Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fotosel
Fotosel (İngiliscə: photo cell) - üzərinə düşən işığın intensivliyinə nisbətdə gərginlik yaradan işıq sensorudur. Fotoelektrik effekt prinsipi ilə işləyir. Fotoseldəki şüşə sferanın daxili hissəsi natrium və litium kimi qələvi metallarla örtülmüşdür. Qələvi metallar yüksək enerjili ağ işıq (günəş işığı) aldıqları zaman onların elektronları qırılır və onlar anod ucuna çəkilirlər. Günəş batareyası kimi istifadə olunur və birbaşa işıq enerjisi ilə elektrikli alətləri işlədə bilir. Digər metallar da işə yarayır, lakin qələvi metallardakı metal xüsusiyyətlərini göstərə bilmirlər.
Patogen
Patogen (yun. παθογένεια ← πάθος "əzab" + γενετική "yaradan") — istənilən mikroorqanizm (göbələklər, viruslar, bakteriyalar və d.), həm də başqa canlı varlıqda xəstəlik törədən, patoloji xarakter daşıya bilən zülal — priondur. Daha ümumi halda, patogen hər hansı bir orqanizm sisteminə zərər verə bilən və ya hər hansı bir xəstəliyin inkişafına səbəb ola biləcək hər hansı bir ekoloji amil kimi başa düşülür. Patogen mikroorqanizmlər öz sahibinə münasibətdə parazitlik edən mikroorqanizmlərdir (xüsusilə heyvanlarda bakteriyalar, bitkilərdə göbələklər). "Patogen" termini 1880-ci illərdə istifadəyə verilmişdir. Ümumiyyətlə, bu termin virus, bakteriya, protozoy, prion, viroid və ya göbələk kimi yoluxucu mikroorqanizm və ya agenti təsvir etmək üçün istifadə olunur. Bəzi qurdlar və həşərat sürfələri kimi kiçik heyvanlar da xəstəliyə səbəb ola bilər. Bununla belə, bu canlılara bir qayda olaraq, patogen deyil, parazit deyilir. Mikroskopik orqanizmlərin, o cümlədən mikroskopik patogen orqanizmlərin elmi tədqiqi ilə mikrobiologiya məşğul olur. Bu patogenləri cəlb edə bilən xəstəliklərin öyrənilməsiylə isə patologiya məşğul olur.
Fosgen
Fosgen — kimyəvi formulu COCl2 olan, boğucu təsirli zəhərli maddədi, adi vəziyyətdə rəngsizdi. Əsasən ağ ciyərləri zədələyir. == İzahı == Fosgen (COCl2 karbonilxlorid, xlorqarışqa turşusunun xloranhidridi) ilk dəfə 1812-ci ildə ingilis alimi Devi tərəfindən dəm qazı ilə xlorun günəş şüaları altında qarşılıqlı təsirindən alınmışdır. Yunanca tərcüməsi "işıqda doğulmuş" mənasını verir. Adi halda rəngsiz qazdır, buxarları havadan 3,5 dəfə ağırdır. 8,20 C-də uçucu mayeyə çevrilir. Az miqdarda qatılıqda çürümüş alma iyi verir. Suda pis həll olur, ancaq suya düşdükdə hidroliz olaraq HCl və CO2 əmələ gətirir. Ağ ciyərlərə təsir göstərir, onlarda şiş əmələ gətirir, nəticədə orqanizmin oksigenlə təchizatı pozulur. Havada 0,006 mq/l qatılıqda ölümlə nəticələnir.
Foton
Foton (ing. photon) və ya qamma kvant – elektromaqnit şüalanmasının (dar mənada işığın) kvantı olan stabil elementar zərrəcik. Dörd fundamental qüvvədən biri olan elektromaqnit qüvvəsinin daşıyıcısıdır. Bozonlar qrupuna aiddir. Sükunət kütləsi və elektrik yükü sıfıra bərbərdir. Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur. == Ümumi baxış == Tanınmış Fermilab-ın (Fermi National Accelerator Laboratory) üzvü Don Linkoln "Understanding the Universe: from Quarks to the Cosmos" kitabında fotonu belə təsvir edir: Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır: "Fotonun enerjisi" (dalğa uzunluğu) "Fotonun hərəkət istiqaməti" (momentum istiqaməti) "Spin istiqaməti" (polyarizasiya istiqaməti) Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin də verilməsi deməkdir. Dalğa uzunluğu, fotonun enerjisi ilə tərs mütənasibdir. Yüksək enerjili fotonların dalğa uzunluğu kiçik, aşağı enerjili fotonların dalğa uzunluğu böyükdür.
Hologen süxurlar
Hologen süxurlar (rus. галогенные породы, ing. halogen rocks) — yun. hals-duz və genes-doğuran, doğulmuş- arid iqlim şəraitində duzlu göl və laqunlarda suyun buxarlanması nəticəsində yaranan kimyəvi xloridlər, sulfatlar mənşəli süxurlar, daş-duz, kalium və maqnezium duzları, gips və s.
