Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reign in Blood
Reign in Blood — 7 oktyabr 1986-cı ildə Def Jam Recordings tərəfindən yayımlanan Amerika treş-metal qrupu Slayer-in üçüncü studiya albomu. Albom qrupun səsinin formalaşmasına kömək edən prodüser Rik Rubin ilə Slayer-in ilk əməkdaşlığı idi. Albomun buraxılışı Yosef Menqeleni və onun Auşvitz həbs düşərgəsində insanlar üzərində etdiyi təcrübələri və hərəkətləri izah edən "Angel of Death" adlı albomun açılış mahnısı ilə əlaqədar narahatlıqlar səbəbilə təxirə salınmışdı. Bununla belə, qrupun üzvləri dəfələrlə nasizmi qəbul etmədiklərini və sadəcə mövzu ilə maraqlandıqlarını bildirmişdirlər. "Reign in Blood" həm tənqidçilər, həm də pərəstişkarlar tərəfindən yaxşı qarşılanmış və Slayer-i populyar metal izləyicilərinin diqqətinə çatdırmaq məsuliyyətini daşımışdı. Albom Anthrax-ın "Among the Living", Megadeth-in "Peace Sells… but Who's Buying?" və Metallica-nın "Master of Puppets" albomları ilə birgə 1980-ci illərinn ortalarında yenicə ortaya çıxan ABŞ treş-metalının formalaşmasına yardım etmiş və həmin vaxtdan indiyə qədər öz təsirini saxlamışdır. Slayer-in ABŞ-nin "Billboard 200" hit-paradına daxil olan ilk işi olan bu albom orada 94-cü pillədə qərarlaşmış və 20 noyabr 1992-ci ildə qızıl sertifikata layiq görülmüşdü. Albom 2013-cü ildə "NME" jurnalının tərtib etdiyi "Tarixin ən yaxşı 500 musiqi albomu" siyahısında 287-ci yerdə olmuşdur. 1998 re-issue bonus tracks ^ "Aggressive Perfector" kompozisiyası Haunting the Chapel mini-albomuna daxil edilmiş versiya ilə müqayisədə daha qısa olmaqla yanaşı, daha təmiz səslənməyə malik idi. Albomun yenidən yayımlanmış versiyasında bəzi əvvəlki CD-lərdəki "Postmortem" mahnısının yüksək templi hissəsindən "Raining Blood" mahnısına keçidi zamanı yaranan problem aradan qaldırılmışdır.
Debian
Debian - sərbəst yayılan proqram təminatından ibarət olan və ilkin kodu açıq olan əməliyyat sistemi. Debian-OpenLogo.svgLinux əməliyyat sistemidir. Bir çox Linux əməliyyat sistemi Debian əməliyyat sistemi əsasında yaradılmışdır. Hazırda Linux əməliyyat sisteminin ən populyar və önəmli distributivlərindən biri Debian GNU/Linux sistemidir. “Debian” adı layihənin əsasını qoyan Yan Mördok (Ian Murdock) və onun qız dostu (sonradan arvadı, indi isə keçmiş həyat yoldaşı) Debra Linn’in (Debra Lynn) adlarından yaranıb. Debian heç bir şirkətə məxsus olmayıb, cəmiyyətin məhsuludur. Debian 5.0 lenny-nin bütün paketlərinin yaradılması (323 milyon sətir kod) 8 milyard dəyərində işə barəbər hesab edilir. Debianda yeni paket lokal sistemdən qurulduğu zaman dpkg paket idarə etmə alətindən istifadə edilir. Əgər paket internet üzərindən qurulursa, onda apt-get alətindən istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Degen
Arpad fon Degen (mac. Árpád von Degen; 31 mart 1866 və ya 1866, Bratislava – 30 mart 1934 və ya 1934, Budapeşt) — Macarıstan botaniki. Arpad fon Degen toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. 250-dən çox takson təsnif etmişdir. Egy új Ajuga fajról: (Ajugæ species nova [A. piskoi].) 1896. Wulfenia Baldaccii: Egy új Wulfenia faj a Balcan-félszigetről (Wulfenia baldaccii: una nueva especie de Wulfenia de la Península.) 1897. Nevezetesebb botanikai felfedezések a Balkán félsziget területéről (Notables descubrimientos botánicos en el territorio de la península de los Balcanes.) 1901. Magyar botanikai lapok (Placas de botánicos húngaros.) 1902. Studien über Cuscuta-Arten (Estudios sobre Cuscuta spp.) 1912. A heréseinket károsító arankákról.
