Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dübrar dağı
Dübrar dağı — Azərbaycan Respublikası Xızı rayonu ərazisində yerləşən dağ. Böyük Qafqaz sıra dağlarının cənub — şərq hissəsindən keçən Dübrar dağ silsiləsinin baş zirvəsi, Dübrar dağ (Kolanı) hündürlüyü 2205 metrdir.
Düldül dağı
Düldül — Şəmkir rayonu ərazisində dağ. == Tarixi == Hündürlüyü 975 m. Dağın adı oradakı at ayağının izinə oxşayan dağla və həmin dağın guya Həzrət Əlinin Düldül atının izi olması inamı ilə əlaqədardır.
Dəhnə dağı
Dəhnə dağı — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin cənub-qərb qurtaracağında, Dəmirçi kəndindən 8 km qərb-şimal-qərbdə, "Qurdqapısı" keçidindən 3 km cənub-qərbdə dağ (hünd. 1154,2 m). Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Saraclıdağ sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Dəvəboynu dağı
Dəvəboynu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3563,0 m). Zəngəzur silsiləsinin suayırıcısında Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Şimal-qərb yamacında andezitli porfirit lava-brekçiyaları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən şimal-qərb istiqamətli əks-fay qırılması keçir.
Elgədik dağı
Elgədik — İsmayıllı rayonu ərazisində dağ. == Toponimikası == Oronim el (camaat) və gədik (hündür dağlar arasında yol, dağ keçidi, aşırım) komponentlərindən düzəlib, "dağlar arasından, aşırımdan keçən el yolu" və ya "el yolunun üstündə olan dağ keçidi" deməkdir.
Elti dağı
Elti dağı — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Biləv kəndindən 1 km. cənubdadır. Dağ konusvari formadadır, sıldırım yamaclıdır (hünd. 1592,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qərbə istiqamətlənmiş eyniadlı şaxəsində zirvə. Biləv kəndindən 1 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Təpəsi tünd-boz rəngli layvari piroksenli andezitlərlə təmsil olunmuşdur.
Everest dağı
Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir. Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi.
Eynəli dağı
Eynəli ya Eynalı dağı - İranın Şərqi Azərbaycan ostanında yerləşən dağ. Təbriz şəhəri bu dağın ətəyində yerləşib. Bu dağda deyilənlərə görə Həzrət Əlinin övladlarından olan Ovn ibn Əli dəfn olunub. Təbrizlilər həftənin cümə günləri bu dağa çıxırlar.
Fərrux dağı
Fərrux və ya Qaraqlux — Azərbaycan Respublikasının Xocalı rayonununda dağ. Eyniadlı yaşayış yerinin yuxarısında yerləşir.
Girdəcə dağı
Girdəcə — Qəbələ rayonu ərazisində dağ. == Toponimi == Qəbələ rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin cənub yamacında, Qum və Tikanlı çaylarının suayrıcındadır. Hündürlüyü 1584 m. Oronim girdə (yumru, dəyirmi) sözündən və -cə şək.-sindən düzəlib, "yumru relyef formalı yüksəklik" deməkdir.
Goranqalası dağı
Goranqalası dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin qurtaracağında, Arpaçayın sol sahilində, Dizə kəndindən 1,5 km şimal-şərqdə dağ (hünd. 1131,4 m). Zirvəsi və cənub-qərb yamacı Alt Permin Kuberqandı və Murqab regiomərtəbələrinə aid Qızılqaya və Şahbulaq lay dəstələrinin əhəngdaşılarından, şimal-şərq yamacı isə Alt Karbonun Turne mərtəbəsinə aid Goranqalası lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən Münhbalaoğlu-Qabaqdağ sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində və yamaclarında çökmə süxurları yaran layvari dolerit və qabbro-dolerit kiçik intruziyaları açılır.
Gədi dağı
Gədi dağı - Xızı rayonu ərazisində alçaqdağlıq tirə. Gədi dağı Böyük Qafqaz sıra dağlarının Qarabulaq silsiləsində yerləşir.(hünd.1222 m.).
