Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azadə Hüseynova
Azadə Hüseynova (tam adı: Azadə Cəbrayıl qızı Hüseynova; 2 yanvar 1937 – 1 dekabr 2016) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Azadə Cəbrayıl qızı Hüseynova 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1959-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakultəsini bitirdikdən sonra “SK” zavodunda (Sumqayıt şəhərində) işləmiş, 1960-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiraturasına daxil olmuş, 1963-cü ildə dissertasiya işini müdafiə etmiş və kimya elmlər namizədi elmi dərəcəsini almışdır. 1963-cü ildən AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi və 1982-2016-cı illərdə “Avtomobil benzinləri” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1980-cı ildə “Xırda dispersli katalizator iştirakında katalitik krekinq prosesindən istifadə etməkə yükəkoktanlı etilləşməmiş avtomobil benzinlərinin alınma texnolgiyasının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 1990-cı ildə “Qaz və yanacağın kimyəvi texnologiyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. A.C. Hüseynova 2016-cı il dekabr ayının 1-də vəfat etmişdir. == Elmi fəaliyyəti == A.C. Hüseynovanin elmi fəaliyyəti neftkimyası və neft emalı sahəsində yeni tullantısız texnoloji proseslərin elmi əsaslarının işlənib hazırlanmasına və yüksəkoktanlı etilləşməmiş Aİ-93 benzininin alınmasının yüksəkeffektli texnologiyasının yaradılmasına, həmçinin avtomobil benzinlərinə yüksəkoktanlı əlavələrin alınmasına, ağır neft xammallarının emalı üçün yeni texnoloji sistemlərin və katalizatorların yaradılmasına yönəlmişdir. A.C. Hüseynova az və yüksək kükürdlü vakuum distillatlarının əsasında birbaşa katalitik krekinq prosesinin özündə etilləşməmiş Aİ-93 benzininin alınmasına verilmiş patentin müəlliflərindən biridir. O, əsas rejim parametrlərini və xammalın karbohidrogen tərkibini dəyişmək yolu ilə etilləşməmiş Aİ-93 benzininin alınmasını proqnozlaşdırmağa imkan verən bu prosesin elmi əsaslarını işləyib hazırlamışdır.
Azadə Musabəyli
Azadə Şahbaz qızı Musabəyli — Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu, Türkdilli yazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. == Elmi fəaliyyəti == Azadə Şahbaz qızı Musabəyli 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində çalışır. 1978-82-ci illərdə aspiranturada təhsilini davam etdirmiş, 1982-ci ildə Şərq xalqları ədəbiyyatı ixtisas indeksi ilə filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1987-89-cu illərdə Sankt-Peterburq Əlyazmalar bölməsində doktoranturada olmuş, 1994-cü ildə Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ixtisas indeksləri ilə dissertasiya müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1999-cu ildən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri olan A.Musabəyli 2000-ci ildə "Mətnşünaslıq" ixtisası üzrə dosentlik, 2011-ci ildə "Türk xalqları ədəbiyyatı" ixtisası üzrə professor elmi adlarına layiq görülmüşdür. İxtisasca türkoloq-mətnşünas olan A. Musabəyli orta əsrlər Azərbaycan-Türkiyə yazılı abiələrinin paleoqrafik-tekstoloji tədqiqi üzrə səriştəli və yüksək ixtisaslı mütəxəssis sayılır. Onun ilkin olaraq üzə çıxararaq, tədqiqata cəlb etdiyi Xəlilinin "Firqətnamə"si (1475), Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi Ruhi Bağdadinin (-1606) Divanı, Seyyid Yəhya Bakuvinin tələbəsi Dədə Ömər Rövşəninin (-1487) "Külliyyat"ı, Şeyx İbrahim Gülşəni Bərdəinin (1427-1534) türk və ərəb divanları kimi əlyazma abidələrinin hər biri ədəbiyyat tariximiz baxımından mühüm hadisə sayıla bilər. Təsəvvüfi poeziya, Türkiyədə və Bağdadda yaranan Azərbaycan ədəbiyyatı, Azərbaycandakı Türkiyə əlyazmaları və sairənin ilkin yazılı qaynaqlar əsasında tədqiqi, xarici ölkələrdəki Azərbaycanla bağlı əlyazmalar haqqında bilgilərin üzə çıxarılaraq sistemli şəkildə təqdim edilməsi A.Musabəyli yaradıcılığının elmi istiqamətlərindəndir. A.Musabəyli Azərbaycandakı Türkiyə ilə bağlı əlyazmaların üzə çıxarılması, sistemləşdirilməsi, elmi-paleoqrafik təsviri, kataloqlaşdırılması, tekstoloji-filoloji tədqiqi kimi yeni bir elmi istiqamət üzərində çalışmaqdadır. Onun bütün bu araşdırmaları Azərbaycan-Türkiyə ədəbi əlaqələri və türk xalqları ədəbiyyatı kontektsində aparması təqdirəlayiqdir.
