Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bahirə Bediş Morova Aydilək
Bahirə Bediş Morova Aydilek (1897, Bosniya vilayəti – 10 noyabr 1965 və ya 10 noyabr 1938, Türkiyə) ― türk rəssam və siyasətçi,Türkiyə Böyük Millət Məclisinə seçilən ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Konya seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Erkən həyatı == Bahirə Bediş Aydilək 1897-ci ildə Osmanlı imperiyasında, Bosniya vilayətində anadan olub. Atası Salonikidən Bosniyaya köçüb gəlmiş yəhudi əsilli Hasbi əfəndi, anası isə Əsma xanımdır. Lozanna müqaviləsindən sonra Aydilək və ailəsi İstanbula köçmüş və çətin günlərdən keçmişdir. Onun atası ticarətlə məşğul olur, Aydilək də çəkdiyi rəsmləri İstanbulun zənginlərinə sataraq evə kömək edirdi. Aydilək Boluda ibtidai və orta məktəbi bitirmiş və bundan sonra oradakı rəssamlıq məktəbində rəsm müəllimi kimi işləmişdir. O 1927-ci ildə görmə problemləri səbəbi ilə işini tərk etmiş, Cümhuriyyət Xalq Partiyası (CHP) və Bolu halkevində işləmişdir. 1930-cu ildə Bolu Bələdiyyə Məclisinə üzv seçilmişdir. == Siyasi fəaliyyəti == 1934-cü ildə Aydilək, Mustafa Kamal Atatürk ilə tanış olmuş və Atatürk ona "rəssam" mənasını verən "Bediz" (sonralar "Bediş" kimi yazılmağa başlamışdır) adını vermişdir.
Adil
Adil — kişi adı və təxəllüs. Adil Gəray — Adil şah — Adil Şirin — Adil Rüstəmov — Azərbaycan rəssamı Adil xan Ziyadxanov — Adil Üseyran — Məşədi Adil — Adil Vəliyev — Adil Aşırım — Adil Barmal — Adil Kaskabay — Adil Yaqubov — Adil Baxşəliyev — tibb elmləri doktoru, professor Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Adil Babayev (professor) — Filologiya elmləri doktoru, professor.
Adil Abbas
Adil Möhsün oğlu Abbasov (18 avqust 1951, Tehran) — Azərbaycan operatoru, əməkdar mədəniyyət işçisi (2006), Azərbaycanın əməkdar incəsənət xadimi (2018), "Humay" və "Qızıl Çıraq" mükafatları laureatı (2002). == Həyatı == Adil Abbasov 18 avqust 1951-ci ildə Tehranda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1984). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyir. 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ordubad (film, 1983) Bayramda yağış (film, 1985) Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) Gənc qadının kişisi (film, 1988) Maestro (film, 1988) Rüstəm İbrahimbəyov (film, 1988) Anarla üz-üzə (film, 1989) Biznesmen (film, 1989) Oxu, tar (film, 1989) Ağa, cəddinə qurban (film, 1993) "Atikva" ümid deməkdir (film, 1994) Pirə qayıdan yol (film, 1994) Hacı Arif (film, 1995) Novruz (film, 1995) Zəng (film, 1995) Avşarlar (film, 1996) Səhnəmizin Yaşarı (film, 1996) Sənətinin Vaqifi (film, 1996) Nigarançılıq (film, 1998) Tikdim ki, izim qala. III film (film, 1998) Borçalı elləri. Qaraçöp (film, 1999) Xoşbəxt adam (film, 1999) Maraqlı adamlar (film, 1999) Yaşıl eynəkli adam-2 (film, 1999) Zirvədən boylanan Xınalıq (film, 1999) Dədəgünəş (film, 2000) Ana duasından başlanan yol (film, 2001) Başmaq (film, 2001) Dan ulduzu, tale ulduzu (film, 2001) Əliməmməd dayı (film, 2001) Qədir Rüstəmov (film, 2001) Mədəniyyət salnaməsi (film, 2001–2004) Muğam (film, 2001) Nekroloq (film, 2001) Ömrün yuxuları (film, 2001) Pənah Xəlilov (film, 2001) Salur Qazanın evi talandığı boy (film, 2001) Zaqatala qoruğu (film, 2001) Altay Məmmədov (film, 2002) Çiçi xalçaları (film, 2002) Ömür ağacı (film, 2002) Padarçöl (film, 2002) Səsin Məcnunu (film, 2002) Yaşıl eynəkli adam-3 (film, 2002) Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002) Aşıq Məhəmməd Sadaxlı (film, 2003) Dəvətnamə (film, 2003) Yumurta (film, 2003) İsrafil müəllim (film, 2003) Qara Qarayev (film, 2003) Qısa monoloqlar (film, 2003) Mötəbər insanlarımız (film, 2003) Sirkə (film, 2003) Abşeron lövhələri (film, 2004) Molokanlar. Saf ruh (film, 2004) Teatr (film, 2004) Yaxşı adam haqqında (film, 2004) Yalçın (film, 2004) Akademik Heydər Hüseynov (film, 2005) Ağaxan (film, 2006) İlisu (film, 2006) Kişiləri qoruyun (film, 2006) Nağılların Dərbəndi (film, 2006) Şəki teatrında (film, 2006) Üçüncü zəng (film, 2006) Ev (film, 2007) Həsən Abdullayev xatirələrdə… (film, 2007) Qaragülün nağılı (film, 2007) Yorulmamışam.
