Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Tətbiqi elmlər
Texniki elmlər — Texnikanın özünü və ya onun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən hadisələri tədqiq edən elmlər məcmusu. Texniki elmlərin inkişafına qədim dövr mühəndislərindən Arximed, Heron, Papp, Leonardo da Vinçi və başqaları böyük töhfə vermişlər. İlk texniki elmlərdən biri fizika və arxitektura elmləri daxilində öyrənilən mexanika elmi olmuşdur. Sənayedə inqilabın baş verməsi ilə texnika və texnologiyanın akademik səviyyədə öyrənilməsinə tələbat yarandı. Texniki elmlərin tədrisi ilə məşğul olan belə təhsil müəssisələrindən biri 1794-cü ildə əsası qoyulan Qaspar Monjanın Politexnik məktəbi olmuşdur. Bununla da kütləvi şəkildə mühəndis biliklərinə yiyələnmək dövrü başladı. Bu da XIX əsrdə elektrotexnikanın, XX əsrdə isə radiotexnikanın, kosmonavtikanın, robot texnikasının yaranması və inkişaf etdirilməsinə gətirib çıxarıblar. Tətbiqi elmlər bir və ya bir neçə təbiət elmləri sahəsindəki elmi biliklərin praktikada yaşanan problemlərinin həllindəki istifadəsinə verilən addır. Mühəndislik elmləri tətbiqi elmlərin ən yaxşı nümunələridir. Tətbiqi elmlər texnologiya üçün çox vacib bir sahədir.
Tətbiqi fizika
Tətbiqi fizika müəyyən texnoloji və ya praktiki məqsədə çatmaq niyyəti ilə fiziki obyektlər haqqında biliklərin istifadəsidir. Həmçinin fizika və mühəndislik arasında körpü və ya əlaqə olaraq hesab edilir. "Tətbiqi" ifadəsi tədqiqatçıların motivasiyası və münasibəti və fəaliyyətdən təsirlənə biləcək texnologiya və ya elmlə əlaqənin təbiəti kimi amillərin incə kombinasiyası ilə "saf"dən fərqlənir. Tətbiqi fizika fundamental həqiqətlərə və fiziki elmlərin əsas anlayışlarına söykənir, lakin elmi prinsiplərin praktik cihazlarda və sistemlərdə istifadəsi və fizikanın elmin digər sahələrində tətbiqi ilə əlaqədardır. Tətbiqi fizika müəyyən mənada mühəndislikdən fərqlənir; tətbiqi fizik bir şey dizayn etmir, əksinə yeni texnologiyaların inkişafı və ya mühəndislik probleminin həlli məqsədi ilə fizika tədqiqatları aparır. Bu yanaşma tətbiqi riyaziyyata olan yanaşma ilə oxşardır. Tətbiqi fiziklər də elmi tədqiqatlar üçün fizikanın istifadəsi ilə maraqlanırlar. Məsələn, sürətləndirici fizikası sahəsi yüksək enerji toqquşdurucularının dizaynını və inşasını təmin edən mühəndislərlə işləməklə nəzəri fizikadaki tədqiqatlara töhfə verə bilər.
Tətbiqi proqramlar
Tətbiqi proqramlar və ya Tətbiqi proqram paketi (TPP) – istifadəçinin müəyyən sinif məsələlərini həll etmək üçündür. == Tətbiqi proqramların funksiyaları == Tətbiqi proqramlar istifadəçinin aşağıda göstərilən işlərini yerinə yetirir: Mətnlərin emalı (Lexicon, ChiWriter, Microsoft Word, LibreOffice Writer və s.) Elektron cədvəllərin emalı (Microsoft Excel, LibreOffice Calc və s.) Verilənlər bazasının idarəsi (FoxPro, Paradox, Microsoft Access, LibreOffice Base və s.) Kommunikasiya (Internet Explorer, Netscape Communicator) İdarəetmənin avtomatlaşdırılması-Avtomatlaşdırılmış idarəetmə sistemləri (Market Manager və b.) Multimedia (Windows Media Player və b.) Simulyasia (modelləşdrmə) Treyninq Texniki servis Tərcümə (Dilmanc) Diaqnostika Qeyd olunan funksialar tətbiqi proqramların "bacardığı" işlərdən yalnız bir hissəsidir. == Ədəbiyyat == Ə.M.Abbasov, M.A.Camalbəyov və b. "Market Manager" İdarəetmə sistemi. Elmi-metodik vəsait.- "İqtisad Universiteti" nəşriyyatı. Bakı, 2002, 156 s. Hesablama maşınları və kompüterlər haqqında ümumi məlumat, R.Q. Ələkbərov, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu. Соломенчук В.Г. Аппаратные средства персональных компьютеров – СПБ.: БХВ –Петербург, 2003 – 512с.
