Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağasəfa
Yəhyayev Ağasəfa Qafur oğlu (8 sentyabr 1942, Qarabulaq (Xızı), Xızı rayonu) — şair, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Biliyinin üzvü (1990). == Həyatı == Ağasəfa 1942-ci il sentyabrın 8-də Xızı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdır (1963-1971). Bakı parovoz deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965) qazmaçı köməkçisi işləmiş, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993) vəzifələrində işləmişdir. Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik etmişdir (1993-1994). Hazırda Vahid müstəqil televiziyasında böyük redaktor işləyir (1994-cü ildən). Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Bədii tərcümə ilə də məşğul olur. L.N.Tolstoyun mənzum nağıllarını, N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan, Q.Quliyev və b.
Ağasəf
Ağasəf — ad. Ağasəf Haqverdiyev — Böyük Vətən müharibəsi iştirakçısı. Ağasəf Mövsümov — texnika elmləri doktoru, professor.
Ağasəf Haqverdiyev
Ağasəf Tağı oğlu Haqverdiyev və ya Haxverdiyev (29 mart 1924, Salyan rayonu – bilinmir) — Böyük Vətən müharibəsi iştirakçısı, 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının iştirakçısı olub. == Həyatı == 29 mart 1924-cü ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. 1941–1942 illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1942-ci ilin avqustundan 1943-cü ilə qədər 26 Bakı komissarı adına Tbilisi Topçu Məktəbinin kursantı olmuşdur. Oranı bitirdikdən sonra taqım atəş komandiri və 3-cü Cənubi Ukrayna Cəbhəsi batareya komandiri kimi xidmət etmişdir. Şimali Qafqaz, Ukrayna, Moldova, Rumıniya, Macarıstan, Avstriya və Yuqoslaviya ərazilərində vuruşmuş, döyüşlərdə yaralanmışdır. Müharibədən sonra Hərbi Komissarı sistemində çalışmışdır. Bakı Veteranlar Komitəsinin sədri, MDB dövlətləri veteranları Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Ağasəf Haqverdiyev I və II dərəcəli Vətən Müharibəsi ordenləri , Qırmızı Ulduz ordeni, 14 medalla təltif olunmuşdur. 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının, 1985 və 1990-cı ildə keçirilən paradların iştirakçısı olub.
Ağasəf Mövsümov
Ağarəfi Ağayev
Ağarəfi Hilal oğlu Ağayev (1911, Maştağa, Bakı qəzası – 1978) — kimya elmləri doktoru, professor. == Həyatı == Ağarəfi Ağayev 1911-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində bəy ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət fakültəsinə daxil olmuş, 1931-ci ildə həmin fakültəni bitirmişdir. 1934-cü ilə qədər orta məktəb direktoru işləmişdir. 1934-cü ildə Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasına daxil olmuş, 1938-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1938-ci ildən onun sonrakı fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. O, 1970-ci ilə qədər BDU-nun Qeyri-üzvi kimya kafedrasının dosenti, 1952–1957-ci illərdə həmin kafedranın müdiri vəzifələrində çalışmışdır. 1947–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1954–1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunda da dərs demişdir. 1972-ci ildə "qeyri-üzvi kimya" ixtisası üzrə professor adını almışdır. 1971–1978-ci illərdə BDU-nun Kimya-texnologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Ağarəfi Rəhimov
Ağarəfi Hacıbaba oğlu Rəhimov (9 may 1952, Bakı – 25 oktyabr 2005, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 mayda Bakı şəhərində anadan olub. Ağarəfi Rəhimov ilk sənət təhsilinə 182 saylı orta məktəbin dram dərnəyində başlayıb. 1970-ci ildən əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsində daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayıb. 1977–1988-ci illərdə Musiqili Komediya Teatrında çalışmışdır. 1988–1996-cı ildə Bakı Bələdiyyə "Tənqid Təbliğ" Teatrında da çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrında yenidən aktyor fəaliyyətinə başlamış və ömrünün sonuna qədər həmin teatrda çalışmışdır. Ağarəfi Rəhimov Binəqədi Xalq Teatrının rejissoru olmuşdur.