Adil Abbasov
Adil Möhsün oğlu Abbasov (18 avqust 1951, Tehran) — Azərbaycan operatoru, əməkdar mədəniyyət işçisi (2006), Azərbaycanın əməkdar incəsənət xadimi (2018), "Humay" və "Qızıl Çıraq" mükafatları laureatı (2002). == Həyatı == Adil Abbasov 18 avqust 1951-ci ildə Tehranda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1984). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyir. 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ordubad (film, 1983) Bayramda yağış (film, 1985) Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) Gənc qadının kişisi (film, 1988) Maestro (film, 1988) Rüstəm İbrahimbəyov (film, 1988) Anarla üz-üzə (film, 1989) Biznesmen (film, 1989) Oxu, tar (film, 1989) Ağa, cəddinə qurban (film, 1993) "Atikva" ümid deməkdir (film, 1994) Pirə qayıdan yol (film, 1994) Hacı Arif (film, 1995) Novruz (film, 1995) Zəng (film, 1995) Avşarlar (film, 1996) Səhnəmizin Yaşarı (film, 1996) Sənətinin Vaqifi (film, 1996) Nigarançılıq (film, 1998) Tikdim ki, izim qala. III film (film, 1998) Borçalı elləri. Qaraçöp (film, 1999) Xoşbəxt adam (film, 1999) Maraqlı adamlar (film, 1999) Yaşıl eynəkli adam-2 (film, 1999) Zirvədən boylanan Xınalıq (film, 1999) Dədəgünəş (film, 2000) Ana duasından başlanan yol (film, 2001) Başmaq (film, 2001) Dan ulduzu, tale ulduzu (film, 2001) Əliməmməd dayı (film, 2001) Qədir Rüstəmov (film, 2001) Mədəniyyət salnaməsi (film, 2001–2004) Muğam (film, 2001) Nekroloq (film, 2001) Ömrün yuxuları (film, 2001) Pənah Xəlilov (film, 2001) Salur Qazanın evi talandığı boy (film, 2001) Zaqatala qoruğu (film, 2001) Altay Məmmədov (film, 2002) Çiçi xalçaları (film, 2002) Ömür ağacı (film, 2002) Padarçöl (film, 2002) Səsin Məcnunu (film, 2002) Yaşıl eynəkli adam-3 (film, 2002) Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002) Aşıq Məhəmməd Sadaxlı (film, 2003) Dəvətnamə (film, 2003) Yumurta (film, 2003) İsrafil müəllim (film, 2003) Qara Qarayev (film, 2003) Qısa monoloqlar (film, 2003) Mötəbər insanlarımız (film, 2003) Sirkə (film, 2003) Abşeron lövhələri (film, 2004) Molokanlar. Saf ruh (film, 2004) Teatr (film, 2004) Yaxşı adam haqqında (film, 2004) Yalçın (film, 2004) Akademik Heydər Hüseynov (film, 2005) Ağaxan (film, 2006) İlisu (film, 2006) Kişiləri qoruyun (film, 2006) Nağılların Dərbəndi (film, 2006) Şəki teatrında (film, 2006) Üçüncü zəng (film, 2006) Ev (film, 2007) Həsən Abdullayev xatirələrdə… (film, 2007) Qaragülün nağılı (film, 2007) Yorulmamışam.
Adil Abdullayev
Adil Abdullayev Polad oğlu — Azərbaycan alimi, fizika üzrə elmlər doktoru. == Həyatı == Abdullayev Adil Polad oğlu 30 mart 1969-cu ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, dosenti, fizika üzrə elmlər doktorudur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllimlik fəaliyyəti ilə məşğuldur (Riyaziyyat və Fizika kafedrası). “TlS və TlIn1-xRx S2 (Rx=Fe, Ge, Au, Si) bərk məhlulunun polimorf modifikasiyalarının dielektrik xassələrinin və qəfəs dinamikasının əsas xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası işini müdafiə edərək 01.04.10- “Yarımkeçirici və dielektriklər fizikası” üzrə Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, sonra isə dosent elmi işini adını almışdır. Elmi fəaliyyətini davam etdirərək “Radiasiya təsirinə məruz qalmış А3В6 və А3В3С26 qruplu zəncirvari kristallarda dielektrik relaksasiyasının və keçiriciliyin xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək “Radiasiya materialşünaslığı” və “Yarımkeçiricilər fizikası” ixtisaslarında fizika elmləri üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Respublika və Beynəlxalq konfranslarda (Bakı, Ulyanovsk, Almatı, Maxaçqala, Moskva, Honq Konq, Ankara, İspaniya, Minsk, Florida, Voronej, Kişinyov, Kipr, Norveç, Daşkənd və s. şəhərlərdə) müzakirə olunmaqla yanaşı, eyni zamanda xarici mətbuatda “Science index”-nə aid olan jurnallarda (Rusiya, ABŞ, Fransa, Türkiyə, Yaponiya, Qazaxıstan, Ukrayna və s. kimi onlarla xarici ölkə mətbuatlarında) dərc olunmuş 130 elmi əsərin və 4 kitabın müəllifidir.
