Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Higher Ground (Rasmussen mahnısı)
Higher Ground (azərb. Yüksək torpaq‎) — Danimarkanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Rasmussen "Higher Ground" mahnısı ilə Danimarkanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Niklas Arn və Karl Euren tərəfindən bəstələnmişdir.
Rich.
Lui Klod Rişar və ya Lui Klod Mari Rişar (fr. Louis Claude Richard və ya fr. Louis Claude Marie Richard, 19 sentyabr 1754 — 6 iyun 1821) — fransız botaniki. Flora Borealis Americana, 1803. Analyse du Fruit, 1808. Demonstrations botaniques, Париж, 1808. De Orchideis Europaeis Annotationes, Париж, 1817. Observations on the Structure of Fruits and Seeds; en colab. con Lindley, John. 1819.
Rize
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Race
Race — ABŞ musiqiçisi Alex G-nin debüt studiya albomu. 1 yanvar 2010-cu ildə Bandcamp vasitəsilə buraxılıb.
Round Maple
Raund Meypl (ing. Round Maple) — İngiltərənin Saffolk qraflığında kənd. Edvardston yaxınlığında yerləşir.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Jül Rime
Jül Rime (14 oktyabr 1873 – 16 oktyabr 1956, Süren, İl de Frans) — 1921–1954-cü illərdə FİFA prezidenti Bu mütəxəssis nə az, nə çox düz 33 il FİFA-ya rəhbərlik edib. Rime "Red Star" klubunun da yaradıcısı olub. Bir müddət Fransa Futbol Federasiyasına rəhbərlik edib. Rimenin fəaliyyəti dövründə ilk dəfə Dünya Çempionatının təşkil olunması ideyası ortaya çıxıb. 1928-ci ildə Amsterdamda keçirilən iclasda Dünya Çempionatının keçirilməsi ideyası hamı tərəfindən bəyənilir. 1930-cu ildə ilk mundial keçirildi. Uruqvaydakı çempionatda elə ev sahibləri qalib gəldilər. Rimeyə idmanın təbliğatındakı xidmətlərinə və müharibə əleyhinə gördüyü işlərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Tom Dice
Tom Days (25 noyabr 1989) — Belçika müğənnisi. Tom Days vaxtilə "The Dice" qrupunda oxuyub. Sonradan qrupu tərk edərək solo karyeraya başlayıb. Elə təmsilçinin "Days" (Dice) təxəllüsü də qrupdakı çıxışından qalıb. Onun ən məşhur albomu "Bleeding Love" adlanır. Tom Days 2010-cu ildə Belçikanı Avroviziyada "Me And My Guitar" mahnısı ilə təmsil edib.
Adam Rize
Adam Rize (ing. Adam Ries; 1492, Bad-Ştaffelştayn[d] – 30 mart 1559[…], Annaberq-Buxxols[d], Müqəddəs Roma imperiyası[…]) — Alman riyaziyyatçısı və pedaqoqudur; "+" və "-" işarələrindən istifadə etmiş, dərsliklərində vurmanın müasir üsulunu vermişdir.
The Dice
Dice (Dais): Axirət — Ramil Mustafayevin qısa elmi-fantastik əsəri. "Dice", uzaq gələcəkdə insanlar tərəfindən koloniyanın qurulduğu, Cygnus-X1 (Bu paraqrafda Siqnus-EKS1 adlı planetdən bəhs edilir. Bu planet bəşəriyyətin yaşadığı uydurma yerdir və hekayədə mühüm rol oynayır – redaktorun qeydi) adlanan yeni planetdə baş verən bir hekayədir. Cəmiyyət zülm, şiddət və sosial problemlərlə mübarizə apardığından, hökumət nizamı qorumaqda çətinlik çəkir. Dr. Ava Mitçel başçılığı ilə dahi alim və mühəndislərdən ibarət "Brainwave Pioneers" (Pionerlər mətndə göstərildiyi kimi Breyinveyv şirkətində işləyən alim və mühəndislər qrupudur – redaktorun qeydi) komandası insanın beyin (və ya insan beyninin – redaktorun qeydi) signallarını real vaxtda dekod edərək, insan davranılşlarını mənimsəmək üçün, etik və moral qaydalardan istifadə edən "Dice" adlı süni intellekt sistemi yaradırlar. Dice, ictimaiyyətə təqdim edilir və ilk zamanlar insanlar onu qorxu ilə qarşılayır, amma nəticədə ədalətli bir cəmiyyətin faydalarını görəcəklərinə inanırlar. "FreeThinkers" adlı bir üsyançı qrup, "Dice"ın cəmiyyət üzərindəki nəzarətinə etirazlara başlayır. "Brainwave Pioneers", yaratdıqları süni intellektə olan sevgiləri ilə bir gün "Dice"ın onların özünə qarşı dönə biləcəyi qorxusu arasında seçim qarşısında qalırlar. Yaşanan xaosa baxmayaraq, hökumət məhkəmə sisteminə nəzarəti "Dice"ə verir və o, daha çox güc və nüfuz qazandıqca insanlar yeni həyat tərzinə uyğunlaşmağa başlayırlar.
