Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Basdı
Dünənki keçdi
Dünənki keçdi — 1983-ci il Çingiz Mustafayevin və "Ozan" qrupunun mahnısı. Mahnının musiqisi və sözləri Rasim Müzəffərliyə aiddir. Mahnı Azərbaycan dilində ilk rep mahnısı kimi tarixə düşmüşdür.
Gün keçdi
Gün keçdi — kinorejissor Arif Babayevin bədii filmi. Gün keçdi — bəstəkar Emin Sabitoğlu haqqında çəkilmiş sənədli film.
Qol basdı rəqsi
Qol basdı çox gözəl rəqsdir. Fazoz kəsməli və ya Hop tək Trabzon el mərkəzində oynanılan çox gözəl rəqsdir. Bir anladıya görə 1930-cu illərdə ağaların və dayıların olduğu bir dövrdə ortaya çıxmışdır. O dövrdə Trabzon da mağaralar tapılarmış. Faroz da, Dəyirman dərə də, Arafil boyun da, Poz təpə də. O mağaralarda ağalar dayılar aləm edərlərmiş. O dövrdə əsgərlərin kolluq qüvvətləri varmış, kolluq qüvvətləri bu aləmlərə basqın edərmiş. Aləmçilərdə basılmayaq deyə qapıya erketeler qoyarlarmış, gözçülər yəni. Erketeler kolluq qüvvətlərini gördüyü an içəri xəbər gətirərlərmiş, içəridəkilərdə xəbəri götürdüklərində səslərini qısarlarmış. Başlarlarmışlar söyləməyə batıq səslə "GƏLDİLƏR, BASDILAR, VURDULAR".
Dünənki keçdi (mahnı)
Dünənki keçdi — 1983-ci il Çingiz Mustafayevin və "Ozan" qrupunun mahnısı. Mahnının musiqisi və sözləri Rasim Müzəffərliyə aiddir. Mahnı Azərbaycan dilində ilk rep mahnısı kimi tarixə düşmüşdür.
Gün Keçdi (1971)
Gün keçdi — kinorejissor Arif Babayevin filmi. Kino mütəxəssisləri bu lirik kinopovesti "iki aktyorla rejissor işi" adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir… Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi.
Gün keçdi (film, 1971)
Gün keçdi — kinorejissor Arif Babayevin filmi. Kino mütəxəssisləri bu lirik kinopovesti "iki aktyorla rejissor işi" adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir… Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi.
Gün keçdi (film, 2012)
Filmdə Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycanın xalq artisti Emin Sabitoğlunun həyat və yaradıcılığından söhbət açılır. Film bəstəkarın qızı Ceyran Mahmudovanın kadr arxasından verilən xatirələri əsasında çəkilmişdir. Film "Bəstəkar Emin Sabitoğlu", "Bəlkə, bəlkə, bəlkə də...", "O uzaq günlərin itmiş açarı...", "Bağışla, bağışla, məni bağışla...", "Sən olmuşam...", "Uzaq yaşıl ada...", "Düşürsən yadıma...", "Bu çiçək yağışı...", "Dayan, zaman, dayan...", "Bakı, sabahın xeyir" adlanan 10 hissədən ibarətdir. Filmdə "Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev", "Dəniz", "Bizim Cəbiş müəllim", "Ad günü", "Dədə Qorqud", "Bəyin oğurlanması", "Gün keçdi", "Atları yəhərləyin", "Azərbaycan kinosu-80", "Təhminə", "Dantenin yubileyi", "İstintaq", "Bizi bağışlayın", "Onun bəlalı sevgisi", "Həm ziyarət, həm ticarət", "Özgə ömür", "Bağlı qapı", "Aktrisanın təbəssümü", "Evləri köndələn yar", "Səni axtarıram" bədii və sənədli filmlərinin, televiziya tamaşalarının, eləcə də "Hicran", "Unuda bilmirəm", "Bizim qəribə taleyimiz", "Nəğməli könül", "Bankir adaxlı" və s. teatr tamaşalarının kadrlarından istifadə edilmişdir. Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunub. Film Tariyel Vəliyevin yaradıcılığında son işdir. Film tam hazır olana yaxın tanınmış rejissor xəstələnmiş və filmi tələbəsi Elnurə Kazımova tamamlamışdır. Səhv filmin ssenarisinə aiddir.
