Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beyləqan
Beyləqan — Azərbaycan Respublikasının Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsində şəhər, Beyləqan rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsi Beyləqan şəhər inzibati ərazi vahidi hesab edilmişdir. == Tarixi == Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində IX–XI əsrin əvvəllərində burada dəmirçilik, misəritmə, dulusçuluq və zərgərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilmişdir. Beyləqan metallurqları təkcə silah, təsərrüfat və məişətdə işlənən məmulatlar yox, həm də əmək alətləri istehsal edirdilər. Bu dövrdə soyuq və isti döymə, tökmə, lehimləmə, məftilçəkmə, ştamplama, zərbetmə kimi texniki vasitələrdən istifadə olunurdu. IX–XI əsrlər dövrü erkən şirlik məmulatlarının meydana gəlməsi ilə səciyyələnir. Həmin məmulatın kütləvi istehsalı onların şəhər əhalisinin məişətində əhəmiyyətli yer tutduğunu göstərir. Bu dövrdə şirsiz və şirli keramikanın əsas növləri qazan, küp, səhəng, bardaq, kasa, dopu, boşqab, çıraq, duzqabı və s.idi. Çıraqlarda Bakıdan gətirilən neft yandırılırdı. Beyləqanda keramika istehsalı IX əsrdən geniş inkişafa başlayır və XII–XIII əsrin əvvəllərində yüksək səviyyəyə çatır.
Allahyarlı (Beyləqan)
Allahyarlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun Allahyarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun faktiki mövcud olan Allahyarlı kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Allahyarlı kənd Soveti yaradılmışdır. == Toponimikası == 1986-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndindən köçmüş allahyarlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində salınmışdır. Allahyarlılar vaxtilə Birinci Şahsevən kəndinin yaxınlığında Allahyarlı obası deyilən yerdə yaşamış, sonralar Səmədabad kəndinə köçmüşdülər. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhalisi 672 nəfərdir (2010). Kənd əhalisi türkmənlərdən ibarətdir.
Araz (Beyləqan)
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Bahar (Beyləqan)
Bahar — Azərbaycan Respublikasının Beyləqan rayonunun Bahar qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Bahar qəsəbəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bahar qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == 1965-ci ildən pambıqçılıq sovxozu yanında salınmış bu kənd rəmzi olaraq belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhali əsasən Cəbrayılın Horovlu kəndindən, Ermənistan Qəmərli rayonunun Qaraqoyunlu kəndindən, Vedi rayonundan köçüb gələn Azərbaycan türklərindən ibarətdir.
Beyləqan (şəhər)
Beyləqan — Azərbaycan Respublikasının Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsində şəhər, Beyləqan rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Beyləqan şəhər inzibati ərazi dairəsi Beyləqan şəhər inzibati ərazi vahidi hesab edilmişdir. == Tarixi == Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində IX–XI əsrin əvvəllərində burada dəmirçilik, misəritmə, dulusçuluq və zərgərlik sənətlərinin inkişafını göstərən materiallar aşkar edilmişdir. Beyləqan metallurqları təkcə silah, təsərrüfat və məişətdə işlənən məmulatlar yox, həm də əmək alətləri istehsal edirdilər. Bu dövrdə soyuq və isti döymə, tökmə, lehimləmə, məftilçəkmə, ştamplama, zərbetmə kimi texniki vasitələrdən istifadə olunurdu. IX–XI əsrlər dövrü erkən şirlik məmulatlarının meydana gəlməsi ilə səciyyələnir. Həmin məmulatın kütləvi istehsalı onların şəhər əhalisinin məişətində əhəmiyyətli yer tutduğunu göstərir. Bu dövrdə şirsiz və şirli keramikanın əsas növləri qazan, küp, səhəng, bardaq, kasa, dopu, boşqab, çıraq, duzqabı və s.idi. Çıraqlarda Bakıdan gətirilən neft yandırılırdı. Beyləqanda keramika istehsalı IX əsrdən geniş inkişafa başlayır və XII–XIII əsrin əvvəllərində yüksək səviyyəyə çatır.
