Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adele Noyhauzer
Adele Noyhauzer (alm. Adele Neuhauser‎ d. 17 yanvar 1959, Afina) — Avstriyanın teatr və kino aktrisası, Avstriya Film Akademiyasının üzvü. == Bioqrafiyası == 17 yanvar 1959-cu ildə Afinada anadan olmuşdur. Dörd yaşında ailəsi ilə Yunanıstandan Avstriyanın paytaxtı olan Vyanaya köçür. Valideynlər boşandıqda, yunan əsilli atası Qeorq ilə yaşayır. On yaşında biləyindəki vena damarlarını kəsir. Sonra ailədən qaçır, daha bir neçə intihara cəhdlər edir. Adele gənc yaşda aktrisa olmaq istəyir. 1976-1978-ci illərdə Krauss Teatr Məktəbində təhsil alır.
Çinua Açebe
Çinua Açebe (ing. Chinua Achebe, d. 16 noyabr 1930, Oqidi, Nigeriya – ö. 21 mart 2013, Boston, Massaçusets, ABŞ) — Nigeriyalı yazıçı, şair və tənqidçi. "Afrika ədəbiyyatının babası" kimi tanınırdı == Həyatı == 16 noyabr 1930-cu ildə Nigeriyanın Oqidi şəhərində protestantlığı qəbul etmiş müəllim ailəsində anadan olmuşdur. == Təhsili == Universitetdə əvvəlcə tibb, daha sonra isə ingilis dili və tarixini öyrənmişdi. == Diplomatik fəaliyyəti == Nigeriyada vətəndaş müharibəsi illərində tanınmamış Biafra Respublikasının diplomatı kimi çalışmışdır. Biafranın süqutundan sonra ailəsi ilə Böyük Britaniyaya qaçmış, sonralar yenidən vətəninə qayıtmışdır. == Vəfatı == 1990-ci ildə avtoqəzada iflic olan Açebe, bir müddət İngiltərədə, daha sonra isə ömrünün sonuna qədər ABŞ-də yaşamışdır. == Əsərləri == Əsərləri onlarla dilə çevrilmiş, milyon tirajlarla satılmışdır.
Abeşe
Abeşe (fr. Abéché, ərəb. أبشي‎) — qədim Ouaddai krallığının köhnə paytaxtı olmuşdur. Çadın şərqində indiki Ouaddai regionunda yerləşir və Sudanla sərhəddi var. Maşın ilə paytaxt Ncamenadan 2 günlük məsafədədir. 2012-ci il məlumatına əsasən əhalisi 76 492 nəfərdir..
Acoela
Bağırsaqsız turbellarilər (lat. Acoela) — ilkağızlılar yarımbölməsinin acoelomorpha tipinə aid heyvan sinfi. Əvvəllər kirpikli qurdların (Turbellaria) dəstəsi kimi baxılırdı . Symsagittifera roscoffensis ən çöx öyrənilmiş növüdür.
Afeli
Afeli [yun. apo – uzaqlıq + yun. Helios – Günəş] == Ümumi məlumat == Afeli - Günəş ətrafında fırlanan planetlərin, asteroid və kometaların orbitinin Günəşdən ən uzaq nöqtəsi. Yer hər il iyulun 5-də Afelidən keçir və bu vaxt Günəşdən 152 mln. km məsafədə olur.
Apple
Apple — 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter firması. Şirkətin mərkəzi ofisi ABŞ-nin Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik etmişdir. Apple Macintosh, iPhone, Macbook, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır. Apple bir zamanlar fotokamera və printer kimi texniki qurğular da istehsal etmişdir. Hazırda isə onun istehsal etdiyi məhsullar arasında kompüterlər, monitorlar, mp3 pleyerlər və proqram məhsulları üstünlük təşkil edir. 2007-ci il yanvarın 9-da şirkətin adı Apple Kompüterdən Apple-yə çevrilmişdir. Stiv Jobs dəyişikliyi iPhonenin tanıdıldığı MacWorld Expo 2007 açılış danışmasında eşitdirmişdir. Kompüter sözünün çıxarılmasına səbəb olaraq "Apple kompüter" deyildiyində ağla gələn kompüterin onsuz da Mac olduğuna diqqət çəkilmiş, buna görə şirkətin adının bu ankı məhsulları daha yaxşı əks etdirmək məqsədiylə dəyişdirildiyi ifadə edilmişdir. ABŞ-də 2004-cü ilə olan göstəricilərə görə 204.542.560 kompüter satılmış, onlardan 110.400.000 milyon ədədi Apple olmuşdur.