Ağasəfər Mustafayev
Ağasəfər Hüseynqulu oğlu Mustafayev (9.1.1894, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == İkinci Bakı kişi gimnaziyasını bitirmiş (1913), 1918-ci ilədək Rusiyanın Don (Novoçerkassk) Universitetinin fizika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb, geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdir. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağasif Şakiroğlu
Ağasən ocağı
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da Talış dilndə "qoca" deməkdir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır. Bu haqda tədqiqarçı -tarixçi Aqşin Əliyev özünün 2018-ci ildə yazdığı Cənub bölgəsinin abidələri ensiklopediyası kitabında geniş məlumat vermişdir. == Mülahizələr == Xalq arasında sadəcə "Ocaq" adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir.
Ağayeva
Ağayeva — Azərbaycan soyadı. Anaxanım Ağayeva (d. 1995) — Azərbaycanlı boksçudur. Firuzə Ağayeva (d. 1955) — Alim, filologiya elmləri doktoru. Həcər Ağayeva (d. 1986) — Azərbaycan aktrisası. Xurşid Ağayeva (1906–1953) — ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Xədicə Ağayeva (1885–1958) — müəllim, maarifçi. İlahə Ağayeva (d.
Aqasfen
Aqasfen (q.yun. Ἀγασθένης) — yunan mifologiyasında Avginin oğlu və Elida padşahlığında onun varisi. Hökumət Amfimax, Falpi və Aqasfen arasında bölüşdürülmüşdür. Pelorid ilə birlikdə Troyadan qayıdanda krallığı yenidən birləşdirən "Yelenanın iddiaçı"larından biri olan Poliksenin atası idi.
Ağabala Ağasəid oğlu
Ağabala Ağasəid oğlu (1860, Bakı – 1928, Bakı) — tanınmış Azərbaycan xanəndəsi, muğam bilicisi. == Həyat və yaradıcılığı == Ağabala Ağasəid oğlu 1860-cı ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından şeirə, musiqiyə həvəs göstərmiş, fars dilini öyrənərək Yaxın Şərq poeziyası ilə tanış olmuşdur. 1880-ci illərdə Bakıda yaradılan və şair Ağakərim Salikin evində toplanan "Məcməüş-şüəra" ədəbi məclisinin şeir və musiqi ilə müşayiət olunan, poeziya və muğam barədə maraqlı müzakirələr keçirilən yığıncaqlarında iştirak etmiş və bütün bunlar onun sənətkarlığının inkişafına güclü təsir göstərmişdir. Ağabala Ağasəid oğlu əsasən muğam məclislərində çıxış edirdi. Ağabala Ağasəid oğlu şeiri, musiqini bütün sevən, qiymətləndirən xanəndə olmuşdur. Onun yaradıcılığının başlıca xüsusiyyəti söz seçmək, onu dinləyiciyə aydın çatdırmaq bacarığı olmuşdur. O, ifa zamanı kəlmə və ifadələri aramla, musiqi cümləsinin tempinə və xarakterinə uyğun oxuyurdu. Ağabala Ağasəid oğlunun ifasında "Bayatı-Şiraz", "Rast", "Şur", "Segah-zabul" muğamları təsirliliyinə görə xüsusilə fərqlənir. Xanəndə Şirin Axundov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Mirzə Fərəc Rzayev kimi tarzənlərin müşayiətilə çıxış etmişdir.
Asif, Vasif, Ağasif
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Firuzə Ağayeva
Firuzə Abdulla qızı Ağayeva (1955, Qaymaqlı, Qazax rayonu) — Alim, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür. == Həyatı və elmi fəaliyyəti == Firuzə Ağayeva 1955-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1971-ci ildə Qaymaqlı kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil almışdır. 1975-1978-ci illərdə Azərbaycan Ensiklopediyasının redaksiyasında çalışmışdır. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmiş, daha sonra orada müəllim vəzifəsinə təyin edilmişdir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Mütəmadi olaraq Orta Asiya və türk dünyası ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak edir. Çoxsaylı publisistik, 50-dən çox elmi məqalənin, Azərbaycan dilində 8, rus dilində 2 monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. Hazırda Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professorudur. == Təltif və mükafatları == Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür.
