Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Delüvi
Delüvi – yüksəkliklərin yamaclarında yağış və qar suları vasitəsilə narın aşınma materialının yuxarıdan gətirilib yüksəkliyin ətəklərində yığılmasıdır. .
Delüvium
Delüvium — yağış və qar sularının yamaclardan yuyub apardığı kövrək aşınma məhsullarının toplanması nəticəsində əmələ gələn genetik çökmə tipi. Yamac üzrə yuxarıya doğru pazlaşan şleyf şəklində yatır. Yamac üzrə aşağıya doğru, ana süxurların tərkibindən asılı olaraq, çınqıllı çöküntülərdən lösvari gilcə və gillərə qədər dəyişir. Bəzən delüvium yamaca paralel təbəqələşmə müşahidə edilir. Delüvium əsasən semiarid (aridəyaxın) iqlim şəraitində əmələ gəlir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Dellüvi
== Dellüvi == Dellüvi- Aşınma materiallarının yağış və qar suları vasitəsilə yuyulub aparılaraq dağ yamaclarında və ətəklərində toplanmasından yaranan çöküntüyə deyilir. Delüvi anlayışı 1890-cı ildə geoloq A.P.Pavlov tərəfindən təklif edilmişdir.
Elüvi
Elüvi - əsas süxurların aşınma məhsulunun əmələ gəldiyi əvvəlki yerində qalan hissəsidir. Elüvi aşınma qabığını əmələ gətirir. .
Allüvi
Allüvi (yun. alluvio - gətirmə) — Daimi və müvəqqəti çayların çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. Allüvidə bitki və heyvan qalıqlan da olur. == Allüvial su == Müasir və ya gömülmüş çay dərələrinin allüvial çöküntülərində yayılmış yeraltı su. == Allüvial-delüvial çöküntülər == Eroziya və yamacların delüvial yuyulma proseslərinin birgə fəaliyyəti nəticəsində toplanan çöküntülər. Vadilərin yamaca yaxın hissələrində və ya dərələrdə güclü daşqınlar zamanı allüvium və delüvium yığımlarının növbələşməsi nəticəsində formalaşır. Xarakter xü­susiyyəti; qırıntı materialının zəif çeşidləşməsi və yuvarlaqlığı; kəsiliş boyu allüvial (çaqıllar, qumlar) və delüvial (qumcalar, gilcələr, narın xır) akkumilyasion fazalara uyğun gələn çöküntülərin növbələşməsi.
Delphi
Delphi (şəhər) — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbə
Polüvi
== Polüvi == Polüvi (lat.paoluo-yuyuram)-dağ yamaclarından müvəqqəti güclü (sel) su axınları vasitəsilə gətirilməsi və dağətəyi boyunca yığılması nəticəsində yaranan kobud çöküntülər yığımına deyilir. Dağ dərələrinin düzənliyə çıxdığı sahələrdə polüvi gətirmə konusları əmələ gətirir. Polüvinin tərkibində delüvial çöküntülər də olur. Polüvial quraq iqlim sahələri üçün səciyyəvidir. Orta Asiyada Tyan-Şan və Kopetdağın ətəklərində, Azərbaycanda Böyük Qafqazın cənub yamacında polüvial tipli gətirmə konusları geniş yayılmışlar.
Telavi
Telavi (gürc. თელავი, azərb. Qaracalar‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı. Əhalisi — 19 629 nəfər (2014).Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir. == Tarixi == Telavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur. == Görməli yerləri == VIII—XVIII əsrlərə aid qala; 800 yaşlı çinar ağacı; Telavi Dram Teatrı;Ətrafında: Şuamta monastırlar kompleksi (V—XVI əsrlər); İkaltoy akademiyasının xarabalıqları (XI—XII əsrlər) (rəvayətə görə Şota Rustavelli burada oxumuşdur) == Tanınmış adamları == === Doğulanlar === Henrix Malyan (1925—1988) — rejissor, SSRİ xalq artisti (1982) Kaxi Asatiani (1947—2002) — gürcü əsilli sovet futbolçusu, məşqçi.
Delfi
Delfi — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbədir. Antik çağlarda Yunan xalqları üçün əhəmiyyətli bir dini mərkəz idi.