Bastı
Baxdı xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Frenç-basqı
Frenç-basqı (ing. French-press)- xüsusi kolbadır. Adətən şüşə və ya metal termos formasında olur. Hansında ki, ələklə porşen içkini qəhvə çöküntüsündən ayırır.
Keçi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Bolan keçidi
Bolan keçidi (urdu: درہ بولان Dharaa Bolan) — Pakistanla Əfqanıstan arasında dağ keçidi. Keçid, Əfqanıstan sərhədindən təxminən 120 kilometr məsafədə Bəlucistan əyalətinin Kvetta şəhərinin yaxınlığında yerləşir. O Toba karkər silsiləsi ilə 1793 metr hündürlükdə kəsişir.
Bruk Kendi
Bruk Dayen Kendi (ing. Brooke Dyan Candy; 20 iyul 1989, Oksnard[d], Kaliforniya) — ABŞ repçisi, müğənnisi və bəstəkar.
Daryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Dəryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Faza keçidi
Faza keçidləri - termodinamikanın daxili vəziyyətin dəyişməsi ilə əlaqələnən maddənin bir termodinamik fazadan digər fazaya keçididir. Real qazla maye arasındakı aralıq vəziyyət buxar şəkilli və ya buxar adlanır. Mayenin buxara çevrilməsi, yəni bir aqreqat vəziyyətindən digərinə çevrilməsi faza keçidi adlanır. Faza keçidində maddənin fiziki tərkibinin sıçrayışla dəyişməsi müşahidə olunur. Faza keçidlərinin bir çoxunda aqreqat vəziyyəti dəyişmir. Aqreqat vəziyyətinin dəyişməsində isə faza keçidi mövcuddur. - ərimə (və onun əksi olan bərkimə); - buxarlanma (və əks proses-kondensasiya) ; - sublimasiya (qazın birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); - ferromaqnitin paramaqnitə keçməsi; - ifratkeçirici metalın normal keçirici hala keçməsi; - bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi; - T≈2K temperaturunda heliumun normal Helium-I halından ifrataxıcı Helium-II halına keçməsi; - amorf maddələrin şüşəvari hala keçməsi və s. Tədrici gedən faza keçidlərində sistemin hər iki fazasında temperatur (T), təzyiq (P) və kimyəvi potensial (μ) eyni olur. Digər termik və kalorik kəmiyyətlərə gəldikdə onların bəzisi kəsilməz, bəziləri isə sıçrayışla dəyişir. [2] (Termik kəmiyyətlər dedikdə temperatur-T, təzyiq- P, həcm-V; kalorik kəmiyyətlər dedikdə enerji vahidlərində olan kəmiyyətlər: daxili enerji-U, entropiya-S, entalpiya-W və b.
Heybər keçidi
Heybər keçidi, Əfqanıstanla Pakistan sərhədi yaxınlığında yerləşən, Kabil çayı dərəsindən cənubdakı Səfedkox dağ silsiləsində keçid. Uzunluğu 53 км, eni 15—130 м. Əsas keçid 1030 м. yüksəklikdə yerləşir. Keçiddə, Pakistan tərəfdən əfqan sərhədinə qədər dəmir yolu salınıb, və müxtəlif səviyələrdə Pişəvər - Kabil şose və karvan yolları salının. Keçmişdə vacib ticarət və hərbi strateji yol olub.