Tətbiqi riyaziyyat
Tətbiqi riyaziyyat — riyazi metodların müxtəlif sahələrdə, o cümlədən fizika, mühəndislik, tibb, biologiya, biznes, kompüter elmləri və sənayedə tətbiqi. Beləliklə, tətbiqi riyaziyyat riyazi elmlə ixtisaslaşdırılmış biliyin birləşməsidir. "Tətbiqi riyaziyyat" termini, həmçinin riyaziyyatçıların riyazi modelləri formalaşdıraraq və öyrənərək praktiki problemlərin üzərində işlədiyi peşə ixtisasını təsvir edir. Keçmişdə praktiki tətbiqlər riyazi nəzəriyyələrin (hansı ki, sonralar mücərrəd anlayışların öyrənildiyi xalis riyaziyyatda araşdırma mövzusu olmuşdur) inkişafına təkan vermişdir. Beləliklə, tətbiqi riyaziyyatın fəaliyyəti xalis riyaziyyatdakı tədqiqatlarla sıx bağlıdır. == Tarixi == Tarixən tətbiqi riyaziyyat, əsasən, tətbiqi təhlildən, xüsusən də, diferensial tənliklərdən; aproksimasiya nəzəriyyəsindən və tətbiqi ehtimaldan ibarət olmuşdur. Riyaziyyatın bu sahələri Nyuton fizikası ilə birbaşa əlaqəlidir və əslində, riyaziyyatçılar və fiziklər arasındakı aydın fərq 19-cu əsrin ortalarına qədər kəskin şəkildə vurğulanmamışdır. Bu tarix Amerika Birləşmiş Ştatlarına pedaqoji bir miras buraxmışdır: 20-ci əsrin əvvəllərinə qədər klassik mexanika kimi fənlər Amerika universitetlərinin əksəriyyətində Fizika kafedralarında yox, Tətbiqi Riyaziyyat kafedralarında öyrədilmişdir və axışqanlar mexanikasının hələ də Tətbiqi Riyaziyyat kafedralarında keçilməsi hallarına rast gəlinir. İndi maliyyə riyaziyyatı universitetlərdəki Riyaziyyat kafedralarında tədris olunur və bütövlükdə, tətbiqi riyaziyyatın bir qolu hesab olunur. Mühəndislik və kompüter elmləri kafedraları ənənəvi olaraq tətbiqi riyaziyyatdan istifadə edir.
Tətbiqi sosiologiya
Tətbiqi sosiologiya — konkret şəraitdə mütərəqqi sosial dəyişmələrin həyata keçirilməsinə istiqamətlənmiş, elmi cəhətdən kifayət qədər əsaslandırılmış proqnozlar, tövsiyələr işləyib hazırlayan elm sahəsidir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb,fəaliyyət göstərdikləri cəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir. == Sosiologiyanın predmeti == Sosiologiya yunan dilində “societas” (cəmiyyət) və yunanca “loqos” (söz, təlim) sözlərinin birləşməsindən meydana gələrək ən ümumi mənada cəmiyyət haqqında elm deməkdir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb, fəaliyyət göstərdikləri cəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir Sosiologiyanın predmetinə çoxlu sayda müxtəlif sosial hadisələr aid edilir: cəmiyyətlə şəxsiyyət arasında, millətlər, siniflər, nəsillər, digər sosial birliklər arasında münasibətlər yalnız ictimai - siyasi, mənəvi sahələr tədqiq edilməklə başa düşülə bilər. == Sosiologiyanın hissələri == Sosiologiya elmi iki bərabər hissədən: nəzəri və tətbiqi hissələrdən ibarətdir. === Nəzəri hissə === Nəzəri sosiologiya sosial proseslərin qanunauyğunluqlarını aşkara çıxarır. Nəzəri tədqiqatlar həmin qanunları daha adekvat əks etdirdikdə qiymətlidir. Nəzəri sosiologiya sosial gerçəklik barəsində biliklərin formalaşması, sosial inkişaf proseslərinin izahı və dərk olunması, sosioloji tədqiqatların metodologiyası və metodlarının işlənib hazırlanması ilə bağlı olan elmi problemləri həll edir. İşlənib hazırlanan nəzəriyyələr, konsepsiyalar iki başlıca suala cavab verməlidir: nə dərk olunur və necə dərk olunur? === Tətbiqi sosiologiya === Tətbiqi sosiologiya elə problemləri öyrənir ki, onlar sosial gerçəkliyin yenidən qurulması ilə, sosial proseslərə məqsədyönlü təsir göstərməyin yollarını, vasitələrini araşdırmaqla bağlıdır.
Tətbiqi dilçilik
Tətbiqi dilçilik - nəzəri dilçiliklə yanaşı, dilçilik elminin bir sahəsidir. Dilin öyrənməsi ilə bağlı təcrübi məsələlərin həllində, eləcə də digər sahələrdə linqvistik nəzəriyyənin təcrübi istifadəsi ilə bağlı elmdir. == Tarixi == Tətbiqi dilçilik ənənəsi qismən 1950-ci illərin sonlarında generativ dilçiliyin yaranması ilə dilçilikdə diqqətin azalmasına reaksiya olaraq özünü büruzə vermişdir və həmişə sosial məsuliyyətli rolunu qoruyub saxlamışdır. Tətbiqi dilçilik sahəsi Avropa və ABŞ-da başlasa da, bu sahə beynəlxalq kontekstdə sürətlə inkişaf etmişdir. Tətbiqi dilçilik ilk növbədə dilçiliyə əsaslanan prinsipləri və təcrübələri əhatə edirdi. 1960-cı illərdə isə tətbiqi dilçilik dilin qiymətləndirilməsi, dil siyasəti və ikinci dilin mənimsənilməsini əhatə edəcək şəkildə genişləndirilmişdir. Artıq 1970-ci illərdə tətbiqi dilçilik nəzəri dilçilikdən daha çox problem yönümlü sahəyə, o cümlədən real dünyada dil problemlərinin həllində mühüm rol oynayan sahəyə çevrilmişdir. 1990-cı illərdə tətbiqi dilçilik tənqidi tədqiqatları və çoxdilliliyi əhatə edəcək şəkildə genişlənmişdir. Tətbiqi dilçilikdə aparılan tədqiqatlar “dilin əsas məsələ olduğu real dünya problemlərinin nəzəri və empirik tədqiqinə” keçmişdir. ABŞ-da tətbiqi dilçilik də struktur dilçilikdən gələn fikirlərin tətbiqi kimi dar çərçivədə başlamışdır.