Azadə Taleh Abbasqızı
Azadə Rüs­tə­mova
Azadə Cəfər qızı Rüstəmova (18 iyul 1932, Bakı, Azərbaycan SSR, SSRİ — 19 aprel, 2005, Bakı, Azərbaycan) — Azərbaycan və sovet şərqşünası və ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü. Təxminən 300 məqalənin, həmçinin 20 kitab və monoqrafiyanın müəllifi. Azadə Rüstəmova əsasən klassik Azərbaycan poeziyasının nümayəndələri, xüsusən də Nizami Gəncəvini irsi haqqında tədqiqatları ilə tanınır. == Həyatı == Azadə Cəfər qızı Rüstəmova 1932-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. O, 132 saylı şəhər orta məktəbini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində davam etdirib. Rüstəmova 1951-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və Moskvada keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı (1953–1956) olmuşdur. O, 1956-cı ildə SSRİ EA-nın müxbir üzvü Yevgeni Bertelsin elmi rəhbərliyi altında Füzulinin "Leyli və Məcnun" poeması mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Azadə Rüstəmova Azərbaycana döndükdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb, 1971-ci ildə “XII-XVII əsrlərdə Azərbaycan epik şeirinin inkişaf yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 1961-1991-ci illərdə Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri işləyib, 1990-cı ildə professor adını alıb. Orta əsrlər Azərbaycan ədəbiyyatı, sonra Nizamişünaslıq şöbələrinə uzun müddət rəhbərlik edən Azadə Rüstəmova 1991-ci ildən Orta əsrlər şöbəsində baş elmi işçi olub.
Bəyzadə
Bəyzadə — bəy oğlu, bəy nəslindən olan adam. Sovet hakimiyyəti qurulana qədərki Azərbaycanda hakim sinfə mənsub adamların oğlan uşaqlarına da bəyzadə deyilirdi. Bu titul Osmanlı imperiyasında zadəgan nəslindən olan və imperiyada mühüm vəzifə tutan müvəqqəti valilərə və hərbi generallara verilirdi. Bu termin tez-tez Osmanlı imperiyası haqqında olan Qərb mənbələrində cəmiyyətdə üstün yer tutan, adətən böyük gücə malik olan kişilərə aid edilirdi. Şərqi Avropada, Balkanlarda, Qafqazda, Anadolu və İraq Kürdüstanının bəzi bölgələrində Osmanlının bu regionlardakı fəthlərində iştirak edən çərkəz şahzadələrinə bəyzadə titulu verilirdi.
Şahzadə
Şahzadə bu mənalara gələ bilər: Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) (Azərbaycan dilindəki adı ilə: Hökmdar) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Abadə
Abadə- İranın Fars ostanının şəhərlərindən və Abadə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 52,042 nəfər və 14,184 ailədən ibarət idi.