Hindistan keçidi
Hindistan keçidi — XX əsrdə Hindistanda, Mumbayda inşa edilən memarlıq abidəsidir. Bu abidə 1911-ci ildə kral V Georq və kraliça Mariya Tekin Apollo Bunderinindən Hindistanı ziyarət etmələrini əbədiləşdirmək məqsədilə inşa edilmişdir. Hind-Sarakenik üslubda tikilmiş Hindistan keçidinin təməl daşı 1911-ci il martın 31-də atılmışdır. Tağın strukturu bazalt daşındandır və hündürlüyü 26 metrdir. Corc Vittetin təqdim etdiyi son dizaynı 1914-cü ildə qəbul edilir və abidənin inşası 1924-cü ildə tamamlanır. Keçid sonralar Vitse krallıq və Mumbay rəhbərliyi üçün simvolik giriş mərasimi üçün istifadə edilir. Keçid Hindistana daxil olmaq üçün istifadəyə verilmişdir. Hindistan keçidi Mumbayın cənubundakı Çatrapati Şivaci Marqın sonunda yerləşən Apollo Bunderinin sahilindədir və Ərəbistan dənizinə tərəf baxır. Abidə həmçinin Mumbayın Tac Mahalı adlandırılır və şəhərin turistlər tərəfindən ən çox ziyarət edilən hissəsidir. Hindistan keçidinin tikilmə səbəbi 1911-ci ilin dekabrında kral V Georq və kraliça Mariya Tekin Dehli Darbardan öncə Mumbayı ziyarət etmələri idi.
Kendi Dalfer
Kendi Dalfer (nid. Candy Dulfer) — Hollandiya musiqiçi və sənətkarı, tanınmış, virtüoz saksafon ifaçısı və ustadı. Kendi Dalfer 19 sentyabr 1969-cü ildə Amsterdamda musiqiçi ailəsində anadan olub.
Keçid (2005)
Filmdə Azərbaycanın ucqar bölgələrinin adət-ənənələrindən, dünya və bəşəriyyətin yaranmasından söhbət açılır. Film sözsüzdür. Rejissor öz filminin yaranmasını belə xatırlamışdı: 1)2006-cı ildə Kino Günündə "Qızıl Çıraq" nominasiyası Film "Ən yaxşı qısametrajlı film", "Ən yaxşı operator işi"nə görə Mükafatlara layiq görüldü. 2)2006-cı ildə Buxarestdə(Rumıniya) UNESCO-nun keçirdiyi "Eko-Etno" beynəlxalq film festivalı Film Baş mükafata layiq görülmüşdür. 3)2007-ci ildə Amsterdamda(Niderland) keçirilən "Şadof film" festivalı Film Azərbaycanı təmsil etmişdir. 4)2007-ci ildə Qırğızıstanda "Dağ İncisi" beynəlxalq film festivalı Film festivalın baş mükafatını-"Qran-pri"sini almışdır. 5)2007-ci ildə Qazaxıstanda keçirilən "Şakin Ulduzları" beynəlxalq film festivalı Film "Ən yaxşı qısametrajlı film" mükafatına layiq görülmüşdür. 6)2007-ci ildə Kislovodskda(Rusiya) "Zolotoy vityaz" ("Qızıl Pəhləvan") festivalı Film "Xalqların mədəniyyətinin ən yaxşı bədii həlli" nominasiyası üzrə Xüsusi Mükafat almışdır. 7)2008-ci ildə "Novoye kino. XXI vek" ("Yeni kino.
Keçid dövrü
İnsan cəmiyyəti meydana gəldiyi vaxtdan etibarən tədriclə inkişaf edir. Inkişafın bir mərhələsindən, digərinə keçir, cəmiyyətin bir forması başqasını, daha mütərəqqi formasını əvəz edir. Bu zaman cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə mövcud sosial-iqtisadi münasibətlər sistemi də dəyişir və yeniləri ilə əvəz olunur. Bu dəyişikliklər prosesi həm tədriclə, təkamül yolu ilə, həm də sıçrayışla, inqilabi yolla baş verir. Iqtisadi münasibətlər sisteminin əsasında xüsusi mülkiyyətin durduğu cəmiyyətlərin birinin digərini əvəz etməsi təkamül yolu ilə baş verir. Buna misal olaraq, feodalizmdən kapitalizmə keçilməsi prosesini gostərmək olar. Hər iki cəmiyyət xüsusi mülkiyyətə əsaslanır və bu da imkan verdi ki, kapitalist təsərrüfat formaları, kapitalist münasibətləri feodalizmin içərilərində yaransın və feodal təsərrüfat formaları ilə eyni vaxtda mövcud olsun. Hər iki təsərrüfat formasının eyni vaxta mövcud olduğu bir şəraitdə iqtisadiyyat, qarışıq iqtisadiyyat kimi fəaliyyət göstərsə də getdikcə feodal münasibətləri sistemi zəifləyir, kapitalist münasibətləri sistemi genişlənərək hakim uklad forması alır. Belə bir şəraitdə iqtisadiyyat keçid vəziyyətində olur və tədriclə kapitalist təsərrüfat formasına keçid baş verir və yeni iqtisadi sistem bərqərar olur. Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər “Keçid iqtisadiyyatı” adlandırırlar.