Veb tətbiqi
Veb tətbiqi (ing. web application) — veb brauzerdən istifadə edərək əldə edilən tətbiq proqramı. Veb proqramları ümumdünya hörümçək torunda aktiv şəbəkə bağlantısı olan istifadəçilərə çatdırılır. == Tarixi == "Netscape" 1995-ci ildə proqramçılara müştəri tərəfində işləyən istifadəçi interfeysinə bəzi dinamik elementlər əlavə etməyə imkan yaradan "JavaScript" adlı skript dilini təqdim etmişdir. Beləliklə, bütöv bir veb səhifə yaratmaq üçün serverə məlumat göndərmək əvəzinə, yüklənmiş səhifənin daxil edilmiş skriptləri daxiletmənin təsdiqlənməsi və ya səhifənin hissələrini göstərmək/gizlətmək kimi müxtəlif tapşırıqları yerinə yetirə bilər. 1999-cu ildə "Servlet Specification" 2.2 versiyasında "Java" dilində "veb tətbiqi" konsepsiyası təqdim edilmişdir. O zaman həm "JavaScript", həm də XML artıq işlənib hazırlanmışdı, lakin "AJAX" hələ yaradılmamışdı və "XMLHttpRequest" obyekti yalnız "ActiveX" obyekti kimi "Internet Explorer 5"də təqdim edilmişdi. "Gmail" kimi tətbiqlər 2000-ci illərin əvvəllərindən etibarən öz müştəri tərəflərini getdikcə daha interaktiv etməyə başladı. Veb səhifə skripti bütün veb səhifəni yükləmədən məlumatların saxlanması/alınması üçün serverlə əlaqə saxlaya bilir. Təcrübə 2005-ci ildə "Ajax" kimi tanınmışdır.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. == Haqqında == Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır . İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. == İstinadlar == == Həmçinin bax == Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Elmi jurnalistika
Elmi kommunikasiya
Elmi kommunikasiya – alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi konfrans
Elmi konfrans — böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi metod
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Elmi məktəb
Elmi məktəb — formalaşmış elmi baxışlar sistemi, həmçinin bu baxışları müdafiə edən elmi cəmiyyətlər. Elmi məktəblərin bir qayda olaraq yaradıcıları və davamçıları var. Məktəb daxilində bir qayda olaraq müxtəlif cərəyanlar və özünəməxsus qruplar olur, bu isə yeni məktəblərin əsasını qoya bilir. Elmi məktəblər həm qeyri-formal şəkildə, həm də ali məktəblərin kafedralarında, alim kollektivlərində yarana bilər. Elmi cəmiyyətlər – elmi tədqiqatla məşğul olan mütəxəssislərin, hər hansı elm sahəsi ilə maraqlananların könüllü cəmiyyətləri. Əsas fəaliyyəti elmi əsərlərin müzakirəsi və nəşrindən, elmi tədqiqatlar üçün vəsait buraxmaqdan və s. ibarətdir. == Mənbə == БИБЛИОГРАФИЯ ПО ПРОБЛЕМАМ НАУЧНЫХ ШКОЛ В РОССИИ == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi məqalə
== Esse == Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. == Elmi məqalə == Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. == Jurnalistikada == Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Elmi nəzəriyyə
Elmi nəzəriyyə – reallığın birbaşa deyil, idealizə olunmuş inikası; abstrakt anlayış və müddəa-fikirlər sistemi. Elmi mövzu – elmi tədqiqatların aparılmasını tələb edən elmi xarakterli məsələ. Elmi-tədqiqat işinin əsas plan-hesabat göstəricisidir. Elmi qabaqgörənlik – müşahidə edilməyən, yaxud təcrübədə hələlik təsdiq olunmamış təbiət və cəmiyyət hadisələrinin qabaqcadan söylənilməsi. Bu, nəzəri və eksperimental məlumatların ümumiləşdirilməsinə və inkişafın objektiv qanunauyğunluğunun nəzərə alınmasına əsaslanır. Elmi qabaqgörənlik elm qanunlarının dərk edilməsi əsasında həmin qanunlara tabe olan hadisələrin gələcəyi haqqında söylənilən bilikdir. Elmi qabaqgörənlik elmdə məlum olan qanunlar və nəzəriyyələr zəminində həyata keçirilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi poeziya
Elmi poeziya— elmi-fəlsəfi dünyagörüşü və biliklərin poetik ifadəsi. Elmi poeziyanın ilk nümunələri Qədim Yunanıstanda və Çində (Lukretsi Karın "Şeylərin təbiəti haqqında", Lao Tszının "Dao de tszin" fəlsəfi poemaları və s. yaranmışdır. == Yaranması == Termin kimi fransız şairi Rene Gil (1862–1925) tərəfindən irəli sürülmüşdür. Sonrakı dövrdə Vergili ("Georgikalar"), Lomonosov ("İlahi əzəmət barədə səhər düşüncəsi", "İlahi əzəmət barədə axşam düşüncəsi", "Şüşənin faydası haqqında namə"), Valeri Bryusovun ("N ölçülər dünyası", "Elektron dünyası") yaradıcılığında da rast gəlinir. Bu cərəyan Avropa rasionalizminin inkişafı ilə bağlıdır. Rene Gil elmi poeziyanı simvolizmә qarşı qoyurdu. Onun fikrincə, şair üçün ideya və obrazların, eləcə də söz ehtiyatının mənbəyi "köhnəlmiş mifologiya" yox, elmi dünyagörüşü olmalıdır. Rene Gilin "Söz haqqında traktat"ı (1885) elmi poeziyanın nəzəri əsaslarını əhatə edir. Jül Romen (1885–1972) və Corc Dyuamel (1884–1966) Gilin nəzəriyyəsindən poetik unanimizmin inkişafında istifadə etmişlər.