The Ride
The Ride — Uels indi-rok musiqi qrupu Catfish and the Bottlemen(en)-in ikinci studiya albomu. 27 may 2016-cı ildə Island Records və Capitol Records tərəfindən buraxılıb.
Kommand-Ric
Kommand-Ric — Naurunun ən hündür nöqtəsi. Hündürlüyü 71 metrdir (233 fut). Zirvə Nauru adasının cənub-qərbində yerləşir. Ayvo dairəsində, Buada dairəsi sərhəddinə yaxın qərarlaşır. Təpə uzanmış bir təpə formasındadır. Təpədən fosfat çıxarılır. Buradan dəmir yolu keçir. İkinci dünya müharibəsi dönəmində yapon ordusu 1942-ci ildə adanı ələ keçirir. Onlar burada istehkamlar qurur və bunkerlər inşa etmişlər. Bun istehkamların bir qismi günümüzdə belə qalır.
Rie Azami
Rie Azami (d. 11 yanvar 1989) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Rie Kimura
Rie Kimura (d. 30 iyul 1971) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 21 oyun keçirib.
Rie Matsubara
Rie Matsubara (21 oktyabr 1993, Gifu) — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Matsubara 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. Matsubara həm də 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. Rie Matsubara 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Sakura Noşitani, Sayuri Sugimoto və Kiko Yokota ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Rie Nakaşima
Rie Nakaşima (21 mart 1980) — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Rie Usuy
Rie Usuy (d. 28 dekabr 1989) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Rie Yamaki
Rie Yamaki (d. 2 oktyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 50 oyun keçirib, 3 qol vurub.
Lusi Rie
Lusi Rie (Almanca tələffüz: [lʊtsiː ʀiː]; 16 mart 1902[…], Vyana – 1 aprel 1995[…], London) Avstriya doğumlu, müstəqil, Britaniyalı studio dulusçusu keramikaçıların əksəriyyəti kişi olan zaman bu sənətdə çalışırdı.
Rie Kudan
Rie Kudan (九段理江, Kudan Rie, 27 sentyabr 1990, Urava[d], Saytama prefekturası) – Yaponiya yazıçısı. 2024-cü ildə "Tokio Simpatiya Qülləsi" romanına görə Akutaqava mükafatının qalibi olmuşdur. Romanın bir hissəsinin süni intellektin köməyi ilə yazmışdır. Kudan 27 sentyabr 1990-cı ildə Saytama prefekturasının Urava şəhərində doğulmuşdur. Universitetdən məzun olduqdan sonra laboratoriya köməkçisi kimi işləməyə başlamışdır. İbtidai məktəbin 6-cı sinfində oxuyarkən yazdığı "Gözəl yapon dilindən istifadə edək" (美しい日本語を使おう, Utsukuşī nihonqo o tsukaou) adlı essesinə görə ilk ədəbi mükafatını qazanmışdır. 2021-ci ildə debüt romanı olan "Pis musiqi" (悪い音楽, Varui onqaku) romanı ilə 126-cı Ədəbi Dünyanın Yeni Gələni Mükafatının qalibi olmuşdur. Kudan 2024-cü ildə "Tokio Simpatiya Qülləsi" (東京都同情塔, Tokyo-to Doco To) romanına görə 170-ci Akutaqava mükafatının qalibi olmuşdur. Bundan öncə 2021-ci ildə "Məktəbli qız" əsərinə görə Akutaqava mükafatına namizəd göstərilsə də, qalib ola bilməmişdi. "Tokio Simpatiya Qülləsi" romanında hadisələr Zaha Hadidin Milli Stadion layihəsinin gerçək olduğu və süni intellektin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi yaxın gələcəkdə baş verir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
Human Race (mahnı)
Human Race (azərb. İnsan yarışı‎) – Kanadanın Three Days Grace rok musiqi qrupu tərəfindən ifa olunmuş sinql. 23 mart 2015-ci ildə qrupun "Human" adlı beşinci studiya albomunun üçüncü sinqlı kimi buraxılmışdır. Billboard Mainstream Rock Songs hit-paradından üçüncü yerə qədər yüksələ bilmişdir. Mahnının sözlər videosu 23 mart 2015-ci ildə YouTube kanalında buraxılmışdır. Musiqili videosu isə 14 may 2015-ci ildə buraxılmışdır. Rejissoru Mark Pellinqtondur.
