Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Troll
Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluq. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Troll ferması
Trol ferması və ya trol fabriki (ing. troll farm or troll factory) siyasi rəyə və qərar qəbul etmə prosesinə müdaxilə etməyə çalışan internet trollarının institutlaşmış qrupudur. Bəzən hökumətlər təbliğat yaymaq və tənqidçilərə hücum etmək üçün klaviatura ordularına mükafatlar, pullu ödənişlər edir. Hesabatalara görə, bu hökumətlər jurnalistləri sıxışdırmaq və mediayaya inamı sarsıtmaq, seçkilərə təsir etmək üçün pullu şərhçilərdən, trollardan və botlardan istifadə edirlər. Troll fermasının üzvləri sosial media və onlayn forumlarda əvvəlcədən müəyyən edilmiş mesajlarlarla, məqalələrlə doldurmaq, şərhlər yazmaq üçün saxta onlayn profillər yaradaraq fəaliyyət göstərən peşəkar qruplardır. Ödənişli əsasda sosial şəbəkələrdə trolluq etməklə məşğul olan şəxslər və ya səhifələr internet mühitində ölkələrə və ya milli, dini, irqi, cinsi və s. azlıqlara qarşı süni şəkildə formalaşdırılmış aqressiv kütlə görüntüsü və effekti yaratmağa çalışan qruplardan biri də hesab etmək olar. Trollar müəyyən bir siyasətçini tərifləmək və ya hökuməti tənqid edən birinə hücum etmək kimi öncədən planlaşdırılmış məqsədləri var. Onlar koordinasiyalı şəkildə işləyir, bir-birinin yazılarını paylaşır, şərh edir və geniş şəkildə paylaşılan viral bir baxış, mövqe illüziyası yaradırlar. Trolların fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır.
Roll teoremi
Roll teoremi — parçanın uclarında bərabər qiymətlər alan funksiyanın törəməsinin sıfırları haqqında diferensial hesabının əsas teoremi. Teorem. [ a , b ] {\displaystyle [a,b]} parçasında kəsilməz, ( a , b ) {\displaystyle (a,b)} intervalında differensiallanan y = f ( x ) {\displaystyle y=f(x)} funksiyası [ a , b ] {\displaystyle [a,b]} parçasının uc nöqtələrində bərabər f ( a ) = f ( b ) {\displaystyle f(a)=f(b)} qiymətləri alırsa, onda ( a , b ) {\displaystyle (a,b)} intervalında yerləşən heç olmasa bir elə γ {\displaystyle \gamma } nöqtəsi var ki, bu nöqtədə funksiyanın törəməsi sıfra bərabərdir: f ′ ( γ ) = 0 {\displaystyle f'(\gamma )=0} . Funksiya [ a , b ] {\displaystyle [a,b]} parçasında sabit olduqda teoremin doğruluğu aydındır. Bu halda f ( x ) {\displaystyle f(x)} -in törəməsi ( a , b ) {\displaystyle (a,b)} intervalının bütün nöqtələrində sıfıra bərabərdir və γ {\displaystyle \gamma } nöqtəsi olaraq istənilən nöqtəni götürmək olar. İndi fərz edək ki, f ( x ) {\displaystyle f(x)} funksiyası sabit deyil. O, [ a , b ] {\displaystyle [a,b]} parçasında kəsilməz olduğundan Veyerştrassın ikinci teoreminə görə özünün dəqiq aşağı m 0 {\displaystyle m_{0}} və dəqiq yuxarı M 0 {\displaystyle M_{0}} sərhədinin hər birini həmin parçanın heç olmasa bir nöqtəsində alır. Sabit olmayan f ( x ) {\displaystyle f(x)} funksiyası üçün m 0 < M 0 {\displaystyle m_{0}<M_{0}} olar və f ( a ) = f ( b ) {\displaystyle f(a)=f(b)} şərtinə görə funksiya m 0 {\displaystyle m_{0}} və M 0 {\displaystyle M_{0}} sərhədlərinin heç olmasa birini parçasının daxili nöqtəsində alar. Tutaq ki, f ( x ) {\displaystyle f(x)} funksiyası dəqiq aşağı sərhəddini daxili γ {\displaystyle \gamma } nöqtəsində alır: f ( γ ) = m 0 , ( a < γ < b ) {\displaystyle f(\gamma )=m_{0},(a<\gamma <b)} . Onda kifayət qədər kiçik olan ixtiyarı | Δ x | {\displaystyle |\Delta x|} üçün f ( γ + | Δ x | ) ≥ f ( γ ) {\displaystyle f(\gamma +|\Delta x|)\geq f(\gamma )} , buradan f ( γ + Δ x ) − f ( γ ) Δ x ≤ 0 {\displaystyle {\frac {f(\gamma +\Delta x)-f(\gamma )}{\Delta x}}\leq 0} , Δ x < 0 {\displaystyle \Delta x<0} olduqda, ( 1 ) {\displaystyle (1)} f ( γ + Δ x ) + f ( γ ) Δ x ≥ 0 {\displaystyle {\frac {f(\gamma +\Delta x)+f(\gamma )}{\Delta x}}\geq 0} , Δ x > 0 {\displaystyle \Delta x>0} olduqda .
Satin Doll
"Satin doll" Dyuk Ellinqton və Billi Streyhorn tərəfindən yazılan caz standartı dır. 1953-cü ildə yazılmış bu kompozisiya müxtəlif vaxtlarda Ella Fitcerald, Frank Sinatra, "101 Strings" orkestrı, Terri Kaliyer, Nensi Vilson və s. ifaçılar tərəfindən səsləndirilmişdir. "Satin doll " orjinal olaraq do major ladında yazılmışdı, lakin sonradan ifaçıların səs tonuna uyğun olaraq mahnı dəfələrlə modulyasiya edilmişdir. İnstrumental versiyada hitə çevrilən bu musiqiyə Coni Merçer tərəfindən sözlər də yazılmışdır. O zamanlar Coni Merçer bir çox belə instrumental musiqilərə söz yazırdı. Musiqinin müəllifi olan Dyuk Ellinqton adətən onu öz konsertlərinin axırında bağlanış musiqisi kimi ifa edirdi. Bəzi fikirlərə görə isə bu kompozisiya əslində Dyuk Ellinqtonun orkestrında ifa edən və onunla yaxından əməkdaşlıq edən Billi Streyhornun bəstəsidir. Ona görə də indiyədək hər iki müsiqiçinin adı müəllif kimi qeyd olunur.
Rok-n-roll
Rok-n-roll (ing. rock and roll və ya rock'n'roll) — ABŞ-da 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində inkişaf etmiş populyar musiqi janrıdır. Elvis Presli "rok-n-rollun kralı" adlandırılmışdır. Bəzi insanlar bu musiqinin vətəndaş hüquqları hərəkatına müsbət təsir etdiyinə inanırlar, çünki həm qara dərili, həm də ağ dərili amerikalı yeniyetmələr bu musiqidən zövq alırdılar.