Açıq elm və elmi piratlıq
Açıq elm — elmi tədqiqatı (publikasiyalar, məlumatlar, fiziki nümunələr və proqram təminatı daxil olmaqla) və onun yayılmasını cəmiyyətin bütün səviyyələri, həvəskar və ya peşəkarlar üçün əlçatan etmək məqsədini daşıyan hərəkat. Açıq elm əməkdaşlıq şəbəkələri vasitəsilə paylaşılan və inkişaf etdirilən şəffaf bilikdir. Burada açıq tədqiqatların nəşri, açıq çıxış üçün kampaniyanın aparılması, alimləri açıq qeyd dəftəri elmi ilə məşğul olmağa həvəsləndirmək, elmi bilikləri daha geniş şəkildə yaymaq və məşğul olmaq, ümumilikdə elmi nəşrləri əldə etmək və ünsiyyəti asanlaşdırmaq kimi təcrübələr mövcuddur. Termindən istifadə fənlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Bu, elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərində nəzərəçarpacaq dərəcədə üstünlük təşkil edir. Açıq tədqiqat tez-tez "elm" ifadəsinin incəsənət, humanitar və sosial elmlərin daxil edilməsi ilə bağlı ola biləcəyi boşluğu aradan qaldırmaq üçün kvazisinonim olaraq istifadə olunur. Bütün fənləri birləşdirən əsas diqqət yeni texnologiyaların və vasitələrin geniş şəkildə mənimsənilməsi, istehsalın əsas ekologiyası, tədqiqata əsaslanan nöqteyi-nəzərdən biliklərin yayılması və qəbuludur. Tennant və digərləri (2020) öz əsərlərində qeyd etmişdir ki, açıq elm "dolayısı ilə yalnız 'elmi' fənlərə aid olduğu görünür, açıq təqaüd isə incəsənət və humanitar Elmlər üzrə tədqiqatları, eləcə də tədqiqat icmalarından kənarda tədqiqatçıların pedaqoqlar və kommunikatorlar kimi yerinə yetirdikləri müxtəlif rol və təcrübələri və bilik mübadiləsinin əsas açıq fəlsəfəsini əhatə edir. Açıq elm XVII əsrdə akademik jurnalın meydana çıxması ilə başlayan təcrübələrin davamı kimi müşahidə olunur. Bu dövrdə elmi biliklərə çıxış üçün ictimai tələbat o həddə çatmışdı ki, alimlər qruplarının bir-biri ilə resursları bölüşməsi zərurəti yaranmışdır.
Dekorativ Tətbiqi Sənət
== Dekorativ — tətbiqi sənət == bu sənətə el arasında "xalq sənəti" də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri vardır. Dekorativ -tətbiqi sənət, həmçinin bədii sənətin müxtəlif növlərini əhatə edir. Onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. == Xalçaçılıq == Azərbaycan xalçaçılıq sənəti — bədii yaradıcılığın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çoxəsrlik ənənələri olan ən maraqlı sənətdən biridir. Azərbaycanda Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq məktəbləri olub. == Batik == Qədim sənət növü olub, kəlağayı mənasını verir. Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna "çarqat" da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur.
Tətbiqi proqramlaşdırma interfeysi
Tətbiqi proqramlaşdırma interfeysi (ing. application programming interface, API) — kompüterin əməliyyat sistemi vasitəsilə həyata keçirilən aşağı dərəcəli servis funksiyalarını tələb edən və yerinə yetirən proqramlar toplusu. API istifadəçi interfeysi ilə ziddiyyət təşkil edir. Bu, iki və ya daha çox kompüter proqramının bir-biri ilə əlaqə qurma üsulu və proqram digər bölmələrinə xidmət təklif edən proqram interfeysinin bir növüdür. Belə bir əlaqənin və ya interfeysin necə qurulacağını və ya istifadəsini təsvir edən sənəd və ya standart API spesifikasiyası adlanır. Bu standarta cavab verən kompüter sisteminə "API tətbiq olunmuş" deyilir. API termini ya spesifikasiyaya, ya da tətbiqə aid ola bilər. Kompüteri insanla birləşdirən istifadəçi interfeysindən fərqli olaraq, API kompüterləri və ya proqramları bir-birinə bağlayır. O son istifadəçi üçün yox proqram təminatında istifadə edən proqramçı üçün nəzərdə tutulub. API çox vaxt proqramçı üçün mövcud olan alətlər və ya xidmətlər kimi çıxış edən müxtəlif hissələrdən ibarətdir.
Threads (tətbiq)
Threads (azərb. Threads‎) — əsası 6 iyul 2023-cü ildə Mark Zukerberq tərəfindən qoyulmuş sosial şəbəkə. Meta Platforms şirkətinə məxsusdur. Tətbiq, Twitter və digər mikrobloq platformaları kimi işləyir: istifadəçilər mətn, şəkillər və videolar yerləşdirə və paylaşa bilər; başqalarının yazılarına cavab verə, repost edə və bəyənə bilər. Tətbiq iOS və Android-də tam və məhdud funksionallıqla internetdə mövcuddur, tezliklə genişləndiriləcək. Sosial şəbəkə ilk 48 saat ərzində 80 milyon istifadəçiyə çatdı və daha əvvəl ChatGPT tərəfindən müəyyən edilmiş sürətli istifadəçi qeydiyyatı rekordunu qırdı.