Rica Talk Hotel
Rica Talk Hotel — İsveçin Stokholm Bələdiyyəsinin Alvsyö şəhərindəki Stokholm Beynəlxalq Yarmarkasında yerləşən göydələn və oteldir. Otelin hündürlüyü 72 metrdir. Otel 19 mərtəbədən və 248 otaqdan ibarətdir. Bina Rosenbergs Arkitekter tərəfindən inşa edilmişdir və 2006-cı ilin mayın 23-də açılışı olmuşdur.
RISE
RISE - Scotland's Left Alliance (azərb. RISE - Şotlandiyanın Sol Alyansı‎, qısa RISE kimi tanınır) – Şotlandiyada Şotlandiya Sol Layihəsi və Şotlandiya Sosialist Partiyası seçki ittifaqından mövcud olan siyasi partiya. İttifaq Radikal Sol Koalisiya nümunəsi üzərində qurulmuşdur. Partiyanın adı Hörmət (Respect), Azadlıq (Independence), Sosializm (Socialism) and Environmentalizm (Environmentalism) qısaltmasından yaranmışdır. Şotlandiya Sol Layihəsi oktyabr 2014-də Şotlandiyanın müstəqilliyi üzrə referendumdan sonra onlayn layihə kimi yaranıb. Layihə 2015-ci ilin avqustun 29-da Qlazqonun "Mariott" mehmanxanasında RISE partiyası kimi qeyd olub və ilk konfransını keçirmişdir.
Rinə
Rinə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində "çay kənarı", "çay sahili" deməkdir (Çaykənarı kənd).
Rizə
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.
Have a Nice Day
Have a Nice Day – Roxette qruppunun albomudur.
Rise Like a Phoenix
Rise Like a Phoenix (azərb. Zümrüd Quşu Kimi Yüksəl‎) — Avstriyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Siti Qraund
City Ground İngiltərədə, Vest Bridgford, Nottinghamsşire'da, Trent çayı sahilinə qurulmuş bir stadiondur. 1898-ci ildən bəri Nottingem Forest klubuna ev sahibliyi etməkdədir və 30.602 nəfərlik bir tutumu vardır. Stadion Avro 96 matçlarının oynandığı stadionlardan biri olmuşdur. Eyni zamanda bu stadion Forestin qonşu və əzəli rəqiblərindən Notts County'nin stadionu olan Meadov Lane'ə yalnız 300 metr uzaqlıqdadır (İngiltərədə peşəkar stadionların bir-birinə ən yaxın olanları bu stadionlardır).
Don Riçi
Donald Teylor Riçi (9 iyun 1926 – 13 may 2012, Darlinqxyorst[d]) — Avstraliya ordeni laureatı, bir çox intihar cəhdinə müdaxilə edən avstraliyalı. O, Sidneydə Boşluq (ing. The Gap) adındakı bir uçurumdan intihara cəhd edən ən azı 180 nəfəri rəsmi olaraq xilas edib. Riçi Vaucluse Dövlət Məktəbinə gedib və Şotlandiya Kollecinə daxil olub. Ritçi İkinci Dünya müharibəsi dönəmində 1944-cü il iyunun 30-da HMAS Hobart gəmisində matros kimi Kral Avstraliya Donanmasına daxil olmuş və 1945-ci il sentyabrın 2-də Tokio körfəzində Yaponiya İmperatorluq Qüvvələrinin qeyd-şərtsiz təslim olduğunun şahidi olmuş, sakit okeanda İkinci Dünya müharibəsini rəsmən başa çatdırmışdır. Müharibədən sonra o, həyat sığortası satıcısı idi. Rəsmi olaraq o, 2009-cu ilə qədər 45 il ərzində 180 nəfəri intihardan xilas edib, halbuki ailəsi bu rəqəmin 500-ə yaxın olduğunu iddia edir. Ritçi Avstraliyanın Sidney şəhərində yerləşən və bir çox intihar cəhdləri ilə tanınan "The Gap" adlı yerin yanında yaşayırdı. Tanınmış və tərifləməyən təvazökar bir adam, cənab Ritçi evindən intihar etmək niyyətində olanları görür və yavaş-yavaş onlara tərəf gedirdi. Uçurumun kənarında o, sadəcə gülümsəyərək onlardan soruşardı: "Mən sizə hansısa şəkildə kömək edə bilərəmmi?".
