Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fiolent burnu
Fiolent (ukr. Фіолент, krımtat. Felenk, Феленк) — Krım yarımadasının cənub-qərbində, Herakles yarımdasında burun. Burun Sevastopolun Balaklavskiy rayonunda yerləşir. Burun ərazisində eyni adlı yasaqlıq mövcuddur. == Adlandırılması == Fiolent adı ilə yanaşı burun digər adlarla da tanınır: Parteniy, Felenk-Burun, Monastr-Burun, Müqəddəs Qeorqiya burnu. Ehtimal olunan ən qədim ad Parteniydir (q.yun. Παρθένιον). Adın mənşəyi qədim yunan mifologiyası olan İfigeniya ilə bağlıdır. Bu mifdən bir çox şairlər və yazıçılar, kompozitorlar, rəssamlar öz yaradıcılığında istifadə etmişlər: Evripid, Esxil, Göte, Puşkin, Qlyuk, Ayvasovski və s.