Beyləqan bələdiyyələri
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Beyləqan bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Beyləqan mədrəsəsi
Beyləqan mədrəsəsi — XI əsrə aid mədrəsə. == Haqqında == XI əsr yerli müəlliflərdən Məsud ibn Namdarın yazdığı əsərdə Azərbaycan şəhərlərindən Beyləqan mədrəsəsi haqqında da bəzi məlumatlara rast gəlmək olur. Əsərdə “məktəbdən qayıdan uşaqlardan” və “məktəblilərin imla yazı lövhələrindən söz açılır. Məsudun məlumatından aydın olur ki, bu mədrəsələrdən biri şəhərin qərbində, qala divarlarından xaricdə yerləşmişdir. Orta əsrlər Beyləqan şəhərini arxeoloji cəhətdən tədqiq edən görkəmli arxeoloq Qara Əhmədov bu məlumatları əsərində təsdiq edir. Beyləqan qazıntılarından tapılmış epiqrafik məlumatdan aydın olur ki, əhalinin aşağı təbəqəsinə mənsub olan adamlar içərisində də savadlı adamlar varidi. Buna misal olaraq müəllif Beyləqan dulusçularını göstərir. O yazır ki, Beyləqanda istehsal olunmuş saxsı qabların üzərində xeyli miqdarda yazılar vardır. Bu yazıların dulusçular tərəfindən yazıldığı bizdə şübhə oyatmır. Yazıları bəziləri lirik beyt və rübailardən ibarətdir, yəni artıq şeir şəkli almış yazılardır.
Beyləqan qalası
Baylakan — orta əsrlərə aid şəhər, indiki Örənqala qədim şəhər yerində, Kür və Arazın qovuşduğu yerə yaxın, tarixi Arran bölgəsində (klassik Qafqaz Albaniyası), hal-hazırda is müasir Azərbaycanın Mil düzündə yerləşir. Orta əsrlərdə bu şəhər Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi idi. Qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aprılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib. == İstinadlar == == Ədəbiyyat == Əhmədov Q.M. Örnəqala.
Beyləqan rayonu
Beyləqan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Beyləqan şəhəridir. == Tarixi == İran ərazisində yerləşən "Nəqşi Rüstəm" abidəsinin, od məbədində Əhəmənilər və Sasanilər dövrünə aid kitabədə "I Şapurun" dövrünə aid olan yazıda Sasani dövlətinə daxil olan 27 ölkə arasında "Adurbadaqan" (Atropatena), Albaniya və onun vilayəti olan Balasakanın adı vardır. Kür və Araz çaylarının qovuşduğu əraziləri Balasakan, bəzən Paytakaran (Beyləqan) adlandırırdılar. Beyləqan rayonu 1939-cu ilin yanvar ayında inqilabçı Andrey Jdanovun adı ilə yaranmışdır. 1963-cü ildə rayon ləğv edilərək İmişli rayonu ilə birləşdirilmiş, mərkəzi İmişli şəhəri olmuşdur. 1964-cü ildə yenidən ayrılaraq Jdanov olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək ərazidə xarabalıqları qalmış qədim tarixi Beyləqan (Örənqala) şəhərinin adı verilmişdir. Qədim Beyləqan şəhərinin əsasının IV əsrdə qoyulması ehtimal olunmaqla XIII əsrdə monqol istilaçıları tərəfindən dağıldığı tarixi faktdır. Qədim İpək yolunun buradan keçməsi Beyləqanın Bərdə, Gəncə və Təbrizlə əlaqəsini genişləndirmişdir.
Beyləqan yepiskopluğu
Beyləqan yepiskopluğu (Asoru dilində: ܦܝܕܐܓܪܢ) — Nestorian kilsəsinin VI əsrdə Beyləqan və ətrafı bölgələrdə mövcud olmuş tarixi inzibati ərazi vahidi. Az öyrənilmişdir və cəmi iki yepiskopu məlumdur. == Yepiskopları == === İohann === Tarixi qeydlərdə adı ilk dəfə 540-cı ildə "Paydanqaran yepiskopu" olaraq keçir. 544-cü ildə I Abanın sinodunda qəbul edilən aktları təsdiqləmişdi. === Yakob === 554-cü ildə yepiskop olaraq Yosefin sinodunda iştirak etmişdi.
Kəbirli (Beyləqan)
Kəbirli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. 1938-ci ildə salınıbdır. == Tarixi == Mil düzündədir. Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü. Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir. == Əhalisi == Kəbirli kəndi əhalisinin sayına görə Beyləqan rayonunun ikinci kəndidir. Tərəkəmə-Türkmən kəndidir.
Mayak (Beyləqan)
Mayak — Azərbaycan Respublikasının Beyləqan rayonunun Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Mil (Beyləqan)
Mil (əvvəlki adı: Orconikidze) — Azərbaycan Respublikasının Beyləqan rayonunun Mil qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Beyləqan rayonunun Mil qəsəbəsi Milabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Mil qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi == Beyləqan Azərbaycan Respublikasının qədim şəhərlərindən biridir. Şəhərin adı Sovet illərində "Jdanov" olmuşdur. Lakin adı sonradan daha dəqiq — 1992-cü ildə dəyişdirilərək "Mil" olmuşdur.