EA DICE
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər. Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür.
Hans Friçe
Hans Friçe (alm. August Franz Anton Hans Fritzsche‎; 21 aprel 1900, Boxum, Prussiya – 27 sentyabr 1953[…], Köln, Şimali Reyn-Vestfaliya) — Üçüncü Reyxdə Daxili mətbuat xidmətinin rəisi (1938–1942); Xalq Maarif və Təbliğat Nazirliyinin radio verilişləri şöbəsinin rəisi (1942–1945). Radioaparıcı, jurnalist.
Layonel Riçi
Layonel Brokmen Riçi (ing. Lionel Brockman Richie; 20 iyun 1949, Alabama, ABŞ) — amerikan müğənni, şair, prodüser və aktyor. O, 1968-ci ildən "Commodores" adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçinin solo karyerasında "Lionel Richie" albomuyla debüt edərək böyük uğur qazanmışdır. Riçi, Alabama ştatının Taskigi şəhərində, Alberta R. (Foster) və Layonel Brokmen Riçinin ailəsində doğulmuşdur. Taskigi Universitetində təshil alarkən o həmçinin tennislə maraqlanmış bir çox nailiyyət əldə etmişdir. 60-cı illərin ortasında o, Commodores qrupunda solist olmaqla yanaşı, saksafonda da ifa edirdi.70-ci illərə kimi o müxtəlif mahnılar bəstələmişdir. 1980-ci ildə onun bəstəsi olan Kenni Rocersin oxuduğu Lady mahnısı həmin ildə hit paradlarda birinci yerə kimi yüksəlmişdir. Lionel Richie (1982) Can't Slow Down (1983) Dancing on the Ceiling (1986) Louder Than Words (1996) Time (1998) Renaissance (2000) Just for You (2004) Coming Home (2006) Just Go (2009) Tuskegee (2012) Scott Joplin (1977) Thank God It's Friday (1978) Running with the Night (1990) Truth or Dare (1991) The Preacher's Wife (1996) Pariah (1998) The Simpsons (epizodik) (2007) Who Do You Think You Are?
Məşhəd Rizə
Məşhəd Rizə — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Miyan vilayət bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,307 nəfər və 1,808 ailədən ibarət idi.
RIPE NCC
RIPE NCC (fr. Réseaux IP Européens və ing. Network Coordination Centre; İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu) — dünyadakı 5 regional internet-registratorundan (ing. Regional Internet Registries, RIRs) biri. Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir hissəsinə xidmət edir. Məhz bu təşkilat Azərbaycan üzrə İnternet adların paylanması ilə məşğul olan qurumu müəyyənləşdirir. RIPE NCC-nin xidmət etdiyi region üzrə 70-dən artıq ölkədə 7038 üzvü var (2010).
World naked bike ride
Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır. Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir. Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış 2002-ci il tarixli döyüş-macəra video oyunu. Grand Theft Auto: III 2001-ci ildə buraxıldıqdan sonra Grand Theft Auto seriyasındakı giriş oyunlarından biri olmuşdur. 1986-cı ildə cərəyan edən oyun hekayəsi, italyan mafiya üzvü Tommi Versetti və onun Mayami əsasında hazırlanmış Vays Sitidə Toni Montanadan ilhamlanaraq macəralarından bəhs edir.
Korund
Korund (Al2O3) — mineral. Çox da tez-tez rast gəlinməyən. Cüzi qarışıqları — Cr, Fe, Mn, Ti. Kristalları çəlləyəbənzər, sütunvari, prizmatik, piramidal, lövhəvari və b. İkiləşmə çox vaxt {101} üzrə polisintetik, nadir hallarda {0001} üzrə. Ayrılması yoxdur, bölünməsi {0001} və {101} üzrə. Aqreqat dənəvərdir. Rəngsiz, lakin mikroqarışıqlarla müxtəlif rəngə boyanır: Ti — göy-sapfir (göy yaqut); Fe2+ və Fe3+ — qara; Fe3+- qəhvəyi və çəhrayı; Cr — qırmızı — rubin (yaqut); həmçinin sarı — şərq topazı, yaşıl — şərq zümrüdü, tünd qırmızı — şərq ametisti və b. Parıltısı almazı, şüşəli. Sərtliyi 9.