Mobil tətbiq
Mobil proqram — telefon, planşet və ya saat kimi mobil cihazda işləmək üçün nəzərdə tutulmuş kompüter proqramı və ya proqram təminatı. Mobil proqramlar, tez-tez masaüstü kompüterlərdə işləmək üçün nəzərdə tutulmuş masaüstü proqramlardan və birbaşa mobil cihazda deyil, mobil veb brauzerlərdə işləyən veb proqramlardan fərqlidir. Proqramlar əvvəlcə e-poçt, təqvim və kontakt siyahısı kimi məhsuldarlıq yardımı üçün nəzərdə tutulmuşdu, lakin proqramlara olan ictimai tələbat mobil oyunlar, avtomatlaşdırılma, GPS və məkana əsaslanan xidmətlər, sifariş izləmə və bilet kimi digər sahələrə doğru sürətlə genişlənməsinə səbəb oldu. Əksər proqramlar internetə çıxış tələb edir. Proqramlar ümumiyyətlə rəqəmsal paylama platformasının bir növü olan proqram mağazalarından endirilir. Proqramlar üç növə bölünür: doğma (native) proqramlar, hibrid proqramlar və veb proqramlar. Doğma proqramlar xüsusi olaraq mobil əməliyyat sistemi, adətən iOS və ya Android üçün nəzərdə tutulub. Veb proqramlar HTML5 və ya CSS-də yazılır və adətən brauzer vasitəsilə işləyir. Hibrid proqramlar JavaScript, CSS və HTML5 kimi veb texnologiyalarından istifadə etməklə qurulur və yerli konteynerdə gizlənmiş veb proqramlar kimi fəaliyyət göstərir. == İcmal == Əksər mobil cihazlar veb-brauzer, e-poçt, təqvim, xəritə və musiqi, digər media və ya daha çox proqram satın almaq üçün mağaza kimi əvvəlcədən quraşdırılmış proqram təminatı kimi yığılmış bir neçə proqramla birlikdə satılır.
Dilçilikdə riyazi metodların tətbiqi
Dilçilikdə riyazi metodların tətbiqi — Müasir dövrdə riyazi metodların elmin müxtəlif sahələrinə tətbiqi artıq böyük vüsət almışdır. Riyazi metodların dilçilikdə tətbiqi ilk baxışdan təəccüb doğura bilər ki, riyaziyyat ilə dilin nə əlaqəsi ola bilər. Lakin dil sisteminə dərindən yiyələndikdə artıq bu fikrin yanlış olduğu sübut olunur. Xüsusilə, iltisaqi dillərin tətqiqində bu əlaqə özünü açıq-aşkar hiss etdirir. Dilçilik ədəbiyyatından məlumdur ki, riyaziyyatın dilçiliyə tətbiqi XX əsrin 50-ci illərindən başlanmışdır. A. V. Qladkiy "Dilçilikdə və digər humanitar elmlərdə dəqiq və riyazi metodların tətbiqi" adlı məqaləsində, qlossematik məktəbin nümayəndələrindən tutmuş müasir dövrdəki alimlərin, o cümlədən, V. A. Kolmoqorov, V. A. Uspenski, A. A. Zaliznyak, J. A. Melçuk, Y. S. Martemyanov, B. V. Suxotinin və s. kimi dilçilər əsərlərində dəqiq və riyazi metodların istifadəsini açıqlamışlar. == Riyazi metodlar == Ümumiyyətlə, elmdə obyektiv aləmin dərk edilməsi, onun qanun mexanizminin insan beynində inikası yollarını araşdırmaq üçün xüsusi metod – dərk edilmə metodundan istifadə edilir. Dərk edilmə metoduna şərti olaraq üç meyarla yanaşılır: Didaktik-materialist metod. Bu metod bütün elmi və dərketmənin üslubi olub, təbii varlığın öyrənilməsinə yönəlmişdir.
Sakarya Tətbiqi Elmlər Universiteti
Sakarya Tətbiqi Elmlər Universiteti, (Türk: Sakarya Uygulamalı Bilimler Üniversitesi) - 18 May 2018-ci il tarixli Rəsmi Qəzetdə dərc edilmiş Fərman Qanunu ilə quruldu. Universitetdə 1 institut, 8 fakültə, 1 kollec və 15 peşə məktəbi var. Bu bölmələr universitet qurulmazdan əvvəl Sakarya Universitetinə bağlı idi. Məktəbin əsas məqsədi normal universitetlərlə müqayisədə praktik peşə təhsili verməkdir. Ayrıca məktəb Türkiyədə olan iki Tətbiqi Elmlər Universitetindən biridir. == Akademik şöbələr == === İnstitutlar === Lisansüstü Təhsil İnstitutu === Fakültələr === İdman Elmləri Fakültəsi Texnologiya fakültəsi Turizm Fakültəsi Ali Fuat Paşa Əkinçilik Elmləri və Texnologiyaları Fakültəsi Qərb Qaradəniz Dəniz Elmləri Fakültəsi Sağlamlıq Elmləri Fakültəsi Nəqliyyat və Logistika Fakültəsi Tətbiqi Elmlər Fakültəsi === Kolleclər === Xarici Dillər Məktəbi === Meslek Yüksekokulları === Sakarya (Adapazarı) Peşə Məktəbi Akyazı Peşə Məktəbi Arifiye Peşə Məktəbi Ferizli Peşə Məktəbi Geyve Peşə Məktəbi Hendek Peşə Məktəbi Karasu Peşə Məktəbi Kaynarca Seyfəddin Səlim Peşə Məktəbi Pamukova Peşə Məktəbi Sapanca Peşə Məktəbi Sapanca Turizm Peşə Məktəbi Karapürçek Peşə Məktəbi Kocaali Peşə Məktəbi Taraklı Peşə Məktəbi Söğütlü Peşə Məktəbi == Professional Tətbiq İdarəetmə Sistemi (MUYS) == Peşəkar təcrübələri idarə etmək üçün məktəbin yaratdığı sistem sayəsində peşə məktəbləri üçün 3 + 1 və fakültələr üçün 7 + 1 təhsil modeli tətbiq olunur. Bundan əlavə, sistem tələbələrə iş imkanlarını təmin etməyə kömək edir.