Deist
Deizm (lat. deus — Tanrı) — tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə, bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.
Deizm
Deizm (lat. deus — Tanrı) — tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə, bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Demon
Demon (q.slav. де́монъ) (q.yun. δαίμων «ruh», «ilah»<ref)— həm müsbət, həm də mənfi rol oynaya bilən, tanrılarla müqayisədə daha aşağı mövqe tutan fövqəltəbii varlıqların və ya ruhların ümumi adıdır. Qədim yunanlarda Daimonia fəlsəfi konsepsiyası mövcud idi. Sokrat və onun davamçıları - Platon, stoaçılar və başqaları, daimonia ilə insanın "daxili səsi"-ni, vicdanı eyniləşdirir. Roma mifologiyasında onlar (lat. genius «ruh»)a<ref, xristianlıqda isə qoruyucu mələyə uyğun gəlir. Xristianlıq dönəmində slavyanlar arasında demon bes sözünün sinonimi olub, Rusiyada XI əsrdən bəri xristianlar bütün bütpərəst tanrıları ümumi demon adlandırdılar. Həmçinin İncil yunan dilindən kilsə slavyan dilinə və rus dillərinə tərcümə edilərkən yunanca demon sözü bes sözü ilə, ingilis və alman İncillərində isə şeytan – ing. devil, alm.
Devon
Devon qədim adı Devonşir (Devnant Britaniyaca, Dyfnaint Vallca, Devnans Kornvallca, Devnant Bretonca) — İngiltərə qraflığı, şimalda Bristol kanalından cənubda olan İngilis kanalına çatır.Cənubqərb İngiltərənin bir hissəsidir və Cornvall ilə qərbdən, Somerset ilə şimalşərqdən və Dorset ilə şərqdən həmsərhəddir. Qraflığın mərkəzi Eqzeter şəhəridir.
Deyan
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.
Deçin
Deçin— Çexiya Respublikasının şimalında Usti nad Labem əyalətində olan bir kiçik şəhər. Deçin əyalətin vilayətdə ən böyük şəhəri olub, əyalətin mərkəzi şəhəri sayılır. Deçin Bohemiyanda Elba çayı (Çex: Labe) ilə Ploučnice çayının birləşdiyi ərzidə salınmışdır. Şəhər Elba çayı bölgədə olan yumşaq qumdaşından ibarət alçaq dağlıq bölgədən keçdikdən sonra Bohemiya İsveçrəsi və şimalda Luşatınya Dağları, cənubda Bohemiya Yüksək Sahələri kimi tanınan təpəlik ərazilərinə keçid bölgəsində yerləşir. Ərazi Elba çayının iki sahilində olub, tarixən iki dəyişik məskən meydana gəlmişdir: Elba çayının sağ sahilində olan ərazi köhnə Deçin şəhəridir və sol sahildəki ərazinin adı 1842-ci ildə bələdiyyəsi qurulan Podmokly (Alman dilində "Bodenbach") qəsəbəsidir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 135 m olub, beləcə Çex Respublikasında ən aşağı hündürlüyə malik şəhərlərdən biridir. Şəhərin yaxınlığından Almaniyanın Drezden şəhəri ilə Praqanı birləşdirən çox əhəmiyyətli dəmiyolu olan "Elba Vadisi Dəmiryolu" keçir. Deçin stansiyası ilə Praqanın şimalı arasında qatarla təxminən 83 dəqiqəlik yol var. Bu dəmiryoluna paralel olaraq Elba çayı sahili boyu avtomobil yolu uzanır və bu yol üzərindəki "Bad Schandau" sərhəd qapısı 1938-ci ildə genişləndirilib qurulmuşdur. Bütün bu nəqliyyat yolları (dəmiryolu xətti, avtomobil yolu və şəhərdən keçən su yolu) Deçin şəhərini əhəmiyyətli coğrafi strateji mövqeyə çevirmişdir.
Meisn.
Karl Fridrix Daniel Meyssner (alm. Carl Daniel Friedrich Meissner‎ və ya alm. Karl Friedrich Meissner‎, yaxud alm. Karl Friedrich Meisner‎ 1 noyabr 1800, Bern – 2 may 1874, Bazel) — İsveçrə botaniki. Plantarum vascularium genera. 1837—1843. Die Natur aufgefasst nach ihren Aeusserungen und Ableitung ihres Begriffs. 1870. Ernst Wunschmann: Meißner, Karl Friedrich. In: Allgemeine Deutsche Biographie (ADB).