Monogen vulkanlar
Homogen sistem
Homogen - yunan sözü olan "qomos"dan götürülmüşdü ki, o da, "eyni" mənasını verir. Sistemin daxilində fiziki halına və ya kimyəvi xassələrinə görə fərqlənən sistem hissəciklərini bir-birindən ayıran səth bölgüsü olmursa, belə sistem "homogen" sistem adlanır. == Nümunələr == Homogen sistemlərə misal qazlar qarışığı, birincili maye məhlul, individual kristal maddə. == Komponent == Sistemin asılı olmayan tərkib hissəsini təşkil edən individual maddələrə komponent deyilir. Komponent sistemdən ayrıla bilir və təcrid olunmuş halda mövcud olur. Məsələn, NaCl-in suda məhlulunda komponentlər H2O və NaCl-dir. Lakin həmin məhlulda sərbəst hissəciklər şəklində olan, məhluldan kənarda isə mövcud ola bilməyən Na+ və Cl- ionları komponent sayıla bilməz. Sistemin termodinamik xassələri onun komponentlərinin sayı ilə müəyyən edilir. Sistemin komponentlərinin sayı müəyyən edilərkən aşağıdakı qayda əsas götürülür: kimyəvi reaksiya getməyən sistemlərdə komponentlərin sayı tərkib hissələrinin sayına bərabər olur. Kimyəvi reaksiya gedən sistemləedə isə komponentlərin sayı, tərkib hissələrinin sayı ilə onların arasında mövcud olan kimyəvi reaksiyaların sayı fərqinə bərabər olur.
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Daimler Motoren Gesellschaft
Daimler Motoren Gesellschaft — 1890-cı ildə Almaniyada Gottlieb Daimler tərəfindən qurulan bir avtomobil şirkəti. 1901–1926-cı illərdə Mersedes markalı maşınlar istehsal etmişdir. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie. ilə birləşərək Daimler-Benz adlı yeni şirkət yaratmışdırlar.
Foton (peyk)
Foton (və ya Photon) iki ədəd Rusiya elmi peykinin və yenidən qurulan vasitə proqramlarının layihə adıdır. İnsansız olmasına baxmayaraq, dizayn Vostok kosmos stansiyasının kapsulasından hazırlanmışdır. Foton layihəsinin əsas məqsədi materialşünaslıq tədqiqatlarıdır, lakin bəzi missiyalar həmçinin biologiya, o cümlədən digər tədqiqat sahələri üzrə də təcrübə keçirir . Orijinal Foton seriyası 1985-dən 1999-cu ilədək Plesetsk kosmodromundan 12 ədəd buraxılmışdı . İkinci seriya, Foton-M adı altında, orijinal Foton üzərində dizayn dəyişikliklərindən sonra istifaə olunmağa başladı və hələ də istifadə olunur. Bu günə qədər Foton-M-nin dörd başlanğıc xüsusiyyəti var.Birincisi 2002-ci ildə Plesetsk kosmodromundan buraxıldı və müvəffəqiyyətsizliklə nəticələndi. Son üç, peyk 2005, 2007 və 2014-cü ildə Baykonur Kosmodromundan həyata keçirildi və hamısı uğurla nəticələndi. Həm Foton, həm də Foton-M seriyasında, Soyuz-U (11A511U və 11A511U2) raketləri raket vasitəsi kimi istifadə edildi. Foton-7 missiyasından başlayaraq Avropa Kosmik Agentliyi Foton proqramına tərəfdaş olmuşdur. == Foton-M == Foton-M Rus robot peykidir ki,Yer ətrafında tədqiqatlar aparır.Foton-M-in əsas strukturu Foton üzərində qurulmuşdur və əsas dəyişiklər telemetriya və uzaqdan idarəetmə üzərində aparıldı.Batereya tutumu artırıldı və termal idarəetmə sistemi yaxşılaşdırıldı.
Koronas-Foton
Koronas-Foton (rus. Коронас-Фотон), CORONAS-Photon (Complex Orbital Observations Near-Earth of Activity of the Sun) —Rusiyanın süni peyki. Rusiyanın "Koronas-Foton" peyki Günəşin şəklini çəkib. Rusiya Elmlər Akademiyasının Lebedev adına Fizika institutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında bildirilib. Şəkillər 2009-cu il fevralın 20-də peykdəki cihazların sınaq yoxlanışı zamanı alınıb. TESİS teleskopları Günəşin aşağı tacını, keçid təbəqəsini və yuxarı tacını çəkiblər. Bütün şəkillər rentgen diapazonunda alınıb. Belə şəkillər Yerdən çəkmək mümkün deyil. Çünki rentgen şüaları atmosfer tərəfindən udulur. Mütəxəssislər bildirirlər ki, Günəşin şəkli bu planetdə hərarətin necə dəyişdiyini öyrənmək üçün lazımdır.
Homogen və heterogen sistemlər
Fotogəlin
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.