Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əvəcük
Əvəcük — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Əvəcük oyk, düz. Qusar r-nunun Köhnə Xudat i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, toponim ova (türk dillərində "düzən") və -cıq kiçiltmə bildirən şək.-dən ibarət olub "kiçik düzən yer" mənasındadır. Kəndin adının əvə/yivə tayfa adına -cük şək.-sini artırmaqla yarandığını da ehtimal etmək olar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 924 nəfər əhali yaşayır.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Adi əvəlik
Adi əvəlik (lat. Rumex acetosa) - əvəlik cinsinə aid bitki növü. == Sinonim == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Əvəlik aşı
Əvəlik aşı — Azərbaycanın milli xörəklərindən biridir. Ağbaba mahalında, Azərbaycanın bölgələrində və Türkiyənin Qars vilayətində yaşayan Azərbaycanlılar arasında məşhurdur. == Tərkibi == əriştə əvəlik soğan lobya yağ istiot qatıq (qurut) sarımsaq == Hazırlanma qaydası == Bir gün əvvəlcdən quru lobya bol suda isladılmaq üçün buraxılır. Soğan doğranır, yağda yüngül qızardılır. Bir gün əvvəlcədən islağa qoyulmuş lobyalar süzülüb yuyulur. Yağla soğana əlavə edilir və biraz su qoyularaq qaynadılır. Bu arada əvəlik doğranır və üzərinə qaynar su tökülür. Lobya bişdikdən sonra əvəlik əlavə edilir. Biraz qaynadıqdan sonra əriştə də əlavə edilir. Az qaynadılır.
Əvəlik dolması
Əvəlik dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti – 108q Düyü – 30q Baş soğan – 20q Göyərti (keşniş, şüyüd və nanə) – 15q Əvəlik – 40q Qatıq – 20q Əridilmiş yağ – 10q Duz-zövqə görə İstiot-zövqə görə Darçın-zövqə görə. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.
Əvəlik şorbası
Əvəlik şorbası — Əsasən, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) Qarabağda məşhurdur. Qədim torpaqlarımız olan Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox bişirilir. Qey edək ki, bu ərazilərin bir çox hissəsi bir zamanlar İrəvan xanlığının bir parçası olmuşdur. Bu şorba sağlamlığa faydalıdır. Xalq arasında soyuqdəymə zamanı müalicə üçün istifadə edilir. == Tərkibi == 1 ədəd soğan 1 ədəd kartof 1 kasa yaşıl mərcimək 1 kasa düyü 1 ovuc əvəlik yarpağı Ət suyu, yağ, sous, pulbibər,su Umac Bəzi yerlərdə əriştə və düyü də əlavə edirlər == Hazırlanması == Əvəlik yarpaqları bir qazana qoyulub biraz qaynadılır.Sora yaşıl mərcimək qaynadılır. Kartof küp küp doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranıb yağla qovrulur və sonra sous və pulbiber qatılır. Soyuq su əlavə edildikdən sonra bir kasa düyünu suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur.Çox qatılaşarsa üzərinə biraz su tökərək isdədiyiniz formanı ala bilərsiniz.
Nevelsk
Nevelsk (rus. Невельск) ya da Honto (yap. 伊曼) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Əvəzlik
Əvəzlik — Bütün əsas nitq hissələrinin yerində işlənə bilən əsas nitq hissəsinə əvəzlik deyilir. Əvəzlik əvəz etdiyi nitq hissəsinin suallarına cavab verir.Əvəzlik əsas nitq hissələrindən biridir. == Əvəzliyin mənaca növləri == Şəxs əvəzlikləri: mən, sən, o, biz, siz, onlar. Həmişə insana aid olmaya bilər. Mənsubiyyətə görə dəyişmir və quruluşca sadə olur. İşarə əvəzlikləri - o,bu, elə, belə, həmin İşarə əvəzlikləri isimləşə bilir(istisna:həmin) Qeyri-müəyyən əvəzliklər: hamı, hər kəs, hər nə, heç nə, hər şey, hərə, bəzisi, kim isə, kimsə, nəsə, biri, kimi, filankəs. Filankəs sözü mürəkkəbdir Təyini əvəzliklər: hər, bütün, filan, öz, eyni. Təyini əvəzliklər isimləşmir, mənsubiyyətə görə dəyişmir. Sual əvəzlikləri - Bütün əsas nitq hissələrinin sualları Sual əvəzlikləri əvəzliyin özünü də əvəz edir. == Əvəzliyin quruluşca növləri == Əvəzliklərin çoxu quruluşca sadədir.
