Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağ Baş
Ağ Baş — Gərnibasar mahalında kənd. Tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır. Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə üçün: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.
Baş-Noraşen
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır. Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Baş (insan)
Baş (lat. Caput) — heyvan və ya insan bədənində beynin, görmə orqanlarının, dadın, qoxunun, eşitmə və ağızın yerləşdiyi hissəsi. Onurğalılar və həşəratların ayrı bir başı var. İnsan başının ön hissəsinə üz və ya sifət adlanır. Adətən baş bədənə boyun vasitəsilə bağlanır. Boyun başın dönməsinə və məkanda müəyyən bir mövqe tutmasına imkan verir.
Baş Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir. Erm.
Baş Daşağıl
Baş Daşağıl — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. XIX əsrin ortalarında Aşağı Daşağıl kəndi yarandıqdan sonra nisbətən yuxarıda yerləşən eyni adlı kənd Baş Daşağıl adını almışdır. Bu kənd Baş Daşağıl kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Rayon mərkəzindən 25 kilometr şimal-qərbdə, Daşağılçayın sağ sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. "Daşağıl" oroqrafik obyekt adı bildirən oykonimdir. Sözün mənşəyi uzaq keçmişlərə gedib çıxır, odla, işıqla, Günəşlə bağlıdır. "Daş" — bərkimiş, Yerin qabığını "deşmiş", bətnindən "daş"mış, sönmüş, "daşlaşmış od"dur. "Dış Oğuz", "dışarı" sözlərindəki "dış"ın daşıdığı "çöl, bayır, xaric" mənaları da məhz "daş"ın bu ilkin mənasından yaranmışdır. Ulu Zərdüştün adındakı "düşt" (üşt, işt, aşt, daş) də Günəş (bərkimiş od) məzmunlu "daş" dır. Zərdüşt – qiymətli daş, "qızıl daş" mənası daşıyır.
Baş Dizə
Baş Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Aza kənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 25 km qərbdə, Arazın sol sahilindədir. Əhalisi 458 nəfər(2000); Bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, tibb məntəqəsi var. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü qoç daş heykəllər olmuşdur. Baş Dizə Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim "Böyük Dizə" deməkdir. Dizə komponenti türkdilli xalqların toponimiyasında "kənd", İran dillərində "hasar", "qala divarı", "qala" mənalarını ifadə edir.
Baş Göynük
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir. Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir.
Baş Gözəldərə
Baş Gözəldərə, Yuxarı Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Göyçə gölünün yaxınlığında, Gözəldərə çayının yanında, Gözəldərə başı dağının ətəyində yerləşir. Kəndə həm də Yuxarı Gözəldərə deyilir. Toponim fərqləndirici əlamət bildirən baş (yuxarı) sözü ilə gözəl və dərə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür. 1897-ci ildə burada ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən deportasiya edilmişdir.
Baş Güneypəyə
Baş Güneypəyə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Baş Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Baş Güneypəyə kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Oykonim baş (yuxarı), guney (cənub, gün düşən yer) və pəyə (burada yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Güneypəyə kəndi" mənasındadır. Kənd Qavartu çayının sahilində, dağ ətəyində yerləşir. 2019-cu il aprelin 6-da hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan, keçmiş Ağdərə rayonunun sakinləri, məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycan Respublikasının 10 milyonuncu sakini dünyaya gəlmişdir.