Deina
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Demien Tomas
Demien Tomas (ing. Damien Thomas) - Böyük Britaniya aktyorudur.
Demon Hunter
Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu. Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.
Devin Lisk
Devon (ada)
Devon — (ing. Devon Island) — Kanada Arktik arxipelaqına daxil olan iri adalardan biridir. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktaanuk regionuna daxildir. Devon adası Kraliça Yelezaveta adalarının tərkibinə daxildir. Dünyada ən iri yaşayışı olmayan adadır. Sahəsi 55 247 km², sahil xətdinin uzunluğu 3 589 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 27-ci, Kanadada isə 6-cı yeri tutur. Quruluşuna görə Latın "L" hərifinə bənzəyir. Şərqdən qərbə 503 km, şimaldan cənuba 289 km təşkil edir. Ada Lankaster boğazından şimalda yerləşir.
Devon (pornoaktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsi. Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır. İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır.
Devon Aoki
Devon Aoki (10 avqust 1982, Nyu-York, ABŞ) — amerikalı aktrisa və model. Bu Amerikalı aktrisa və top model bir çox filmlərdə çəkilib. Bunlara misal olaraq "Forsaj 2" (ingiliscə: 2 fast 2 furious), "Günahlar şəhəri" (ingiliscə: Sin city), "Müharibə (ing. War), "Mutantların xronikası" filmlərini göstərmək olar. Aktrisa bir çox məşhur müğənnilərin klip çəkilişlərində rol alıb. Qatillər adlı qrupun “Zibilxanalar” adlı mahnısının klipində , 2018-ci ildə - BTS qrupunun “Mənə sərf et” adlı mahnısının klipində rol alıb. Devon 2010-cu ilin iyun ayında Ceyms Beyli ilə nişanlanıb. Cütlüyün 4 uşağı var.
Dian
Dian - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Fikrimizcə, Dian toponimi Diau adlı sülalənin adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304 nəfər, 1904 - cü ildə 272 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1919 - cu ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Kəndə Türkiyənin Taron və Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Ding
Ding — çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır. Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd girdə çaladan ibarət düzəldilirdi.
Dvin
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Desen-1
Desen-1(C10H20) - doymamış karbohidrogenlər – alkenlər sinfinə aid olan düzxətli quruluşa malik doymamış karbohidrogendir. O, 10 karbon atomuna, eləcə də 20 hidrogen atomuna malik bu sinfin tipik nümayəndəsidir. Desen-1 suda həll olmayan, etanolda və dietil efirində həll olan rəngsiz mayedir. Desen-1 motor yaglarının və E907 qida əlavəsinin istehsalında istifadə olunan polimerləşdirilmiş desenin istehsalında tətbiq olunur. Bu karbohidrogen, əsasən, termiki krekinq yolu ilə alınır. Onu almaq üçün ilkin maddə kimi eykozan (C20H42) istifadə olunur. Reaksiya ümumi şəkildə belədir: C20H42 −(t, Pt)→ C10H22 (dekan) + C10H20 (desen). Свойства органических соединений: Справочник. — Под ред. Потехина А. А. — Л.: Химия, 1984.
Devon dövrü
Devon dövrü - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövr. Davametmə müddəti ~50 mln. ildir. Əvvəlində kaledon qırışıqlığı nəticəsində yer qabığının geniş sahələrində qalxmalar baş vermiş və onlarda qədim qırmızı qumdaşı formasiyasının böyük qalınlıqlı qırmızı-rəngli laqun-kontinental çöküntüləri toplanmışdır. Orta və gec devonda isə platforma və geosinklinallarda çökəlmə və geniş dəniz transqressiyaları qeyd olunur, bütün dövr ərzində aktiv maqmatik (xüsülə effuziv) fəaliyyət baş vermiş və bəzi regionlarda isə halogen çöküntülər toplanmışdır. Dəniz hövzələrində tünd qırmızı yosunlar, habelə stromatoporatlar və mərcanlar (tabulatideyalar və dördşüalı mərcanlar) rif qurumları əmələ gətirmişdir. Devon dövrü braxiopodların inkişafı geniş vüsət almışdır. Bundan əlavə, qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nəhəng xərçəngəbənzərlər, balıqların bütün sinifləri də geniş yayılmışlar. Gec devonda suda-quruda yaşayanlar meydana gəlmişdir. Bitkilərdən psilofitlər inkişaf etmişdir.