Keçid komandası
Keçid komandası — Komandaların icra ardıcıllığını pozan prossesor komandası. Komanda yarı-proqramlarla əlaqəyə girmək üçün şərti bəyanatları, dövrələri təşkil edir. IF deyimi (şərt deyimi) İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Keçid metallar
Keçid metalları — Bu elementləri kimyada keçid adlandırmalarını bir çox səbəbi var. Ən əsas səbəbi isə bu elementlərin d- yarımsəviyyəsində boş orbitallar (elektronların hərəkət etdiyi trayektoriya) var. Onlar reaksiyalarda bu boş orbitalların hesabına elektron qəbul edə və öz elektronlarını itirə bilir. Yəni metallar kimi reaksiyalarda ya elektron itirir, ya da qeyri-metallar kimi elektron qəbul edir. Bu xassələrinə görə onlara ikili təbiətli elementlər və ya amfoterlər (ikili xassəli) deyilir. Keçid metalları 40 ədəddir; 21–30, 39–48, 71–80 və 103–112-ci elementlər. Keçid metalları yüksək sıxlığa, qaynama və ərimə temperaturuna malikdir. Bu xassələr d- orbitallara görə olub.
Keçid qutusu
Keçid qutusu-iki qurğunun arasına (kompüterlə modem və ya kompüterlərlə printer arasına) siqnalları yoxlamaq və lazım gələrsə, kabelin ayrı-ayrı naqilləri ilə verilən siqnalları dəyişdirmək məqsədilə qoşulan kiçik cihazdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Keçid Şahmatı
Keçid şahmatı ( həmçinin dəli, əcaib, 4 nəfərlik, mübadilə, dəyişmiş və çapraz şahmatı adlanan)- 4 nəfərlə 2 komanda şəklində 2 şahmat lövhəsində oynanan şahmat növüdür. Standart şahmat qaydaları tətbiq edilir lakin, oyunçu komanda yoldaşının qazandığı fiqurları götürərək öz lövhəsində istifadə etmək imkanına malikdir. Keçid şahmatı iki oyunda dörd oyunçu tərəfindən oynanan bir şahmat növüdür. Hər bir komanda üzvü digər komandanın bir rəqibinə üzləşir. Partnyorlar bir-birinin yanında otururlar və bir oyunçu qara, ikincisi isə ağdır. Hər bir oyunçu rəqibini standart şahmat oyununda olduğu kimi, aşağıda göstərilən qaydalar istisna olmaqla oynayır. Ehtiyat Fiqurlar Oyunçu fiquru qazandıqdan sonra komanda yoldaşına verir. Partnyoru bu fiquru öz istəyindən asılı olaraq ehtiyatda saxlaya və ya lövhəyə qoya bilər. Qazanılan fiqurlar lövhənin istənilə boş nöqtəsinə qoyula bilər lakin, piayadaların lövhənin 1-ci və sonuncu sırasına qoyulması istisnadır. Sonuncu sıraya çıxmış piyada standart şahmatda olduğu kimi vəzirə çıxmış sayılmır və ehtiyat piyada kimi istifadə olunur.
