəaliyyətə başlamış və 1967-ci ildə burada Verdinin Nabukkosunda Abiqail obrazı ilə ilk peşəkar debütünü reallaşdırmışdır.