Azadi
Azadi — kişi adı və təxəllüsü. Bu adı olan tanınmış şəxslər Azadi Rəhimov — Dağıstan Muxtar Respublikası Dərbənd şəhərinin meri Bu təxəllüsü olan tanınmış şəxslər Dövlətməhəmməd Azadi — türkmən şairi, Məxdumqulu Fəraqinin atası.
Kamil Aydazadə
Kamil Aydazadə (tam adı: Kamil Rəcəb oğlu Aydazadə; 23 dekabr 1950, Qusar) — fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA İdarəetmə Sistemləri İnstitutunun "Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları" laboratoriyasının rəhbəri, Azərbaycan Dövlət Neft Akademiyasında "Tətbiqi riyaziyyat" kafedrasının müdiri. == Həyatı == Kamil Aydazadə 1950-ci il dekabrın 23-də Qusar rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür. == Pedaqoji fəaliyyəti == 1975-ci ildən Bakı Dövlət Universiteti-ndə "Tətbiqi riyaziyyat" fakültəsi 1999-cu ildən Lənkəran Dövlət Universiteti Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasında "Tətbiqi riyaziyyat" kafedrasının müdiri == Elmi fəaliyyəti == 1976–1980-ci illərdə onun tərəfindən işlənilmiş mürəkkəb texniki və texnoloji obyektlərin optimallaşdırılması, modelləşdirilməsi və tədqiqinə dekompozisiya yanaşması elm və texnikanın müxtəlif sahələrində real məsələlərin həlli üçün istifadə olunmuş və bu yanaşma intellektual proqram paket və sistemləri səviyyəsinə çatdırılmışdır. Ayda-zadə K. R. dekompozisiya üsulunu inkişaf etdirərək şəbəkə quruluşuna malik qeyri-xətti optimallaşdırma məsələlərini tədqiq etmək üçün fundamental nəzəriyyə və üsullar yaratmışdır. Bu məsələlər böyük ölçüyə malik olması, zəif və ən mühümi məhdudiyyətlərin yakobianının ixtiyari şəkildə doldurulması ilə xarakterizə olunurlar. Göstərilən xüsusiyyətlər həmin məsələləri C. Dansiq, F. Vulf, E. Q. Qolşteyn, A. A. Pervozvanski, N. Z. Şor və başqaları tərəfindən tədqiq olunmuş böyük ölçülü məsələlər sinfindən fərqləndirir. Onun tərəfindən toplanmış və paylanmış parametrli sistemlərdə çoxlu texnoloji proseslər və texniki obyektlərin (xüsusi halda neftqazçıxarma, xammalın boru-nəqli və s.) idarəetməsi üçün nəzərdə tutulan zona idarəedici təsirlərin sintezinin yeni qoyuluşu və yanaşması təklif olunmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan dili üçün: çap əlyazma, əlyazma mətnlərinin və nitqin tanınması; nitqin sintezi; mətnin və nitqin anlaması intellektual kompüter sistemləri yaradılıb və bu sistemlərində onun tərəfindən dekompozisiya, modelləşdirmə, optimallaşdırma və qeyri səlis nəzəriyyələrinin əsasında hazırlanmış riyazi aparatından istifadə olunub.
Konsort Şahzadə
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
May Ayzava
May Ayzava (d. 10 sentyabr 1980) — Yaponiyalı keçmiş qadın futbolçu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 4 qol vurub.
