Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqameda (Avginin qızı)
Aqameda ( q.yun. Ἀγαμήδη, ) — qədim yunan həkimi. O, epeylərin padşahı Avginin böyük qızı kimi Elidada anadan olmuşdur. O, Elida və Pilos arasında gedən döyüşdə Pilos padşahı Nestor tərəfindən öldürülən Muli ilə evli idi. Roma müəllifi Qay Yuli Higin yazır ki, o, Poseydondan üç oğul doğdu: Bel, Aktor və Dikt.
Ağamurad (Meşkinşəhr)
Ağamurad (fars. اقامراد‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (7 ailə). == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 48 km cənub-şərqdədir.
Ağamehdi Ələkbərov
Ağamehdi Salman oğlu Ələkbərov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri. == Həyatı == Ağamehdi Ələkbərov 1910-cu ildə neftçi fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunu bitirmişdir. 1937-ci ildən neft sənayesi və tikinti materialları sənayesində rəhbər işlərdə — Azərbaycan neft tikinti materialları trestinin baş mühəndisi, müdiri, Azərbaycan Neft Kəşfiyyatı Birliyi rəisinin müavini vəzifələrində işləmişdir. 1953-cü ildən Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini, sonra naziri, 1960-cı ildən isə Azərbaycan SSR Nazirlər Sovetinin texniki və kommunal təsərrüfatı şöbəsinin rəisi olmuşdur. 1965-ci ildə yenidən tikinti materialları sənayesi naziri təyin edilmişdir. Ağamehdi Ələkbərov 1942-ci ildə Sov.İKP üzvlüyünə qəbul edilmiş, Azərbaycan SSR Ali Sovetinin 6 və 7-ci çağırış deputatı seçilmişdir. 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuşdur.
Ağaverdi Paşayev
Ağaverdi Ağaəli oğlu Paşayev (27 oktyabr, 1950, Bakı, Azərbaycan SSR) — azərbaycanlı dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, professor (1999), Şöhrət ordeni laureatı (2016). == Həyatı == Ağaverdi Ağaəli oğlu Paşayev 1950-ci il oktyabrın 27-də Bakıda anadan olub. Erkən yaşlarından musiqiyə böyük məhəbbət bəslədiyini görən atası ona balaca bir tar alıb. 1960-cı ildə, atası onu 12 saylı musiqi məktəbinin tar sinfinə qoyur. Burada onun ilk tar müəllimi Nadir Əhmədov, sonra isə Ağasaleh Abasəliyev olur. Hələ 12 saylı musiqi məktəbinin III sinfində oxuyarkən Respublikada "Oxu tar", "Sən nəğmələr qoş", "Oxu bülbül" adı altında keçirilən müsabiqələrdə iştirak edərək, laureat olub. Daha sonra VI, VII Ümumrespublika müsabiqələrində qalib olması da məhz onun ilk sənət uğurlarıdır. Bu istedadın sayəsində Ağaverdi Paşayev o vaxtlar, yəni keçən əsrin 60-cı illərində Azərbaycan radiosunda uşaqlar üçün hazırlanan "Ulduz" proqramının tez-tez qonağı olar və öz mahir ifaları ilə uğurlu çıxışlar edərmiş. Ulu tar alətində ifaçılığı püxtələşdikcə gənc Ağaverdinin bu sənətə sevgisi daha da artırdı. Tara məhəbbəti, sənətə sevgisi sayəsində o, 1966-cı ildə A. Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kolleci) tar sinfinə daxil olur.
Ağaverdi Rəhimov
Ağaverdi Hacı Yarəli oğlu Rəhimov (1895, Balaxanı, Bakı qəzası – 29 avqust 1936, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin, Ağdaş Qəza Komitəsinin katibi. == Həyatı == Ağaverdi Yarəli oğlu Rəhimov 1895-ci ildə Bakı qəzasının Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd məktəbində almış, gimnaziyanı bitirərək Kiyev Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, burada qeyri-qanuni tələbə təşkilatlarının işində fəal iştirak etmiş, tələbə çıxışlarının təşkilatçılarından olmuşdur. Tələbə həyəcanları ilə əlaqədar olaraq 1918-ci ildə Kiyev Universitetində dərslər kəsildikdən sonra Ağaverdi Rəhimov da Bakıya qayıtmışdır. 1918-ci ildə Ağaverdi Rəhimov bolşevik Hümmət Partiyasının Balaxanı şöbəsinin sədri, mart ayında Balaxanı Kənd Deputatlar Sovetinin üzvü, sanitariya komissiyasının sədri seçilmişdir. Həmin ilin yayında Bakı Kommunasının süqutundan sonra o, gizli şəraitdə işləməyə başlayaraq 1919-cu ilin dekabr ayında bolşeviklər partiyasına daxil olmuş, partiyanın Balaxanı bölməsinin sədri olmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Ağaverdi Rəhimov Balaxanıda partiya və həmkarlar ittifaqı işində çalışmış, Balaxanı-Sabunçu Rayon Sovetinin və Bakı Sovetinin üzvü, Azərbaycan K(b)P Balaxanı Yarımrayon Komitəsinin kətibi seçilmişdir. 1921–1922-ci illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin təşkilat şöbəsinin müdiri və katibin müavini vəzifələrində çalışmışdır. Sonra isə Balaxanı-Sabunçu Rayon İcraiyyə Komitəsinin sədri, Salyan Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Zavağzal Rayon Komitəsi və Şəhər Rayon Komitəsi təşkilat şöbəsinin müdiri olmuşdur.