Piyada keçidi
Piyada keçidi — piyadaların yolun və ya küçənin digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yolun üzəri ilə müəyyən edilmiş və ya yeraltı və yerüstü tikilmiş yer. Yol hərəkəti haqqına qanuna əsasən, piyada keçidi xüsusi yol nişanları ilə göstərilməlidir. Piyada keçidləri əsasən, ictimai nəqliyyat dayanacaqlarına yaxın, həmçinin, piyada axınının intensiv olduğu yerlərdə piyadaların hərəkətini tənzimləmək üçün qurulur. Qanunvericiliyə əsasən yolda istənilən hərəkətin təhlükəsizliyi yol-müfəttişi tərəfindən tənzimlənir. Yolun üzərində olan piyada keçidi (zebr) — yolun (və ya dəmiryolun), piyadaların keçidi üçün nəzərə alınmış hissəsi. Yol üzərində zolaqlarla çəkildiyi üçün zebr da adlandırılır. Nizamlanmayan piyada keçidi — ən sadə piyada keçididir. Belə keçidlərdə avtomobil və digər nəqliyyat vasitələrinin sürücüləri piyadalara yol verməlidir. Nizamlanmayan piyada keçidləri hərəkət intensivliyi nisbətən zəif olan yollarda (və ya küçələrdə) salınır. Bu cür keçidlər Azərbaycan Respublikası yol nişanlarına əsasən 5.16.1, 5.16.2 və 5.17.1, 5.17.2 "Piyada keçidi" nişanları ilə göstərilir.
Aşıq Bəsdi
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
A.Bassi
Aqostino Bassi (it. Agostino Bassi; 25 sentyabr 1773[…] – 8 fevral 1856[…], Lodi, Lombardiya-Venesiya krallığı) — İtaliya botaniki. Sulla fabbrica del formaggio all'uso lodigiano. 1820. Del mal del segno, calcinaccio o moscardino. 1835. Del contagio in generale. 1844. Kyle, R A; Shampo M A (April 1979). Agostino Bassi.
Almos (başçı)
Almos (təq. 820, Xəzər xaqanlığı – təq. 895, Birinci Bulqar dövləti, Transilvaniya) — Macarıstan tayfalarının başçısı. Anadan olması haqda əfsanə belədir: Macarların başçısı Ügyekin xanımı Emesenin yuxusunda bir Turul adlı qızıl qartal ona bətnindən bir doğan bir uşağın hökmdar olacağını xəbər verir amma torpaqlarını indi yaşadıqları yerdə genişləndirməyəcəklərini deyir. Ügyek və Emese uşaqlarının adını Almos yəni (Yuxuda görülən) qoyur. Lakin bu məlumat ancaq Gesta Hungarorum əsərində belədir, Vyana rəsmli xronikasına əsasən, Almos Ügyekin oğlu Elödün oğludur. Əfsanəyə əsasən Almos taxta Hetmaqyarın (7 macar tayfası) səsverməsi nəticəsində gəlmişdi. Lakin Bizans imperatoru VII Konstantin De Adminstrando İmperio əsərində qeyd olunur ki, Almos bu vəzifəyə Xəzər xaqanın tərəfindən təyin olunmuşdu. Almos dövründə macarlar Xəzər xaqanlığından müstəqil olaraq indiki Moldaviya bölgəsində yaşayırdılar. Kəbərlərin üsyanından sonra daha da güclənən macarlar 895-ci ilin yazında Bulqar xaqanlığına hücum etməyə başladılar.
Aqostino Bassi
Aqostino Bassi (it. Agostino Bassi; 25 sentyabr 1773[…] – 8 fevral 1856[…], Lodi, Lombardiya-Venesiya krallığı) — İtaliya botaniki. Sulla fabbrica del formaggio all'uso lodigiano. 1820. Del mal del segno, calcinaccio o moscardino. 1835. Del contagio in generale. 1844. Kyle, R A; Shampo M A (April 1979). Agostino Bassi.