Unbreakable Machine-Doll
Unbreakable Machine-Doll, Yaponiyada tanınan adı ilə Machine-Doll wa Kizitsukanai (機巧少女は傷つかない, Mashin-Dōru wa Kizutsukanai, azərb. Qırılmaz maşın-kukla‎) və ya Kikō Shōjo wa Kizutsukanai — Ruroo-nun rəssamlığı ilə Reyci Kayto tərəfindən yazılan ranobeseriyası. Media Factory nəşriyyatı 2009-cu ilin noyabrından bu yana MF Bunko J imprinti altında ranobenin 15 cildini buraxmışdır. İki manqa adaptasiyası istehsal olunmuşdur: Hakaru Takaqinin rəssamlığı ilə hazırlanan manqa 2010-cu ilin aprelindən "Monthly Comic Alive" jurnalında, Misato Kamadanın rəssamlığı ilə hazırlanan manqa 2013-cü ilin aprelindən "Monthly Comic Gene" jurnalında nəşr olunur. Kinema Citrus studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı Yaponiyada 7 oktyabr 2013-cü ildən 23 dekabr 2013-cü ilə kimi yayımlanmışdır. XX əsrin əvvəllərində Böyük Britaniyanın alternativ tarix versiyasında alimlər texnologiya ilə sehrbazlığı birləşdirərək Maçinart adlı yeni sahə yaratmağa müvəffəq olublar. Sehrin köməyi ilə hazırlanmış çevrələr sayəsində müxtəlif cisimlərə həyat və süni intellekt verilir. Bu avtomatlar artıq hərbi məqsədlər üçün istifadə edilir və bütün dünyaya yayılıblar. Onların hazırlanmasında iştirak edən şəxslərə kuklaçı deyilir. Rayşin Akabane adlı kuklaçı nüfuzlu Valpurqis Kral Maçinart Akademiyasında təhsil almaq məqsədilə Yaya adlı avtomatı ilə Yaponiyadan Liverpul şəhərinə gəlir.
Machine-Doll wa Kizutsukanai
Unbreakable Machine-Doll, Yaponiyada tanınan adı ilə Machine-Doll wa Kizitsukanai (機巧少女は傷つかない, Mashin-Dōru wa Kizutsukanai, azərb. Qırılmaz maşın-kukla‎) və ya Kikō Shōjo wa Kizutsukanai — Ruroo-nun rəssamlığı ilə Reyci Kayto tərəfindən yazılan ranobeseriyası. Media Factory nəşriyyatı 2009-cu ilin noyabrından bu yana MF Bunko J imprinti altında ranobenin 15 cildini buraxmışdır. İki manqa adaptasiyası istehsal olunmuşdur: Hakaru Takaqinin rəssamlığı ilə hazırlanan manqa 2010-cu ilin aprelindən "Monthly Comic Alive" jurnalında, Misato Kamadanın rəssamlığı ilə hazırlanan manqa 2013-cü ilin aprelindən "Monthly Comic Gene" jurnalında nəşr olunur. Kinema Citrus studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı Yaponiyada 7 oktyabr 2013-cü ildən 23 dekabr 2013-cü ilə kimi yayımlanmışdır. XX əsrin əvvəllərində Böyük Britaniyanın alternativ tarix versiyasında alimlər texnologiya ilə sehrbazlığı birləşdirərək Maçinart adlı yeni sahə yaratmağa müvəffəq olublar. Sehrin köməyi ilə hazırlanmış çevrələr sayəsində müxtəlif cisimlərə həyat və süni intellekt verilir. Bu avtomatlar artıq hərbi məqsədlər üçün istifadə edilir və bütün dünyaya yayılıblar. Onların hazırlanmasında iştirak edən şəxslərə kuklaçı deyilir. Rayşin Akabane adlı kuklaçı nüfuzlu Valpurqis Kral Maçinart Akademiyasında təhsil almaq məqsədilə Yaya adlı avtomatı ilə Yaponiyadan Liverpul şəhərinə gəlir.
Rok-n-roll ailəsi (şou, 2008)
Rok-n-roll ailəsi 2008-ci ildə keçirilən Hindistan Rəqs müsabiqəsidir. Müsabiqənin münsifləri ər-arvad Acay və Kacol Devqan və Aktrisa Sobna Samart olub.Müsabiqənin qalibi Roy ailəsi olub. Rejissor:Satis Dutt Aparıcılar:Şarad Kelkar,Mauli Deyv Münsiflər:Acay Devqan,Kacol Devqan,Sobna Samart Soundtrekt:Sonu Niqam Seriya sayı:24 Vaxt:90 dəqiqə Kanal:ZEE TV Tarix:15 mart 2008–14 iyun 2008 Qalib:Roy ailəsi 1.Saksena ailəsi 2.Bhalke ailəsi 3.Roy ailəsi.