Rinə (Mazandaran)
Rinə — İranın Mazandaran ostanının Amul şəhristanının Larican bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 860 nəfər və 259 ailədən ibarət idi.
Rinə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rizə ili
Rizə ili — Türkiyədə il.
Rizə küftə
adambaşına 300 qr qoyun əti 1 baş soğan 40 qr ərinmiş yağ 20 qr üzüm sirkəsi 10 qr şəkər 15 qr tomat – püre 25 qr keşniş və şüyüd habelə tam üçün duz və istiot götürülür. Qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir. Buna istiot və duz vurulub, yaxşı qarışdırılır və 30 dəq soyuq yerdə saxlanılır. Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır. Doğranmış soğan ayrıca qızardılıb içinə tomat püre qatılır və bulyonda açıldıqdan sonra buna sirkə, yaxud limon duzu, şəkər, istiot, duz vurulub hazır olunca bişirilir. Qızardılmış ət küftəciklərinin üstünə sous tökülüb 5 – 10 dəq ərzində öz buğunda bişirilir. Süfrəyə verilən zaman rizə küftənin üstünə doğranmış göyərti səpilir.
Riçi Sambora
Riçi Sambora (ing. Richie Sambora; əsl adı Richard Stephan Sambora) — ABŞ-dən olan musiqiçi. Bon Jovi qrupunun gitaristi. Riçard Stefen Sambora 11 iyul 1959-cu ildə anadan olub. Riçi Samboranın uşaqlığı Polşalı atası Adam C. Sambora (ailəsinin mənşəyi Krakov'a qədər gedir) və İtalyan ana Joan Sienila ilə Nyu Cersidə Woodbridge Township'də keçib. Woodbridge Liseyində təhsil alan Sambora, 1970-ci ildə Cimi Hendriksin ölümündən sonra gitara çalmağa başladı. Ən başından bəri ilham qaynağı blues və 60-cı illərin rock'n'roll-u idi. İdealı isə Erik Klapton, Cimi Hendriks, Jeff Beck, Stevie Ray Vaughan, Johnny Winter və Jimmy Page'dir. Eyni zamanda İspan klassik musiqisindən də ilham almışdır. 1991-ci ildə "Stranger In This Town" adlı ilk solo albomunu çıxardan Sambora, blues ağırlıqlı albom, tənqidçilərin və pərəstişkarların sevgisini qazandı.
Rizə Universiteti
Rəcəb Tayyib Ərdoğan Universiteti (əvvəlki adı: Rizə Universiteti) — Rizədə yerləşən Türkiyə dövlət universiteti. 2006-cı ildə Qaradəniz Texniki Universitetindən ayrılaraq müstəqil universitet kimi yaradılmışdır. Universitet əsasən elm və səhiyyə yönümlüdür. Universitetin tarixi Texniki Məktəbin yaradılması ilə 1950-ci illərdən başlayır. 1975-ci ildə Rizə Təhsil İnstitutu yaradılır. 1976-cı il martın 1-də Rizə Peşə Məktəbinin əsası qoyulur. 1992-ci ildə İlahiyyat Fakültəsi və Balıqçılıq Fakültəsinin, 1996-cı ildə Fındıqlı Peşə Məktəbi, 1997-ci ildə Təhsil fakültəsi və Fən-ədəbiyyat fakültəsinin qurulması ilə böyüməyə davam edib. O, əvvəllər Qaradəniz Texniki Universitetinin bir hissəsi olub. 26111 nömrəli Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minən 15 yeni universitetin yaradılması haqqında qanunla 17 mart 2006-cı ildə Rizə Universiteti yaradılıb. Universitet rəhbərliyinin təklifi və Nazirlər Şurasının qərarı ilə 2012-ci il 11 aprel tarixli 28261 saylı Rəsmi Qəzetdə dərc olunduqdan sonra qüvvəyə minən 6287 saylı İbtidai Təhsil və Təhsil Qanunu və Bəzi Qanunlarda Dəyişikliklər edilməsi haqqında Qanunla Rizə Universitetinin adı Rəcəb Tayyib Ərdoğan Universiteti olaraq dəyişdirilib.
Pound-for-pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Pound for pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Qrodno
Qrodno (belar. Гродна, pol. Grodno, lit. Gardinas) — Belarusun iri şəhərlərindən biri.
Qroznı
Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala) — Şimali Qafqazda şəhərdir, Rusiyanın cənubunda, Çeçenistan Respublikasının paytaxtı, Qroznu rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir. Şəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Qrunt