Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağabağır (Ərdəbil)
Ağabağır (fars. اقاباقر‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 6 km qərbdə, Ərdəbil-Astara avtomobil yolunun 2 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,266 nəfər yaşayır (316 ailə).
Ağabağı
Ağabağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Kəndəbil inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndinin adının mənası "Ağaya məxsus bağ" deməkdir. Belə ki, 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürülərkən bu ərazi Ağa adında bir şəxsə verilmişdir. 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Ağabağı da onlardan biri idi. Ağabağı kəndində bərələr də mövcud olmuşdur. Həsən bəy Zərdabi 6 iyun 1882-ci ildə Kaspi qəzetində yazdığı məqalədə kəndin su altında qaldığını qeyd etmişdir. == Coğrafiyası == Kənd Zərdab şəhərindən 19 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Kəndin yaxınlığında "Məhəddin axmazı" var.
Qarabağır
Qarabağır (lat. Tetrastes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Ağabacı
Ağabəyim ağa (Ağabacı; v. 1832, Qum) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. == Həyatının erkən dövrü == Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nikaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.
Ağbayır
Ağbayır — Yuxari Qarabağın Arasbar nahiyəsində qışlaq və əkin yerinin adı. == Toponimikası == Ağbayır — Yuxari Qarabagın Arasbar nahiyəsində Cavanşir tayfasının Molla Fazilli oymağına məxsus qışlağın və əkin yerinin adı. Azərbaycan dilində ağ (süxurun rəngi) və türk dillərində bair "dağ tirəsi" sözlərindəndir. Kəlbəcər rayonunda Çal Bayır, Şamaxı rayonunda Çil-Bayır, Laçın rayonunda Çal-Bayır (Daşbulaq kəndi ərazisində) və Bakı şəhəri ərazisində Bayıl və b. adlarla mənaca eynidir.
Ağabacı Rzayeva
Ağabacı İsmayıl qızı Rzayeva (15 dekabr 1912, Bakı – 5 iyul 1975, Bakı) — Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). == Həyatı == Ağabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda anadan olmuşdur. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirmiş, bir neçə il Saray, Kürdəxanı və Maştağada müəllimlik etmişdir. Ağabacı xanım not çalğısı üzrə bəstəkar Səid Rüstəmov, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almışdır. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır. Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılmış "Vətənpərvərlik Marşı" idi.O, həmçinin bir sıra mahnı və romansların, "Mübahisə etmə" musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir.
Ağanağı Axundov
Ağanağı Yaqub oğlu Axundov — Azərbaycan rejissoru, ssenaristi. == Həyatı == == Filmoqrafiya == Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967) İnsan məskən salır (film, 1967) Aslan və iki öküz (film, 1970) Fitnə (film, 1970) Pıspısa xanım və Siçan bəy (film, 1974) Cücələrim (film, 1975) Sən belə cımbılısan (film, 1982) Sehrli naxışlar (film, 1984) Bahar əyləncələri (film, 1989) Gecə qatarında qətl (film, 1990) == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Ağabəyim ağa (Ağabacı)
Ağabəyim ağa (Ağabacı; v. 1832, Qum) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. == Həyatının erkən dövrü == Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nikaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.
Qaralar-i Ağatağı (Urmiya)
Qaralar-i Ağatağı (fars. قرالراقاتقي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (54 ailə).
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013)
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Filmdə Ədalət Məmmədov, Almaz Amanova, Mehman Piriyev, Lətafət Məmmədova və Dəniz Tacəddin çəkilmişlər. == Məzmun == Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir.
Ağagir
Ağagir (fars. آقاگیر‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 212 nəfər yaşayır (75 ailə).
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Su qabağı
Su qabağı (lat. Lagenaria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Adenopus Benth. Sphaerosicyos Hook.f.
Hamısı Aqatadır (miniserial)
Hamısı Aqatadır (ing. Agatha All Along) — Marvel Comics tərəfindən nəşr edilmiş Aqata Harkness personajı əsasında Jak Şeffer tərəfindən Disney+ üçün yaradılmış ABŞ televiziya miniserialı. 2021-ci ildə yayımlanmış "VandaVijn" adlı miniserialın spin-offu olan "Hamısı Aqatadır", Marvel Studios tərəfindən "Marvel Television" leyblı ilə yaradılmış və Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on birinci teleserial olmaqla, xronoloji baxımdan MKK filmlərinin xələfidir. Şaffer, serialın şouranneri və əsas rejissorudur. Serialda, Ketrin Han "VandaVijn" teleserialında canlandırdığı Aqata Harkness roluna geri dönmüş, eyni zamanda Co Lok, Mariya Dizzia, Pol Adelşteyn, Obri Plaza, Patti LuPon, Saşir Zamata, Alay An, Maylz Qutierrez-Rayli, Okvui Okpokvasili, Debra Co Rapp kimi aktyorlar da rol almışlar. 2021-ci ilin oktyabrında Şeffer və Hanın layihəyə qoşulması ilə hazırlıqlara başlanmış, növbəti ayda isə serialı rəsmi elan edilmişdir. 2023-cü ildə, əsas çəkilişlərin başlamasından əvvəl, Şeffer, Reyçel Qoldberq və Qandja Monteyronun rejissorluğu elan edilmişdir. Əsas çəkilişlər 2023-cü ilin yanvar-may ayları arasında Atlantadakı Trilith Studiosda və Los-Ancelesdə baş tutmuşdur. "VandaVijn" üzərində çalışmış işçi heyət, o cümlədən musiqi heyəti bu serialda iş üçün yenidən bir araya gəlmişdir. 2024-cü ildə serialın adı rəsmi elan edilənə kimi, marketinq kampaniyası çərçivəsində müxtəlif ad variantları elan edilmiş, sonradan serialın "VandaVijn" serialında səslənən eyni adlı mahnıya istinadən "Hamısı Aqatadır" (ing.
Adi su qabağı
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.