Atelye
Atelye (fr. Atelier; fransız: [atəlje]) — təsviri və ya dekorativ incəsənət sahəsində peşəkar rəssamın və ya memarın şəxsi emalatxanası. Burada əsas usta və bir sıra köməkçilər, tələbələr və şagirdlər ustanın adı və ya nəzarəti altında buraxılan təsviri incəsənət əsərlərini birlikdə işləyə bilərlər. İncəsənətdə atelye ustad rəssamdan, adətən peşəkar rəssam, heykəltaraş və ya memardan ibarətdir və burada az sayda tələbə ilə birlikdə onlara vizual və ya təsviri sənət öyrədilir. Atelye həmçinin, moda dizaynerinin, saç stilistinin və ya ümumiyyətlə rəssamın iş və təhsil sahəsi ola bilər. Atelye məktəbləri dünyanın hər yerində, xüsusən Şimali Amerika və Qərbi Avropada fəaliyyət göstərir. == Etimologiya == "Atelye" sözü fransızca "atelier" sözündən götürülmüşdür ki, onun mənşəyi nəticədə latınca "assula" sözündən gəlir, bu da "ağac qırıqları" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə nigarxana (نیگارخانا) adlandırılmışdır.
Acılu
Əcili və ya Acılu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində "Acılu", "Acrlu", "Acrli", "Tunis Acilu" formalarında qeyd edilir. == Etimologiyası == Toponim "acurlu" (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Accel World
Accel World (アクセル・ワールド, Akuseru Wārudo, azərb. Sürətləndirilmiş dünya‎) və ya qısaca AW — HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. 2009-cu ilin fevralından ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunur. Ranobe Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. 2010-cu ilin mayında "Dengeki Bunko Magazine" jurnalında iki manqa adaptasiyası nəşr olunmağa başlamışdır. 2013-cü ilin yanvarında isə "Dengeki Daioh" jurnalında 3-cü manqa adaptasiyası serializasiya olunmağa başlamışdır. Sunrise tərəfindən istehsal olunmuş anime adaptasiyası Yaponiyada 2012-ci ilin aprelindən sentyabrına kimi yayımlanmışdır. İngilisdilli versiyası Viz Media-nın Neon Alley anime xidmət vasitəsilə 2013-cü ilin aprelində yayımlanmağa başlamışdır. PlayStation 3 və PlayStation Portable platformaları üçün iki oyun istehsal olunmuşdur. Birinci oyun 13 sentyabr 2012-ci ildə, ikinci oyun 31 yanvar 2013-cü ildə yayımlanmışdır və hər oyun OVA seriyası ilə buraxılmışdır.
Adela Noriega
Adela Norieqa (ispanca. Adela Amalia Noriega Méndez, 24 oktyabr 1969 Mexiko) — meksikalı aktrisa == Həyatı == Adela Norieqa 1969 -cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub . Bütün dünyaya "Quadalupe" , "Şirin çağırış" teleserialları ilə məşhurlaşdı . Hər iki serialda da Baş rolları məşhur aktyor Eduardo Yanezlə paylaşan Adela Eduardo ilə sonradan sevgi münasibətləri yaşamışdı. Daha sonra Adela "Mariya Bonita " , Əsl məhəbbət " kimi serialları ilə tamaşaçıların qəlbini fəth etmişdi . Azərbaycan tamaşaçılarına "Quadalupe" serialı ilə tanınmışdı . Adela Norieqanın bir bacısı və bir kiçik qardaşı var . Mexiko şəhərində yaşayır .
Adela Pankhörst
Adela Constantia Mary Pankhurst Walsh (19 iyun 1885, Mançester, Lankaşir – 23 may 1961, Sidney) — Şotlandiyada WSPU-nun siyasi təşkilatçısı kimi çalışmış Britaniyada doğulmuş sufrajist idi. 1914-cü ildə o, Avstraliyaya köçdü və burada fəaliyyətini davam etdirdi və əri Tom Uolşla birlikdə Avstraliya Kommunist Partiyasının və Avstraliya Birinci Hərəkatının həmtəsisçisi idi. == Həyatı == Pankhurst 19 iyun 1885-ci ildə İngiltərənin Mançester şəhərində siyasiləşmiş ailədə anadan olub. Onun atası Riçard Pankhurst sosialist və parlamentə namizəd, anası Emmeline Pankhurst və bacıları Silvia və Christabel isə Britaniya liderləri olub. Anası Manks əsilli idi. Adela Uorvikşirdəki Stüdli Bağçılıq Kollecində və Qızlar üçün Mançester Liseyində oxuyub. == Böyük Britaniya == Yeniyetmə ikən Adela anası və bacıları tərəfindən qurulan mübariz Qadınların İctimai və Siyasi Birliyinə qoşuldu. 1909-cu ilin noyabrında o, Uinston Çörçillin Dandidəki seçki dairəsində çıxışını kəsən etiraz aksiyasına qoşuldu. O, Helen Archdale, Catherine Corbett və Maud Joachim ilə birlikdə həbs edildi. Adela onu binadan çıxarmaq istəyən polisə şillə vurmuşdu.