Gəmiqaya dağı
Gəmiqaya dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3725,9 m). Zəngəzur silsiləsinin suayırıcısında, Nəsirvaz kəndindən 7 km cənub-şərqdə yerləşən zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı, meridional istiqamətdə uzanan piramıdaya oxşar qayalıqdır. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında yerləşir. Cənub-şərq yamacından şimal-şərq istiqamətli fay qırılmaları keçir. E.ə. III-I minilliklərə aid qayaüstü rəsmlər – piktoqramlar və Bibqətəl piri buradadır. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində m.ö.
Gərməçataq dağı
Gərməçataq dağı – Babək rayonu ərazisində dağ (hünd. 1614.0 m). Dərələyəz silsiləsinin cənub yamacında, Gərməçataq kəndindən 750 m qərbdə zirvə. Üst Tabaşirin Kampan mərtəbəsinə aid eyniadlı lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari, şimal və qərb yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, Xanbulaq-Badamlı qalxımının şimal cinahına aid ikincidərəcəli Aşağı Buzqov antiklinalının cənub-şərq periklinal hissəsində yerləşir.
Gəvək dağı
Gəvək dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1718,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli eyniadlı şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.
Heydər dağı
Heydər dağı — Yuxarı Qalileydə Əl-Carmaq dağ silsiləsində, Beyt Cin kəndindən 1–2 km cənubda yerləşən dağdır və dağın zirvəsi dəniz səviyyəsindən 1047 metr yüksəkliyə çatır. Dağ həmçinin druzlar üçün müqəddəs Bəha Əl-Din ziyarətgahının yaxınlığında yerləşir. Aydın bir gündə, demək olar ki, bütün Aşağı Qaliley dağın başından, Fəqqu'a dağlarından Aralıq dənizinə qədər görünür. Hündürlüyünə və mənzərəli mənzərəsinə görə dağ yamac paraşütü üçün əlverişli yerdir. == İqlim == Dağ, Qalileyanın əksər yerlərində olduğu kimi, Aralıq dənizi iqliminə malikdir. Qar tez-tez qışda yağır və çöküntünün miqdarı təxminən 1000 millimetrə çatır. Hündürlükdə olması və cənub küləklərinə heç bir maneənin olmaması səbəbindən ilin əksər günləri dağda güclü küləklər əsir.
Heydərbaba dağı
Heydərbaba dağı — İranda, Təbriz yaxınlığında Qaraçəmən yolu ilə Şəngülava kəndləri arasında yerləşir. == Flora == Dağın ərazisində dovşan, kəklik, göyərçin var. == Yerləşməsi == Heydərbaba dağı Qayışqurşaq kəndi ilə üz-üzədir; onun ətəyində Xoşginab və Güllücə kəndləri yerləşir. Bunlardan başqa bu dağın ətəyində MəhəmmədHüseyn Şəhriyarın uşaqlıq illərinin keçdiyi eyniadlı – Heydərbaba kəndi də var. Həmin kənd adını elə bu dağdan almışdır. M. Şəhriyar bu dağa aid şeir də yazıb. == Əfsanələr == Heydərbaba dağı ilə bağlı bir sıra əfsanələr mövcuddur. Sərhədlərində yerləşən, dəniz səviyyəsindən 2334 metr yüksəklikdə yerləşən Sarıbaba dağı ilə Heydərbaba dağı qardaş olmuşlar. Onlar bir-biri ilə uzaqdan-uzağa, zirvədən-zirvəyə görüşür, salamlaşırlar. Hansı qardaş tez yuxudan oyanarsa, o birisini salamlayaraq oyadarmış.