Ağaverdi Xəlil
Ağaverdi Sərxan oğlu Xəlil — filologiya üzrə fəlsəfə doktoru, dosent == Həyatı == 1962-ci il avqust ayının 30-da Kürdəmir rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1979-cu ildə Bakıda orta məktəbi fərqlənmə ilə qurtarmış, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda paremioloji vahidlərin struktur-semantik təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, "Oğuz eposunda ritual və janrın struktur tipologiyası" mövzusunda doktorluq dissertasiyası yazmışdır. 2001–2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "İntellekt-nəzəri eksperimental laboratoriyası"nın, 2003–2006-cı illərdə AMEA Folklor İnstitutunda "Folklor laboratoriyası"nın, 2007–2011-ci illərdə "Folklor nəzəriyyəsi" şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən "Mərasim folkloru" şöbəsinə rəhbərlik edir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda ədəbi mətnlər" (2001), "Əski türk savlarının semiotikası" (2006), "Folklor terminləri" (2010), "Türk xalqlarının yaz bayramları və Novruz" (2012) kitablarının, bir sıra tərcümə, toplama və tərtib işlərinin, dərs proqramlarının, 100-dən çox elmi məqalənin müəllifidir. Əksəriyyəti xarici ölkələrdə olmaqla, 60-dan çox Beynəlxalq elmi konfrnsda türk xalqlarının dili, folkloru və ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş məruzələr etmişdir. Əsərləri Azərbaycan və bir sıra türk dilləri ilə yanaşı, rus və ingilis dillərində nəşr olunmuşdur. "İnternet-İntellekt" toplusunu (2001) və "Struktur-semiotik araşdırmalar" (2002) dərgisini nəşrə hazırlamışdır. Türkiyədə çıxan "Motif Akademi" folklor jurnalının Azərbaycan üzrə təmsilçisi və Azərbaycana həsr olunmuş xüsusi saylarının (2011/1;2) redaktorudur.
Ağaverdi dağı
Ağaverdi dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin cənub-qərb hissəsində, silsilənin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun cənub-qərb istiqamətli Ağqaya şaxəsində yerləşən, 2099,2 metr hündürlüyü olan dağ. Dağ Keçili kəndindən 2,5 km qərbdə, Nursu kəndindən 2 km şimal-şərqdədir. Sıldırım yamaclıdır. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.
Alameda Kolleci
Alameda Kolleci — Kaliforniyanın Alameda şəhərində ictimai icma kolleci. == Akkreditasiyası == Kollec 1968-ci ildə açılıb. O, Orta Təhsildən Sonra Təhsil üzrə Akkreditasiya Şurası və ABŞ tərəfindən tanınan İnstitusional akkreditasiya orqanı olan İcma və Kiçik Kolleclər üçün Akkreditasiya Komissiyası tərəfindən akkreditə edilmişdir. İlk dəfə Alameda Kolleci 1973-cü ildə, son dəfə isə 2012-ci ildə akkreditasiyadan keçib. Alameda Kollecinin fərdi peşə proqramları Amerika Stomatoloji Assosiasiyasının (ASA) Stomatoloji Assistentlər üçün Təhsil Şurası, Federal Aviasiya Administrasiyası (FAA) və Avtomobil Xidməti Mükəmməlliyi Milli İnstitutu tərəfindən akkreditə olunmuş və ya sertifikatlaşdırılmışdır. == Kampusu == Kollecin ilk dərsləri 1968-ci ildə Alameda şəhərinin Mərkəzi prospektindəki Tarixi Alameda Liseyində müvəqqəti müəssisələrdə keçirilirdi. Kollecin Aviasiyaya texniki xidmət proqramlarının dərsləri Oakland Beynəlxalq Hava Limanının şimal sahəsi ilə bitişik, Harbour Bay Parkvey adlı ərazidə keçirilir. == Akademik strukturu == Alameda Kolleci semestr təqvimində ingilis dili və riyaziyyat üzrə əsas bacarıq kursları, həmçinin fərdi laboratoriya dərsləri və başqa kurslar təklif edir. Elmlər və İncəsənət üzrə dərəcələr bir çox sahələrində əldə edilə bilər. Qazanılan kreditlərin əksəriyyəti Kaliforniya Universitetinə, Kaliforniya Dövlət kollec və universitetlərinə və digər dövlət və özəl qurumlara köçürülə bilər.