Adil Adilzadə
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Adil Allahverdiyev
Adil Allahverdiyev (tam adı: Allahverdiyev Adil Məhəmmədəli oğlu; 1 mart 1951, Culfa rayonu) — Elmlər doktoru, professor. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru == Həyatı == Allahverdiyev Adil Məhəmmədəli oğlu 1951-ci il martın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Culfa rayonunda müəllim ailəsində anadan olub. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul edilib. 1974-cü ildə institutu əla qiymətlərlə başa vurması və aktiv ictimai fəaliyyətinə görə S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutuna həkim-baş laborant vəzifəsinə təyin edilib. 1975-1977-ci illərdə A.Allahverdiyev elə həmin institutda klinik ordinaturanı davam etdirib. Ordinaturanı bitirdikdən sonra hemoqlabin-enzimopatiya laboratoriyasında kiçik elmi işçi işləyib. 1978-1981-ci illərdə A.Allahverdiyev elmi-tədqiqat fəaliyyətini Moskvada, Tibb Elmləri Akademiyası nəzdində Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun məqsədli aspiranturasında davam etdirib, 1981-ci ildə aspiranturanı bitirib, tibb elmləri namizədi elmi dərəcəsini alıb. Həmin illərdə də onun tərəfindən ilk dəfə tətbiq edilmiş “qlükoza-6-fosfatdehidrogenaz (G-6PD) ferment çatışmazlığından əziyyət çəkən, dərman preparatlarına həssaslığı olan insanlarda “in vitro” hemolizinin müəyyən edilməsi” metodu elmdə ciddi problemlərin həll olunmasına kömək edib. Tədqiqatlarda natrium formiatın antioksidant xüsusiyyəti də aşkara çıxarılıb. Bu, primaxinin yaratdığı G-6PD ferment çatışmazlığı olan adamlarda eritrositlərin hemolizinin qarşısını alır.
Adil Azay
Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) — Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film) Vahimə (film, 1998) — 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) — "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
Adil Azayev
Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) — Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film) Vahimə (film, 1998) — 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) — "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
Adil Aşırım
Adil Aşırım (24 fevral 1964, İğdır) — XX çağırış Türkiyə Böyük Millət Məclisinin Iğdırdan deputatı, elektrik mühəndisi. == Həyatı == 1964-cü ildə İğdırda anadan olan Adil Aşırım, orta məktəbi Ədirnənin Uzunkörpü ilçəsində tamamlamışdır. 1983-cü ildə daxil olduğu Orta Şərq Texniki Universiteti Elektrik və Elektronika mühəndisliyi fakültəsindən 1987-ci ildə məzun olduqdan sonra 1988–1990-cı illərdə İstanbul Texniki Universitetində magistr təhsili almışdır. 5 il telekomunikasiya sahəsində araşdırma və layihə mühəndisliyi edən Aşırım, müxtəlif şirkətlərdə elektrik-elektronik sənayesində rəhbər kimi çalışmışdır. == Ailəsi == Ailəldir, 2 övladı var. == Siyasi fəaliyyəti == === Demokratik Sol Partiyada === Adil Aşırım ilə qatıldığı 1995-ci il tarixli Türkiyədə parlament seçkilərində Demokratik Sol Partiya namizədi kimi seçkilərə qatılmış 14 faizlə seçkiləri 4. sırada tamamlasa da, səs faizi daha çox olan 3 namizəddən ikisi partiyalarının (Xalqın Demokratik Partiyası və Milliyətçi Hərəkat Partiyası seçim limitinin altında qalması səbəbi ilə millət vəkiçi seçilmişdir. Adil Aşırım 1996-cı ilin yanvarında özəl televiziyalardan birinə siyasi partiya mənsubiyyəti haqqında açıqlama vermişdir: Bu açıqlamadan sonra Demokratik Sol Partiya Adil Aşırımın partiyadan ixrac edilməsi tələbini partiyanın Mərkəzi Nəzarət Təşkilatına göndərdi. Adil Aşırım daxili prosesi gözləməyərək 11 yanvar 1996-cı ildə Demokratik Sol Partiyadan istefa edərək Ana Vətən Partiyadına üzv oldu. === Ana Vətən Partiyasında === Adil Aşırım 2002-ci ilə qədər Ana Vətən Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Adil Babayev
Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954-1958) Adil Babayev (filoloq) — Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvüdür.
Adil Barmal
Adil Baxşəliyev
Baxşəliyev Adil Baxşəli oğlu (1952, Bərdə) — C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor (2004) == Həyatı == Baxşəliyev Adil Baxşəli oğlu 1952-ci Bərdə şəhərində anadan olmuşdur. Atası Baxşəli Baxşəliyev , bacısı Gövhər Baxşəliyeva . 1975-ci ildə N.Nərimanov adına ATU-nun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1981-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə aspiranturanı bitirmişdir. 1990-cı ildə Moskva şəhərində N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitunda doktoranturanı bitirmişdir. Baxşəliyev Adil Baxşəli oğlu 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1976-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun terapiya I kafedrasında böyük laborant vəzifəsində işləmişdir. 1977–1978-ci illərdə Adı cəkilən institutunun Mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçi vəzifəsində işləyib. 1978–1981-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə "Daxili xəstəliklər" ixtisası üzrə məqsədli aspiranturada oxuyub və 1981-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya I kafedrasında assistent vəzifəsində çalışmışdır. 1984–1985-ci illərə qədər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "arterial hipertoniya" şöbəsinin müdiri vəzifəsində işləyib.
Adil Bağırov
Adil Bağırov (tarzən) — tarzən. Adil Bağırov (alim) — "Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru. Adil Bağırov (filoloq) — AMEA-nın müxbir üzvü (2014).