Adeli pinqvini
Adeli pinqivini (ing. "Adélie penguin") (Pygoscelis adeliae), pinqvinlər (Spheniscidae) fəsiləsindən olan Antarktida mənşəli pinqivin növüdür. Boyu 45–75 sm aralığında, çəkisi təxminən 5 kiloqramdır. İmperator pinqivini ilə yanaşı Antarktida qitəsinin əsas hissəsində görülən tək pinqivin növüdür. Növün adı, fransız tədqiqatçı Cu les Dumontun həyat yoldaşı Adelidən alır. == Özəllikləri == Bu pinqvinin üst qisimi qara, alt qisimi ağ rəngdədir. Ağ göz çevrəsi və sarı ayaqlar xarakteristik xüsusiyyətidir. == Yaşayışları == Adeli pinqvinləri, sıxlıqla, koloniyalar halında yaşayır və çoxalırlar. Ross adası üzərində təxminən yarım milyon fərddən ibarət Adeli pinqvini koloniyası var. Yerlərinə çox bağlıdırlar.
Adeli torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Ancela Devis
Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; 26 yanvar 1944[…], Birminqem, Alabama, ABŞ) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür. == Fəaliyyəti == O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə zalına etdiyi hücum və polisin bundan sonra həyata keçirdiyi azadetmə əməliyyatı nəticəsində hakim Harold Heylinin qətli ilə bağlı qazanmışdı. Belə ki, cinayətdə istifadə olunan odlu silah Devisin adına qeydə alınmışdı və cinayətin baş verdiyi Kaliforniya qanunlarına görə silahın sahibi cinayətin iştirakçısı hesab olunurdu. Devis polisdən qaçmağa çalışsa da, 2 ay sonra gərgin axtarışlar nəticəsində Nyu-Yorkda yaxalandı, həbs edildi və məhkəməyə cəlb olundu. Sonda isə müasir ABŞ tarixindəki ən məşhur məhkəmə proseslərindən birində bəraət qazandı. Onun Kommunist Partiyasının üzvü olması başda SSRİ olmaqla bütün dünyadakı Kommunist partiyası fəallarının kəskin etirazlarına və nümayişlərə səbəb olmuşdu. Həbsdən azad olunduqdan sonra Ancela Devis ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinə üzv seçilmiş və 1980, 1984-cü illərdə bu partiyadan ABŞ vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmüşdür.
Ancela Kavanya
Ancela Kavanya (it. Angela Cavagna) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir. == Həyatı == Ancela Kavanya 6 iyun 1966-ci il tarixində İtaliya Genuya şəhərində doğulmuşdu. Bir neçə dəfə Genuya gözəllik müsabiqəsində 1-ci yeri tutmuşdur. 1980-cı illərdən başlayaraq musiqi səhnəsində ifa edir. Ancela Kavanya bir çox ölkələrin səhnələrində ayrıca konsert vermiş, "Playboy", "Penthouse" və digər jurnallarda böyük populyarlıq əldə etmişdir.
Ancela Lensberi
Ancela Bricid Lensberi (ing. Angela Brigid Lansbury; 16 oktyabr 1925[…], Sent-Pankras[d], London, Birləşmiş Krallıq və ya London – 11 oktyabr 2022, Los-Anceles, Kaliforniya) — ABŞ-İngiltərə aktrisası, müğənni, prodüser və yazıçıdır. Üç dəfə Oskar mükafatına, on səkkiz dəfə Emmi mükafatına namizəd olub, altı dəfə Qızıl qlobus mükafatı laureatı olub və beş dəfə "Toni" yüksək Amerika teatr mükafatına layiq görülüb. 2013-cü ildə Lensberi yetmiş ildən artıq kinematoqrafın inkişafına göstərdiyi xidmətlərə görə, Fəxri Oskar mükafatına layiq görülüb.. 2014-cü ildə dram incəsənəti və xeyriyyəçilik fəaliyyətinə görə, Britaniya İmperiyası Ordeni Xanım-Komandoru elan edilib. == Həyatı == Ancela Bricit Lensberi aktrisa Moyna MakQill və biznesmen Edqar Lensberinin ailəsində anadan olmuşdur. Gələcək aktrisanın babası leyborist partiyasının lideri Corc Lensberi idi. İkinci dünya müharibəsi vaxtı anası və iki kiçik qardaşı ilə Kanadaya köçürlər. Çox keçmədən isə ABŞ-yə gedirlər. Ancela Lensberinin kinoda ilk rolu rejissor Corc Kyukorun 1944-cü ildə çəkdiyi "Qaz işığı" filmində olmuşdur.