Atoll
Atoll – tropiklərdə yayılmış daxili laqunu ensiz həlqəvi rif əhəngdaşı tirəsi şəklində (mərcan səddi) qapayan mərcan adası. Atoll adətən sualtı vulkanın zirvəsi üzərində inkişaf edir. Tirənin xarici yamacı çox dik (45°-60°) olur. Həlqənin daxilində adətən ləpədöyən bənd və çimərlik, qumlu dayazlıq, sualtı platonu dövrələyən laqun yerləşir. Atoll su səthindən bir neçə m hündürlüyə qalxır. Eni müxtəlif olub, 90 km-ə çatır. Atoll mərcanların, karbonat-su yosunlarının, mamırabənzərlərin həyat fəaliyyəti nəticəsində yaranır. Sinonim: Həlqəvi rif. Mərcanların əsasını adətən sualtı vulkanların əsası təşkil edir. Atollun hündürlüyü 7 m-ə qədər, diametri isə bir neçə km-dən 90 km-ə qədər ola bilər.
Drozd
Drozd (ing. Drozd, rus. Дрозд), ən tanınmış aktiv müdafiə sistemlərindən biridir. Rusiya tərəfindən hazırlanmış və Əfqanıstan müharibəsində ilk dəfə istifadə edilmişdir. Əfqanıstan müharibəsi gedişatında 1983-cü ildə T-55A tanklarına quraşdırılmış bu sistemlər Əfqan mücahidlərinin idarəolunan tank əleyhinə raketlərinə və raket buraxıcı qurğularına qarşı müqavimət göstərə bilmək məqsədilə yaradılmışdır. Sistem 1977–78-ci illərdə A. Şipunovaya bağlı bir KBP dizayn bürosu olan Kompleks 1030M-01 tərəfindən kəşf edilmişdir. Drozd radarı 24,5 GHz Doppler radar siqnalları göndərərək tanka 70 ilə 700 m/s arasında bir sürətlə yaxınlaşan bir obyekt (raket və ya döyüş raketi) aşkar edə bilər. Daha sonra kompüter 107 mm diametrli bir raketi atışa hazırlayır. Tanka yaxınlaşan raket tankdan 7 metrlik məsafəyə gəldikdə, bu raket partlayır, parçalanma effekti ilə böyük qəlbələr atır və gələn raketi və ya idarə olunan raketi havada partladır. Əvvəlcə ön tərəfi 60° bucaq altında müdafiə edən sistem daha sonra inkişaf etdirildi və 120°-lik müdafiə təmin etdi.
Dryul
Drül (fr. Drulhe, oks. Drulha) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12091. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 38 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 401 nəfər təşkil edirdi. 2007-ci ildə 233 yaşda olan (15-64 yaş arasında) 175 nəfər iqtisadi fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,1%, 1999-cu ildə 69.4%).
Drüel
Drüel (fr. Druelle, oks. Druèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12090. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 7 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 1941 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1300 nəfər (15-64 yaş) arasında 1028 nəfər iqtisadi fəal, 272 fəaliyyətsizdir (fəaliyyət göstərici 79.1%, 1999-cu ildə 77.0%).
