Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sığınacaq axtaran
Sığınacaq axtaran — öz ölkəsindən qaçıb başqa bir ölkəyə daxil olan və sığınacaq üçün, yəni bu ölkədə beynəlxalq qorunma hüququ üçün müraciət edən şəxs. Sığınacaq axtaran şəxs miqrantın bir növüdür və qaçqın və köçkünlər bu qrupa aid edilə bilər, lakin iqtisadi miqrantlar bura aid edilmir. Miqrantların sığınacaq axtaran olması tələb olunmur. Şəxs başqa ölkədə qalmaq üçün rəsmi müraciət etdiyi andan sığınacaq axtaran şəxs statusu qazanır və həmin müraciət nəticələndiyi vaxta qədər bu status qalır. Əgər şəxsin müraciəti qəbul edilərsə və şəxsə sığınacaq verilərsə, ona "sığınacaq almış şəxs" deyilir. Sığınacaq ölkəsinin miqrasiya məsələləri üzrə səlahiyyətli orqanları sığınacaq verilməsi ilə bağlı əsasların olub-olmadığını müəyyən edirlər. Buna uyğun olaraq, ya sığınacaq axtaran şəxs müdafiə ilə təmin olunur və rəsmi olaraq qaçqın (sığınacaq almış şəxs) kimi tanınır; ya da sığınacaq verməkdən imtina olunur və şəxs ölkəni tərk etməli olan, hətta deportasiya edilə bilən qanunsuz miqranta çevrilir. Əgər şəxsin vəziyyəti 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyada və ya sığınacaq üçün Avropa İttifaqına üzv dövlətlərə müraciət edildiyi halda tətbiq edilən Avropa İnsan Hüquqları Konvensiyası kimi qaçqınların hüquqi statusunu tənzimləyən digər beynəlxalq sənədlərdə qeyd olunan mənada "qaçqın" anlayışının təsir dairəsinə düşərsə, sığınacaq axtaran şəxs qaçqın kimi tanına və ona qaçqın statusu verilə bilər. Bununla belə, qaçqın konvensiyasına üzv dövlətlər sığınacaq axtaranların müdafiəsi ilə əlaqədar məsələləri öz siyasətləri çərçivəsində həll edirlər və barəsində sığınacaq verilməsindən imtina olunan şəxslərin sayı ölkədən ölkəyə və ildən ilə fərqlənir.
Su axtaran (film)
Su axtaran (ing. The Water Diviner; türk. Son Umut) — Senarisi Andrey Anastasios tərəfindən yazılan, rejissorluğu Rassel Krou tərəfindən edilən dram və müharibə janrında çəkilmiş film. Film Avstraliya, Türkiyə və ABŞ tərəfindən 2014-cü ildə birgə istehsal edilmişdir. Filmdə hadisələr 1919-cu ildə Türkiyənin Gelibolu yarımadasında gerçəkləşir. Avstraliyalı fermer Birinci Dünya Müharibəsində həlak olmuş övladlarının meyidlərini vətəninə aparmaq məqsədilə onların axtarışına başlayır. Bunun üçün olduqca uzun məsafə qət edərək Türkiyəyə çatır. Bütün bunlarla yanaşı o, ağlına da gələ bilməyəcəyi yerdə yeni ümid tapır. Rassel Krou: Connor Olga Kurylenko: Ayşə Dylan Georgiades: Orxan Yılmaz Ərdoğan: Mayor Həsən Cem Yılmaz: Çavuş Camal Jai Courtney: Müstəntiq Cyril Hughes Ryan Corr: Arthur Connor Jacqueline McKenzie: Eliza Connor Isabel Lucas: Natalia Mert Fırat: Leytenant Mil Daniel Wyllie: Kapitan Charles Brindley Damon Herriman: Ata McIntyre Megan Gale: Fatma Deniz Akdeniz: İmam Steve Bastoni: Ömər James Fraser: Eduard Connor Ben O'Toole: Henry Connor Robert Mammone: Mayor Demergelis Mehmet Emin Kabakçı: Whirling Dervish Salih Kalyon: Həkim İbrahim Film əvvəlcədən Avstraliyada çəkilişləri olacağı bilinirdi. İlk dəfə filmin ssenaristi Andrew Knigt filmin rejissoru Russell Croweye bir sənəd imzalatdırıb.