Yelvi
Anton Delviq
Anton Antonoviç Delviq (rus. Анто́н Анто́нович Де́львиг; 6 (17) avqust 1798[…] və ya 1798, Moskva[…] – 14 (26) yanvar 1831[…] və ya 1831, Sankt-Peterburq[…]) — rus yazıçısı və şairi, nəşriyyatçı. == Həyatı == Anton Delviq Moskvada general-mayor ailəsində anadan olmuşdur. 1817-ci ildə Sarskoe selo litseyini bitirmişdir. Aleksandr Puşkinin yaxın dostu və məsləkdaşı olmuşdur. 1825-ci ildə "Şimali çikəkləri" almanax və "Literaturnaya qazeta" 1830–1831-ci illərdə A. L. Puşkin ilə birgə qazetini nəşr etmişdir. İdillik şerlər, sonetlər, rus xalq mahnıları ruhunda nəğmələr yazmışdır. Yaradıçılığında romantic əhvali – ruhiyyə, dostluq və məhəbbətin tərənnümü əsas yer tutur. 1811-ci ildə Cerkoselski liseyinə daxil olmuş. O, orada zəif oxuyurdu, amma o tez şeir yazmağa başlamışdır.
Delphi (dəqiqləşdirmə)
Delphi (şəhər) — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbə
Delphi (şəhər)
Delfi — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbədir. Antik çağlarda Yunan xalqları üçün əhəmiyyətli bir dini mərkəz idi.
Deləzi (Salmas)
Deləzi (fars. دلزي‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,020 nəfər. yaşayır (310 ailə).
Qaracalar (Telavi)
Qaracalar (gürc. ყარაჯალა) — Gürcüstanın Telavi bələdiyyəsində, Alazan-Həftəran vadisində yerləşən kənd. Əhalisi 4,891 nəfərdir (2014). Əhalinin çox hissəsi azərbaycanlı və müsəlmandır (əsasən Sünni). Kənddə bir məktəb, bir uşaq bağçası və bir məscid var. Kəndin əhalisi əsasən əkinçilik, maldarlıq (böyük və kiçik buynuz), üzümçülük və ən çox ticarətlə məşğul olur. Sovet İttifaqının dağılmasından sonra, kənd sakinlərinin əksəriyyəti Tiflisə, Türkiyəyə, Qazaxıstana, Ukraynaya, Rusiyaya köç etmişlər.
Telavi bələdiyyəsi
Telavi bələdiyyəsi (gürc. g.ə. თელავის მუნიციპალიტეტი, l.ə. telavis munitsipaliteti) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi vahidi. 2006-cı ilədək Telavi rayonu adlanırdı.
Telavi qəzası
Telavi qəzası (rus. Телавский уезд, gürc. თელავის მაზრა / telavis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə mövcud olmuş inzibati-ərazi vahidi. == Əhalisi == 1832-ci ilin kameral təsvirinə əsasən Telavi qəzasında yaşayan kişi cinsindən 29.816 nəfər olan əhalinin 26.825 nəfərini gürcülər, 3.621 nəfərini ermənilər, 771 nəfərini azərbaycanlılar, 132 nəfərini isə almanlar təşkil edirdi.1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı. Beləliklə, həmin məlumatlara əsasən Telav qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 24.161 nəfər əhali yaşayırdı. == Mənbə == О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139 – 141.
Telavi rayonu
Telavi bələdiyyəsi (gürc. g.ə. თელავის მუნიციპალიტეტი, l.ə. telavis munitsipaliteti) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi vahidi. 2006-cı ilədək Telavi rayonu adlanırdı.
Cem Belevi
Cem Belevi (4 iyun 1987, İzmir) türk pop, arabesk müğənnisi və aktyorudur. O, daha çox Ayşe ilə "Kim Ne Derse Desin"də əməkdaşlıq etməsi ilə tanınmışdır. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır. Anası rəssam, atası isə pianoçu'dur. == Musiqi Kariyerası == 2013-cü ildə Bilmezsin adlı debüt albomunu buraxmışdır. "Günaydın Sevgilim" (ingiliscə: "Günaydın mənim sevgilim") albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjeman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur. Mahnı Türkiyə'də çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur.
Deli
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.
Delfi arabaçısı
Delfi arabaçısı (yun. Ἡνίοχος, cilov sahibi) — Qədim Yunanıstandan bu dövrümüzə gəlib çıxmış heykəldir və qədim tunc heykəltəraşlıq nümunəsidir. == Haqqında == Heykəltəraşın adı məlum deyil, lakin stilistik səbəblərə görə heykəlin Afinada hazırlandığını iddia edirlər. Onun Afina mənşəli olduğu bilinən Pirey Apollon heykəli ilə müəyyən oxşarlıqları var. == Tarixi == Heykəl Yunanıstanın Delfi şəhərində Siciliyadakı tiran Gelalı Polizalın və onun arabasının eramızdan əvvəl 478 və ya 474-cü illərdə Delfidə Pithean Apollonun şərəfinə keçirilən Pif Oyunlarında qazandığı iki qələbədən birinin xatirəsinə ucaldılıb. .