Prokl
Próklus Diadóxus (/ˈprɒkləs laɪˈsiəs/; ən tezi 7 fevral 412 və ən geci 8 fevral 412, Konstantinopol, Bizans imperiyası – 17 aprel 485, Afina, Bizans imperiyası) — antik dövrün neoplatonçu filosofu, Platon Akademiyasının rəhbəri (skolarxı), neoplatonizm məktəbinin sonuncu ən tanınmış nümayəndəsi. Onun öyrənciləri yazırdılar ki, o çoxlu tanınmış müəllimlərdən dərs almış, müdriklik məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və abid həyatı sürmüşdür. "İlahiyyatın ilk əsasları" (yun. Στοιχείωσις θεολογική), "Platon ilahiyyatı" (yun. Περὶ τῆς κατὰ Πλάτωνα θεολογίας), "Fizikanın başlanğıcı" (yun. Στοιχείωσις φυσική) kimi kitabların, eləcə də Platonun "Timeus", "Parmenides", "Alkibiades", "Kratilus" əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. Digər neoplatoçular kimi Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Ancaq, bu inkişaf əslində tənəzzül demək idi, çünki o əks istiqamətdə inkişaf edirdi: kamildən naqisə, işıqdan qaranlığa olan kimi.
Qrole
Qrole (Val-d'Uaz)
Dell
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.
Dodl
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibətilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Drom
Drom (departament)
Dron
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Drül
Drül (fr. Drulhe, oks. Drulha) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12091. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 38 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 401 nəfər təşkil edirdi. 2007-ci ildə 233 yaşda olan (15-64 yaş arasında) 175 nəfər iqtisadi fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,1%, 1999-cu ildə 69.4%).
Ceyson Dolli
Ceyson Skot Dolli (5 iyul 1991, Los-Anceles, Kaliforniya) — Amerika aktyoru, müğənnisi, musiqiçisi. Ən məşhur rolu Uğurlar, Çarli! filmindəki Picey Dankan roludur.
Dolli (qoyun)
Dolli (ing. Dolly) - İlk klonlaşdırılmış heyvan olan qoyunun ləqəbi. Klonlaşdırma Ian Wilmut və əməkdaşları tərəfindən Edinburq universiteti Roslin institutunda PPL Therapeutics biotexnologiya şirkəti ilə birgə həyata keçirilmişdir. 1996-cı ildə süd vəzi hüceyrəsindən düzəldilmiş quzuya ad vermə zamanı çatdıqda, tədqiqat qrupunun lideri Yan Vilmut (Ian Wilmut) süd vəzi ilə assosiasiya etməyə çalışır və daha cəlbedici ad ağlına gəlməyərək, iri sinəsinə görə tanınmış amerikalı müğənni Dolly Partonun ismini verir.
Dolli Medison
Dolli Medison (ing. Dolley Payne Todd Madison; 20 may 1768[…] – 12 iyul 1849[…], Vaşinqton) — ABŞ siyasətçisi, 4-cü Prezidenti Ceyms Medisonun həyat yoldaşı.
Dollo qanunu
Dollo qanunu və ya Təkamülün dönməzlik qanunu – 1893-cü ildə Belçika paleontoloqu Lui Dollo tərəfindən verilmiş qanun. Qanuna görə istənilən orqanizm təkamül nəticəsində heç vaxt öz keçmiş formasına (hətta eyni mühit şəraiti olsa belə) qayıda bilməz. Riçard Dokinz Dollo qanunu belə izah edir ki, Dbu qanuna görə təkamülə təsir edən parametrlər o qədər çoxdur ki, baş verən dəyişikliyin təkrarlanması və ya bütünlüklə əvvəlki vəziyyətinə dönməsi ehtimalı statistik olaraq mümkünsüzdür. Stiven Cey Quld isə Dokinzə nisbətən məsələyə daha yumşaq yanaşmış və Dollo qanununu "dönməyən proses" mənasında ehtimallar kainatından seçilən bir ehtimalın digər ehtimalları məhv etməsi ilə izah etmişdir. Yəni qarşıya A, B, C, D ehtimalları mövcuddursa və A seçilərsə, digər 3 ehtimal normal olaraq ortadan qalxır. Qulda görə Dollo bu qanunda "dönməyən prosesi" izah etməyə çalışmışdır. Şimali Amerikadakı Gastrotheca guentheri növündəki qurbağaların alt çənələrindəki dişlərin 200 milyon il sonra yenidən atalarındakı vəziyyətə təkamül keçirməsi "geriyə təkamül" ilə izah olunur. Sudan quruya çıxan heyvanların bəzilərinin su mühitinə qayıtması da misal kimi çəkilə bilər. Dollo qanunu təkzib edən misallardan digəri də tikanbalıqlarıdır. Tikanbalıqlarının əcdadları güclü pulcuqlara, zirehə və üç xətli tikanlara sahib heyvanlar olmuşdur.