Axtaran tapar (film, 1969)
Azərbaycan elmi tammetrajlı sənədli filmi rejissor Cavanşir Məmmədov tərəfindən 1969-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə respublikamızda elmin inkişafından, alimlərimizin beynəlxalq əlaqələrindən, elmin müxtəlif sahələrindəki nailiyyətlərindən danışılır. == Məzmun == Kinolentdə respublikamızda elmin inkişafından, alimlərimizin beynəlxalq əlaqələrindən, elmin müxtəlif sahələrindəki nailiyyətlərindən danışılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nurəddin Babayev Rejissor: Cavanşir Məmmədov Operator: Əlihüseyn Hüseynov Rəssam: Aleksandr Petuxov Bəstəkar: Tofiq Quliyev == İstinadlar == == Mənbə == Oqtay Salamzadə. "Daim sevinirsən". "Kommunist" qəzeti, 9 iyun 1970-ci il; səh. 4. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Axtaran tapar (film, 1980)
Su axtaran (film, 2014)
Su axtaran (ing. The Water Diviner; türk. Son Umut) — Senarisi Andrey Anastasios tərəfindən yazılan, rejissorluğu Rassel Krou tərəfindən edilən dram və müharibə janrında çəkilmiş film. Film Avstraliya, Türkiyə və ABŞ tərəfindən 2014-cü ildə birgə istehsal edilmişdir. Filmdə hadisələr 1919-cu ildə Türkiyənin Gelibolu yarımadasında gerçəkləşir. Avstraliyalı fermer Birinci Dünya Müharibəsində həlak olmuş övladlarının meyidlərini vətəninə aparmaq məqsədilə onların axtarışına başlayır. Bunun üçün olduqca uzun məsafə qət edərək Türkiyəyə çatır. Bütün bunlarla yanaşı o, ağlına da gələ bilməyəcəyi yerdə yeni ümid tapır. Rassel Krou: Connor Olga Kurylenko: Ayşə Dylan Georgiades: Orxan Yılmaz Ərdoğan: Mayor Həsən Cem Yılmaz: Çavuş Camal Jai Courtney: Müstəntiq Cyril Hughes Ryan Corr: Arthur Connor Jacqueline McKenzie: Eliza Connor Isabel Lucas: Natalia Mert Fırat: Leytenant Mil Daniel Wyllie: Kapitan Charles Brindley Damon Herriman: Ata McIntyre Megan Gale: Fatma Deniz Akdeniz: İmam Steve Bastoni: Ömər James Fraser: Eduard Connor Ben O'Toole: Henry Connor Robert Mammone: Mayor Demergelis Mehmet Emin Kabakçı: Whirling Dervish Salih Kalyon: Həkim İbrahim Film əvvəlcədən Avstraliyada çəkilişləri olacağı bilinirdi. İlk dəfə filmin ssenaristi Andrew Knigt filmin rejissoru Russell Croweye bir sənəd imzalatdırıb.
Bizi Dağlarda Axtarın (1976)
Bizi dağlarda axtarın qısametrajlı bədii televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1976-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Kinolent Daşkəsən dağlarında alunit axtaran geoloqların həyatından danışır. Əsas rolları Nigar Hüseynova, Tofiq Mirzəyev, Ələsgər İbrahimov, Yaşar Nuri və İlqar Əhmədov ifa edirlər. == Məzmun == Kinolent Daşkəsən dağlarında alunit axtaran geoloqların həyatından danışır. == Film haqqında == Film dramaturq İlyas Əfəndiyevin hekayəsi əsasında ekranlaşdırılmışdır. == Rollarda == Nigar Hüseynova — Leyla Tofiq Mirzəyev — Laçın Ələsgər İbrahimov — ovçu Yaşar Nuri — Mərdan İlqar Əhmədov — Elxan Ələddin Abbasov — baş çoban Telman Əliyev — çoban == İstinadlar == == Mənbə == İsmayılova, N. “Bizi dağlarda axtarın” [kinorejissor N.Abbasovun çəkdiyi eyniadlı filmi haqqında] //Ədəbiyyat və incəsənət.- 1977.- 5 mart.- səh. 5.