Heydərbəy dağı
Heydərbəy dağı – Borçalı qəzasında (İndi Ermənistanda) dağ adı. == Etimologiyası == Danışıqda əvvəlinə "h" səsi əlavə olunmuş aydar "kəkil", "başın ortasında (təpəsində) tük topası" sözündəndir. Qədim türklərdə oğlan uşaqlarının başını qırxdıqda təpəsində aydar "kəkil" saxlanması adəti pis ruhlara qarşı tədbir kimi səciyyələndirilirdi; ailədə 6–7 qızdan, yaxud bir neçə oğlan uşağının ölməsindən sonra doğulmuş oğlan uşağın bir qulağına sırğa keçirirdilər ki, bu da "aydar" adlanırdı. Aydarlı və sırğalı oğlana 7 yaşına qədər qız paltarı geydirirdilər. Belə inam vardı ki, pis ruh aydara və sırğaya görə oğlan uşağını qız hesab edərək ona toxunmayacaqdır. Bu "Aydar" adəti Don kazaxlarında indi də qalmışdır. == Toponimiyası == Heydərbəy dağ adı bəki aydar (burada ehtimal ki, topa ağac) olan mənasındadır. Azərbaycan adətən dağların zirvələrindəki aydar müqəddəs pir hesab olunurdu. Cənubi Azərbaycanda Heydərbaba dağının adı (Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasında) da aydar "kəkil" sözündəndir. Heydərbək oronimi ilə Qazax və Gədəbəy r-nlarındakı Kəkildağ və Şamaxı r-nunda Kəkilnohur toponimləri mənaca eynidir.
Hoçkeynig dağı
Hoçkeynig (alm. Hochkönig‎) — Avstriyanın Berxetesqaden Aplpları silsiləsində olan ən yüksək zirvə. Zirvə ölkənin Zaltsburq vilayəti ərazisindədir. Silsilə Şimali Əhəngdaşlı Aplarının bir hissəsi hesab olunur. == Mövqeyi == Hoçkeynig dağı Bişofsxofen şəhərindən qərbdə yerləşir. Zaltsburq şəhərindən isə 42 km cənubda yerləşir. Dağı Berxetesqaden Aplplarından 2246 metr hündürlükdən keçən «Torscharte» dağ aşırımı ayırır. Zirvə böyük əhəng daşı yaylasının cənub ətəyində yerləşir və yayla «Übergossene Alm» adlı buzlaqla örtülüdür. Bu buzlaq müasir dövrdə ildə 6,2 % olmaqla kiçilir. Ehtimal olunur ki, yaxın gələcəkdə tamamilə itəcək.
Kamen dağı
Kamen dağı — Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşən və hündürlüyü 1701 m olan zirvə. İnzibati cəhətdən Taymır və Evenk rayonları arasında yerləşir. Zirvə Putarana yaylası və Ortasibir alçaqdağlığının ən hündür nöqtəsi hesab edilir. Dağın ətəklərindən Xuta və Kotuy çayları başlanğıcını götürür. Zirvə 1971—1972-ci illərdə SSRİ EA Coğrafiya İnstitutu tərəfindən tətqiq edilmişdir.
Keyti dağı
Ketidağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Azərbaycanla Ermənistanın sərhədindədir. Yerli əhali tərəfindən Keyti dağı adlanır. Dağla bağlı xalq arasında bir cox əfsanə və rəvayətlər mövcuddur. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kat (dağın meşəsiz, gündüŞən tərəfi, pilləvari, sıra) sözündən əmələ gəlmişdır.
Kerkpatrik dağı
Kerkpatrik dağı — Antarktida ərazisində yerləşən Transantarktika dağlarının ən hündür zirvəsi. Kerkpatrik dağı Kuin-Aleksandr silsiləsində, Birdmor buzlağının qərbində yerləşir. Dağ ilk dəfə 1908-ci ildə Böyük Britaniya ekspedisiyası zananı Ernest Şelkton tərəfindən kəşf edilmişdir. Dağın hündürlüyü 4528 metr təşkil edir. O, dağı Qlazqolu sahibkarın şərəfinə adlandlrmışdır. 2004-cü ildə dağın ətəklərində dinozavr və Pterosauriaların qalıqları aşlarlanmışdır.