Doral, Florida
Doral — ABŞ-nin Florida ştatındakı Mayami dairəsində yerləşən şəhərdir. 26 noyabr 2009 tarixində şəhərin əhalisinin 54116, metropoliya əhalisinin isə 5.422.000 nəfər olduğu bildirilmişdir. 6 iyun 1963-cü ildə qurulmuş və əməliyyat sahəsi Mərkəzi və Cənubi Amerika ilə Karib dənizi hövzəsini əhatə edən və Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biri olan ABŞ Cənub Komandanlığının (ing. United States Southern Command (USSOUTHCOM)) mərkəzi Doral şəhərində yerləşir. 15 mart 2010-cu ildə aparılmış siyahıyaalmaya əsasən, şəhərin əhalisinin 29,358 nəfərdən, 3.105 evdən və 2.855 ailədən ibarət olduğu müəyyən edilmişdir. Şəhər əhalisinin bölgüsünün 97,84% ağ, 0,10% Afro-Amerikalı, 0,25% yerli amerikalılar, 0,05% Asiya mənşəlilər, 0,45% isə digər qruplardan ibarət olduğu müəyyən edilmişdir. 1 aprel 2000-ci il tarixdə aparılmış siyahıyaalmaya əsasən, şəhər əhalisinin 8261 nəfərdən, 3.047 evdən və 2.404 ailədən ibarət olduğu müəyyənləşdirilmişdir. Şəhərin əhalisinin bölgüsündə 97,84% ağ, 0,10% Afro-Amerikalı, 0,25% yerli amerikalı, 0,05% Asiya mənşəli, 0.45% isə digər qruplardan ibarət olduğu olduğu müəyyən edilmişdir.
Droid 3
Motorola Droid 3 — Motorola korporasiyası tərəfindən istehsal olunan mobil telefon. Motorola Milestone 3/XT883 QWERTY klaviatura ilə slayder form-faktorunda hazırlanıb. Smartfon 4 düym diaqonallı və 540х960 piksel kəskinlikli ekrana, 16 QB birləşdirilmiş yaddaşa, microSDHC slotuna, video zənglər üçün ön kameraya, əsas 8 meqapiksel kameraya və videonu 1080p formatında yazmaq imkanına malikdir. Droid 3 1 QHz tezlikli ikinüvəli TI OMAP 4430 prosessoru əsasında hazırlanıb, Wi-Fi, GPS və Bluetooth modulları ilə təchiz edilib. Motorola Milestone 3 Android 2.3 əməliyyat sisteminin nəzarəti altında işləyir.
Roli
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Drone metal
Drone metal — (digər adı ilə drone doom, vəya power ambient) üslubu doom metalın alt növlərindən biridir. Drone Doom isə tamamilə Noise və Ambient təsirli və minimalist bir növdür. Olduqca statik və təkrarlanan səslərin istifadə edilməsiylə meydana gəlir, dinlənilməsi isə həddindən artıq çətin və yorucudur. Uzun mahnılar təkrar edən quruluşda ağır irəliləyir, vokallar əsasən dərindən qışqırıq tərzində olur və ya 30 dq-lik mahnı sadəcə musiqidən ibarət ola bilir(vokalsız). Musiqi boşluq hissi verir, ritm və tempdən məhrumdur. Təmsilciləri Sunn O))), Earth və Boris (qrup) qruplarıdır.