Bizi dağlarda axtarın (film, 1976)

Artavan
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Axtarış
Axtarış — nəyisə tapmağa, əldə etməyə yönələn hərəkət. Yeni və ya itirilmiş informasiya, bilik, nəticə və sərvət əldə etmək üçün edilən fasiləsiz cəhddir. Axtarış eyni zamanda təbiət, insan haqqında biliklərin məqsədyönlü toplanmasıdır. İnternetdə informasiya ələd etmək üçün axtarış sistemindən istifadə edilir.
Axtaxana
Axtaxana (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Axtaxana (Qafan) — Qafan rayonunda kənd. Axtaxana (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd.
Aştarak
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. == Tarix == IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir. Erm.
Astara
Astara rayonu — Azərbaycan Respublikasında rayon. Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Axtala
Aşağı Axtala — Ermənistan Respublikasının Loru mərzində şəhər. Yuxarı Axtala — Ermənistan Respublikasının Loru mərzində kənd. Axtala (selav) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda selav. Axtala (mədən) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda mədən yeri. Axtala (çay) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Allahverdi rayonu ərazisində çay. Axtala monastır kompleksi — Loru mahalında, Allahverdi rayonu ərazisində erməni-gürcü monastırı və qalası.
Xaran
Xaran (urdu خاران) — səhra Pakistanın Bəlucistan vilayətinin Xaran dairəsi ərazisinə daxildir. Dyunlarla zəngin olan səhrada daim hərəkət edirlər. Burada dyunların hündürlüyü 15-30 metr təşkil edir. Səhra Elburs silsiləsi ilə əhatələnir. Şimal hissədə səhranın hündürlüyü 1000 m, cənub-şərqdə isə 250 metrdir. Orta illik yağıntının miqdarı 100 mm azdır. Xaran səhrasında 28 may 1998-ci ildə Pakistan tərəfindən Atom sınağı həyata keçirilmişdir.
Almaran (Sərdəşt)
Almaran (fars. ‎ال مران‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (16 ailə).
I Axsartan
I Axsartan (gürc. აღსართან I), yaxud I Axsitan – Şəki - Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1062-ci, sonuncu dəfə isə 1082-ci ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi I Axsartanın konkret olaraq 1058-ci ildən 1084-cü ilə qədər hakimiyyətdə olduğunu və 1084-cü ildə vəfat etdiyini göstərsə də XII əsr erməni tarixçisi Samuel Anesi 1082-ci il üçün Şəki çarı II Kverikenin adını çəkir. == Həyatı və siyasi fəaliyyəti == I Axsartanın hakimiyyətə başladığı ilk illərdə Şəki-Kaxeti qərbdən gürcü çarı IV Baqratın (1027—1072), cənubdan Şəddadilərin, şərqdən isə Şirvanşahların təcavüzünə məruz qalırdı. IV Baqratın əbədi rəqibi, Şəki-Kaxetinin isə müttəfiqi olan Kldekari eristavı Liparitin (1021—1059) Konstantinopolda vəfat etməsindən sonra IV Baqrat Şəki-Kaxeti qalalarını bir-bir ələ keçirməyə başladı. XII əsrdən gec olmayaraq yazılmış “Kartli salnaməsi”nə görə Alp Arslanın birinci Gürcüstan yürüşünə (1064-1065) qədər IV Baqrat Kvetera və Naxçivani qalaları istisna olmaqla, artıq bütün Hereti və Kaxeti qalalarını tutmuşdu. Mənbələrə görə bu dövrdə Şəddadilər Xornabuci, Aradeti və Vecini qalalarını (1065), Şirvanşahlar isə Maluq qalasını (1053) əllərində saxlayırdılar. Bütün bunlara baxmayaraq I Axsartan siyasi məharət nümayiş etdirərək əlindən çıxmış qalaları əksər hallarda heç bir döyüş əməliyyatı keçirmədən bir-bir geri alır və öz dövründə regionun ən nüfuzlu hökmdarlarından birinə çevrilir. === Tiflisi və açarlarını qəbul etməsi və satması === XI əsrin son rübünün əvvəlində namalum müəllif tərəfindən yazılmış “Tarix-i əl-Bab”a görə 1062-ci ildə Tiflisin tanınmış adamlarından bir qrupu Şəddadi hökmdarı Əbüləsvar Şavurun yanına gedərək Tiflisin açarlarını ona təqdim edirlər və ondan xahiş edirlər ki, kim olur olsun, bir nəfər göndərsin qalanı təslim edək.