Savoniya Tətbiqi Elmlər Universiteti
Savoniya Tətbiqi Elmlər Universiteti — Finlandiyanın ən böyük universitetlərindən biri. Bu ali təhsil müəssisəsi politexnik statusunu daşıyır. == Tarixi və fəaliyyəti == Altı müstəqil institutun və akademiyanın birləşməsi yolu ilə 1992-ci ildə yaradılmış universitet aparıcı mövqeyə malikdir. Savoniya Tətbiqi Elmlər Universitetində təlim özündə praktik bacarıqlarla nəzəri bilikləri birləşdirir. Tədris prosesi mühazirələr, layihə və laboratoriya işləri, seminarlar, həmçinin tədqiqatlar kimi müxtəlif növ təlim istiqamətlərini əhatə edir. Tələbə özü üçün tədris planını müəyyən edir. Proqramlar baza, peşəkar təhsil, təcrübədən və diplom yazılışından ibarətdir. Bu gün universitetdə 6500 tələbə təhsil alır. Universitet tələbələrə yeddi sahə üzrə təhsil alma imkanını təklif edir: texnologiya, kommunikasiya və nəqliyyat (elektronika, informasiya texnologiyaları, yanğın təhlükəsizliyi, ağac emalı, tikinti, elektrotexnika, ekotexnologiyalar, avtomatlaşdırma, maşınqayırma,); təbiət elmləri; sosial elmlər, biznes və idarəetmə (beynəlxalq idarəetmə, maliyyə, marketinq, idarəetmə, maliyyə idarəetməsi); mədəniyyət (musiqi, xoreoqrafiya təhsili, dizayn); təbii resurslar və ətraf mühit (kənd təsərrüfatı); turizm və mehmanxana biznesi (mehmanxana və restoran biznesi); sosial xidmətlər, səhiyyə və idman (tibb işi, sosial iş, bioanalitika, fizioterapiya, stomatoloji gigiyena). Ali təhsil müəssisəsində tədris prosesi fin və ingilis dillərində aparılır.
Simsiz tətbiqi proqram protokolu
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. == Tarixi == 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir. WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür.
Tətbiqi İncəsənət Muzeyi (Budapeşt)
Tətbiqi İncəsənət Muzeyi (mac. Iparművészeti Múzeum) — Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən muzey. Dünayda üçüncü ən qədim tətbiqi incəsənət muzeyidir. == Memarlığı == Bina modern memarlıq üslubunda inşa edilmişdir. 1893 və 1896-cı illərdə Edön Lehnerin memarlığı ilə tikilmişdir. Binanın damı yaşıl rəngdədir və interyeri hindu, moğol və İslam dizaynları ilə işlənilmişdir. Binanın yenidən bərpaya ehtiyacı var və bu istiqamətdə fəaliyyət planı hazırlanılır. == Kolleksiyası == Muzeydə metal, mebel, tekstil və şüşədən hazırlanan vəsaitlərin kolleksiyası saxlanılır. Muzeydə kitabxana da fəaliyyət göstərir. Digər iki ərazidə də muzeyin filialı var: Hopp Ferenç Şərqi Tətbiqi İncəsənət Muzeyi və Nadteten sarayında.
Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi
Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Vasitələrin Tətbiqi Dəstələri (XVTD) — Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qoşun Birləşməsi. 2011-ci ildə yaradılmış, xüsusi təlim keçmiş peşəkar elit dəstələr. Bu dəstələr əsasən ictimai əsayişin qorunması, cinayətkarların zərərsizləşdirilməsi və ölkə daxilində baş verəcək hər hansı bir təhlükənin qarşısını almaq üçün yaradılmışdır. XVTD-nin əməkdaşları əsasən konrakt əsasında xidmət edirlər. Xarici ölkələrdə məsələn: Rusiya Federasiyasında hamıya tanış olan "OMON" dəstələri, qardaş Türkiyə Respublikasında "Jandarma (Türkiyə)"-da öz ölkərində Daxili Qoşunlar kimi fəaliyyət göstərir və vəzifələrin yerinə yetirir. Bu qrumun qulluqçuları xarici ölkələrdə (Amerikada,Türkiyədə,Çində) xüsusi təyin olunmuş təlimlərdə iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinə aid hərbi forma geyinirlər və baş geyimləri isə "mavi beret"dir. Bildiyimiz kimi Daxili Qoşunların şəxsi heyəti Qarabağ Müharibəsi zamanı böyük şücaət göstərmişlər, beləki qızğın döyüşlər zamanı Daxili Qoşunlar 1166 nəfər yaralı,268 nəfər itkin və 510 şəhid vermişdir. Daxili Qoşunların XVTD-nin vəzifə borclarından biridə: "Lazım gələrsə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaqdır". Hər bir Xüsusi Təyinatlılar aid şüar kimi onlarında andı vardır:"Üç rəngli bayrağıma,şəhid qanı ilə suvarılan torpağıma, ümumilider Heydər Əliyev Əlirza oğlunun ideya və prinsiplərinə sadiq qalacağıma… AND İÇİRƏM, AND İÇİRƏM, AND İÇİRƏM !!!" Devizləri — Komando ölməz, Vətən bölünməz.
Tallin Tətbiqi Elmlər Universiteti
Tallin Tətbiqi Elmlər Universiteti — Estoniyanın Tallin şəhərində 1992-ci ildə yaradılmış peşəkar universitetdir. Mühəndislik sahəsində ali təhsil verir. Tallin Mühəndislik Kolleci 1962-ci ildə əsası qoyulmuş Tallin Orta İnşaat Mühəndisliyi və Mexanika Məktəbinin hüquqi varisidir və özü 1915-ci ildə əsası qoyulmuş oğlanlar üçün Tallin Ticarət Məktəbinin bazasında tikilmişdir. Universitet 6 institutdan ibarətdir: Memarlıq İnstitutu, İqtisadiyyat və Dairəvi Texnologiyalar İnstitutu, Geyim və Tekstil İnstitutu, İnşaat Mühəndisliyi İnstitutu, Logistika İnstitutu və Texnologiya İnstitutu.