Velsk
Velsk (rus. Вельск) — Rusiyada yerləşən şəhər, Arxangelsk vilayətinin Velsk rayonunun inzibati mərkəzi. Sahəsi — 2650 ha. Əhalisi — 22 776 nəfər (2017). Şəhər Vaqa çayının sol sahilində, Arxangelskdən 510 km məsafədə, Vel çayının axdığı yerdə yerləşir. == Tarixi == Yaşayış məntəqəsi ilk dəfə 1137-ci ildə Novqorod knyazı Svyatoslav Olqoviçin nizamnaməsində kilsə xəracı toplama nöqtəsi kimi qeyd olunmuşdur; 1397-ci il tarixlərində bu yer Vel kilidi olaraq xatırlanır. 1462-ci ildə Novqorod Respublikası ilə Moskva knyazlıqları arasındakı sərt mübarizə nəticəsində Vajsk volostunun bir hissəsi olan Velsk kilsəsi Moskvanın Böyük Moskva knyazlığına aid olmağa başladı. 1708-ci ildə Velsk yeni yaradılan Arxangelsk əyalətinin tərkibinə daxil oldu. Sonradan, Velsk, Ketrin II-nin islahatlarına uyğun olaraq, 25 yanvar 1780-ci ildə Arxangeloqorod vilayətindən ayrılmış Voloqda vilayətinin Vologda vilayətinin Vajsk mahalı (1715-dən 1719-cu ilədək — Vajsk payı, 1727-ci ilədək — rayon) Verkhovazhsky yarısında yerləşdi. 30 iyun 1780-ci ildə Velsk rəsmi olaraq açıldı, Velsk bir mahal şəhəri statusu aldı və Verxovaj yarısından meydana gələn Velsk mahalı Vologdanın hissəsi oldu.
Evelin Bazzanella
Evelin Bazzanella (d. 15 iyun 1976; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Evelin Bazzanella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Evelin Bağçaban
Evelin Bağçaban (türk. Evlin Bahçeban)-Türkiyəli musiqiçi, müğənni, Tehran opersının həmtəsisçisi, İranda kollektiv ifaçılıqın (xor) öncülərində və piano ustası == Bioqrafiyası == Evelin Bağçaban Türkiyənin Mersin şəhərində fransız anadan və türk atadan dünyaya gəlmişdir.O, Cənubi Azərbaycanlı müğənni və bəstəkar Səmin Bağçaban ilə evlənmişdir. == Xarici keçidlər == TEHRAN TIMES: Opera singer Evelyn Baghcheban dies in Istanbul (2.
Evelin Ebhomien
Evelin Ebhomien (1 yanvar 1981) — Nigeriyalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Nigeriyanı təmsil edir. Evelin Ebhomien 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Evelin Vo
İvlin Vo (ing. Evelyn Waugh) (tam adı: Artur İvlin Con Vo, ing. Arthur Evelyn St. John Waugh; d. 28 oktyabr 1903, London – ö. 10 aprel 1966, Somerset) — İngiltərə roman yazıçısı, səyahət kitabları və avtobioqrafiyaların müəllifi. İvlin Vo jurnalist kimi də fəaliyyət göstərmişdi və öz əsərlərinin tənqidçisi idi. Ən tanınmış əsərlərinə "Tənəzzül və süqut" (1928), "Bir ovuc toz" (1934), "Braydşedə qayıdış" (1945) romanı, İkinci dünya müharibəsinə həsr etdiyi "Şərəf qılıncı" trilogiyası (1952-61) və başqaları daxildir. Vo XX əsrdə ingilis dilinin ən böyük naşir stilistlərindən biri kimi tanınır.Naşir oğlu olan Vo ilk təhlisini Lansinq kollecində, daha sonra isə Oksforddakı Hertford kollecində alıb və tam ştatlı yazıçı kimi fəaliyyət göstərməmişdən əvvəl məktəb müəllimi kimi çalışıb. Gənc yaşlarında şəhərin məşhur aristokratları ilə dostluq edib.
Evelin İlves
Evelin İlves — Estoniyanın birinci xanımı; Estoniyanın Fiqurlu Konkisürmə üzrə Federasiyanın prezidentiEvelin İlves 1968-ci ilin aprelin 20-də anadan olub. O, ali məktəbi Tartu Universitetini tibb ixtisası üzrə bitirib. İlves 2004-cü ildə Estoniya prezidenti Toomas Hendrik İlves ilə ailə həyatı qurub. Onların Kadri Keiu adlı bir qızları var.