Keşiş dağı
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Kazbek dağı
Kazbek (gürc. მყინვარწვერი — buz zirvəsi, çeç. Башлам) — Mərkəzi Qafqazın şərq hissəsində Rusiya və Gürcüstan sərhədlərində yerləşən dağ.
Kömüratan dağı
Kömüratan dağı — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 71 metrdir. Təpə Kömüratan gölü ilə təsərrüfat məqsədli istifadə olunmuş (hazırda şorlaşmış) bir digər göl arasında yerləşir. Təpə Bakı-Quba magistral yolundan bir qədər aralıdadır.
Fit dağı qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Fətəli xan Dağıstani
Fətəli xan Dağıstani (1694, Dağıstan vilayəti (Səfəvilər) – 1722, Şiraz) — Dağıstanın köklü qumuq ailələrindən olan Şamxal ailəsinə mənsub əsilzadə. Səfəvi şahı Hüseynin dövründə (1694–1722) 1716-cı ildən 1720-ci ilə qədər Səfəvi imperiyasının baş vəziri olmuşdur. Dağıstanın Qumuq nəslindən olan Fətəli xan digər Səfəvi baş vəzirlərindən fərqli olaraq sünni idi, halbuki sünnilər ənənəvi olaraq Səfəvi imperiyasında təzyiqlərlə üzləşirdilər, Fətəli xan baş vəzir vəzifəsinə qədər yüksəlməyi bacarmışdı. Onun şahı olan Hüseynin dövlət işlərinə o qədər də marağı olmadığı üçün demək olar ki, bütün dövlət işlərinin həll edilməsini Fətəli xana tapşırmışdı, lakin dövlət işlərinin hamısının onun öhtəsinə buraxılması onun xeyli sayda düşməninin ortaya çıxması ilə nəticələndi. Bu, onun 1720-ci ildə hiylə ilə vəzifədən endirilməsinə yol açdı. Kor edilən və Şiraza sürgün edilən Fətəli xan elə orada da vəfat etdi. Onun yerinə bu vəzifəyə Məhəmmədqulu xan Şamlı gəldi. == Ailəsi == Fətəli xan qumuq şamxalları nəslindən gəlməkdə idi. Onun babası Aldas (İldas) Mirzə Şamxal və ya digər adı ilə İldırım xan Şamxal, atası isə Səfi xan və ya digər adı ilə Əlqas Mirzə idi. Onun ailəsi Səfəvi imperiyasının Dağıstan bölgəsində Terek çayı sahilində bir bölgəni idarə etməkdə idi.
Kaba dağı insidenti
Kaba dağı insidenti (加波山事件, Kaba-san ciken) – 1884-cü ildə Yaponiyada Liberal partiyanın radikal üzvlərinin Meyci hökuməti üzvlərinə qarşı planlaşdırdıqları sui-qəsd cəhdi. 23 sentyabr 1884-cü ildə 16 üsyançı İbaraki prefekturasının Kaba dağı regionunun sakinləri üçün inqilab manifesti yaymışdırlar. 24 sentyabrda yerli polislər və Tokiodan göndərilmiş qoşunlar üsyançılarla toqquşmuş, nəticədə bir polis və bir üsyançı ölmüşdür. == Arxaplan == Kaba dağı insidenti 1880-ci illərin əvvəllərində Yaponiyada baş verən bir sıra insidentdən biri idi. Bu insidentlərin çoxu Kanto regionunda baş verirdi. Bu insidentlərin iki ümumi xarakteristikası var idi: azadlıq və insan hüquqları hərəkatı ilə əlaqədar olması; Meyci hökumətinin iqtisadi islahatlarının fermerləri yoxsullaşdırmasından sonra iqtisadi tələblər. Kaba dağı insidenti hər iki xarakteristikaya malik olmaqla yanaşı, 1882-ci ildə baş vermiş Fukuşima insidentinə də cavab xüsusiyyəti daşıyırdı. Kaba dağı üsyançılarının bəziləri Fukuşima insidentində iştirak etməklə yanaşı, sui-qəsd hədəflərindən biri Fukuşima insidentinin yatırılmasında rol oynamış, Fukuşima prefekturasının keçmiş meri Mişima Miçitsune idi. Kaba dağı üsyançıları arasında Liberal partiyanın lideri Kono Hiranakanın qohumu Kono Hiromi də var idi. Hər ikisi də Fukuşima insidentinə görə tutulsalar da, Hiromi həbs cəzasından qaça bilmişdi.
