Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mancanaq
Mancanaq — Orta Əsrlərdə şəhərlərin mühasirəsində istifadə edilən ağır daşlar atan hərbi texnika. Müharibələrdə mühasirəyə qlınməş qalaıların divarlarını dağıtmaqdan ötrü mancanaq vasitəsilə daş, yanar maye ilə dolu çəlləklər və s. atarmışlar. Daşatan mancanaq adından məlum olduğu kimi, 100 kq və daha artıq yükə malik qısa qola və daş ya qaya parçalarını atmaq üçün uzun çömçəli qola malik ağacdan hazırlanmış hərb qurğusudur. Qısa qolun uzun qol olan nisbəti 3 : 1 olur. Xidmətci heyət isə 8 nəfərdən ibarət olur. Mancanağın uzun qolu kəməndlərlə yerə qədər tarım dartılaraq, çömçəsinə qaya və daş parçası qoyulduqdan sonra (bu zaman balans yüklü kiçik qolu əksinə olaraq havaya qalxaraq asılı qalmış olur.) kəmənd boşaldırılır. Yüklü kiçik qol ağırlıq qüvvəsi ilə aşağı edir. uzun qol isə yuxarıa atılmış olur. Bu zaman çömçədəki daş önə, irəli atılmış olur.
Mancanaq dəzgahı
Mancanaq dəzgahı — yerdən neft çıxarmaq üçün istifadə edilən nasoslu qurğu. Mancanaq dəzgahı dərinlik nasoslarını işlətmək üçün tətbiq olunan aqreqatdır. Nasosun porşeni dəzgahın →balansiri ilə əlaqələndirilir. Mancanaq dəzgahının rəqs edən qolu-balansir yuxarı-aşağı hərəkət etməklə nasosla mayeni yuxarıya sormağa imkan verir. Dəzgahın mexanizmlərini işə salmaq üçün reduktorun valı ilə əlaqəli olan elektrik mühərrikinə cərəyan verilir. Reduktor öz növbəsində çarxqollu sürüngəc mexanizminin köməyi ilə balansiri yuxarı-aşağı hərəkət etdirir. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Mandana
Mandana (təq. e.ə. 584, Ekbatan – güm. e.ə. 559) – Midiya şahzadəsi, sonralar Persia hökmdarı I Kambizin arvadı və II Kirin anası. Herodota görə Mandana Kiaksarın oğlu Astiaq və II Aliattın qızı Aryenisin qızıdır. Lakin, Kristian Settipani qeyd edir ki, o, Astiaqın qızı olsa da anası başqa olub. Herodot qeyd edir ki, onun doğulmasından qısa müddət sonra Astiaq qəribə bir yuxu görür. Yuxuda görür ki, onun qızı o qədər işəyib ki, bütün Asiyanı su basıb. Maqlarla məsləhətləşərkən, onlar yuxunu yozaraq qeyd edirlər ki, gələcəkdə Mandananın oğlu onun hakimiyyətini devirəcək.
Aslan bacanaq
Aslan Bacanaq filmi rejissor Zəki Alasya tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Komediya, macəra, döyüş, musiqili film "Ərmanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Zəki Alasya, Mətin Ağpınar, Gölgən Bəngü, Cavad Qurtuluş, Pərran Qutman ifa edirlər. Məhəlləyə təzə köçən avtobus sürücüsü Səlim, yaşadığı yerin qoçusu Həlimin bacısını sevməyə başlayır. Bunun fonunda hadisələr maraqlı şəkildə cərəyan edir. Film aktyor, rejissor Zəki Alasyanın quruluşçu rejissor kimi filmdə ilk işidir.
Manana Caparidze
Manana Sergeyevna Caparidze (gürc. მანანა ჯაფარიძე) və ya sadəcə Manana — gürcüəsilli Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009). Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. Anasının nənəsi azərbaycanlı olmuşdur. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinifi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib. 1995–2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən "Büllur şam ağacı" gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada "Büllur not" beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub. 1998-ci ilin axırında Manana Bakıya gəlib.
Aslan Bacanaq (film, 1977)
Nançanq
Nançan (çin. 南昌市) – Çin Xalq Respublikasının Jianqxi idarə bölgəsinin şəhəri, həm Jiangxi bölgəsinin , həm də eyniadlı bələdiyənin mərkəzi. Nançan şəhəri Yanszı çayının sağ qolu Qan çayının sahilində, çayın Poyan gölünə daxil olduğu yerin şimalında yerləşmişdir. Nançan şəhəri b.e.ə. 201-ci ildə bugünkü adı ilə təməli qoyuldu və ətrafı qala divarları ilə çevrildi. Sonra Yuzhanq vilayətinin idatə mərkəzi oldu. Yuzhanq vilayəti 589-ci ildə Honqzhou vilayəti adlandırıldı. 763-cü ildən sonra da Jiangxi vilayətinin idarə mərkəzinə çevrildi və sürətlə inkişaf etməyə başladı. XII əsrdə Çinin ən böyük əhaliyə malik vilayət mərkəzlərindən biri idi. 959-cu ildə İmparator Tangın dövründə üst şəhər (fu) statusu alaraq cənubi Çinin paytaxtı elan olundu.