Evelyn Hamann
Evelyn Hamann (ing. Evelyn Hamann; 6 Avqust 1942 - 28 Oktyabr 2007) — Alman aktrisa.
Evenk dili
Evenk dili, evenki dili (köhnə — tunqus dili) — evenklərin dili. Rusiyada, əsasən Şərqi Sibirdə — Yenisey çayının sol sahilindən Saxalin adasına qədər yayılıblar (4,8 min nəfər 2010), həmçinin Çinin şimalında Daxili Monqolustanda, Sinyan-Uyğur muxtar vilayətində və Monqolustan yaşayan 9 min nəfər solonlar da evenklərə aiddir. Even dili və negidal dili ilə yanaşı tunqus-mancur dillərinin şimal qrupuna aiddir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == İstinad == Эвенгус — сайт о языке: учебники, словарь, разговорник. Эвенкийский для начинающих — Электронная онлайн-версия обучающей программы на сайте электронного журнала "Языки и фольклор народов Сибири". (Access denied!) == Mənbə == Болдырев Б. В. Эвенкийско-русский словарь (Эвэды-лучады турэрук). — Новосибирск: Изд-во СО РАН, филиал "Гео", 2000. — Ч. 2: Р—Я. — 484 с.
Evolu Lüdovik
Evolu Lüdovik (fr. Louis d'Évreux; 3 may 1276 – 19 may 1319) — Fransa kralı III Filippin oğlu. == Mənbə == Henneman, John Bell (1971). Royal Taxation in Fourteenth Century France: The Development of War Financing, 1322-1359. Princeton University Press Taylor, Craig, ed. (2006). Debating the Hundred Years War. Vol. 29: Pour Ce Que Plusieurs (La Loy Salicque) And a Declaration of the Trew and Dewe Title of Henry VIII. Cambridge University Press de Venette, Jean (1953). Newhall, Richard A. (ed.).
Evelin Vonun biblioqrafiyası
İvlin Vo (1903-1966) — İngiltərə yazıçısı, jurnalist və tənqidçisi. O, ümumilikdə XX əsrin aparıcı ingilis yazıçılarından biri sayılırdı. == Romanları == “Samanlıqda məbəd” / ing. The Temple at Thatch, (1924 — 1925); "Tənəzzül və süqut" / ing. Decline and Fall, (1928); “Murdar bədənlər” / ing. Vile bodies, (1930); "Qara fitnəkar" / ing. Black Mischief, (1932); "Bir ovuc toz" / ing. A handful of dust, (1934); "Sensasiya" / ing. Scoop, (1938); "Bayraqları atın" / ing. Put out more flags, (1942); “Braydşedə qayıdış” / ing.
Pont-Evek
Pont-Evek (fr. Pont-Évêque) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38318. Kommunanın 2012-ci il üçün əhalisi 5106 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 165 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 26 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Evolu Janna (Fransa kraliçası)
Evolu Janna (fr. Jeanne d'Évreux; 1310 – 4 mart 1371) — Fransa kralı IV Çarlzın üçüncü xanımı, Fransa və Navarra kraliçası.Atası Fransa kralı III Filippin oğlu Lüdovik, anası isə Artesli Marqaritadır. 5 iyul 1324-cü ildə əmisi oğlu olan Fransa kralı IV Çarlzla evləndirildi. Qohum olan cütlüyün evlənə bilməsi üçün Papa XXII Condan xüsusi icazə alındı. 11 may 1326-cı ildə keçirilən tacqoyma mərasimiylə Fransa kraliçası oldu. Cütlüyün bu evlilikdən 3 qızı dünyaya gəlsə də, bunlardan yalnız biri yetkinlik yaşına çatdı. 1328-ci ildə əri IV Çarlz vəfat etdi və o əsnada hamilə olan Janna bir qız uşağı dünyaya gətirdi. Qızlarıyla birlikdə qalan ömrünü ərindən miras qalan mülklərində keçirən Janna sonrakı illərdə mühüm siyasi rollar oynadı. 4 mart 1371-ci ildə Paris yaxınlığında vəfat edən Evolu Janna Sen-Deni Bazilikasına dəfn edildi. == Mənbə == Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p.
La-Bastid-l'Evek
La-Bastid-L'Evek (fr. La Bastide-l'Évêque, oks. La Bastida de l'Avesque) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ryopeyru kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12021. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 35 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 817 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 474 nəfər (15-64 yaş arasında) 359 nəfər iqtisadi cəhətdən fəal, 115 hərəkətsiz (fəaliyyət göstərici 75,7%, 1999-cu ildə bu göstərici 69.0%) olmuşdur.