Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tüpürcək
Tüpürcək və ya ağız suyu ― tüpürcək vəzilərinin ifraz etdiyi şəffaf, yapışqanvarı sekret. İnsanın və bir çox heyvanların tüpürcəyi qarışıq olub, 3 cüt iri və çoxlu xırda tüpürcək vəzilərindən ifraz edilir. Tüpürcəyin 98,5—99,5%-ni su, qalanını duzlar və bərk maddələr təşkil edir. Tüpürcək zəif qələvi (pH—5,6—7,6) reaksiyaya malikdir; yenidoğulmuşlarda (ilk illər) böyüklərə nisbətən turş reaksiyalıdır. Tüpürcəyin tərkibindəki fermentlər polisaxaridləri monosaxaridlərə qədər parçalayır. İnsanda dörd ədəd iri və minlərlə xırda tüpürcək vəzisi vardır. Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız suyu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin.
Tüpürcək vəziləri
Tüpürcək vəziləri (lat. glandulae salivariae) — ağız boşluğunda tüpürcək ifraz edən vəzilər. İnsanlarda dilin, damağın, yanaqların və dodaqların selikli qişasında çoxsaylı kiçik tüpürcək vəziləri ilə yanaşı, 4 cüt iri tüpürcək vəziləri var: parotid, alt çənəaltı, dilaltı və boru. == Ümumi funksiyaları == ekzokrin - zülalın və tüpürcəyin selikli komponentlərinin ifrazı; endokrin - hormonabənzər maddələrin ifrazı; filtrasiya - qan plazmasının maye komponentlərinin kapilyarlardan tüpürcəyə filtrasiyası; ifrazat - metabolik son məhsulların sərbəst buraxılması. Tüpürcək vəzilərinin ən çox yayılmış xəstəlikləri sialadenit, sialolitiaz, parotitdir .
Layın dabanı
Layın dabanı (rus. подошва пласта, ing. base of bed, bottom of bed) — geologiyada layı aşağıdan məhdudlaşdıran səth (layın stratiqrafik alt sərhəddi).
Yamacın dabanı
Yamacın dabanı (rus. подошва склона, ing. foot of slope, toe of slope) — dağın ətəyi, dar keçid zolağı olub, planda dağlıq qurşağı və onun sərt yamaclarını sərhədləndirən düz və maili səth.
Yüksəkliyin dabanı
Yüksəkliyin dabanı (rus. подошва возвышенностей, ing. foot of upland) — ayrıca bir dağı, yaylanı və s. ətraf düzənliklərdən ayıran və yüksəkliyin əsasını /oturacağını/ dövrəyə alan, qapalı əyri xətt.
Daranın Suzdakı sarayı
Daranın Suzdakı sarayı, Əhəmənilər imperiyasının paytaxtı olan İranın Suz şəhərində I Dara tərəfindən tikdirilmiş bir saray kompleksi idi. İnşaatı Persepolis ilə paralel aparılırdı. İmperiyanın müxtəlif regionlarından gətirilmiş insan gücü və xammal onun inşasında istifadə edilmişdir. Bir zamanlar yandırılaraq məhv edilmiş və sonradan qismən bərpa edilmişdir. Hal-hazırda bu vacib kompleksdən az şey qalmışdır. Əhəməni memarlığının vacib komplekslərindən biridir. == Tarix == Saray kompleksi Əhəmənilər kralı I Dara tərəfindən ən sevimli paytaxtı Suzda inşa edilmişdir. İnşaat işləri sonralar I Daranın oğlu Xerxes və daha sonra müəyyən qədər I Artaxerxes (E.ə. 465-424) və II Daranın rəhbərliyi (E.ə. 423-404) altında davam etdirilmişdir.
I Daranın türbəsi
I Daranın türbəsi - Nəqşi-Rüstəm yaxınlığındakı Hacıabad dağındadır. Fars əyaləti ərazisində yerləşir.
Babanın nağılı (film, 2012)
Babanın nağılı tammetrajlı bədii televiziya filmi rejissor Bəhruz Qasımov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. "Türkel tv"nin istehsalıdır. Novruz bayramı axşamı baba uşaqları tonqal başında toplayıb onlara Novruzla Baharın ətrafında cərəyan edən komik əhvalatları danışır. Əsas rolları Musa Eyyubov, Bəhruz Qasımov, Əminə Şahin, Aqil Seyfəli və Rəfael Rəvan ifa edirlər. == Məzmun == Novruz bayramı axşamı baba uşaqları tonqal başında toplayıb onlara Novruzla (Bəhruz Qasımov) Baharın (Əminə Şahin) ətrafında cərəyan edən komik əhvalatları danışır.
Sabatina Ceyms
Sabatina Ceyms və ya Sabatina (tam adı: Sabatina Ceyms, alm. Sabatina James‎; 1982) — Pakistanlı Avstriya yazıçısı. Onun əsərləri avtobioqrafik səciyyə daşıyır və islamdan xristian katolik dininə keçməsi ilə bağlı məsələlərdən bəhs edir. Sabatina Ceyms Pakistanın Dhadar şəhərində müsəlman ailəsində anadan olmuşdur. On yaşında olarkən ailəsi ilə birlikdə Avstriyanın Linz şəhərinə köçmüşdür. Sabatina orada böyük istiqanlılıqla qəbul edilmişdi və hər kəs, xüsusilə də müəllimləri ailənin yeni mühitə inteqrasiyasını istəyirdilər. Sabatina qısa müddət ərzində Avstriya cəmiyyətinə uyğunlaşır və assimilyasiya olunur. Valideynləri Avstriyada müvəqqəti məskunlaşmağı nəzərdə tutduqlarından bu vəziyyətdən xoşnud olmurlar. Qızlarına qarşı tətbiq etdikləri məhdudiyyətlər təsirli olmadığından ailə Sabatinanı Lahora göndərib əmisi oğlu ilə evləndirmək qərarına gəlir. Beləcə, valideynləri Sabatinanı Pakistanda qoyur və o, burada mədrəsəyə getməyə məcbur edilir.