Baddi Qay
Baddi Qay (ing. George «Buddy» Guy 30 iyul 1936 Letsvors, Luiziana, ABŞ) — amerikalı blüz musiqiçisi, Qremmi mükafatının beşqat sahibi. Rolling Stone jurnalının bütün zamanların ən yaxşı 100 gitaraçısı sırasında 30-cu yerin sahibi. Baddi Qay 30 iyul 1936-cı ildə fermer ailəsində doğulub. İlk gitarasını siqar qutularından və ağcaqanad əleyhinə olan gərmənc ipdən hazırlanmış tordan istifadə edərək düzəltmişdi. Radio və valları dinləyərək ifa etməyi özü öyrənmişdir. Yamsılamaq üçün ilk nümunələri arasında Con Li Huker, Laytninq Hopkins, Maddi Uoters yer alırdı. Hələ gənc ikən peşəkar səviyyədə çıxış etməyə başladı, amma sıxıntı, utancaqlıq və inamsızlıqdan kürəyi tamaşaçılara tərəf otururdu, bu keyfiyyətləri ona gələcəkdə də mane olacaqdı. İlk val qeydlərini Luizana ştatında edib, amma əsl blyuzmen karyerası 25 sentyabr 1957-ci ildə Çikaqo ştatına köçməsi ilə başladı. Orada ifasını təsadüfən eşidən Maddi Uoters dərhal onu himayəsinə götürür.
Baddi ayıları
United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir. Hər birinin hündürlüyü 2 metr olan 140-dan çox Baddi ayısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 40 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir. Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir. Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər. Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir. Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan, Miya Ferrou, Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köller, Yaponiyanın baş naziri Yuniçiro Koizumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Suzanna Mübarək.
Baudi Bakuyev
Baudi Bakuyev (1966 – 10 oktyabr 2000, Şatoy rayonu) — Çeçen İçkeriya Respublikası milli ordusunun briqada generalı, hər iki Çeçenistan müharibəsinin fəal iştirakçısı, çeçen hərbi birləşmələrinin ən "barışmaz" səhra komandirlərindən biri, əsir götürülmüş rus əsgərlərinə xarşı xüssusilə amansızlığı ilə seçilən şəxs. Baudi Bakuyev ÇİR Silahlı Qüvvələrinin Şimal-Qərb Cəbhəsinə və İçkeriyanın Cənub Cəbhəsinə komandanlıq etmişdir. 2000-ci ildə Çeçenistan Respublikasının Şatoy rayonunda öldürülmüşdür. 1966-cı ildə anadan olmuşdur. Hər iki Çeçenistan müharibəsində iştirak etmişdir. Müharibələr arası dövrdə Valentin Vlasov və Gennadi Şpiqun da daxil olmaqla çox sayda insanın qaçırılmasının fəal təşkilatçısı olur. ÇİR Daxili İşlər Nazirinin müavini vəzifəsini tutur. Bu müddətdə Məkkəyə həcc ziyarətinə gedir. İkinci Çeçenistan müharibəsi zamanı Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Şimal-Qərb Cəbhəsinə, daha sonra Qroznının Staropromıslovski rayonunun müdafiəsinə komandanlıq etmişdir. Fəal döyüşlərin sona çatması ilə Aslan Masxadov ona dağlıq İtum-Kali və Şatoy rayonlarında ÇİR Silahlı Qüvvələrinin Cənub Cəbhəsinə rəhbərlik etməyi tapşırır.
Başlı sümük
Başlı sümük (lat. os capitatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus ınə doğru çıxmış yuxarı səthi, III daraq sümüklərinə məxsus aşağı, yuxarıda qayığabənzər sümüyə və aşağıda trapesiyayabənzər sümüyə məxsus bayır və qarmaqlı sümüyə məxsus yastı içəri səthi vardır. Prof.
Laura Bassi
Laura Katerina Bassi(it. Laura Maria Caterina Bassi, 29 oktyabr 1711[…], Boloniya, Papa dövləti – 20 fevral 1778[…], Boloniya, Papa dövləti) — italyan alimi və həkimi. Mariya Katerina Bassi 31 oktyabr 1711-ci ildə Boloqnada anadan olmuşdur. Bassinin ailəsi zəngin idi və vəkil olan atası qızının xüsusi təhsilinin məbləğini qarşılaya bilirdi. Bassi 13–20 yaşlarında Boloqna Universitetində professor olan ailə həkimləri Qaetano Takkonidən fəlsəfə və riyaziyyat dərsləri alır. Takkoni Bassinin fərqli qabiliyyətlərini aşkar etdiyi üçün onu Baloqnanın akademiya əhatəsində tanıtmağa qərar vermişdi. Bassinin zəkası və qabiliyyəti Boloqnaya 1731-ci ildə baş yepiskop kimi gələn və daha sonra Papa XIV Benedikt olacaq Kardinal Prospero Lambertinin də diqqətindən qaçmamışdı. Gəncliyində özü də elmi təhsil almış Kardinal Bassini elmi araşdırmalarında cəsarətləndirir və ona hər zaman dəstək olur. 1732-ci ildə Lambertini şəhərin elm və mədəniyyət baxımından yenilənməsi ilə əlaqədar Bassini ictimai müzakirələrə qoşulmağa və bu müzakirələrin simvolik rol almasına razı salır. Hələ 20 yaşındaykən Bassiyə Avropanın ən qədim universiteti olan Boloqna Universitetində müəllimlik verilir.