Mehrab (şahzadə)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Mirtalıb Ağazadə
Murad Ağazadə
Müzəffər Ağazadə
Müzəffər Abusət oğlu Ağazadə — Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ali Məhkəmənin elmi-məsləhət şurasının üzvüdür. == Həyatı == Ağazadə Müzəffər Abusət oğlu 1939-cu ildə Masallı rayonunun Müsaküçə kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Masallı rayon məhkəməsində katib işləməyə başlayan M. Ağazadənin əmək fəaliyyətinin sonrakı dövrü yalnız məhkəmə orqanları ilə bağlı olmuşdur. 1961-ci ildə, indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1967-ci ildə bitirmişdir. Bir oğlu , üç qızı və səkkiz nəvəsi var. == Hakim fəaliyyəti == 1964–1968 — Bakı şəhəri, Oktyabr rayon xalq məhkəməsində iclas katibi, 1968–1969 — Azərbaycan SSR Nazirlər Soveti Hüquq Komissiyasının Məhkəmə Ekspertizası İnstitutunda baş elmi işçi olaraq çalışmışdır . Bundan sonra, Bakı şəhəri, Yasamal rayon məhkəməsində iclas katibi vəzifəsində işləmiş M. Ağazadə Universiteti bitirdikdən sonra, Azərbaycan SSRİ Nazirlər Soveti Hüquq Komissiyasının Elmi –Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və Azərbaycan Respublikası Ali Məhkəməsinin nəzarət şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. M. Ağazadə 1970–1976-cı illərdə Daşkəsən rayon məhkəməsində hakim,1976–1987-ci illərdə Bərdə rayon məhkəməsinin sədri, 1987–1990-cı illərdə isə Ağdam rayon məhkəməsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim seçilən M. Ağazadə 2000-ci ildə yenidən həmin vəzifəyə təyin edilmişdir. 2010-cu ildə təqaüdə çıxmışdır.
Məleykə Ağazadə
Məleykə Ağazadə (3 sentyabr 1929, Bakı – 24 aprel 2019) — Azərbaycan aktrisası. == Həyatı == Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxumuşdur. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır.
Nəzakət Ağazadə
Nəzakət Həsən qızı Ağazadə (13 fevral 1910, Yelizavetpol – 10 aprel 1979, Bakı)— dilçi alim, filologiya elmlər doktoru, professor, Həsən bəy Ağayevin qızı == Həyatı == Nəzakət Ağazadə 13 fevral 1910-cu ildə Gəncə şəhərində Həsən bəy Ağayevlə Xədicə xanım Ağayevanın ailəsində dünyaya gəlmişdir. O, ailəsnin 3-cü qız övladı idi. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olan Nəzakət xanımı 1932-də “Müsavat Parlamanı başçısının qızı” olduğu üçün 2-ci kursdan çıxarmışdılar. Daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirmişdi. 1948-də Moskvada namizədlik, 1966-da Bakıda doktorluq dissertasiyası müdafiə etmiş, professor adını almışdır. "Azərnəşr"də tanış olduğu Əliheydər Orucovla evlənən Nəzakət xanımın 1942-ci ildə Elxan adlı bir oğlu dünyaya gəlmişdir. Onun həyat yoldaşı da özü kimi professor, EA-nın müxbir üzvü, görkəmli Azərbaycan dilçilərindən biri olmuşdur. == Fəaliyyəti == Nəzakət xanım uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1966-cı ildən 1968-ci ilə qədər isə Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun prorektoru olmuşdur. Alimin araşdırmaları əsasən azərbaycan və alman dillərinin müqayisəli öyrənilməsinə aiddir.
Qulamrza Ağazadə
Qulamrza Ağazadə (fars. غلامرضا آقازاده‎; 15 mart 1949, Xoy) — İran siyasətçisi, İran Nüvə Enerjisi Təşkilatının rəisi. == Həyatı == Qulamrza Ağazadə 15 mart 1949-cu ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olub.Tehran universitetinin riyaziyyat fakültəsini bitirib. Qulamrza Ağazadə 1979-cu ildən sonra Tehranda dərc olunan "İslam respublikası" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qulamrza Ağazadə 1985-1997-ci illərdə İranın neft naziri işləyib.
Riçard Ayoadi
Riçard Ellef Ayoadi (ing. Richard Ellef Ayoade; 23 may 1977) — Britaniyalı aktyor, yayımçı, komediyaçı və filmmeyker. Channel 4 kanalında yayımlanan The IT Crowd (2006-2013) seriyalında Moris Moss rolunu canlandırdığına görə 2014-cü ildə BAFTA mükafatına layiq görülüb.