Delfi metodu
Delfi metodu və ya delfi texnikası informasiyanın toplanmasının ekspert qiymətləndirmələri metodlarından biridir. == Əsas xüsusiyyətləri == === Birinci mərhələ === Birinci mərhələdə tədqiq edilən problem üzrə işçi qrupu yaradılır və onlar məntiqi əsaslandırmalarla tədqiq edilən problemə dair hipotezalar irəli sürür və onun əsasında ekspertlərin qiymətləndirəcəyi sualları özündə əks etdirən anket hazırlayırlar. === İkinci mərhələ === İkinci mərhələdə həmin anket müəyyən kriteriyalara uyğun olaraq seçilmiş ekspertlərə təqdim edilir. Hər bir ekspert bir-birindən xəbərsiz anketlərdə qoyulmuş sualları müəyyən bal şkalasına uyğun olaraq qiymətləndirir. Ekspertlərin verdikləri qiymətlər atributiv və ya kəmiyyət əlamətlərinə görə sıralanır. Hər bir sual üzrə orta qiymət, meddiana və kvartili (birinci və üçüncü kvartili) hesablanılır. Birinji və üçünjü kvartilinin qiymətləri intervalına uyğun gəlməyən cavablar nəzərdən keçirilmir. Kvartilinin qiymət intervalına daxil olan cavablar əsasında verilmiş qiymətlərin dispersiyası hesablanılır. Dispersiyanın kənarlaşma səviyyəsinin sıfıra yaxın olması verilmiş qiymətlərin cavablarının reprezentativliyini xarakterizə edir. === Üçüncü mərhələ === Üçüncü mərhələdə cavabları kvartilinin qiymət intervalına uyğun gəlməyən ekspertlərin suallara verdikləri cavabların qiyməti və onların rəyləri verdikləri qiymətldər kvartilinin qiymətləri intervalında yerləşən ekspertlərə təqdim edilir.
Deyvi Çeyz
Deyvi Elizabet Çeyz qızlıq soyadı: Çeyz-Şvaller (ing. Daveigh Elizabeth Chase; 24 iyul 1990) — ABŞ aktrisası, fotomodeli və müğənnisi.
Edmund Delli
Edmund Delli — Amerika hərbçisi, polkovnik, mühəndis. == Fəaliyyəti == Birinci dünya müharibəsi (1914-1918) dövründə Şərur və Naxçıvan mahallarında yaradılmış müttəfiq idarəçiliyi zonasına Antanta dövlətlərinin Ermənistandakı ali komissarı, amerikalı polkovnik V.Haskel tərəfindən təyin edilmiş qubernator. 1919-cu il oktyabrın 23-də vəzifəsinin icrasına başlayacağı bildirilsə də, yalnız Naxçıvanın deyil, bütün İrəvan quberniyasının türk-müsəlman əhalisi Haskelin bu təyinatına qarşı çıxdı. 1919-cu il oktyabrın ortalarında Haskel Parisə çağırılmış, onun müavini polkovnik Ceyms Rey isə neytral zona məsələsini müzakirə etmək üçün Bakıya getmişdi. Oktyabrın 24-də o, Naxçıvana gələrək, Haskelin bəyanatını elan etmiş və bu bəyanata uyğun olaraq, Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund L.Dellinin qubernator təyin edilməsi haqqında sərəncam imzalamışdı. Lakin bundan narazı qalan Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə Ceyms Rey qərarını dəyiş məli olmuş, polkovnik Edmund L.Delli Naxçıvanda general-qubernator kimi deyil, ali komissarın nümayəndəsi kimi qalmışdı. Ermənistanda olan ABŞ zabitlərinin noyabrda Edmund L.Delliyə köməyə gəlməsi Naxçıvan və Şərur əhalisinin narazılığını daha da artırmış və Delli ona köməyə gəlmiş zabitləri yenidən İrəvana qaytarmağa məcbur olmuşdu. Amerikalılar 1920-ci ilin yanvarında Şəruru və Naxçıvanı tərk etmişdilər. == Həmçinin bax == Naxçıvanda Amerika general-qubernatorluğu == Ədəbiyyat == Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
Selvi Kılıçdaroğlu
Dəhləvi
Əmir Xosrov Dəhləvi (1253 – 27 sentyabr 1325, Dehli) — Hindistanın türk əsilli böyük şair və musiqiçisi. Dəhləvi özündən sonra çox zəngin bir irs qoyub getmişdir. XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi təzkirələrinin birində Əmir Xosrov haqqında bilgi verərkən Xosrov Dəhləvi divanının 4 - 5 yüz min beyt arasında olduğunu qeyd edir. Əmir Xosrov dühasına dəlalət edən faktlardan biri də onun, nəzm və nəsr nümunələrini eyni ustalıqla yaratmasıyla bərabər, elmi əsərlər də qələmə almasıdır. Üstəlik, böyük musiqiçi və musiqişünas da olmuşdur. O, musiqinin həm nəzəri, həm də təcrübəi aspektləri ilə bilavasitə məşğul olmuşdur. === Haqqında çap edilən kitablar === 4 aprel 2023-cü ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Əmir Xosrov Dəhləvi” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, “Ön söz”ünün müəllifi və məsul redaktor filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır. == Həmçinin bax == Dəhləvi Əmir Xosrov. Şirin və Xosrov / Tərcümə ed., ön sözün və şərhlərin müəl.