Adil Bəbirov
Adil Bəbirov — (Doğumu: 5 fevral 1934, Bakı, Azərbaycan - Ölümü: 26 sentyabr 2021, Toronto, Kanada) Görkəmli Azərbaycan bəstəkarı, səs rejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989). == Həyatı == Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur. 1954-cü ildə musiqi texnikumunu bitirən Adil Bəbirov elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə qəbul olunur. Tələbəlik dövründə Adil Bəbirov fortepiano üçün prelüdlər, variasiyalar (1956), skripka üçün sonata, Violonçel və fortepiano üçün pyeslər, romans və mahnılar yazmışdır. O, hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərmişdir. Daha sonra Azərbaycanı tərk edərək Kanadaya köçmüşdür. 26 sentyabr 2021-ci ildə ömrünün son illərini yaşadığı Kanadanın Toronto şəhərində xəstəxanada vəfat etmişdir. == Yaradıcılığı == 1966-cı ildə «Azərnəşr»in çap etdiyi fortepiano üçün sonatası Adil Bəbirovun məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan bu əsər Avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni stilistik üslubu, bənzərsiz musiqi dili ilə diqqəti çəkir. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alır.
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri - "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Adil Firdosipur
Adil Firdosipur (fars. عادل فروسی پور‎;2 oktyabr 1974, Tehran) — İranda Nəvəd(=doqsan) proqramının aparıcısı. Rəfsancan, Kerman ostanı (vilayəti), Şanxay Dövləti, İran — iran futbol şərhçisi və teleaparıcısı, prodüser, ictimai fəaliyyətçi və jurnalist. İranın ən məşhur və populyar futbol şərhçilərindən və teleaparıcılarından biri. 2009 ildə Âdel Ferdousipur amerikanın məşhur Newsweek jurnalı tərəfindən İranın ən məşhur 20 nəfərindən biri qəbul edilmiş və bu siyahıda 19-cu yeri tutmuşdur. == Həyatı == 2 oktyabr 1974-cü ildə Rəfsəncan şəhərində, İranın mərkəzi hissəsinin Kerman ostanında (vilayəti) anadan olmuşdur. Tehrandakı Şərif adına Texnoloji Universiteti bitirmişdir. Həmçinin Tehran Universitetində media—menedjment dərsləri almışdır. 1990-cı illərdən İran televiziyasında fəaliyyətə başlamışdır. Âdel Ferdousipur İran televiziyasının IRIB TV3 populyar telekanalında futbola həsr edilmiş ən məşhur və populyar televerlişlərindən biri Navad (fars dilindən tərcuməsi Doxsan olan) verlişinin müəllifi və aparıcısı kimi məşhurdur.
Adil Gəray
Adil Gəray (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiq Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s.
Adil Hüseynov
Adil Kaskabay
Adil Kərimli
Adil Qabil oğlu Kərimli (22 oktyabr 1979, Bakı) — Azərbaycan Respublikasının mədəniyyət naziri (2023-cü ildən), Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini (2012–2022). == Həyatı == Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilmiş və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır. İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir. == Fəaliyyəti == Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlamışdır. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olmuşdur.
Məşədi Adil
Məşədi Adil Əbdülrəhim oğlu — 1868-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur. Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdur. Dostları Xırdalanlı Dadaş,Hökmalılı Qubad,Sana Pırcan və digərləri ilə birlikdə Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşlər. Təsadüfi deyil ki,ermənilər Bakı şəhərində genişmiqyaslı qətliam törətdikləri halda Bakı kəndlərinə girə bilməmişdilər. Məşədi Adil və silahdaşları Türklər Bakıya girənədək, yəni 1918-ci il sentyabrın 15-dək özlərini bolşevik adlandıran daşnaklardan şəhəri qorumuşlar.Türklər Məşədi Adil və onun silahdaşlarını yüksək qiymətləndirmişlər. Məşədi Adil şəxsən Nuru paşa ilə görüşmüş deyilənlərə görə öz atını ona bağışlamışdır. Türklər Məşədi Adilə paşa titulu veriblərmiş. Məşədi Adil 1919-cu ildə Bakıda qızdırma xəstəliyindən vəfat etmişdir. Hazırda Kürdəxanıda Məşədi Adil adına küçə vardır.
Sabir Adil
Sabir Adil (Sabir Xasay oğlu Əhmədov; 10 may 1950, Bəydövül, Göyçay rayonu – 7 fevral 2005) — Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinematoqraflar ittifaqının üzvü. Sabir Xasay oğlu Əhmədov 1950-ci il may ayının 10-da Azərbaycanın Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Atası Xasay şair çox kiçik yaşlarında olarkən vəfat edib. Sabir Adil anası Nadilə və dayısı Bahadurun köməyilə böyüdülmüşdür. Göyçay rayonunda orta məktəbə daxil olub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1969-1974). Sonra C.Cabbarlı adına kinostudiyada senarist, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləmişdir. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. Onun ssenarisi əsasında "Papaq" ("Evlənmək istəyirəm") bədii fılmi çəkilmişdir. Şerləri və digər yazıları "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Ədəbiyyat" qəzetində və digər mətbuat orqanlarında çap olunmuşdur.