Sevda Ağazadə
Sevda Ağazadə (6 sentyabr 1958, Bakı) — Televiziya aparıcısı. Ssenari müəllifi, AzTV-nin keçmiş diktoru, hazırda bu telekanalın "Telefilm" yaradıcılıq birliyində aparıcı redaktor. == Həyatı == 1958-ci ilin sentyabr ayının 6-da Bakıda anadan olmuşdur. 7 yaşına qədər Balaxanıda yaşamışdır. Sonra təhsilini Xətai rayonu 56 nömrəli məktəbdə davam etdirmişdir. Orta məktəbi 1975-ci ildə qızıl medalla bitirib indiki Dövlət Neft Akademiyasına daxil olmuşdur. Anası, dayısı, qardaşı, bacısı və oğlu da oranı bitirmişlər. Ali məktəbi bitirəndən sonra Milli Elmlər Akademiyasının Energetika İnstitutuna mühəndis-proqramçı kimi işə götürülmüşdür. Orada 5 il işləmişdir. Sonra eşidir ki, AzTV-də müsabiqə var, müsabiqədə iştirak edir və radioda işə düzəlir.
Seymur Alızadə
Sənan Ağazadə
Tadahiro Ayzava
Tadahiro Ayzava (相沢 忠洋, Ayzava Tadahiro, 21 iyun 1926 – 22 may 1989) – yaponiyalı həvəskar arxeoloq. Yaponiyada ilk paleolitik daş alətləri kəşf etməsinə görə tanınır. == Həyatı == Tadahiro Ayzava 1926-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Assosial uşaqlıq keçirən Ayzava qədim artifaktlara maraq göstərmiş, boş vaxtının böyük hissəsini dulusçuluq parçaları və daş alətlər toplamaqla keçirmişdir. O, Akaqi dağının ətrafında ilk insanların nə vaxt məskunlaşdığı ilə maraqlanmışdır. Ayzava həyatını qazanmaq üçün natto ticarəti ilə məşğul olurdu. == Kəşfləri == Ayzava 1946-cı ilin sentyabrında Qunma prefekturasının Kiryu şəhərində səyyar satıcılıq ilə məşğul olarkən Kasakake qəsəbəsinin İvacuku rayonunda yerləşən, qismən aşınmış və Kanto gilli toprağının bir hissəsi olan qırmızı gil layında obsidian alətlərlə qarşılaşmışdır. Bu dövrdə arxeoloqlar Yaponiyanın insanlar tərəfindən məskunlaşılmasının Comon dövründə baş verdiyini hesab edirdilər. Ayzava 1949-cu ilin iyulunda həmin bölgədə obsidian ucluq da aşkar etmişdir. O, artıq kifayət qədər dəlili olduğunu düşünərək tokiolu tədqiqatçı Teruya Eyzakaya yaxınlaşmış və onun vasitəsilə Meyci Universitetinin arxeoloqu Çosuke Serizava ilə tanış olmuşdur.
Xanzadə Sultan
Xanzadə Zəhra Sultan və ya Xanzadə Osmanoğlu (19 sentyabr 1923, İstanbul – 19 mart 1998, Paris) — Osmanlı sülaləsinin üzvü. == Həyatı == Xanzadə Sultan 19 sentyabr 1923 tarixində ailəsinin yeni yaşamağa başladığı Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Şahzadə Ömər Fərrux Əfəndi son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu, anası Sabiha Sultan isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı idi. Xanzadə ailənin ortancıl qızı idi və özündən başqa Fatma Nəslişah və Nəcla adlı 2 bacısı vardı. 3 mart 1924 tarixli 431 saylı qanunla 6 aylıq Xanzadə Sultan ailəsiylə birlikdə sürgünə getdi. Uşaqlıq və gənclik illəri Fransanın Nitsa şəhərində keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 17 yaşı olanda, ailəsinin istəyilə Misirin kral ailəsindən olan Məhəmməd Əi İbrahimlə (d. 29 aprel 1900, Qahirə — ö. 2 iyul 1977, Paris) evləndi.