Dələli
Dələli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dələli (oyk.), (düz.) - Cəlilabad rayonunun Qarakazımlı inzibati ərazi vahidində kənd. Burovar/Buravar dağ silsiləsinin ətəyindədir. Oykonim ehtimalən türk mənşəli tele tayfasının fonetik dəyişikliyə uğramış adından və mənsubiyyət bildirən "-li" şəkilçisindən ibarətdir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 640 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. == Alınması == 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} == Qələvilərin adlandırılması == Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Vezuvi
Vezuvi vulkanı (it. Monte Vesuvio, lat. Mons Vesuvius) — İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan vulkanik dağ. Eramızın 79-cu ilində Ve­zu­vi vul­ka­nı­nın partlayışı Neapol­un cə­nu­bun­da­kı Pompey, Herkulanum və Stabiya şə­hə­rləri­nin yox ol­ma­sı­na səbəb olmuşdur. Vezuvi vulkanı eyni zamanda Spartakın başlatdığı üsyana ev sahibliyi edən ilk yerdir. Spartak, eramızdan əvvəl 73-cü ildə Capua şəhərindəki qladiator məktəbindən qaçan 77 dostu ilə birlikdə Vezuvi dağına sığındı. == Təhlükəsi haqqında == Maqma dəliklərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri 1944-cü ildən bəri "susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8–9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Bu maqmanın sonuncu, 1944-cü ildəki partlayışda olduğu kimi bazaltik xüsusiyyətə sahib olması halda, partlayışın çox şiddətli olmaması ehtimalı ifadə edilmişdir.Vezuvi vulkanı püskürdükdə İtaliyanın bir şəhəri lavanın altında qalmışdır. Mütəxəssislər lazımi tədbirlər görülməsə Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insanın öləcəyini bildirirlər.
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Ceyms Beluşi
Ceyms Beluşi (ing. James Adam Belushi; 15.6.1954) — ABŞ aktyoru. == Həyatı == == Maraqlı faktlar == Hollivudun məşhur aktyoru Ceyms Beluşi reklam çəkilişi üçün ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə gəlib. Aktyor jurnalistlərə verdiyi müsahibədə ona ən çox xoş təsir bağışlayan şeylərin “Sultan Əhməd” (məscidi) və şəhərin taksi sürücüləri olduğunu deyib. “8 yaşlı oğlum bizi müşayiət edən rəhbərdən dəstəmaz almağı və namaz qılmağı öyrəndi. Sonra isə məscidin içində yerə yıxılaraq namaz qılmağa çalışdı”. Aktyor “Yerəbatan Sarnıcı”na getdiklərini, oğlunun bu yeraltı məkanda qorxduğunu və “yaxşı ki, namaz qıldım və Allaha dua etdim” dediyini bildirib. “Ayasofiya”ya da getdiklərini bildirən aktyor bu tarixi məkanın bağlı olduğunu dedi. Beluşi azan səsinin də böyük təsir qüvvəsinə malik olduğunu bildirib: “Azan səsini eşitmək insanın tüklərini biz-biz edən müdhiş bir təcrübədir. Çox böyük təsiredici gücü var”.
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Dəlili (Ərdəbil)
Dəlili (fars. دليلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (63 ailə).
Ket Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Meşə dələsi
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.