Həcər Ağayeva
Ağayeva Həcər Maqsud qızı (1986) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2021). == Həyatı == Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini 2004-cü ildə bitirib. Həcər Ağayeva 2005-ci ildə S.Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib. 2004-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) (rol: Firəngiz) Tanrıverdinin nağılı (film, 2008) (rol: Şəms) Laplandiyalı qonaq (film, 2009) Sonuncu dərviş (film, 2009) (rol: Maral Rəhmanzadə) Aramızda qalsın (film, 2011-2013) (rol: Əfsanə) Vəkil hanı?
Kəmalə Ağayeva
Reyhan Ağayeva
Reyhan Ağababa qızı Ağayeva (1924, Musaküçə, Lənkəran qəzası – 24 aprel 1968, Musaküçə, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). 1947-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Sosialist Əməyi Qəhrəmanı Əli Ağayevin bacısıdır. Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.173.
Rüxsarə Ağayeva
Rüxsarə Ağayeva (20 fevral 1915, Bakı – 26 noyabr 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR Əməkdar artisti.
Sima Ağayeva
Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx – 17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006) Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir. Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.
Sürəyya Ağayeva
Sürəyya Bəşir qızı Ağayeva (10 may 1951, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Heterogen kataliz” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi, dosent. Ağayeva Sürəyya Bəşir qızı 1951-ci il mayın 10-da Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Orta təhsilini Bakının Nərimanov rayonunun 200 saylı məktəbində almış və 1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin “Əsas üzvü və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirmişdir. İlk əmək fəaliyyətinə institutu bitirdikdən sonra, 1974-cü ildən Azərbaycanın MEA Neft Kimya Prosesləri İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşovun rəhbərlik edən “Heterogen kataliz” laboratoriyasında kiçik elmi işçi vəzifəsi ilə başlamışdır və seolit katalizatorlarının sintezi və onların tədbiqi sahəsində tədqiqatlar aparılmışdır. Aspiranturanı bitirdikdən sonra, 1988-ci ildə “n-Pentanın izomerləşməsi üçün metallseolit katalizatorların işlənib hazırlanması” mövzusunda professor B.A.Dadaşovun rəhbərliyi altında namizədlik dissertasiya müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsini alan S.Ağayeva, 1992-ci ildə “Heterogen kataliz” laboratoriyasında böyük elmi işçi, 2002-ci ildən isə aparıcı elmi işçi, hal-hazırda isə baş elmi işçi vəzifəsində çalışır. 2004-cü ildə S.Ağayeva dosent adı verilmişdir. Elmi axtarışlarını müntəzəm olarq davam etdirən S.Ağayeva, 2010-cu ildə “Toluolun disproporsionallaşması və kiçik molekullu (C2-C5) alkanların çevrilməsi proseslərinin fəallaşdırılması üçün seliolit sistemlərinin məqsədyönlü modifikasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş “Neft kimyası” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. S.Ağayeva 130-dan çox elmi işlərin müəllifidir. O, bir sıra beynalxalq konqreslərin və konfrasların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur.
Səbinə Ağayeva
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Turanə Ağayeva
Tünzalə Ağayeva
Tünzalə Ağayeva (21 oktyabr 1976, Tovuz) — azərbaycanlı bəstəkar, müğənni, Azərbaycan Respublikasının xalq artisti (2019). Məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz şəhərində doğulmuşdur. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. O, hələ 12 yaşındaykən Azərbaycanın şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. 21 oktyabr 2019-cu ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. 2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu.