Yədulla Ağazadə
Yədulla Ağazadə (azərb. Ağazadə Yədulla Bədir oğlu‎) — folklorşünas, ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2014), professor (2019) == Həyatı == Yədulla Bədir oğlu Ağazadə 1950-ci il iyulun 1-də Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran şəhər 5 nömrəli (1957–1961) və Lənkəran şəhər internat (hazırda gimnaziya) (1961–1967) orta məktəblərində almışdır. Bir müddət Lənkəran şəhər meyvə-tərəvəz konserv (1967), Bakı tikinti materialları (1968) və Azərbaycan Boru prokatı zavodlarında fəhlə işləmişdir (1968–1969). 1969–1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini (qiyabi) bitirmişdir (1975). Pedaqoji fəaliyyətə Lənkəran rayonunun ucqar Gəgiran kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1971–1973). Daha sonra Gəgiran kənd orta məktəbinin direktoru vəzifəsində (1973–1981), rayonun Ləj kənd orta məktəbində tədris işləri üzrə direktor müavini (1981–1990), Lənkəran şəhər 5 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışmışdır (1990–1998). Lənkəran Dövlət Universitetində fəaliyyətə başladığı gündən (1992) burada baş müəllim(1992–1998), dosent (1998–2015), professor (2016-cı ildən) vəzifələrində çalışmış, hazırda LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professorudur. "Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti" mövzusunda namizədlik (1998), "Azərbaycan poeziyasında satirik poeziyasının təşəkkülü və inkişafı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir (2013).
İqbal Ağazadə
İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd. == Həyatı == İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.[mənbə göstərin] === Ailəsi === Evlidir, 2 övladı var. == Siyasi fəaliyyəti == Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırış və IV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib. Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. 2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub.
Arcade
Arcade, Arkada;
Azadek
Azadek — İrəvan xanlığının Şərur-Dərələyəz mahalında kənd adı. == Əhalisi == 1727-ci ilə aid mənbədə kənddə üç erməni ailəsinin yaşadığı qeyd olunmuşdur. 1828–1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. == Toponimikası == XX əsrin əvvələrində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. qədim türk dillərində asu "qırmızı kil"və farsca tek "torpaq", "Süxur", ya da həmin dildə dək "yağışdan sonra su ilə dolan şoran çökəklik", "şor göl", "şoran torpaq", "bitkisiz yer", sözlərindən ibarətdir. Ola bilər, bu toponim Azad şəhər adı ilə bağlıdır. Həmdullah Qəzvini (XIV) Ordubaddan 30 km aralıda Gilançayın üstündə Azad şəhərinin yerləşdiyini yazır. Onda bu kəndin adı Azad və deh farsca "kənd" sözlərindən ibarətdir.Баскаков Н.А. Введение в изучение тюркских языков. М., 1969.
Azadeğ
Azadeğ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7,5 km cənub-qərbdə, Arpaçayının sağ sahilində yerləşir. Kəndin adı Azatak, Azader, Azad, Azadak formalarında da erməni mənbələrində qeyd edilir. Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828–29-cu illərdə ermənilər buraya İranın Xoy və Salmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir. Kəndin adının yaranması ilə bağlı erməni mənbələrində göstərilir ki, bura gələn ermənilər azader (azad idi) deyərək kəndi Azadeğ adlandırmışlar. Bu, elmi həqiqətə uyğun deyil, ehtimologiyadır. Toponim fars dilində işlənən azad sözü ilə, fars dilində "kənd, qışlaq" mənasında işlənən dex sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 20 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır .
Azande
Azande və ya Banda — Mərkəzi Afrikada, əsasən Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Cənubi Sudan ərazisində, qismən də Sudanda yerləşən yayla. Bu, Konqo çayı, Çad gölü və Nil çayı hövzələri arasında su hövzəsidir. Hündürlüyü 600–900 metrdir, lakin ən hündür nöqtəsi 1388 metrə çatır.
Aqade
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.