Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Komprador
Komprador (port. comprador — «alıcı») — yerli treyder, sahibkar, xarici kapital ilə inkişaf etməkdə olan ölkənin milli bazarı arasında vasitəçi Şərqi Asiyada yaşayan avropalılar kompradorları idxal mallarının ticarəti üçün bazara göndərilən yerli qulluqçular adlandırırdılar. Sonralar xarici şirkətlərdə işləyən yerli təchizatçılar və xarici şirkətlərin nümayəndəliklərinin yerli menecerləri komprador adlandırılmağa başladılar. Kompradorlar Cənubi Çinin iqtisadiyyatında mühüm rol oynamış, xarici korporasiyalar üçün çay, ipək, pambıq və iplik alıb satırdılar, xarici banklarda işləyirdilər. Sonradan kompradorlar inkişaf etməkdə olan ölkənin burjuaziyasının bir hissəsi olan, daxili və xarici bazarlarda xarici şirkətlərlə ticarət vasitəçiliyi həyata keçirən “komprador burjuaziyası” adlanan bir qrup yaratdılar. Komprador burjuaziyası müstəmləkəçilik dövründə formalaşmışdır. Müxtəlif təbəqələrdən: tacirlərdən, sələmçilərdən, feodallardan və qəbilə zadəganlarından formalaşmışdır. O, həm iqtisadi, həm də siyasi cəhətdən xarici şirkətlərdən çox asılı idi və çox vaxt onlar tərəfindən öz xeyrinə istifadə olunurdu. Komprador burjuaziyası, bir qayda olaraq, XIX əsrin sonu — XX əsrin əvvəllərində, eləcə də Birinci və İkinci Dünya Müharibələri arasındakı dövrdə anti-müstəmləkə hərəkatında iştirak etmədi. Birinci dünya müharibəsindən sonra milli sənayenin kəskin inkişafı ilə əlaqədar komprador burjuaziyasının iqtisadiyyatda rolu kəskin şəkildə aşağı düşdü.
Sid Kampeador
Rodrigo Díaz de Vivar (ən tezi 1041 və ən geci 1057 – ən tezi may 1099 və ən geci 10 iyul 1099, Valensiya), daha çox Sid Kampeador (El Cid Campeador) kimi tanınan Kastiliya zadəganı, hərbi komandiri və qabiliyyətli diplomatı olmuşdur. Sürgün edilməsindən sonra Valensiya şəhərini fəth etmiş və şəhəri idarə etmişdir. Kastiliya sarayında təhsil almış, VI Alfonsonun ən mühüm komandiri olmuş və müsəlman ərəblərə (Əndəlüs) qarşı mübarizə aparmışdır. Onun ləqəbi olan "El Cid" ispan dilindəki “El” tərif ədatı və Ərəb dilindəki seyid (سيد) sözlərindən əmələ gəlmişdir. Beləliklə də, “El Cid” bu formada hökmdar olaraq tərcümə edilə bilər. “Campeador” isə latın sözü olub döyüş sənətinin ustası və yaxud da qılınc ustası deməkdir. Sidin dəqiq olaraq dünyaya gəldiyi tarix məlum deyildir. Bununla belə, əksər tarixçilər Sidin 1040-cı ildə anadan olması fikri ilə razılaşırlar. Doğulduğu yer hesab edilən, Vivar, Kastiliyanın paytaxtı hesab edilən Burqosun şimal hissəsində yerləşən kiçik bir kənddir. Sidin atası olan Dieqo Lainez Kastiliya zadəganlarından biri olmuşdur.