Primorsko-Axtarsk
Primorsko-Axtarsk (rus.
Qaytaran Abbasov
Taxtacan armudu
Taxtacan armudu (lat. Pyrus takhtadzhianii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Vətəni cənubi Ermənistandır. Boz qabıqlı ağacdır. Budaqları əsasən iynəsiz yarpaqları yumurtavari və ya yumru-rombvari, uzunluğu 5 sm-də və eni 3 sm-dəkdir. Meyvələri iri, uzunluğu 5 sm-dək, armudvari, qonurdur. Quraqlığa, tüstü və qaza davamlıdır, torpağa tələbkar deyil, duzluluğa dözür, quru qayalı yamaclarda təsadüf edilir. Naxçıvan MR-da təbii halda rast gəlinir. Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünüşünə görə tək qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Meyvəsindən qida da, kompot cem, mürəbbə hazırlanır, müxtəlif xəstəliklərin müalicəsində istifadı olunur.
Axtarış sistemləri
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Axtarış mühərriki

Axtarış botu
Axtarış botu — Ümumdünya hörümçək torunu sistematik şəkildə analiz edən və adətən veb indeksləşdirmə məqsədilə axtarış motorları tərəfindən idarə olunan internet botu. Veb axtarış mühərrikləri və bəzi digər veb-saytlar öz veb məzmununu və ya digər saytların veb məzmununun indekslərini yeniləmək üçün axtarış botundan istifadə edirlər. Axtarış botu axtarış mühərriki tərəfindən emal edilməsi üçün səhifələri kopyalayır. Bu da istifadəçilərə daha səmərəli axtarış edə bilmə imkanı verir. Axtarış botları ziyarət edilən sistemlərdə resursları istehlak edir və tez-tez saytları xəbərsiz ziyarət edirlər. Böyük səhifə kolleksiyasına rast gəldikdə planlama, yüklənmə və "nəzakət" problemləri gündəmə gəlir. Bunu axtarış botuna bildirmək üçün indekslənmək istəməyən ictimai saytlar üçün mexanizmlər mövcuddur. Məsələn, robots.txt faylı botlardan veb-saytın yalnız müxtəlif hissələrini indeksləşdirməyi və ya ümumiyyətlə indeksləşdirməməyi tələb edə bilər. İnternet səhifələrinin sayı olduqca çoxdur; hətta ən böyük botlar belə tam indeks yaratmaqda çətinlik çəkirlər. Bu səbəbdən, axtarış sistemləri Ümumdünya hörümçək torunun ilk illərində, 2000-ci ildən əvvəl müvafiq axtarış nəticələrini vermək üçün mübarizə aparırdılar.
Armen Taxtacan
Armen Leonoviç Taxtacan və ya Taxtacan (erm. ձրմեն ռևոնի չախտաջյան; rus. Армен Леонович Тахтаджян) (28 may (10 iyun) 1910, Şuşa[…] – 13 noyabr 2009, Sankt-Peterburq) – Bitkilər, bitkilərin təkamülü, bitkilərin sistematikası və biocoğrafiya sahələrində XX əsrin ən mühüm simalarından biri hesab edilən Sovet — erməni botanikidir. Alimin digər maraq dairəsi olan sahələrə Çiçəkli bitkilərin morfologiyası, paleobotanika və Qafqaz florası daxil idi. O, XX əsrin ən nüfuzlu taksonomçularından biri hesab edilir. Onun bitkilərlə əlaqədar olan elmi təxəllüsü Taxt olmuşdur. == Həyatı == === Ailəsi === Taxtacan 1910-cu il iyun ayının 10-da Rusiya imperiyasının Şuşa şəhərində anadan olmuşdur. Babası olan Məliksan Taxtacyan Petroviç Osmanlı imperiyasının tabeliyində olan Trabzon şəhərində anadan olmuşdur. O, İtaliyada təhsil aldıqdan sonra jurnalist kimi fəaliyyət göstərmişdir. Babası 1930-cu ildə Parisdə vəfat etmişdir.
Google Axtarış
Google Search (azərb. Google (Quql) Axtarış‎; həmçinin qısaca Google və Google.com kimi də bilinir) — Google tərəfindən idarə edilən axtarış sistemi. == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Orijinal Google!