Adil Sadıqov
Adil Məmmədtağı oğlu Sadıqov (25 dekabr 1941, Bakı – 14 yanvar 1990) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi (1981–1987), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı. == Həyatı == Adil Məmmədtağı oğlu Sadıqov 25 dekabr 1941-ci ildə Bakıda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra "Azərneft" Birliyinin "Leninneft" Neft və Qazçıxarma İdarəsində neftçıxarma operatoru vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Burada o, sahə rəisi, böyük mühəndis – mədən müdirinin müavini, mədən müdiri, mərkəzi mühəndis-texnoloji xidmət rəisinin müavini işləmişdir. Adil Sadıqov 1974-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kimya və neft sənayesi şöbəsinin təlimatçısı, şöbə müdirinin müavini vəzifələrində çalışmış, 1981-ci ildə isə Azərbaycan KP Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1987-ci ildə Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsinin müdiri təyin edilmiş, 1989-cu ildən isə Azərbaycan KP MK yanında partiya nəzarəti komissiyasının üzvü olmuşdur. Adil Sadıqov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Sənaye komissiyasının üzvü olmuşdur. Adil Sadıqov 14 yanvar 1990-cı ildə 49 yaşında vəfat etmişdir. == Ailəsi == Həyat yoldaşı — Zemfira Sadıqova (01.12.1941 — 21.03.2023) Oğlu Fuad Sadıxov (27.07.1971– 12.11.2015) Nəvəsi Zemfira Sadıxova (2003) - İnşaat Mühəndisi.
Adil Osmanov
Adil Osmanov (2 iyul 2000, Moskva) — Azərbaycan əsilli Moldova cüdoçusu, Moldova cüdo komandasının üzvü, 2024-cü il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Böyük Dəbilqə turnirinin (2024), Qran Prinin (2024) və Avropa kubokunun qalibi (2021). == Həyatı == Adil Osmanov 2 iyul 2000-ci ildə Moskvada azərbaycanlı-moldovan ailəsində anadan olub. Atası Azərbaycandan (Xaçmaz rayonundan), anası isə Moldovadandır. Osmanovun Bakıda və Xaçmazda yaşayan qohumları var. Adil Osmanov 2017-ci ildə Moskvadan Kişinyova köçüb. O dövrdən Moldovanı təmsil etməyə başlayıb. === Karyerası === 2018-ci ilin avqustunda o, gənclər arasında Avropa kubokunun qalibi olub. 2019-cu ilin avqustunda yeniyetmələr arasında Avropa kubokunun gümüş mükafatını qazanıb. Həmin ilin sentyabrında yeniyetmələrin Avropa çempionatında ikinci yeri tutub. 2021-ci ilin oktyabrında böyüklər arasında Avropa kubokunun qalibi olub.
I Adil
I Adil (tam adı : əl-Malik əl-Adil Seyfəddin Əbubəkir Əhməd ibn Nəcməddin Əyyub; ərəb : بو بكر سيف الدين "الملك العادل" أحمد بن نجم الدين أيوب; iyun 1145 – avqust 1218) — Nəcməddin Əyyubinin oğlu və Səlahəddin Əyyubinin kiçik qardaşı. 1196–1218-ci illərdə Şam Əyyubi sultanı, 1200-cü ildə Misirdəki hakimiyyəti ələ keçirdikdən sonra həmçinin Misir Əyyubi sultanı kimi hakimiyyətdə olub. == Həyatı == === Səlahəddin Əyyubi dövründə === Adilin harada anadan olması barədə mənbələrdə məlumatlar müxtəlifdir. Mənbələrə görə 1145-ci ildə Dəməşqdə, və yaxud Bəəlbekdə anadan olub. Onun haqqında ilkin məlumatlar Şamdakı Zəngi atabəyi Nurəddin Zənginin ordusuna rəhbərlik edən əmisi Sirkuhun 1168–1169-cu illərdə Misirə üçüncü və sonuncu səfərində iştirakı və burada göstərdiyi hərbi uğurlarla bağlıdır. 1169-cu il yanvarın 18-də əmisi Sirkuh Fatimilər tərəfindən vəzir təyin olunsa da, bir neçə gün sonra gözlənilmədən öldü. Onun yerinə Sirkuhun qardaşı oğlu və Adilin böyük qardaşı Səlahəddin Əyyubi seçildi. Səlahəddinin Qahirədə inzibati vəzifələrə öz adamlarını yerləşdirməsi və getdikcə güclənməsi Fatimilərə tabə olan hərbi qüvvələrin üsyanı ilə nəticələndi. Lakin bu üsyan Adil tərəfindən sərt şəkildə yatırıldı. Həmçinin üsyançıların Nubiyadakı hərbi düşərgələrinə basqın edildi və üsyana rəhbərlik edən şəxslər də daxil olmaqla üsyançıların əksəriyyəti öldürüldü.
Aydın
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Feyzullayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Aydın Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əhmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Ələkbəroğlu — siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi.
Aydın Abi Aydın (Aydın Abiyev)
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Aydın (ad)
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Feyzullayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Aydın Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əhmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Ələkbəroğlu — siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi.
Aydın (dəqiqləşdirmə)
Aydın (opera) — opera. Yaşayış məntəqələri Aydın (şəhər) — Türkiyədə şəhər. Aydın ili — Türkiyədə il. Aydıntəpə — yeraltı şəhər.
Aydın (opera)
Aydın — bəstəkar Ramiz Mustafayevin 1968-cü ildə Cəfər Cabbarlının eyniadlı əsəri əsasında yazdığı opera. Librettonun müəllifi Əfrasiyab Bədəlbəyli və Turqut Bədəlbəyli.
Aydın (şəhər)
Aydın (əvvəlki adı: Gözəlhasar/türk. Güzelhisar; qədim adı Trall/q.yun. Τράλλεις) — Türkiyənin cənub-qərbində şəhər. Aydın ilinin inzibati mərkəzi. Avtomobil yolları qovşağıdır. Yeyin sənayesi müəssisələri var. Meyvə ixrac edilir. Aydın ilində mis, dəmir və mərgmüş filizləri, liqnit yataqları var.