Mett Basbi
Metyu Basbi (26 may 1909, Belshill[d] – 20 yanvar 1994, Mançester) — Şotlandiya futbolçusu və meneceri. O, 1945-1969-cu illərdə və 1970-71 mövsümünün ikinci yarısında "Mançester Yunayted"i idarə etmişdir. Müharibəyə qədərki illərdə "Mançester Siti" və "Liverpul" komandalarında oynayıb. "Mançester Yunayted" klubunun meneceri vəzifəsində daha çox məşhur olub. Burada 25 il çalışıb. Basbinin rəhbərliyi altında "Mançester Yunayted" komandası beş dəfə İngiltərə çempionu olmuş, iki dəfə İngiltərə Kubokunu və bir dəfə UEFA Çempionlar Kubokunu qazanmışdır.
Metyu Basbi
Metyu Basbi (26 may 1909, Belshill[d] – 20 yanvar 1994, Mançester) — Şotlandiya futbolçusu və meneceri. O, 1945-1969-cu illərdə və 1970-71 mövsümünün ikinci yarısında "Mançester Yunayted"i idarə etmişdir. Müharibəyə qədərki illərdə "Mançester Siti" və "Liverpul" komandalarında oynayıb. "Mançester Yunayted" klubunun meneceri vəzifəsində daha çox məşhur olub. Burada 25 il çalışıb. Basbinin rəhbərliyi altında "Mançester Yunayted" komandası beş dəfə İngiltərə çempionu olmuş, iki dəfə İngiltərə Kubokunu və bir dəfə UEFA Çempionlar Kubokunu qazanmışdır.
Ted Bandi
Ted Bandi (ing. Theodore Robert Bundy; 24 noyabr 1946, Börlinqton[d], Vermont – 24 yanvar 1989, Florida Dövlət Həbsxanası[d], Florida) — Amerikalı seriyalı qatil, nekrofil və təcavüzkar. Bandi 1974–1978-ci illər arasında ABŞ-nin müxtəlif şəhərlərində çoxlu sayda gənc qadını öldürmüşdür. Qurbanlarının dəqiq sayı bilinməyən Bandi 10 il ərzində törədikləri cinayətləri inkar etmişdir. Ancaq təkzib olunmaz faktlardan sonra 30-dan çox cinayəti törədiyini qəbul etmişdir. Ted Bandi Amerika seriyalı qatillərinin arasında ən məşhuru hesab olunur və seriyalı qatil termini də ilk dəfə olaraq Bandinin məhkəməsi zamanı işlədilmişdir. Ted Bandi xarici görkəmi ilə qadınları kimsəsiz ərazilərə gətirir, onları zorlayır, ölümcül şəkildə döyür, sonda isə cəsədlərini zorlayaraq parçalayırdı. Ted Bandi 24 noyabr 1946-cı ildə ABŞ-nin Vermont ştatının Burlinqton şəhərində anadan olmuşdur. Anası Eleanor Luis Kouel satıçı işləyirdi. Atasının kim olması barədə dəqiq məlumat yoxdur.