Ancelo Buono
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə “Hillside Stranglers” kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar. == Uşaqlıq və gənclik illəri == Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı. Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı. == Cinayətlər == 1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar: Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci ilBuono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər.
Ancelo Kavallaro
Angelo Cavallaro (it. Angelo Cavallaro; 11 aprel 1967, Kataniya, Siciliya) — İtalyan müğənni və musiqiçi. == Həyatı == 1981-ci ildə musiqiyə qədəm qoyan müğənninin 1998-ci ildə çıxardığı "Love Me" albomu 250.000-dən çox satışa imza ataraq beynəlxalq şöhrət qazanıb. Özünəməxsus təfsiri ilə italyan dilində xüsusilə latın melodiyalarını ifa edən müğənninin "Danzando Lambada" mahnısı səs-küyə səbəb olub.
Ayelet Şaked
Ayelet Şaked (ivr. ‏איילת שקד‏‎; 7 may 1976, Tel-Əviv, İsrail) — İsrail siyasətçisi, aktivist və proqram mühəndisidir. 2013-cü ildən 2018-ci ilə qədər Yəhudi Evi üçün Knesset üzvü olaraq çalışdı, bundan sonra Yeni Haqqın üzvü oldu. Hal hazırda Yamina ittifaqını təmsil edir. 2015-ci ildən 2019-cu ilə qədər Ədliyyə Naziri idi. 2018-ci ilə qədər dini bir partiyanı təmsil etsə də, Şaked dünyəvi bir siyasətçi olaraq tanınır.
Kcell
«Kcell» — Qazaxıstanda mobil operator. 2G / GSM (900 MHz), 3G / UMTS (2100 MHz), 4G / LTE və LTE Advanced (800/1800/2100 MHz) standartlarına uyğun mobil xidmətlər təqdim edir. Kcell və Activ markaları altında xidmətlər göstərir. Şirkət 1998-ci ildə qurulmuşdur və əsasən korporativ seqmenti hədəf alan Kcell markası və kütləvi bazara yönəldilmiş Activ adı altında mobil xidmətlər göstərir. 2020-ci ilin sonuna Kcell-in abunəçi bazası təxminən 8 milyon nəfər idi. == Tarixi == Kcell şirkəti 30 sentyabr 1998-ci ildə qurulmuşdur. 7 fevral 1999 - Kcell markası istifadəyə verildi. 9 sentyabr 1999-cu ildə Activ markası təqdim edildi. 2004-cü ildə şirkətin abunəçi bazası 1,5 milyon nəfəri keçdi. 2007-ci ildə, dekabr ayında 6 milyonuncu abunəçi qoşuldu.
Ncell
Ncell ( nep. एनसेल ), Nepalda özəl mobil şəbəkə operatorudur . Ncell ictimai fəaliyyət göstərən ilk özəl şirkətdir. GSM ilkin olaraq Mero Mobile olaraq adlandırldı,12 Mart 2010 -cu ildən isə Ncell olaraq adlandırılmağa başladı İsveç telekommunikasiya şirkəti Telia Sonera daha sona şirkəti sahibləndi. Hal-hazırda dövlət telekommunikasiya şirkəti Nepal Telecom tərəfindən keçirilən inhisarçılığını əlindən aldı. 12 aprel 2016-cı ildə Ncell rəsmi olaraq Malayziyanın telekommunikasiya qrupu olan Axiata Group Berhad- ın tərkibinə daxil olmuşdur. == Fon == Şirkətin 80% hissəsi Axiata Group Berhada məxsusdur. 2017-ci ilin fevral ayının ortalarına kimi Ncellin 6,73 milyon abunəçisi var idi. 2017-ci ilin fevral ayından etibarən Ncell 15.21 milyon mobil abunəçiyə sahibdir. == Tərəfdaşlıq == Ncell şirkəti, Axiata Group Berhad şirkətinin bir hissəsinə çevrilmişdir.