Aydın Abbasov
Aydın Abbasov (26 avqust 1976, Kirovabad) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı. == Həyatı == Abbasov Aydın Abbas oğlu 1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olub. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. Bitərəfdir. 2005-ci ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Aydın Abdullayev
Aydın Əşrəf oğlu Abdullayev (7 iyun 1951, Jdanov – 19 yanvar 2022, Bakı) — Azərbaycan kino istehsalatı təşkilatçısı. == Həyatı == Aydın Abdullayev 1951-ci il iyunun 7-də anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirib. 1975-ci ildən kino sahəsində çalışır: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləmişdir. 1993–1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994–2000-ci illərdə "Azanfilm" kinostudiyasının direktoru olmuşdur. 20-dək animasiya filmlərinin direktorudur. 19 yanvar 2022-ci ildə vəfat etmişdir. == Filmoqrafiya == Pəncə... Qulaq... Palaz...
Aydın Abıyev
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Aydın Aimbetov
Aydın Akanoviç Aimbetov (qaz. Айдын Ақанұлы Айымбетов, rus. Айдын Аканович Аимбетов) 27 iyul 1972, Otenay[d]) — Qazax kosmonavt. == Ailəsi == Aimbetov ailəlidir, üç övladı var. == Kosmik karyerası == Aimbetov 2000-ci ildə Qazaxıstanın kosmonavt sinifinə, 2000 nəfərlik bir qrupdan Muxtar Aymaxanovla birlikdə seçilib. 2003-cü ildən 2009-cu ilədək Rusiyanın "Star" şəhərində kosmonavt kimi təlim keçmişdir. Sonra isə Qazaxıstana qayıdır.Onun 2009-cu ilin payızında uçması planlaşdırılırdı, ancaq dünya maliyyə böhranı səbəbindən bu plan gecikdi. Aymaxanov Rusiyada qaldı, Rusiya vətəndaşı oldu, bu isə Aymbetovu yeganə Qazaxıstan kosmonavtına çevirdi. Qaytarıldıqdan sonra Aimbetov Qazaxıstan Milli Kosmos Agentliyinin (NSA) ASC (milli kosmik tədqiqat və texnologiyalar mərkəzi) komonavtı oldu. Qazaxıstanda kosmik sənaye inkişaf etdirmək üçün Kosmik İnkişaf İnstitututunu qurdu.
Aydın Ata
Aydın Ata - türk mifologiyasında əfsanəvi ozan. Aşıq Aydın olaraq da bilinir. Musiqiçilərin, şairlərin, aşiqlərin, ozanların atasıdır. İnsanların rüyalarına girib şairlik və ozanlıq qabiliyyəti verir. Yuxusuna girdiyi kəslər onu işıqlı bir işıq huzmesi içində görərlər. Müqəddəs işıq (nur) şəklindəki bu işıqlı suyu və safı işarələr. Qeyri-adi gücləri vardır. Türkmən və özbək inanclarında musiqiçilərin, şairlərin və şamanların hamısının "Aşıq Aydın" nəslindən gəldiyi fərz edilər. Aşıq Aydının məzarı, günümüzdə belə ziyarət yeri olaraq hörmət görür. Əlbəttə ki, bu məzarın əslində ona aid olub olmaması mübahisələri, və ya bu məzardan fərqli yerlərdə bir neçə dənə olması digər müqəddəs şəxslərin məzarlarında da sıx rast gəlinən bir vəziyyətdir.
Aydın Ağabəyov
Aydın Ağabəyov (azərb. Ağabəyov Aydın Fazil oğlu‎) — Dünya Kikboksinq Federasiyasının beynəlxalq dərəcəli azərbaycanlı hakimi, Azərbaycan Kikboksinq Federasiyasında hakimlər kollegiyasının sədri, V İslam Həmrəyliyi Oyunlarının beynəlxalq dərəcəli hakimi == Həyatı == Aydın Ağabəyov 21 mart 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasından oxumuşdur, 1986-cı ildə isə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olunmuşdur. 2000-ci ildə buradan məzun olduqdas sonra Ağabəyov 2003-cü ildən 2007-ci ilə qədər Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatının təşkili üzrə təhsil almışdır. == Fəaliyyəti == Bakalavr təhsili başa çatdırdıqdan sonra Ağabəyov 2000–2001-ci illərdə hərbi xidmətdə olmuşdur. === Hava limanı === Hərbi xidmətdən qayıtdıqdan sonra Ağabəyov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərnişinlərə xidmətin təşkili üzrə agent, növbə rəisi kimi müxtəlif vəzifələrdə çalışmışdır. O, 2002–2009-cu illərdə "Silk Way" Aviaşirkət MMC-nin "Groun Handlinq Company" filialında, 2009–2012-ci illərdə isə "VİP Aviation Services Company" MMC-nin sürətli keçid filialında çalışmışdır. Həmçinin, Ağabəyov 2012–2016-cı illərdə "Silk Way West Airlines" Aviaşirkət MMC-nin "Baku Cargo Terminal"ında çalışmışdır. === Kikboksinq === Ağabəyov 1997-cu ildən Azərbaycan Kikboksinq Federasiyasının üzvüdür. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin kikboksinq bölməsinin idmançısı və məşqcisidir.
Emre Aydın
Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi == Həyatı == Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. == Karyerası == Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb.
