Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Enliqulaq
Enliqulaq (lat. Barbastella) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Enliqulaq bükükdodaq
Enliqulaq bükükdodaq (lat. Tadarida teniotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin buldoqkimilər fəsiləsinin bükükdodaq cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == 4 (BTMİ-nin 2.3 (1994-cü il) və 3.1 (2010-cu il) variantlarına əsasən LR/lc). Azərbaycan Respublikasının Qırmızı Kitabının I nəşrinə "məhdud arealı olan çox nadir növ" statusu ilə daxil edilib. Bern Konvensiyasına əsasən mühafizə olunur (Əlavə II). Qafqazda "məlumat azlığı" (DD) kimi qiymətləndirilib. == Yayılması == Arealı Aralıq dənizinin şimal və cənub hissələrini, Qafqazı, Qazağıstanı, Elbrus, Kopetdağ və Pamir dağlarını əhatə edir. Ərəbistan yarımadasından və İranın cənubundan tək-tək tapıntılar var. Qafqazda cəmi bir neçə dəfə tapılıb. Azərbaycanda birinci dəfə 1938-ci ildə Dağlıq Qarabağın ərazisində Şuşa dərəsində N. Qubarev tərəfindən, 1939-cu ildə həmin yerdə A. Kuzyakin tərəfindən aşkar olunub.
Avropa enliqulaqı
Asiya enliqulağı
Asiya enliqulağı (lat. Barbastella leucomelas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin enliqulaq cinsinə aid heyvan növü. Avropa enliqulağından fərqli olaraq iriliyi və xəzinin tünlüyü ilə seçilir. == Yayılması == Arealı Efiopiyanın şimalını, Kiçik və Orta Asiyanı, Cənubi Qafqaz, Yaxın Şərq, İran, Əfqanistan, Pamir, Pakistanın şimalı, Hindistan və Qərbi Çini əhatə edir. Qlobal areal çərçivəsində müxtəlif landşaftlarda - səhralardan tropik meşələrə qədər, dağətəyi və dağlıq yerlərdə d.s.2500 m hündürlükdə yayılmışdır. Qafqazda Asiya enliqulağı əsasən cənubi-şərq əyalətlərində (440 ş.e. qədər) yayılmışdır. Azərbaycanda 8 nöqtədə qeydə alınmışdır, əsasən cənub yarımkürəsində d.s. 600–1600 m hündürlükdə olan əraziləri əhatə edir. == Yaşayış yeri və həyat tərzi == Adətən bu yarasalar arid landşaftlarda (Qobustanda və Bozdağ silsiləsində mağaralarda, Ordubad Milli Parkının Kilit və digər mağaralarında) rast gəlinir.
Avropa enliqulağı
Avropa enliqulaqı (lat. Barbastella barbastellus) — Enliqulaqlılar cinsinə aid növ. 32 xromosona malikdir. == Görünüşü == Kiçik və parlaq yarasadır. Çəkisi 6–15 q, uzunluğu 45–58 mm təşkil edir. Quyruğnun uzunluğu 38–52 mm-dir. Qanadlar arasında məsafə 26–31 sm-dir. Bel nahiyəsində rəngi tünddür == Yayılması == Avropada İngiltərədən Qafqaza kimi ərazilərdə, İspaniyada, Mərakeşdə, Litvada, Cənub-qərbi Belarusda, Ukraynanın qərbində və Kiçik Asiyada yayılmışdır. Kiçik və Böyük Qafqazın meşələrində məskunlaşmışdır. Azərbaycanda 15 məntəqə qeydə alınıb, bunların çoxu şimali-qərb və cənubi-şərqdə — d.s.