Baş Gərni
Baş Gərni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
Baş Kov
Baş Kov — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Dağın adı mənbədə Baş Koy kimidir. İrəvan quberniyasının Aleksandropol qəzasında Baş Kov yaylaq (yenə orada) və Azərbaycanda Qovdağ (İsmayıllı rayonu) adı ilə eynidir. Peçeneqlərin qədim rus salnamələrində Kou (Kov) tayfasının adını əks etdirir. Orta əsrlərdə peçeneqlərin və ya qıpçaqların Kov (Qov) tayfasının adındandır. Rus salnaməsində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berendə, 1146-cı ilə məlumatda Qarabörk, yaxud Qarapapax (rusca yazılışda mənbədə Çernıy klobuk) və 1151-ci ilə aid məlumatda Kou (Kov) tayfalarının adları çəkilmişdir. 1170–1172-ci ilə aid məlumatdan aydın olur ki, kovlar bərəndələrin bir hissəsi idi. N. A. Baskakova görə rus salnaməsində adı çəkilən Tork (Türk), Berende və Kov tayfaları Uz tayfa birləşməsinə mənsub idi. Mənşəcə peçeneqlərə ya da uzlara mənsub olmuş Qov, Bərəndə (Vərəndə) və Qarabörk (Qarapapax) tayfaları Cənubi Qafqazda bir sıra coğrafi adlarda saxlanılmalıdır. Rus mənbələrində Kou kimi yazılmış Qov tayfasının adı Azərbaycanda Qovlar (Sabirabad rayonu) və Qovlar-Sarılı (Xanlar rayonu), Qovdərə (Lerik rayonu) və Qovdağ (İsmayıllı rayonu) adlarında saxlanılmışdır.
Baş Küngüt
Baş Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd.. Toponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat tayfasının adını əks etdirir. Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. Kənddəki bəzi məhəllə adları:: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər,Muradlılar,Bəkirlər və s. Ərazisində orta əsrlərə aid Küngüt qalası, alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir. Kənd rayon mərkəzindən 27 km şimal-şərqdə, Əyriçayın qolu olan Küngütçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur. Küngütçay kəndin şərqindən axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur.
Baş Kəldək
Baş Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. Baş Kəldək kəndi Şəki rayonu ərazisində yerləşən ən qədim kəndlərdən biridir. Bu faktı təkcə kənd ərazisində yerləşən 4 qəbiristanlıq sübut edir ki, burada insan məskənlərinin kökləri çox qədimlərə gedir. Küngüt çayının sahilindədir. Keçmiş adı Kəldək olmuşdur. Kənd Baş Kəldək və Aşağı Kəldək inzibati ərazi vahidlərindən ibarətdir. Kəndin adının qarşısındakı "Baş" sözü kəndin Baş Qafqaz sıra dağlarının ətəklərində yerləşməsi ilə "Aşağı" sözü isə Şəki rayonunun aran-qışlaq ərazisində yerləşməsi ilə əlaqədardır. Aşağı Kəldək yaşayış məntəqəsinin də tarixi çox qədimlərə gedir və burada çox saylı insanların yaşadığına dair kənd ərazisində bir çox sübutlar var ancaq rəvayətə görə təbii fəlakət nəticəsində kənd dağılmışdır. Aşağı Kəldək İsmayıllı Qaraməryəm Şəki magistral yolundan 10 km cənubda yerləşir. Aşağı Kəldəyin qədimliyini sübuta yetirən daha bir fakta M. F. Axundovun komediya əsərindəki adı çəkilən "Mola İbrahim Xəlil Kimyagər" bədii obrazıdır ki bu şəxs reallıqda bu kəndin sakini olub.
Baş Layısqı
Baş Layısqı — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayon mərkəzindən təxminən 35 km məsafədə yerləşir. Kənd 3 tərəfdən uca dağlar, sıldırım qayalar ilə əhatələnib. Şin çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Oykonim Baş və Layski (Laskiqaya adından) komponentlərindən düzəlib, "Layski yaşayış məntəqəsinin yuxarı hissəsi" deməkdir. Layski komponenti Laysqi, Laski, Laysıqı variantında da qeydə alınmışdır. 1831-ci il mənbələrində Layısqı kəndinin adı "Layiqsə" kimi qeyd edilmişdir. Belə ki, 1831-ci ildə kənd əhalisindən Balaşağa Əhməd oğlu, Məhəmməd Şəfi oğlu, Oruc İmamqulu oğlu, Məhəmməd Ramazan oğlu, Sofi Yüzbaşı Məhəmməd Əmin oğlu, Abbas Qasım oğlu, Kərim Cabbar oğlu, Kovxa Dərviş oğlu, Kərim Şəfi oğlu, Hümmət balaoğlan oğlu olmaqla ümumilikdə 14 nəfərim imzaları ilə təsdiqlədikləri Azərbaycan türkcəsində ərəb qrafikası ilə yazılmış sənəddə kəndin adı Layısqı deyil, Layiqsə kimi göstərilmişdir. Sənəddə yazılıb: Şəki vilayətinin Köynük mahalının Layiqsə kəndinin nüfus dəftəri. Biz bu aşağıda siyahı üzrə olan adamların xəbəri ilə doğru və dürüstlük olaraq məcmuin bu dəftərə yazdırmışıq.