Nizami Aydın
Sezai Aydın
Sezai Aydın (15 fevral 1952, Ankara – 20 dekabr 2021, İstanbul) — türk teatr, kino, serial aktyoru və səs aktyoru. O, daha çox Con Rembo, Rokki Balboa, Bill Kosbi və Fred Flintston obrazlarını səsləndirməsi ilə tanınır. Sezai Aydın 1952-ci il fevralın 15-də Ankarada anadan olub. Ankara Universiteti İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının məzunu olan Aydın şəhər teatrı sənətçisidir və bu günə qədər bir çox tamaşada çalışıb. Keçiören Bələdiyyəsində bir müddət "Şənbə şənbəsi" adlı uşaq əyləncə proqramına rəhbərlik edən, eyni zamanda kamera qarşısına keçərək film və seriallarda rol alan Aydın illərdir bir çox yerli və xarici obrazları səsləndirib. Başkent Rabitə Elmləri Akademiyasında səs və aktyorluq təhsili də verib. Aydın 20 dekabr 2021-ci ildə İstanbulun Ümraniye rayonunda şəkərli diabetlə bağlı ürək çatışmazlığından dünyasını dəyişib. 22 dekabr 2021-ci ildə Şakirin məscidində qılınan cənazə namazından sonra Qaracaəhməd qəbiristanlığında dəfn edilib. Oğlu Arda Aydın atasının ölümündən 8 ay əvvəl şəkər xəstəliyinə bağlı səbəblərə görə sağ ayağının amputasiya edildiyini bildirib.
Xanım Aydın
Xanım Aydın (8 may 1984; Bakı, Azərbaycan SSR) — azərbaycanlı yazıçı, şair, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2016) Xanım Aydın 1984-cü il mayın 8-də Bakı şəhərində anadan olub. 1990–2001-ci illərdə 171 saylı tam orta məktəbdə, 1991–1996-cı illərdə S.Ələsgərov adına 1 saylı incəsənət məktəbinin fortepiano sinfində təhsil alıb. 2015–2020-ci illərdə V.N.Karazin adına Xarkov Milli Universitetinin "Rus dili filologiyası" fakültəsində ali təhsilini tamamlayıb. 2014–2016-ci illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsində təhsil alıb. 2014-cü ildən Xanım Aydın imzasıyla ədəbi mühitdə tanınmağa başlayıb. Həmin ildən "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaycan", "Yazı", "Dünya ədəbiyyatı" jurnalları, "Kaspi", "525-ci qəzet", "Ədəbiyyat qəzeti", "Mir literaturı" və s. qəzetlərdə məqalə, hekayə, şeir və tərcümələri müntəzəm şəkildə dərc olunub. 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.
İbrahim Aydın
İbrahim bəy Cahangirzadə, İbrahim bəy Cahangiroğlu və ya İbrahim Aydın (1874, Gümrü – 19 may 1948, Qars, Qars ili) — dövlət xadimi, hərbçi, Qars Bələdiyyə başqanı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Nazirlər Şurasının sədri, Qars valisi, Qars Milli İslam Şurası Hökuməti başçısı, Araz Türk Cümhuriyyəti hərbi naziri. İbrahim bəy Cahangirzadə 1874-cü ildə Aleksandropolda anadan olmuşdur. İbrahim bəy öncə mollaxana adlandırılan məhəllə məktəbinə gedərək burada Quran oxumağı, şəriəti, fars və ərəb dillərini öyrənmişdir. Daha sonra doğulduğu şəhərdə və Qarsda mədrəsə təhsili almış, üç il Qars şəhər məktəbində rus dilində təhsil almışdır. 1903-cü ildə Aleksandropol kazak alayına qəbul edilmiş, beş il burada təlim keçdikdən sonra zabit rütbəsi almaq ərəfəsində Qarsdakı gizli "İslam cəmiyyəti" ilə əlaqələri müəyyən edilərək, Dağıstana sürgün olunmuşdur. Əfv fərmanına əsasən, 6 aydan sonra azad olunaraq Qarsa qayıtmış və maliyyə məmuru işləmişdir. 1919-cu ilin aprel ayının 12 və 13-də ingilis ordusu tərəfındən Cənub-Qərbi Qafqaz Cümhuriyyəti yıxıldı, başda İbrahim bəy olmaqla, hökumət üzvləri evləri və əmlakları müsadirə edilməklə, Malta adasına sürgün olundular. 1921-ci ildə Nəriman Nərimanovun köməyi ilə sürgündən azad edilən qarslılar əski rus təbəəsi bəhanəsiylə Tiflis həbsxanasına göndərildilər. Tiflisdən Bakıya gələrək ailəsini axtaran İbrahim bəy həyat yoldaşı Mələk xanımı və oğlunu Gəncədə Xudadat bəy Rəfibəylinin himayəsində tapmış və onun köməyi ilə Qarsa qayıtmışdır. 1934-cü il soyadı qanununun qəbuli ilə "Aydın" soyadını qəbul etmişdir.
İclal Aydın
İclal Aydın — Türkiyə teatr və kinoaktrisası. 14 sentyabr 1971-ci ildə Nevşəhərdə anadan olmuşdur. Kürd kökənli ata ilə çərkəz kökənli ananın övladıdır. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Teatr aktyorluğu ixtisasına qəbul oldu. 1990 ilində Berlinə köçdü ve 6 il ərzində müxtəlif rollarda, dramaturg olaraq işlədi.