Keniya dağı Milli Parkı
Keniya dağı Milli Parkı — 1949-cu ildə Keniya dağındakı vəhşi həyat və vəhşi heyvanların yaşayış yerini yaradan ətraf mühiti qorumaq üçün yaradılmış qorunana ərazidir. == Tarix == Ərazi milli park elan edilməzdən əvvəl bir meşə qoruğu idi. Hal hazırda milli park meşə qoruğu ilə əhatə olunmuşdur. Ərazi 1978-ci ilin aprel ayında UNESCO-nun Biosfer Qoruğu təyin edildi. Milli park və meşə qoruğu 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Keniya hökumətinin Keniya dağında və ətrafında milli park yaratmasının dörd səbəbi var. Bunlar turizmin yerli və milli iqtisadiyyat üçün əhəmiyyəti, gözəl mənzərəli bir ərazini qorumaq, park daxilindəki biomüxtəlifliyi qorumaq və ətraf ərazilər üçün su anbarlarını qorumaq idi. == Ərazi == Milli parkın ərazisi 715 kvadrat kilometrdir və əksər ərazilər kontur xəttindən 3,000 metr (9,800 ft) yuxarıdır. Meşə qoruğunun sahəsi isə 705 kvadrat kilometrdir. Ümumi olaraq UNESCO-nun Ümumdünya İrsi ərazisinin sahəsi 1420 kvadrat kilometrdir.
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Tağı Nağı oğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Ağrı dağı
Ağrı dağı (qərb dillərində: Ararat, kürd. Çiyayê Agirî, erm. Մասիս (Masis)) — Türkiyənin ən yüksək dağı. Türkiyənin şərq ucqarında, Ağrı ilinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan 32 km qərbdədir. Dağın 65% -i İğdır vilayətindədir, qalan 35% -i isə Ağrıdadır. Ağrı dağı 2 yanaşı vulkan konusundan ibarətdir: 5137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Dağ 4000 metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunmuşdur. 4250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox daimi buzlaqlarla örtülmüşdür. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır.
Ağrı Dağı Milli Parkı
Ağrı Dağı Milli Parkı — Türkiyənin Ağrı və İğdır vilayətlərində yerləşən milli park. 2004-cü ildə Ağrı dağının ərazisində açılan milli parkın sahəsi 88.014 hektardır. Nuh tufanı, meteor krataeri, Türkiyənin ən yüksək dağı və buzlağı, vəhşi həyatın müxtəlifliyi ilə diqqət çəkir. == Haqqında == Milli park müxtəlif heyvan və bitki növlərinə, gözəl peyzaja, vulkanizm ilə bağlı maraqlı relyefə, geoloji xüsusiyyətlərə, sulaq ərazilərə, turizm imkanlarına malikdir. Milli park Türkiyə, İran, Azərbaycan, Ermənistan sərhədlərinin kəsişməsində yerləşir. Ağrının Doğubəyazid, İğdırın Aralıq və Qaraqoyunlu rayonlarında yerləşir. Ağrıdan 100 km uzaqlıqdadır. Türkiyənin ən yüksək dağı olan 5137 metrlik Ağrı dağı və 3898 metrlik Kiçik Ağrı dağı bu parkdadır. Görməli yerlərdən birisi də Buz mağarasıdır. Mağara Kiçik Ağrı dağının ətəklərində, Doğubəyazidin Hallaç kəndindən 3 km uzaqlıqda yerləşir.
Bakı Qulaqları (Kərkəs dağı)
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Xan bağı (Bakı)
Xan bağı — İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir. Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.