Proqressiv veb tətbiq
Proqressiv veb tətbiq (ing. progressive web application; PWA) — HTML, CSS, JavaScript və WebAssembly daxil olmaqla ümumi veb texnologiyalarından istifadə edilərək qurulan veb vasitəsilə təqdim olunan proqram təminatı növü. O, masaüstü və mobil cihazlar da daxil olmaqla, standartlara uyğun brauzeri olan istənilən platformada işləmək üçün nəzərdə tutulub. Proqressiv veb tətbiq veb tətbiqi kimi bilinən veb-səhifə və ya veb-sayt növü olduğundan, ayrıca paketləşdirmə və ya paylama tələb etmir. Tərtibatçılar sadəcə olaraq veb-tətbiqini onlayn yayımlaya, onun ilkin quraşdırma tələblərinə cavab verdiyinə və istifadəçilərin tətbiqi öz əsas ekranlarına əlavə edə biləcəklərinə əmin olurlar. Proqramın App Store və ya Google Play kimi rəqəmsal paylama sistemlərində yayımlanması istəyə bağlıdır. 2021-ci ildən etibarən PWA xüsusiyyətləri Google Chrome, Apple Safari, Androiddə Firefox və Microsoft Edge tərəfindən müxtəlif dərəcələrdə dəstəklənir, lakin masaüstündə Firefox tərəfindən dəstəklənmir. == Brauzer dəstəyi == == Tarixi == 2007-ci ildə iPhone-un təqdimatında Stiv Cobs elan etdi ki, veb proqramlar (AJAX arxitekturasından istifadə edərək HTML5-də hazırlanmış) iPhone proqramları üçün standart format olacaq. Heç bir proqram inkişaf dəsti (SDK) tələb olunmayacaq və proqramlar Safari brauzer mühərriki vasitəsilə cihaza tam inteqrasiya olunacaq. Bu model daha sonra xakerləri çaşdırmaq və əsəbi proqramçıları sakitləşdirmək vasitəsi kimi App Store-a köçürüldü.
Azərbaycan SSR tətbiqi incəsənət ustası
Azərbaycan SSR tətbiqi incəsənət ustası (azərb-kiril. Азәрбајҹан ССР тәтбиги инҹәсәнәт устасы) — 7 may 1960-cı ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən Azərbaycan SSR-də tətbiqi incəsənətin inkişafında xüsusi xidmətləri olan ən tətbiqi incəsənət xadimlərinə verilirdi. == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938–1963-ҹү илләр (az.). Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.
Nəzəri və tətbiqi kimya (jurnal)
Pure and Applied Chemistry Almaniyada mərkəzi yerləşən Beynəlxalq Fundamental və Tətbiqi Kimya İttifaqı adından Valter de Qrüyter tərəfindən aylıq nəşr olunan elmi jurnaldır. Jurnalda Kimya ilə əlaqəli materiallar dərc olunur.
Şəki Xalq Tətbiqi Sənəti Muzeyi
Şəki Xalq Tətbiqi Sənəti Muzeyi Şəki Xalq Tətbiqi Sənəti Muzeyi 1985-ci il iyun ayının 9-da açılmış və tarixi memarlıq abidəsinin binasında yerləşir. Bu muzey qədim Alban məbədində yerləşir ki, buna da el arasında "Dairəvi məbəd" deyilir. == Muzeyin tarixi == Bu bina Azərbaycanın Qafqaz Albaniyası dövrunə məxsus alban məbədidir. Muzeyin yerləşdiyi bina V-VI əsrlərdə inşa edilən alban məbədi olub.XVIII əsrdə çarizmin Azərbaycana hücumu ilə əlaqədar olaraq, abidə rus əsgərlərinin kilsəsinə çevrilib.Onlar binanın konstruksiyasını da dəyişərək, onu kilsə üslubuna - xaç formasına uyğunlaşdırıblar.Muzey Şəkinin “Yuxarı Baş” dövlət Tarix Memarlıq qoruğunda yerləşir. == Muzey binası == Muzeydə antik dövrdən başlayarq bu günümüzə qədər sənətkarların 600-ə yaxın xalq sənəti və dekorativ sənət əsərləri dört zaldanümayiş olunur. Muzeydə 18 növ sənətkarlıq və sənət nümunələri nümayiş olunur. Xalq Tətbiqi Sənəti Muzeyi kimi fəaliyyət göstərən maddi mədəniyyət nümunəsi həm yerli əhalinin və ətraf rayonlardan gələnlərin, həm də turistlərin marağını cəlb edir. Burda bir sıra məişət əşyaları və Xalq tətbiqi sənətinə uyğun nümunələr sərgilənir. Muzeyin yerləşdiyi binanın tarixi haqqında mülahizələr müxtəlifdir. Bu Azərbaycan Qafqaz Albaniyası dövrünə məxsus xristiyan memarlıq abidəsidir.
Əlli altı
Əlli altı — say sistemində ədədlərdən biridir. Əlli beşdən sonra, əlli yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 7, 8, 16, 28 və 56 ədədlərinə qalıqsız bölünür.
Atmosfer təzyiqi
Atmosfer təzyiqi — atmosferin Yer səthinə və cisimlərə etdiyi təzyiqdir. Hər bir nöqtədə Atmosfer təzyiqi o nöqtədən atmosferin üst sərhədinə qədər olan hava sutununun ağırlığı ilə muəyyən olunur. Okean səviyyəsində, 450 en dairəsində, 00 C temperaturda yer səthinin 1sm2 sahəsinə atmosfer sütunu 1033,2 qr. ağırlıqla təzyiq göstərir ki , bu da 760mm hündürlüyündə olan civə sütununun həmin səthə göstərdiyi təzyiqlə eynidir. Buna görə də şərti olaraq civə sütununun 760mm-ə bərabər təzyiqi NORMAL ATMOSFER TƏZYİQİ kimi qəbul edilmişdir. Normal atmosfer təzyiqi 760 mm hundurluyundə civə sutununun ağırlığına bərabərdir. Atmosfer təzyiqini olçmək ucun təzyiq vahidi olaraq bar qəbul edilmişdir. Atmosfer təzyiqi barometrlə ölçülür.2 cür barometr olur:civəli və metal barometr. Havada toz hissəcikləri və havanın öz çəkisi atmosfer təzyiqini əmələ gətirir. Demək olar ki, hava yer səthində bütün cisimlərə və canlılara təsir göstərir.