Deyan Stankoviç
Dе́yan Stánkoviç (serb. Дејан Станковић, Dejan Stanković, 11 sentyabr, 1978-ci il, Belqrad) — yuqoslav və serb futbolçusu və futbol məşqçisi. Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi. D. Stankoviç Belqradın "Srevena Zvezda" klubunun yetirməsidir, 1998-ci ildən İtaliyada Romanın "Latsio" və Milanın "İnternasionale" klublarında çıxış etmişdir. Ümumilikdə Yuqoslaviya, Serbiya və Montoneqro və Serbiya yığmaları tərkibində 103 oyunda 16 qol vurmuş, 2006–2011-ci illərdə Serbiya yığmasının kapitanı olmuşdur. Stankoviç 1998, 2006 və 2010-cu illər FİFA Dünya kubokunun və 2000-ci il Avropa çempionatının (UEFA Avro) iştirakçısı olmuşdur. Oğlu Filip Stankoviç 2023-cü ildən Milanın "İnter" klubunun qapıçısıdır.
Dehqan
Dehqan - Antik və Erkən orta əsrlər dövründə mövcud olmuş ictimai təbəqə. Bu ictimai təbəqə Sasanilər sülaləsinin hakimiyyəti dövründə böyük rol oynamışdır. Dehqan təbəqəsi haqqında bir sıra mülahizələr irəli sürülmüşdür. M.Ravəndi bu haqda yazır ki, əyanların ən aşağı təbəqəsini təşkil edən dehqanla öz malikanələrində yaşayırdılar. Onlar ancaq tərbiyə və geyim nöqteyi-nəzərdən əkinçilərdən fərqlənirdilər. Sasanilərin hakimiyyətinin son dövründə geniş yayılmış dehqan termini ərəblərin hakimiyyəti dövründə də işlədilirdi. Bu nəsildən olan bir sıra əyalətlərin əyanları və siyasi xadimlər dehqan nəslindən olduqlarına görə fəxr edirdilər. Digər tərəfdən həmin termini ərəblərdən fərqlənmək üçün əsilzadəliyə nişanə kimi saxlayırdılar. Şərik adlanan mahal hakimləri də dehqanlardan təyin olunurdu. Ərəb işğalları dövründə incidilməyən yeganə silk dehqanlar idi.
Dəqiqi
Dəqiqi, tam adı Əbu Mənsur Məhəmməd bin Əhməd (fars. ابو منصور محمد بن احمد دقیقی‎, d. 935/942-ö. 976/980, Tus) — İran şairi. Samanilər dönəminin ən tanınmış şairlərindəndir. İslam öncəsi İran dönəminin tarixini şeirə döndərən ilk şairdir. Nisbəsinə baxılaraq onun ya da atasının dəyirmançı olduğu sanılmaqdadır. Öncələri Mavəraünnəhrdə hökm sürən Çağaniyan ya da Al-i Muhtac əmirlərindən Fəxrüddövlə Əbu Səid Mənsura mədhiyələr yazdı. Samani hökmdarları Mənsur bin Nuh (hökmdarlığı 961-976) və II Nuh bin Mənsur (hökmdarlığı 976-997) dönəmində məşhur oldu. Gənc yaşda köləsi tərəfindən öldürüldü.
Dəqiqə
Dəqiqə — zaman ölçü vahidi. 1 dəqiqə = 60 saniyədir. Saat Saniyə Henry Campbell Black, Black's Law Dictionary, 6th Edition, entry on Minute. West Publishing Company, St. Paul, Minnesota, 1991. Eric W. Weisstein.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Deminq (Vaşinqton)
Deminq (ing. Deming) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 353 nəfər olmuşdur. Yaşayış məntəqəsində Nuksak qəbiləsinin hökumət mərkəzidir. Adı ilk poçt müdiri Corc Deminqin adından götürülmüşdür. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 353 nəfər əhali, 143 şəxsi təsərrüfat və 97 ailə vardı. Əhalinin sıxlığı 30.0 nəfər/km²-di. Burada 162 ev var və evlərin sıxlığı 11.9/km²-di. Əhalinin etnik tərkibini 93.2%-i Ağ amerikalılar, 0.8%-i Afroamerikalılar, 2.0%-i Hindilər, 1.1%-i digər irqdən olanlar və 2.0%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 143 şəxsi təsərrüfatın 31.5%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 51.7%-ində evli ailə, 8.4%-ində əri olmayan qadın, 7.7%-ində arvadı olmayan kişi, 32.2%-ində isə ailəsi olmayanlar vardı.