Şair Aydın
Aydın Ramazan оğlu (Şair Aydın; 1825, Şişqaya – 1915, Şişqaya, Yeni Bəyazid qəzası) — el şairi. Şair Aydın 1825-ci ildə Göyçə mahalının Şişqaya kəndində dünyaya gəlmişdir. Gənc yaşlarından saz-söz məclislərindən ilham alan Aydın şеir dеməyə, söz qоşmağa başlamışdır. Aydının şеirlərində əsas mоtiv haqsızlığa, ədalətsizliyə, zülmə qarşı хalqı оyatmaq оlmuşdur. 1877-ci ildə şairə qarşı qəsd hazırlayan şəхsi şairin böyük qardaşı Еyvaz öldürür. Bu hadisədən sоnra Aydın qardaşları Еyvaz və İsmiхanla birlikdə Sibirə sürgün еdilirlər. Оn il sürgündə оlduqdan sоnra şair Bakı şəhərinə gəlmiş və burada fəhlə işləmişdir. Bir çох şеirlərini də еlə Bakıda yaratmışdır. 1892-ci ildə dоğma Göyçə mahalına qayıdan Şair Aydın еl-оbası tərəfindən böyük hörmətlə və еhtiramla qarşılanmışdır. Gəraylıları ilə tanınan şair XIX əsrin ən məşhur aşığı Aşıq Ələsgərin müasirlərindən sayılır.
Əmrə Aydın
Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb.
Aydın Ələkbəroğlu
Aydın Ələkbəroğlu Abdullayev (1946, Şuşa, — 1995, Bakı) — Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, yazıçı, tərcüməçi, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı == Həyatı == Aydın Ələkbəroğlu 1946-cı ildə Şuşada anadan olmuşdur. Əslən Qubadlının Eyvazlı kəndindədir. Bakıda 44 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb bölməsində təhsil almışdır (1964-1970). Misirdə (1967) və Yəməndə (1970-1972) tərcüməçi işləmişdir. 1974-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır. 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olmuşdur. == Yaradıcılığı == Ədəbi yaradıcılığa 1966-cı ildə «Göyərçin» jurnalında dərc etdirdiyi «Təəccüblənmə, Elxan» adlı uşaqlar üçün yazılmış hekayə ilə başlamışdır. Bundan sonra dövri mətbuatda tez-tez maraqlı əsərlərilə çıxış edən müəllif oxuculara «Nübar» (1980), «Dağlar o dağlar deyil» (1984), «Gərək belə olmayaydı» (1988) və b. kitablarını təqdim etmişdir. === Bədii tərcümələri === Yazıçı bədii tərcümə ilə də məşğul olmuş, Şərq ədəbiyyatından nümunələri dilimizə tərcümə etmişdir.
Birol Aydın
Birol Aydın (1969, Gümüşhane ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Birol Aydın 1969-cu ildə Gümüşhane ilinin Şiran ilçəsində anadan olub. İbtidai və orta təhsilini Gəbzə ilçəsində alıb. Tunisin Zeytun Universiteti İslam Sivilizasiyası Bölməsindən məzun olub. Milli Gənclər Vəqfində (MGV) və Anadolu Gənclər Dərnəyində çalışıb. 2007-2014-cü illərdə Beynəlxalq Gənclər Forumunun (IYFO) İdarə Heyətində təmsil olunub. 2007-ci ildən İqtisadi və Sosial Araşdırmalar İnstitutunun (ESAM) İdarə Heyətinin üzvüdür. Siyasi fəaliyyəti ərzində Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Fəzilət Partiyasında Kocaeli il şöbəsinin İdarə Heyətinin üzvü olub. Səadət Partiyasında isə 2002-2006 və 2014-2017-ci illərdə Kocaeli il şöbəsinin sədri, 2010-2019-cu illərdə sədrin müavini vəzifəsində çalışıb.
Kamil Aydın
Kamil Aydın (25 mart 1963, Ərzurum ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Kamil Aydın 25 mart 1963-cü ildə Ərzurum ilində anadan olub. Atatürk Universiteti Fənn və Ədəbiyyat Bölməsindən məzun olub. Həmin universitetdə Ədəbiyyat Bölməsində magistr dərəcəsi, İngiltərənin Vorvik Universitetində isə PhD dərəcəsi alıb. Atatürk Universitetində senatının üzvü, şöbə müdiri və İntizam Komitəsinin üzvü vəzifələrində çalışıb. Media, mədəniyyət, incəsənət, təhsil, ədəbiyyat və beynəlxalq əlaqələr sahələrində layihələri, işləri, araşdırmaları və tədqiqatları olub. MHP sədrinin müavinidir. İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Ərzurum ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü, TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədr müavini, TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifələrində çalışıb. 28-ci çağırışda TBMM Xarici İşlər Komissiyasının üzvü, NATO Parlament Assambleyasının üzvü, ATƏT Parlament Assambleyasının üzvü vəzifələrində təmsil olunub.
Yavuz Aydın
Yavuz Aydın (1972, Trabzon ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Yavuz Aydın 1972-ci ildə Trabzon ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Trabzon ilində alıb. Trabzon ilində Ticarət Peşə Liseyini bitirib. Lissabonda NOVA Universiteti Hüquq Bölməsindən məzun olub. Səhiyyə, turizm və inşaat sahəsində çalışıb, təsisçi, tərəfdaş və menecer olub. Trabzon İş Adamları Dərnəyinin (TİAB) üzvü, Beşidüzü Mədəniyyət və Yardımlaşma Dərnəyinin (BEŞİK-DER) üzvü, Səhiyyə İşəgötürənləri Dərnəyinin (SEİS) üzvü, Beşidüzü İdman Klubunun İdarə Heyətinin üzvü və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Trabzon ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 3 uşaq atasıdır.