Kosmosun tədqiqi
Kosmosun tədqiqi kosmosu tədqiq etmək üçün astronomiya və kosmik texnologiyanın istifadəsidir. Kosmosun tədqiqi əsasən teleskoplarla astronomlar tərəfindən həyata keçirildiyi halda, onun fiziki tədqiqi həm ekipajsız robot kosmos zondları, həm də insanların kosmosa uçuşu ilə aparılır. Kosmosun tədqiqi, onun klassik forması astronomiya kimi, kosmos elminin əsas mənbələrindən biridir. Astronomiya kimi tanınan kosmosda obyektlərin müşahidəsi qədim vaxtlardan olsa da, yalnız XX əsrin ortalarında kosmosun fiziki tədqiqində raket texnologiyaların inkişafı nəticəsində yüksək nailiyyətlər əldə etmək mümkün olmuşdur. Dünyanın ilk genişmiqyaslı eksperimental raket proqramı 1920-ci illərin sonlarında Fritz von Opel və Maks Valierin rəhbərliyi altında Opel-RAK idi və bu, ilk ekipajlı raket təyyarələrinin yaradılmasına yol açdı. Bu proqram Nasist dövründə V2 proqramı və 1950-ci ildən etibarən ABŞ və Sovet kosmik proqramlarının inkişafına yol açdı. Opel-RAK proqramı və yerüstü və hava nəqliyyat vasitələrinin möhtəşəm ictimai nümayişləri böyük izdiham yaratmış, dünya ictimaiyyətinin həyəcanına səbəb olmuş və Verner von Braun kimi kosmik uçuşun sonrakı yaradıcıllarına böyük və davamlı təsir göstərmişdi. Kosmosun tədqiqi üçün ümumi əsaslar arasında elmi tədqiqatların inkişafı, milli nüfuz, müxtəlif millətləri birləşdirmək, bəşəriyyətin gələcəkdə sağ qalmasını təmin etmək, digər ölkələrə qarşı hərbi və strateji üstünlüklər yaratmaq daxildir. Kosmosun tədqiqinin ilk dövrü Sovet İttifaqı və ABŞ arasında "Kosmik Yarışı" ilə əlaqədar idi. 4 oktyabr 1957-ci ildə Sovet İttifaqının Sputnik 1-in Yer orbitinə ilk insan yaratdığı obyektin çıxarılması və 20 iyul 1969-cu ildə Amerikanın Apollon 11 missiyası tərəfindən Aya ilk enişi çox vaxt bu ilkin dövr üçün əlamətdar məqamlar kimi qəbul edilir.
Laplas təzyiqi
Laplas təzyiqi — maye səthinin əyriliyindən asılı olan əlavə təzyiqdir, P. Laplas müəyyən etmişdir ki, maye səthinin qabarıq və ya çökük olmasından asılı olaraq səthi gərilmə qüvvəsi hesabına əlavə təzyiq əmələ gəlir; bu təzyiq hər iki halda əyrinin içəri tərəfinə yönəldiyindən qabarıq səthdə daxili təzyiqə əlavə olunur (şəkil 1), çökük səthdə isə ondan çıxılır (şəkil 2). Ona görədə əyri səth altındakı təzyiq P i = p i + δ p {\displaystyle P_{i}=p_{i}+\delta p} burada Pi-daxili təzyiq, pi-molekulyar təzyiq, δ p {\displaystyle \delta p} -Laplas təzyiqidir. Laplas təzyiqi: δ p = σ ( 1 R 1 + 1 R 2 ) {\displaystyle \delta p=\sigma ({\frac {1}{R_{1}}}+{\frac {1}{R_{2}}})} -burada R1 və R2-maye səthinin əyrilik radiusu σ {\displaystyle \sigma } -səthi gərilmə əmsalıdır. Üfiqi vəziyyətdə qoyulmuş silindirin içində olan maye üçün R 1 = ∞ {\displaystyle R_{1}=\infty } və R 2 = R {\displaystyle R_{2}=R} olduğundan Laplas təzyiqi: δ p = σ R {\displaystyle \delta p={\frac {\sigma }{R}}} -olar. Kürə şəklində olan maye üçün R 1 = R 2 = R {\displaystyle R_{1}=R_{2}=R} olduğuna görə δ p = 2 σ R {\displaystyle \delta p={\frac {2\sigma }{R}}} Daxili təzyiq isə P i = p i + σ ( 1 R 1 + 1 R 2 ) {\displaystyle P_{i}=p_{i}+\sigma ({\frac {1}{R_{1}}}+{\frac {1}{R_{2}}})} olur.
Qan təzyiqi
Qan təzyiqi — qanın damarda hərəkət sürətidir. == Ölçülməsi == Təbabətdə qan təzyiqinin ölçülməsinin iki üsulu mövcuddur. Klassik Riva-Roççi manjet üsulu; İnvaziv qanlı Korotkov üsulu == Normal təzyiq == Sistola: 120 mm civə sütunu Diastola: 80 mm civə sütunu Keçmiş SSRİ-də 17 yaşdan 79 yaşa qədər normal təzyiq 105–63 sayılırdı. Hal-hazırda normal təzyiq 120–80 mm c. s. sayılır. Əgər insanda təzyiq 120–60 mm c. s. olarsa, bu normal hesab edilir. İnsan özünü bu təzyiqdə narahat hiss edirsə, çay və ya qəhvə içə bilər.