Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Letoon
Letoon (q.yun. Λητῶον) ― Likiyada, qədim şəhər Ksantos yaxınlığında Letoya həsr olunmuş ziyarətgah. Bura bölgədəki ən əhəmiyyətli dini mərkəzlərdən biri olmuşdur. Ziyarətgah Türkiyənin Muğla ilinin Fethiye rayonunda, Kumluova kəndinin cənubunda yerləşir. Letoon Ksantos çayı boyunca yerləşən eyniadlı şəhərin təxminən dörd kilometr cənubundadır. Abidə 1988-ci ildə Ksnatos ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix == Heç vaxt tam məskunlaşılmış yaşayış yeri olmayan, sadəcə dini bir mərkəz olaraq qalan ərazidəki arxeoloji tapıntılar eramızdan əvvəl VI əsrin sonlarına aiddir. Bu, Likiyada dördüncü əsrin əvvəllərində başlayan Yunan mədəni hegemonluğundan əvvəl idi. Ksantus vadisində Apolloya erkən pərəştişin olması tarix və ya arxeologiya baxımından təsdiqlənilməsə də, iddia hər ikisi "Likus" adlı şəxslə bağlı iki mifdən qaynaqlanmışdır. Ərazinin müqəddəsliyi Appianın VI Mitridatla əlaqəli yazdığı lətifə ilə əlaqəlidir.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Gelon
Gelón (özb. Gelon / Гелон) — Özbəkistan Respublikası nın Kaşkadarya vilayətində bir kəndin ərazisində yerləşən, Şahrisabz şəhərinin bir rayonu. Kishlak 1305 -ci ildə quruldu. Kənd sakinləri hələ də qədim adət və həyat tərzini qoruyub saxlayırlar, 2018-ci ilin ortalarına qədər xarici turistlər xüsusi sərhəd rejimi səbəbindən bu kəndə gedə bilmədilər. == Coğrafiyası == Gelon Özbəkistanın cənubunda, Kaşkadərya çayının hövzəsində, Pamir-Alay dağlarının qərb yamacında yerləşir. Ərazi Özbəkistan və Tacikistan sərhədində, Şahrisabzdan 80 kilometr aralıda yerləşir. Kishlak, hər tərəfdən yüksək dağlarla əhatə olunmuş, şərqdə 4000 metrdən çox yüksəkliyə çatmışdır. Özbəkistanın ən yüksək dağ kəndlərindən biridir. Çoxsaylı serpantinləri olan çətin, lakin mənzərəli bir dağlıq yolla bura getmək asan deyil. == İqlimi == İqlimi kontinental, quru, bəzi yerlərdə subtropikdir.
Kloun
Kloun (ing. clown) və ya təlxək — komik tamaşanın üsullarından istifadə edən sirk, estrada teatr artisti. İlk dəfə e.ə. 1600-cü illlərdə meydana çıxan klounluq peşəsi bu gün dünyanın bir çox yerində sənət sahəsi kimi qəbul edilir, əyləncə və uşaq oyunları ilə birlikdə işlənir. Bəzi mənbələrə görə XVIII əsrə qədər klounlar saraylarda yaşayırdılar. Klounlar sifətində komik ifadə olan sənətkarlardır. Bunu təmin etmək üçün, rəngli və şişirdilmiş pariklər, müxtəlif üslubda makiyajlar, qeyri-adi iri ayaqqabılar və qəribə kostyumlardan istifadə edilir. Amerikalı sosioloq Peter Lüdviq Berger bu məsələ ilə bağlı olaraq belə demişdir: "Bu məzhəkə və komik davranışların, din və sehrbazıq kimi, insan cəmiyyətinin bəzi mühüm ehtiyaclarını yerinə yetirməsi məntiqli görünür".
Lilou
Əli Ramdani (18 aprel 1984, Lion), daha yaxşı səhnədəki adı Lilou ilə tanınan, Əlcəzair mənşəli fransız bi-boydur.
Melun
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Melön
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Öelün
Öelün (və ya Höelin Ujin , Monqolca: Өэлүн үжин, Өэлүн эх, Anne Höelin) sonraları Çingiz xan olaraq anılacaq olan Temuçinin anası və Monqol tayfası başçısı Yesugey bahadurın xanımı. Öelün, Onggirat boyunun Olxonut tayfasındandır. 1159-cu il civarında Yesugey bahadur tərəfindən qaçırldı. Öelün, Yesugey bahadur tərəfindən baş xatun təyin edildi. Beləcə Yesugey bahadurın varisləri Öelünin övladlarından olacaqdı. Öelün, Yesugey bahadurdan beş övladı oldu. Bunlar, Temuçin, Hazar Kasar, Kaçiun, Temüge oğlan övladları, Temulin ise qızıdır. Ayrıca Yesugey bahadurın digər arvadından olan Bekter və Belgütey adında iki oğlu vardır. Yesugey bahadurın tatarlar tərəfindən öldürülməsindən sonra, ulusdakı bir çoxadam obanı tərk etmiş, Öelün övladlarıyla birlikdə yalnız qalmışdır. Öelün ailesinin sorumluluğunu alaraq bir arada tutmağa çalışmışdır.
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Levon
Levon — erməni adı. Levon Ter-Petrosyan — Ermənistan birinci prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). I Levon — Kilikiya Erməni Çarlığının ilk kralı. II Levon — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon Çorbacıyan — erməni əsilli ABŞ sosioloqu. Levon Mirzoyan — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929). Levon Aronyan — şahmat üzrə erməni əsilli ABŞ qrossmeysteri. Levon Çukasyan — Ermənistan sənətşünası. Levon Larents — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru. Levon Minasyan — Fransız əsilli erməni musiqiçisi, bəstəkar və duduk ifaçısı.
Alber Lebrun
Alber Lebren (fr. Albert Lebrun; 29 avqust 1871, Mersi-le-O, Fransa – 6 mart 1950, Paris, Fransa) — 1932–1940-cı illərdə Fransa Respublikasının 15-ci prezidenti.
Con Kelhun
Con Kelxun (ing. John Caldwell Calhoun, 18 mart 1782[…] – 31 mart 1850[…]) — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti.
Con Kelxun
Con Kelxun (ing. John Caldwell Calhoun, 18 mart 1782[…] – 31 mart 1850[…]) — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti.
Mişel Leblon
Mişel Leblon (fr. Michel Leblond; 10 may 1932, Reyms – 17 dekabr 2009, Reyms) — Fransa futbolçusu və məşqçi. O, 1956-cı ildə keçirilən Çempionlar Kubokunun ilk finalında ilk qolu vurmağı ilə tanınır. İsveçrədə baş tutan 1954 FİFA Dünya Kubokunun iştirakçısı olmuşdur. Millinin heyətinə 2 dəfə salınsa da, ehtiyat oyunçular skamyasını tərk etməmişdir. "Reyms" klubunun əfsanə oyunçusu sayılır. Fransa çempionu: 1953, 1955, 1958, 1960 Fransa kuboku mükafatçısı: 1958 1956 və 1959-cu illərdə FİFA Dünya Kuboku finalçısı.
Mohamed Celloun
İbn Xəldun
İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. أبو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي‎; 27 may 1332, Tunis – 17 mart 1406, Qahirə) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biri olaraq qəbul edilir. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür. Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır.
Leon
Yaşayış məntəqələri Leon (İspaniya) — İspaniyada şəhər, Omonimik vilayətinin inzibati mərkəzi. Kastiliya və Leon — İspaniyanın şimal-qərbində yerləşən muxtar region. Digər Leon dili — İspaniyanın tarixi Leon regionunun şimal və qərbində (müasir Leon, Zamora, və Salamanka bölgələrində) və Portuqaliyada bir neçə qonşu ərazilərdə danışılan dildir. Leon (film, 1994) — 1994-cü ildə Lük Besson tərəfindən çəkilmiş fransız filmi.
Eldəniz Elgün
Eldəniz Elgün — tanınmış azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. == Həyatı == 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişdir. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir. 2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — "Türk Evi" fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur.
Elgün Abbaslı
Elgün Abdullayev
Elgün Bəyişli
Elgün Camal
Elgün Həmidov
Elgün Rafik oğlu Həmidov (2 yanvar 1983, Yergüc, Xaçmaz rayonu) — Azərbaycanın teatr və kino aktyoru. == Həyatı == Elgün Rafik oğlu Həmidov 2 yanvar 1983-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. 1989–2000-ci illərdə Xaçmaz rayon Yergüc kənd orta məktəbində təhsil almışdır. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsində estrada rejissoru ixtisası üzrə Vidadi Həsənovun kursunda ali təhsil almışdır. 2021-ci ildə ailə həyatı qurmuşdur. Aktyor fəaliyyəti: 2010–2011-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının "Gənc mütəxəssislərin yetişdirilməsi" kursunda ilk sənət təcrübəsi əldə etmişdir. 2011–2013-cü illərdə (rəsmi olaraq, 2015-ci ilə qədər) Pərviz Məmmədrzayevin rəhbərliyi ilə "SİMSAR" Plastik Dram Teatrında çalışmış, eyni zamanda orada Qurban Məsimovun "Klounada janrı" ustad dərslərində (2012–2013) iştirak etmişdir. 2013–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (müqavilə əsasında) və onun nəzdində yaradılmış "Az-ART" studiyasında fəaliyyət göstərmişdir. 2013-cü ildən YUĞ Dövlət Teatrının aktyorudur. 2016-cı ildən "M-Teatr"-da, 2017-ci ildən "Human" teatrında çalışır, 2017–2021-ci illərdə "ADO" teatrı ilə əməkdaşlıq etmişdir.
Elgün Həsənov
Elgün Kərimov