Karlo Bassi
Badi Valastro
Bartolo "Badi" Valastro - italyan əsilli amerikalı tanınmış şef, televiziya veriliş qəhrəmanı. Özünün şəxsi Karlonun şirniyyat evi adlı mağazası vardır. Badi Valastro ilk dəfə 2009-cu ildən efirə çıxmış "Tort şefi"(Cake Boss) televiziya həyatına başlayıb. Daha sonra "Mətbəx şefi"(Kitchen Boss) (2011), "Şirniyyat evi xilasedicisi Badi" (Buddy's Bakery Rescue) (2013) verilişləri yayımlanıb.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır. Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur. Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır. Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Məhəmməd Badi
Məhəmməd Bədi (ərəb. محمد بديع‎; 7 avqust 1943, Əl-Məhəllə əl-Kübra, Misir krallığı[d]) — Misirli siyasətçi. Məhəmməd Bədi 7 avqust 1943-cü ildə Misirdə anadan olub.Qahirə universitetini bitirib.1965-ci ildə “Müsəlman qardaşlar” hərəkatının üzvü olduğu üçün həbs edilib. “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Bədi 2014-cü ildə avqustun 20-nə keçən Misirin paytaxtı Qahirədə həbs olunub. Məhəmməd Bədi iyulun 24-dən axtarışda idi.
Penis başı
Penis başı, penis başlığı, penis ucu insan penisinin uc hissəsidir. Bu hissə bənövşəyi rəngdə olur və içərisindəki kanallardan sidik, sperma və pre-eyakulyasiya çıxır. Penisin sərtləşməsi penisin qanla dolması və qan axınının sürətlənməsi yolu ilə baş verir. Penis yetkinlik dövründə yetişməyə başlayır. Penis başı penisin ən həssas hissəsi hesab olunur. Kişi sünnət edildikdə, penis başı penis dərisi ilə birlikdə əhatələnmiş formada görünmür.
Qurçu Başı
Qurçu Başı — İranın Mərkəzi ostanının Xomeyn şəhristanının Kəmərə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,522 nəfər və 416 ailədən ibarət idi.
Stalinin başı
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Qazangöl keçidi
Qazangöl keçidi — İndiki Ermənistanın Qafan rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sərhəddində keçid. Hündürlüyü 3112 metrdir. Keçidin adı Qazangöl hidronimdən götürülmüşdür. Keçid tarixi Naxçıvan ərazilərində yerləşmişdir. Bayramov İ. QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ. Bakı:Elm, 2002, s.
Sultanbəy keçidi
Sultanbəy keçidi- Ağdam rayonunun Abdal və Gülablı kəndləri yaxınlığında qeydə alınmışdır. Bu oroqrafik obyekt XX əsrin əvvəllərində ermənilərə qarşı mübarizə aparmış, Zəngəzurda, Qarabağda daşnaqlara qarşı vuruşmuş məşhur Xalq Qəhrəmanı Sultan bəy Əlipaşa (Paşa) bəy oğlunun adı ilə əlaqədar yaranmışdır.. Toponim Sultan bəyin buradan keçməsi ilə bağlıdır. Sultan ərəb mənşəli söz olub "hökmdar", "hakim", "dövlət başçısı" mənalarının verir.
Yumen keçidi
Yumen keçidi (çin. ənən. 玉门关, sadə. 玉門關, pinyin: Yùmén Guān) — Böyük Çin səddinin ÇXR-nın Qansu əyalətindəki Dunxuan şəhərinin qərbində yerləşən keçidi. Han sülaləsi dövründə (e.ə. 202 – b.e. 220) bu, Böyük ipək yolu üzərindəki bir keçid, Mərkəzi Asiyanı Şərqi Asiyaya bağlayan bir yol idi. Məntəqənin cənubunda Böyük ipək yolunun vacib bir nöqtəsi olan Yanquan keçidi yerləşirdi. Bu keçidlər Böyük ipək yolu boyunca yerləşən digər ərazilərlə birlikdə 2014-cü ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına "İpək Yolları: Çanqan-Tyanşan Dəhlizinin Marşrutlar Şəbəkəsi Ümumdünya İrsi" adı altında daxil edilmişdir. Çin dilindəki "quan" sözü sadəcə "keçid" kimi tərcümə edilsə də, sözün daha spesifik və dağ keçidlərindən fərqli olan mənası "sərhəd keçidi"dir.