Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Habrobracon hebetor
Habrobracon hebetor (lat. Habrobracon hebetor) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin brakonidlər fəsiləsinin habrobracon cinsinə aid heyvan növü. == Xarici quruluşu == Parazitin döş hissəsi qonur-qaramtıl olub, üst tərəfdən qırmızımtıl-sarımtıl rəngdədir. Bədəninin uzunluğu 3,5–4 mm-dir. Bığcıqları qara olub, dişilərdə 16-17 buğumlu, erkəklərdə isə 20-25 buğumludur. == Həyat tərzi == Abşeron ərazisində yaşıllıqlara zərərverən yarpaq və tumurcuq fırfıralarının, qızılgül yarpaqbükəninin, qızılqarın kəpənəyin, tək ipəksarıyanın, valehedici gözəlçənin və Ağ Amerika kəpənəyinin tırtıllarında parazitlik edir. Bəzək bitkiləri sahələrində, xüsusilə Bakı şəhərində, Mərdəkan qəsəbəsində və ətraf kəndlərdə salınmış yaşıllıq sahələrində yayılaraq, zərərvericilərin sayının azalma-sında böyük təsərrüfat əhəmiyyətinə malik rol oynayır. Aparılan hesablamalara görə zərərvericilərin tırtıllarının 15-20% -i Bracon hebetor paraziti ilə yoluxmuş olur. Parazitin bioekologiyasına və sahibi yoluxdurmasına dair Naxçıvan bölgəsində tədqiqat işləri aparmış Zəkəriyyə Məmmədov Bracon hebetor parazitinin meyvə zərərvericilərini yüksək dərəcədə yoluxdurmasını nəzərə alıb, onun bioloji mübarizədə istifadə edilməsini təklif etmişdir. Müəllif, parazitin (laboratoriya şəraitində) cənub anbar odlucası üzərində çoxaldılması və meyvə bağlarına buraxılması yollarını göstərmişdir.