Xurşid Ağayeva
Xurşid Həsən bəy qızı Ağayeva (7 (20) aprel 1906, Bakı – 3 dekabr 1953, Bakı) — ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Xurşid Ağayeva 20 aprel 1906-cı ildə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1935). Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-1946) olmuşdur. Xurşid Ağayeva 1918–1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir. O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır. Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Xədicə Ağayeva
Xədicə Sadıq qızı Ağayeva (25 oktyabr 1885, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 13 dekabr 1958, Bakı) — müəllim, maarifçi, Lenin ordeni laureatı Xədicə Ağayeva 1885-ci ildə Daşkənddə, Ufa türklərindən olan çar ordusunun istefadakı polkovniki Sadıq Əbdürrəhmanovun ailəsində anadan olmuşdur. O bacısı Zeynəblə birlikdə 1902-ci ildə Daşkənd gimnaziyasında təhsil almışdır. Onların ikisi də gimnaziyada əla oxumuş – Zeynəb oranı qızıl, Xədicə isə gümüş medalla bitirmişdir.. Daha sonra ali təhsil almaq məqsədilə bacıların ikisi də imperiyanın paytaxtı Peterburqa gedib. Zeynəb sənədlərini "Nəcib qızlar pansionu"nun tibb fakültəsinə, Xədicə isə o dönəmdə kübar xanımlar üçün ən nüfuzlu məktəb sayılan Nücəba Qızlar İnstitutuna verib. Xədicə müəllimlik, bacısı Zeynəb isə həkimlik üzrə təhsil almışdır. Xədicə Ağayeva 1904-cü ildə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (Parlamenti) sədrinin birinci müavini Həsən bəy Ağayevlə ailə həyatı qurmuşdur. Çox keçmədən cütlüyün üç qızı olmuş: Xurşid 1905-ci, Gülrux 1908-ci, sonbeşik Nəzakət isə 1910-cu ildə dünyaya gəlmişdir. Xədicə xanım Ağayevanın həyatı və faliyyəti akademik akademik Rafael Hüseynov tərəfindən araşdırılmışdır. Akad.
Zenfira Ağayeva
Ağayeva Zenfira Rza qızı (26 avqust 1946, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (2013), AMEA-nın baş elmi işçisi (2014). Zenfira Ağayeva 26 avqust 1946-ci ildə Bakı Şəhərinin Səbail rayonunda anadan olmuşdur. 1965-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1965-ci ildə həmçinin Azərbaycan SSR Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda işləməyə başlamışdır. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini müvəffəqiyyətlə bitirmiş, 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kimya İnstitutunda işə qəbul olunmuşdur. 1991-cü ildə namizədlik, 2013-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 4 saylı Laboratoriya müdir müavini təyin olunmuşdur. 28.12. 2020-ci ildən həmin Laboratoriyaya müdir vəzifəsinə təsdiq edilmişdir. Azot və kükürd tərkibli üzvi maddələrin neft-mədən avadanlıqlarını korroziyadan qoruduğunu, asfalt-qatran-parafin cökmə proseslərinə və mikroorqanizmlərin inkşaflna təsir etdiyini araşdırmışdır.
Zivər Ağayeva
Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi. Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirmişdir. "Azərbaycan qadını" jurnalında işləmişdir. Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuatda şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar. Zeynəb Xanlarova və bir sıra digər müğənnilərin ifa etdikləri məşhur "Yaşa mənim xalqım!", "Flora Kərimovanın ifa etdiyi Necə unudum səni?!" mahnılarının sözləri ona aiddir.
Ülviyyə Ağayeva
Ülviyyə Ağayeva (18 sentyabr 1978, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezideni. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir.
İlahə Ağayeva
İlahə Ağayeva (1984) — Azərbaycanı təmsil edən voleybolçu. İlahə Ağayeva, Azərbaycan yığmasının heyətində 2005-ci ildə baş tutan Avropa Çempionatına qatılıb və 4-cü yeri tutub. İlahə Ağayeva, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Şükufə Ağayeva
Şükufə Novruz qızı Ağayeva (1937) — IX çağırış Azərbaycan SSR Ali Sovetin deputati. 1937-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta ixtisas təhsili var. 1960-cı ildən "Şimal" DRES-in elektrik ustasıdır. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Şüvəlan seçki dairəsi). Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Şəfiqə Ağayeva
Sürayə Ağayeva
Ağayeva Sürayə Xosrov qızı (29 aprel 1947, Bakı – 19 oktyabr 2024) — Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Əməkdar incəsənət xadimi, professor. == Həyatı == 29 aprel 1947-ci ildə Bakıdan dünyaya gəlmişdir. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. Muğam sənəti ilə bağlı Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı materilların müəllifidir. 95 elmi əsəri çapdan çıxıb. 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adı ilə təltif olunub. 19 oktyabr 2024-cü ildə vəfat edib.
Asif, Vasif, Ağasif (film, 1983)
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.