ATEL
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti — İkicildlik Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Lüğətdə 12 minə yaxın coğrafi adın izahı verilmişdir. Lüğətin tərtibində Azərbaycanın görkəmli dilçi, tarixçi və toponimist alimlərinin tədqiqatları nəzərə alınmışdır.
Adel
Adel (ing. Adele) (Əsl adı Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins)) — Britaniya müğənni və söz yazarı. == Həyatı == 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Acer
Ağcaqayın (lat. Acer L.) — ağcaqayın fəsiləsindən ağac və kol bitkisi cinsi. Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir.
Abebe Bikila
Abebe Bikila (አበበ ቢቂላ) (7 avqust 1932 – 25 oktyabr 1973, Əddis-Əbəbə, Efiopiya imperiyası) – Efiopiyalı marafonçu. Olimpiya Oyunları tarixində ilk dəfə qızıl medal almış Qara Afrikalıdır.Addis Ababada bir stadion onun şərəfinə adlandırılmışdır. == Həyatı == 1960-cı ildə Romada keçiriləcək XVII Yay Olimpiadasına yollanacaq Efiopiya yığmasının marafon qaçışı üzrə atleti Vami Biratu futbol oynayıb, zədə aldıqdan sonra onun yerinə Abebe Bikila adlı başqa atlet çağırılmışdı. Son anda yığmaya çağırılan Abebe əvəzlədiyi atlet qədər potensiallı görünməsə də, öz üzərində səylə çalışaraq ölkəsinin idman tarixində iz qoymağı bacarır. O, sentyabrın 10-da ayaqyalın qaçmaqla marafon qaçışının qalibi olmuşdu. Bu uğurunu Tokioda keçirilən növbəti Olimpiada zamanı təkrarlayaraq, ikinci dəfə qızıl medal qazanan atlet jurnalistlərin sualına — "İstədim ki, bütün dünya Vətənim Efiopiyanın hər zaman əzmkarlıq və qəhrəmanlıqla qələbə qazandığını bilsin." — deyə cavab vermişdi. 37 yaşında avtomobil qəzasında aldığı zədə ucbatından qaçış atletizmi ilə məşğul ola bilmir, lakin idmandan da əl çəkmir, oxatma yarışı ilə məşğul olur. Həmin zədə səbəbindən dünyasını dəyişən atlet 75 000 nəfərin iştirak etdiyi dövlət səviyyəli matəm mərasimində dəfn olunur.
Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Acərli
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Arçene
Arçene (it. Arcene) — İtaliyanın Lombardiya bölgəsində , Bergamo (əyalət) inzibati mərkəzinə tabe olan bir şəhərdir. Əhalisi 4347 nəfər, əhali sıxlığı 1028 nəfər / km²-dir. Sahəsi 4.23 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 00035. Kommunanın himayədarları Baş Mələk Mikayıl və Müqəddəs Məryəmdir. Kommunanın bayramı 5 apreldədir.
Açalo
Açalo (çeç. Ачал)— Çeçenistan Respublikasının Şatoy rayonundakı müdafiə qalası. Kelo çayı vadisinin sağında, qaya kənarında, tərk edilmiş Açaloy kəndindən 100 metr cənubda yerləşir. Təxmini tikilmə tarixi XII-XIII əsrlərə aid edilir. == Tarixi == Çeçenistanın bu hissəsindəki qalalar XIX əsrin sonlarında coğrafiyaşünas A.E.Rossikova tərəfindən tədqiq edilmişdir. 1893-cü ildə yüksək dağlıq ərazi olan Şatoy bölgəsini coğrafiyaçı səyyah Q.İ.Radde E.Q.Kyoniq ilə birlikdə araşdırıb. 1965-ci ildə Şimali Qafqaz Arxeoloji Ekspedisiyası Şatoy rayonundakı müdafiə qalalarını öyrənməyə başlayır. Qala Açalo kəndindən 100 metr cənubda yerləşirdi. == Təsviri == Qala kənarları ilə işıq istiqamətinə yönəlmişdir. Onun şərq küncü tamamilə dağılıb.
Dəclə
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Acərli (Həmədan)
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Amerə (Komican)
Amerə (fars. امره‎; azərb. Amara‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 104 ailədə 114 nəfəri kişilər və 167 nəfəri qadınlar olmaqla cəmi 281 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.