Qaradağlı (Beyləqan)
Qaradağlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun Yuxarı Çəmənli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Qəhrəmanlı (Beyləqan)
Qəhrəmanlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi vahidi hesab edilmişdir.
Sarısu (Beyləqan)
Sarısu — Azərbaycan Respublikasının Beyləqan rayonunun Şərq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Düzənlikdədir. Böyük Vətən müharibəsindən sonra yaranmış yaşayış məntəqəsi Mil düzündəki Sarısu adlı göllər qrupunun adı ilə adlandınlmışdır.
Türklər (Beyləqan)
Türklər — Azərbaycan Respublikasının Beyləqan rayonunun Türklər qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Beyləqan rayonunun Türklər qəsəbəsi Şərq qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Türklər qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
Təzəkənd (Beyləqan)
Təzəkənd — Azərbaycan Respublikasının Beyləqan rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.
Şəfəq (Beyləqan)
Şəfəq — Azərbaycan Respublikasının Beyləqan rayonunun Şəfəq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Şəfəq qəsəbəsi Komsomol kənd Sovetindən Beyləqan şəhər Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Şəfəq qəsəbəsi Beyləqan şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Şəfəq qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Din == Qəsəbədə "Həzrəti Cərciz Peyğəmbər" məscidi dini icması fəaliyyət göstərir.
Şərq (Beyləqan)
Şərq — Azərbaycan Respublikasının Beyləqan rayonunun Şərq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Əhmədli (Beyləqan)
Əhmədli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Əhmədli kənd inzibati ərazi dairəsi Əhmədli kənd inzibati ərazi vahidi hesab edilmişdir. == Toponimikası == Şahsevənlərin əhmədli tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == İqtisadiyyatı == 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır.
Daşburun (Beyləqan)
Daşburun — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Baharabad (Beyləqan)
Baharabad — Azərbaycan Respublikasının Beyləqan rayonunun Örənqala qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == 1965-ci ildə üzümçülük sovxozunun malikanəsi yanında salınmış yaşayış məntəqəsi rəmzi olaraq belə adlandırılmışdır. Türkmənistanda Baxarden, Baxardək; Özbəkistanda Baxoristan; Ermənistanda Bahar toponimləri də bu qəbildən olan coğrafi adlardır.
Eyvazalılar (Beyləqan)
Eyvazalılar — Azərbaycan Respublikasının Beyləqan rayonunun Eyvazalılar kənd inzibati ərazi dairəsində kənd. Eyvazalılar kəndi Beyləqan rayonunun tərəkəmə kəndlərindən biridir. Bakıdan 281 km məsafədə, rayon mərkəzindən 14 km şimalda, Ağcabədi-İmişli şose yolundan və Yuxarı Qarabağ kanalından sağ sahilində Mil düzündədir. Şimaldan və şimal-şərqdən Yuxarı Qarabağ kanalı, Ağcabədi-Bəhramtəpə şose yolu, şərqdən və cənub-şərqdən rayonun ikinci Aşıqlı, cənubdan və cənub-qərbdən Təzəkənd, qərbdən və şimal-qərbdən Tatalılar kəndləri ilə həmsərhəddir. Sahəsi 1584 ha-dır. Ondan dövlət mülkiyyətində 147 ha, bələdiyyə mülkiyyətində 284,4 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 26, perspektiv inkişaf fondu 15, örüş 25, suvarma kanalları və arxlar 54,5, kollektor-drenaj şəbəkəsi 122, ictimai tikinti 3, kənd altında ümumi istifadə olan 74,6, yollar 47, məktəb 1,5, qəbiristanlıq 6,3, yararsız şoran torpaq 8, meydança 1,5 ha), xüsusi mülkiyyətdə 1052,6 ha (o cümlədən özəlləşdirilən torpaqlar 992,60, həyətyani 60 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpağlar özəlləşdirilmiş, hər nəfərə 0,48 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 562, ailələrin sayı 465, əhalisi 2446 nəfərdir (2009). Əhali pambıqçılıq, taxılçılıq, heyvandarlıqla məşğuldur. Eyvazalılar kənd ərazi nümayəndəliyi, kənd bələdiyyəsi, orta məktəb, uşaq bağçasıŞ kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, klub, Sudan istifadəedənlər Assosiasiyası, ATS var.