Baş Nazir
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Baş Qafqaz
Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Azərbaycanda ən hündür nöqtəsi Bazardüzü zirvəsidir (4466 m). Baş Qafqaz Qafqaz bərzəxində ən hündür sıra dağlardır. İm.-q.-dən cənub-Şərqə doğru 1100 km. məsafəyə qədər uzanır. Suayrıcı silsiləsi də adlanır. Burada baş sözü "böyük" mənasını ifadə edir.
Baş Qaraçanlı
Baş Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. Baş Qaraçanlı kəndi Uluxan çayının sahilində, dağətəyi ərazidədir. Etnotoponimdir. Baş türkmənşəli topoformant kimi umumtürk toponimiyasında mürəkkəb toponim yaradıcılığında geniş istifadə olunur. "Əsas", "birinci", "böyük", "ust", "yuxarı" mənalarını bildirir. Baş komponenti dağ, qaya zirvələrinin, çay, bulaq mənbələrinin adlandırılmasında istifadə olunur və Sibir, Cin, Orta Asiya, Qafqaz, Balkanlar, Kicik Asiya, Ukrayna, Volqaboyu, Rusiyanın Mərkəzi Qaratorpaq, Qazaxıstan, Azərbaycan və s. əhatə edən geniş Avrasiya regionunda təsadüf edilir. Konkret olaraq bu oykonim də "yuxarı" mənasına uyğundur.
Baş Qışlaq
Baş Qışlaq (Zəncan) —
Baş Qərvənd
Baş Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. Baş Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sağ sahilində, Qarabağ düzündədir. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınmışdır. Burada baş komponenti "böyük" mənasını ifadə edir. Qərvənd etnotoponimdir. Kəbirli tayfasının bir qolunun adıdır. 1994-cü ilin aprel ayının 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 20 noyabr tarixində işğaldan azad olunmuşdur.
Baş Zəyzid
Baş Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Baş Zəyzid Şəki rayonunun Zəyzid inzibati ərazi vahidində kənd. Zəyzid çayının sahilində Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Baş Zəyzid variantında da qeydə alınmışdır. Oykonim "yuxarı Zəyzid kəndi" deməkdir. Kənd Böyük Qafqaz silsiləsinin cənub ətəyində, Zəyzid çayının sahilində yerləşir. Kəndin əhalisi 4788 nəfər təşkil edir ki, onun da 2416 nəfəri kişi, 2372 nəfəri isə qadındır. .
Baş ağrısı
Baş ağrısı və ya başağrısı — Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xarakter alması hallarında həkimə müraciət etmək vacibdir. Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincli baş ağrılarına tipik nümunə kimi Miqreni misal göstərmək olar.
Baş aşpaz
Baş aşpaz , Aşpazbaşı və ya Şef qida hazırlanmasının bütün aspektlərində təcrübəli olan yüksək bacarıqlı peşəkar aşpaz.
Baş barmaq
Baş barmaq – thumb ~ перст ~ başparmak Baş barmaq — insanın əlindəki beş barmaqdan biridir. Başqa barmaqlarla müqayisədə iki falanqaya (əzilib-bükülən hissə) malikdir. Baş barmaq sayəsində digər barmaqlara təzyiq yeridilir və bu da əlin hansısa bir əşya tutmasına səbəb olur. İnsanın ayağındakı baş barmaq yoğun olması ilə yanaşı digər ayaq barmaqlarından uzun və ya qısa ola bilər. Şəhadət barmağı açılmış əl şəklində göstərici. Fırlatma zolağında. “baş barmaq” disksürən. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
ABŞ-ın baş hakimi
Baş Bərmək dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir.
Baş Bərmək səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Bash
Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.
BAAS
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm". İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Vərdək
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir. Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar. Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.
Xəzər dənizində baş vermiş qəzalar
Xəzər dənizində baş vermiş qəzaların siyahısı: