Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çando (Vando)
Çando (kor. 장도, 將島) — Koreya boğazında, Koreya yarımadası sahillərində yerləşən, Cənubi Koreya aid olan ada. Kvando adasının qərb sahillərinə yaxın ərazidə yerləşir. İki ada piyada körpüsü vastəsi ilə birləşir. Tarixi park 828–851-ci illərdə mövcud olmuş "dəniz hökmdarı" Çan Boqoya həsr edilmişdir. İnzibati baxımıəndan Vando vilayətinə daxildir.
Alando
Alando (fr. Alando, kors. Alandu) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B005. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 27 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Lanyo
Lanyo (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Land
Bando (şəhər)
Bando (坂東市, Bandō-shi) — Yaponiyanın Kanto bölgəsinin şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 22 mart 2005-ci ildə qurulmuşdur. 2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Şəhərin sahəsi 123,03 km²-dir. == Tarix == Meyci dövrü başlamazdan əvvəl müasir Bandonun ərazisi Şimosa əyalətinin tərkibində idi. 1 aprel 1889-cu ildə bələdiyyə sistemi tətbiq olunmağa başlananda İbarakinin Saşima rayonunda İvay kəndinin əsası qoyuldu. İvay kəndi 4 iyul 1900-cu ildə qəsəbə statusu, 1 aprel 1972-ci ildə şəhər statusu aldı. Bando şəhəri 22 mart 2005-ci ildə İvay şəhəri ilə qonşu Saşima qəsəbəsinin birləşdirilməsi nəticəsində yaranmışdır. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının cənub-qərbində, Tone çayının şimal sahilində yerləşir. Cənub-qərbdə Çiba prefekturası ilə həmsərhəddir.
Bando şəhəri
Bando (坂東市, Bandō-shi) — Yaponiyanın Kanto bölgəsinin şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 22 mart 2005-ci ildə qurulmuşdur. 2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Şəhərin sahəsi 123,03 km²-dir. == Tarix == Meyci dövrü başlamazdan əvvəl müasir Bandonun ərazisi Şimosa əyalətinin tərkibində idi. 1 aprel 1889-cu ildə bələdiyyə sistemi tətbiq olunmağa başlananda İbarakinin Saşima rayonunda İvay kəndinin əsası qoyuldu. İvay kəndi 4 iyul 1900-cu ildə qəsəbə statusu, 1 aprel 1972-ci ildə şəhər statusu aldı. Bando şəhəri 22 mart 2005-ci ildə İvay şəhəri ilə qonşu Saşima qəsəbəsinin birləşdirilməsi nəticəsində yaranmışdır. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının cənub-qərbində, Tone çayının şimal sahilində yerləşir. Cənub-qərbdə Çiba prefekturası ilə həmsərhəddir.
Caselle Landi
Kazelle Landi (it. Caselle Landi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Kazelle Landi
Kazelle Landi (it. Caselle Landi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Lanyo (kanton)
Lanyö (fr. Lagnieu) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Belle dairəsinə daxildir. Kodu — 0117. Lanyö kantonuna 13 kommun daxildir və bunlardan əsas Lanyö kommunası hesab edilir. == Kantonun kommunları == == Əhalisi == 1999-cu ildə əhalinin sayı 9531 nəfər təşkil edirdi.
Ryuci Bando
Ryuci Bando (d. 2 avqust 1979) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Malva Landa
Malva Noevna Landa (rus. Ма́льва Но́евна Ла́нда; 4 avqust 1918, Odessa, Xerson quberniyası – 3 iyul 2019, Hayfa) — Sovet geoloqu, dissident və müharibə əleyhdarı fəal, yazıçı, bir sıra məqalələrin müəllifi. SSRİ-də insan haqları hərəkatının iştirakçısı, 1976-cı ildən Moskva Helsinki Qrupunun üzvüdür. == Həyatı == Malva Landa 4 avqust 1918-ci ildə Odessada orta məktəb müəllimi ailəsində anadan olub. Atası baytar Nua Viktoroviç Landa (1887-1938), Moskva Baytarlıq İnstitutunun dosenti, 1926-cı ildən professor və Saratov Baytarlıq İnstitutunun patoloji anatomiya kafedrasının müdiri idi. O, 1932-ci ilin payızında həbs edilərək Stalinqrad həbsxanasına göndərilib. İşgəncələrdən sağ çıxsa da, 1938-ci ildə güllələnib. Malva Landa orta məktəbi Saratovda bitirib. 1940-1945-ci illərdə Malva Landa Moskva Geoloji Kəşfiyyat İnstitutunda təhsil alıb. Serqo Orconikidze (indiki Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti).
Ando-Praym
Ando-Praym (ing. Ando Prime) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet buzdan ibarətdir və pod yarışlarına ev sahibliyi edir. İlk dəfə "Klon müharibələri" nümayiş olunmuşdur. Endor döyüşündən sonra qaçaqmalçılar Han Solo və Çubakka Qalaktik imperiyanın əvvəllər saxladığı cinayət təşkilatları ilə əlaqələrini gücləndirmək cəhdləri haqqında məlumat əldə etmək üçün Ando-Praym və bir neçə başqa planetə səfər etmişdir. Burada olarkən Solo başqa qiyafət geyərək imperiyanın fəaliyyətləri ilə maraqlanmış, lakin heç nə öyrənə bilməmişdir. == İstinadlar == == Xarici keçidlər == Ando Prime — Vukipediya saytında.
Kozue Ando
Kozue Ando (d. 9 iyul 1982) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 126 oyun keçirib, 19 qol vurub.
Lado Asatiani
Lado Asatiani (gürc. ლადო ასათიანი) - Gürcü yazıçı və şair. Cəmi yeddi il davam etmiş yaradıcılıq fəaliyyətindən sonra 26 yaşında vəfat etmişdir. Lado Asatiani XX əsr Gürcü ədəbiyyatının ən görkəmli simalarından biri kimi qəbul olunur. Asatiani Stalinist ideologiyanın təsirlərindən və məhdudiyyətlərindən qorunmağı bacaran az saylı gürcü yazıçılardandır. == Həyatı == Lado Asatiani 1917-ci ildə həmin dövrdə Gürcüstan Demokratik Respublikasının sərhədləri daxilində yerləşən Kutaisi şəhərində anadan olmuşdur. Gənclik illərini bu şəhərdə keçirən Lado 1938-ci ildə Kutaisidə pedoqoji təhsilini tamamlayır. 1939-cu ildə Qızıl ordu tərəfindən hərbi xidmətə çağırılır, ancaq tuberkulyoz xəstəsi olduğundan ordu sıralarından tərxis edilir. Asatianinin gürcü mətbuatında ilk debütü 1936-cı ildə baş tutur. 1941-ci ildə isə şeirlərindən ibarət kolleksiya nəşr olunur.
Lado Avaliani
Avaliani, Lado Şalvoviç (gür. ვლადიმერ (ლადო) შალვას ძე ავალიანი, 2 [15] may 1913 Zestafoni, Kutaisi quberniyası, Rusiya imperiyası - 1998) — Gürcüstanın sovet dövrü yazıçısı. == Həyatı == 2 (15) may 1913-cü il tarixində Rusiya imperiyasının Kutaisi quberniyasının Kutaisi qəzasının Zestafoni şəhərində anadan olub. 1940-cı ildə Tbilisi İncəsənət Akademiyasının Qrafik fakültəsini başa vurub. 1945-ci ildə Ümumkommunist bolşevik partiyasına daxil olmuşdur. 1959-cu ildə "Sonuncu gün, ilk gün" kinodramında rəssam rolunu oynamışdır. 1977-ci ildən 1981-ci ilə qədər Gürcüstan Yazıçılar İttifaqının nəsr şöbəsinin müdiri olmuşdur. 1998-ci ildə vəfat edib. == Yaradıcılığı == Əsərlərinin nəşrinə 1935-ci ildə başlamışdır. Yazıçının hekayə və novellalar mövzusu Svanetiyanın qədim və yeni həyatına, Böyük Vətən müharibəsinə, Gürcü ədəbiyyatı və incəsənətinə həsr olunub.
Lado Ketsxoveli
Lado Zaxaryeviç Ketsxoveli (gürc. ლადო კეცხოველი, əsl adı Vladimir Zaxaryeviç Ketsxoveli, gürc. ვლადიმერ ზაქარიას ძე კეცხოველი; 2 (14) yanvar 1876 – 17 (30) avqust 1903, Tiflis)—Gürcü inqilabçısı. == Həyatı == == Fəaliyyəti == 1890-cı ilin yanvarında Lado Ketsxovelinin Bakıya gəlməsi və siyasi təşviqat fəaliyyəti yeni mərhələyə qədəm qoydu. "Lado neft şəhərində inqilabi işi canlandırdı, dərnəklərə həyat verdi. Bakıda təbliğat və təşviqat xarakterli gizli sosial-demokrat ədəbiyyatı görünməyə başladı. Çox tez-tez vərəqə və intibahnamələr yayılırdı" (92). Gizli ədəbiyyatın içərisində "İskra" qəzeti mühüm yer tuturdu. İlk nömrəsindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətini qazanmışdı. 1901-ci ilin baharında Bakıda RSDFP-nin leninçi-iskraçı məsləkli Bakı Komitəsi təşkil olundu.
Lado Qudiaşvili
Lado (Vladimir) Davidoviç Qudiaşvili (gürc. ლადო (ვლადიმერ) დავითის ძე გუდიაშვილი;18 (30) mart 1896[…], Tiflis – 20 iyul 1980[…], Tbilisi) — Gürcüstan və Sovet rəssamı, qrafik rəssam, monumalist, müəllim. SSRİ xalq rəssamı (1972), Sosialist Əməyi Qəhrəmanı (1976), Şota Rustaveli adına Gürcüstan SSR Dövlət Mükafatı laureatı (1965, birinci mükafat). == Həyatı == Lado Qudiaşvili 18 mart 1896-cı ildə Tiflisdə dəmir yolu işçisinin ailəsində anadan olub. 1910-cu ildə Qafqaz Təsviri Sənəti Həvəsləndirmə Cəmiyyətinin Tiflis Rəsm və Heykəltəraşlıq Məktəbinə daxil olub. 1914-cü ildə oranı bitirmiş və məktəbdə rəsm müəllimi işləmişdir. 1915-ci ildə ilk şəxsi sərgisi Tiflisdə baş tutdu və bu da Gürcüstanın bədii dairələrində onun şöhrətini artırdı. Paolo Yaşvilinin təşkil etdiyi "Mavi buynuzlar" simvolik şairlər qrupuna yaxın olan gürcü ziyalılar dairəsinə girdi. Gürcü memarlığının abidələrini öyrənən, bir çox qədim freskaların sürətini çıxaran arxeoloji ekspedisiyada iştirak etdi. Qudiaşvili rəssam və qrafik ustası olaraq məşhurlaşmışdı.
Land Rover
Land Rover — İngilis bir nəqliyyat vasitəsi istehsalçısı. Mərkəzi Solihull, İngiltərədədir. Əslində Rover markası altında bir modelin adı idi. Bu gün, Tata Motor Şirkəti tərkibindədir. 26 mart 2008 də Ford Company tərəfindən Hindistan avtomobil istehsalçısı Tataya satılmışdır. Land Rover markasının modelləri mövcuddur: Land Rover Freelander, Discover, Land Rover Range Rover Sport, Land Rover Defender, Land Rover Evoque, Land Rover Range Rover Vogue və s.
Masahiro Ando
Masahiro Ando (d. 2 aprel 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
No Land
No Land — Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan, müxtəlif mədəniyyət və coğrafiyalardan gəlmələriylə əlaqələndirilərək "No Land" adını almış musiqi qrupudur. Sahand Lesani-nin təklifi ilə "No Man's Land" filmindən adını almışdır. No Land qrupu 2012-ci ildə Sahand Lesani, Mehmet Akif Ersoy və Kamil Hacıyev tərəfindən birgə yaradılmışdır. Daha sonra qrupa Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman, Yağız Nevzat İpek ve Oğuzcan Bilgin qoşulmuşdur. 2016-cı ildə, No Land ilk albomu olan " Aramızda "-nı çıxartmışdır. "Aramızda" albomu, 2013-cü ildən etibarən edilən bəzi əsərlərdən ibarətdir və bu əsərlər adətən qrupun ilk formalaşması zamanı ortaya çıxan mahnılardan ibarətdir. Albomdakı mahnılar Türk və Azərbaycan dilindədir. Albomdakı mahnıların sözlərini Vüqar Hasani və Kamil Hacıyev yazmışdır. Bu albomdakı tək 'cover', dəyərli Azərbaycan sənətçisi Azər Cırttan Məmmədovun "Niyə belə Uzundur bu Yollar" mahnısıdır. İkinci albom olan "Pusulası Kaybolmuş" 6 Fevral 2019-cu ildə virtual platformalarda nümayiş olundu.
Orphaned Land
Orphaned Land — İsrail Oriental metal qrupu. Musiqi tərzləri Avropa metal və Yaxın Şərq musiqisinin tərzində yazılır. 1991-ci ildə yaradılan qrup, ilk olaraq Resurrection adında yaradılmışdır. Daha sonra 1992-ci ildə adını dəyişdirilərək Orphaned Land oldu. Ad dəyişiliyindən sonra onlar yaxın şərq regionunun mədəniyyəti və müasir dünya mədəniyyətini cəmləşdirərək öz musiqi üslublarını yaratdılar. Onlar əsasən dostluq, qardaşlıq və birlik haqqında musiqilər yazmağa başladılar. 1993-cü ildə onlar ilk demo “The Beloved's Cry” adlı albomlarını nəşr etdilər. Bu demodan sonra onlar Fransa albom şirkəti olan "Holy Records" ilə birgə ilk debüt albomlarını 1994-cü ildə "Sahara" albomlarını nəşr etdilər. Daha sonra 1996-cı ildə "El Norra Alila" adlı ikinci albomlarını nəşr etdilər. Bu iki albomları çıxartdıqdan sonra onlar bir neçə albom şirkətlərindən təkliflər aldılar.
Tadao Ando
Tadao Ando (yap. 安藤 忠雄; 13 sentyabr 1941[…]) — Dünya şöhrətli yapon memar-dizayner. O, memarlıq təhsili olmayan və memarlıqda 4 əsas mükafatı (Pritsker, Kyoto, Praemium İmperiale, Royal Gold Medal) qazanan yeganə dünya şöhrətli memar 13 sentyabr 1941-ci ildə Osakada anadan olmuşdur. Cavanlığında boksçu olmuşdur. Əmək fəaliyyətinin ilk vaxtlarında tir sürücüsü kimi çalışmışdır. Le Corbusier, Mies van der Rohe, Louis Kahn kimi memarların işləri olan binaları gəzdikdən sonra 1968-ci ildə Osakaya qayıdaraq "Tadao Ando, Associated Architects" studiyasını qurmuşdur. Dünya üzrə 100-dən çox layihənin müəllifidir. Memarı olduğu Naqaraqava Konvensiya Mərkəzinin layihəsinə görə 1995-ci ildə Pritsker memarlıq mükafatına layiq görülmüşdür. Francesco Dal Co. Tadao Ando: Complete Works.
Kiss Land
Kiss Land — kanadalı müğənni The Weeknd-in ilk albomu. 10 sentyabr 2013-cü ildə XO və Republic Records tərəfindən buraxılıb.
Yongma Land
Yongma Land (kor. 용마랜드) – Cənubi Koreyanın Seul şəhərinin Çunnan rayonunda yerləşən tərk edilmiş əyləncə parkı. Nostalji görüntüsü səbəbilə fotoqraflar, kospleyerlər, eləcə də, K-pop müğənniləri və qrupları arasında populyar yerdir. "Yongma Land" 1980-ci ildə ailəvi əyləncə parkı kimi açılmışdır. Həmin dövr Cənubi Koreyada tema parkalarının populyarlaşdığı və xaricə səyahətin geniş yayılmadığı dövr olduğu üçün "Yongma Land" 1990-cı illərin ortalarına qədər popular əyləncə parkı olmuşdur. Parkda həmin dövr üçün Cənubi Koreyada nadir olan açıq üzgüçülük hovuzu və ən böyük qarda sürüşmə təpəsi yerləşirdi. 1989-cu ildə "Lotte World" adlı daha böyük əyləncə parkının açılmasından sonra "Yongma Land" öz populyarlığını itirməyə başlamışdır. 1995-ci ildə parkda yenidənqurma işləri aparılsa da, parka bitişik olan beşmərtəbələli idman kompleksinin tikintisi iqtisadi böhran səbəbilə 1999-cu ildə dayandırılmışdır. 2011-ci ildə əyləncə parkı kimi fəaliyyət göstərməsi üçün müvafiq lisenziya verilməmiş və park fəaliyyətini dayandırmışdır. Park tərk edilmiş və baxımsız vəziyyətdədir.
Merrie Land
Merrie Land — İngiltərə art-rok superqrupu The Good, the Bad & the Queen(en)-in ikinci və sonuncu studiya albomu. 16 noyabr 2018-ci ildə buraxılıb.