Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marathon Oil Tower
Marathon Oil Tower — Texas ştatının Hyuston şəhərində yerləşən göydələndir. Tikintinin hündürlüyü 171 metrdir, 41 mərtəbəsi var və 1981-ci ildə tikintisi başa çatmışdı.
Maxthon
Köhnə adı MyIE2 olan Google Chrome əsaslı olan bir brauzer. == Xüsusiyyətləri == Səmərəli yaddaş istifadəsi Sekmeli darama interfeysi Mouse hərəkətləri Super Çək & Burax Açılan bütün sekmeleri cavab verməmə riskinə qarşı qeydli tutma 16 nişanın qədər bağlanılan sekmeleri geri getirilebilme Gizlilik qoruması Reklam ovçusu Fərdiləşdirilə interfeys RSS oxucusu IE uzadılması dəstəyi Xarici köməkçi tətbiqlər bar Donma önləyici Online Sıx İstifadə edilənlər Xidməti Ekran görünüşünü tutma Web koklayıcısı Tek brauzer bölünmüş cüt səhifə Mövzu dəstəyi Axtarış bar Sadə toplayıcı - qeydlər almağa yarayan bir vasitə.
Xaraton
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Marafon
Marafon — Yüngül atletikada təşkil edilən çətin relyefə malik olan yollarda uzun məsafəli (42,195 m) dözümlülük qaçışı yarışıdır. Onun adı Qədim Yunanıstanda Marafon döyüşü zamanı Marafon düzündən Afinaya qədər qaçmış Fidippid adlı bir elçidən ilhamlanaraq alınmışdır. Marafon qaçışı birinci dəfə 1896-cı ildə təşkil edilmiş olan Afina Olimpiya Oyunları zamanı olmuşdur. 1924-cü ildə isə qaçış məsafəsi 42.195 m olaraq qəbul edilmişdir. Beynəlxalq Həvəskar Atletika Federasiyası 1992-ci ildən etibarən 21. 100 m-lik məsafəyə qaçış üzrə yarım marafon dünya çempionatı təşkil edir. Marafon yarışları eyni keyfiyyətdə olmadığı üçün bu yarışın dünya rekordları yoxdur, yalnız ən yaxşı dərəcələri vardır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hans-Joachim Gehrke, "From Athenian identity to European ethnicity: The cultural biography of the myth of Marathon," in Ton Derks, Nico Roymans (ed.), Ethnic Constructs in Antiquity: The Role of Power and Tradition (Amsterdam, Amsterdam University Press, 2009) (Amsterdam Archaeological Studies, 13), 85–100. Hans W. Giessen: Mythos Marathon. Von Herodot über Bréal bis zur Gegenwart.
Marafon döyüşü
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu. Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!".
Marafon vuruşması

Marafon şəhəri
Marafon (yun. Μαραθών ή Μαραθώνας, q.yun. Μᾰρᾰθών) — Yunanıstanda qəsəbə. Dəniz səviyyəsi yüksəkliyi 33 metrdır, Pendelikonun ətəyi, eyniadlı düzənlikdə, Afinadan 32 kilometr şimal-şərqdə yerləşir. Bura Attika periferiyasının Şərqi Attika periferiya vahidində yerləşən eyniadlı icmanın inzibati mərkəzidir. 2011-ci il əhalinin siyahıyaalınmasına görə əhalisi 7170 nəfərdir. == Tarixi == Qədim Marafon şəhəri dörd şəhər birliyinin hissəsi idi; dem Leontis filasına məxsus idi. Pavsaniyə əsasən, şəhər Marafon adlı qəhrəmanın şərəfinə adlandırılmışdır. Dikearxusa görə, Marafon Arkadiyadan olan Marafın şərəfinə adlandırılmışdır. Miflərdə Marafon, Teseyin tutduğu marafon öküzü ilə tanınır.
Maranon çayı
Maranyon (isp. Marañón) — Peru ərazisindən axan çay. Uzunluğu 2000 km təkil edir, hövzəsinin sahəsi 350 000 km²-dir. Amazon çayının sol qoludur. Çay onda ilk dəfə onda naviqasiyanı təşkil etmiş kapitan Maranyonun şərəfinə adlandırılmışdır. kəşf etmiş mənbəyi Boliviyada Mərkəzi Andın şərq ətəklərində yerləşir. Orta axarlarda axının sürəti 340 m³/san təkil edir. Başlanğıcını Patkoca gölündən götürür, Mərkəzi və Şərqi Andın dərin dərələri ilə axaraq Amazon ovalığına çıxır. Orta su sərfiyyatı 15 600 m³/s təşkil edir. 1000 km məsafədə naviqasiyaya yararlıdır (astanalara qədər).
Maratha İmperiyası
Maratha İmperiyası, Maratx dövləti və ya Maratha konfederasiyası (marathi मराठा साम्राज्य) — 1674-1820-ci illərdə mövcud olmuş və əsası Maratxlar sülaləsindən olan Şivaçi tərəfindən qoyulmuş dövlət. Onun ərazisi indiki Hindistanın Maxaraştra ştatına uyğun gəlir. == Tarixi == 1674-cü ildə Maratx kəndlilərinin çıxışı Şivaçinin başçılıq etdiyi Maratx dövlətinin yaradılması ilə nəticələndi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əhməd şah müstəqil Əfqan dövlətinin əsasını qoydu. Bu zaman Maratx dövləti Hindistanda ən böyük siyasi qüvvəyə çevrilmişdi və ümumhindistan miqyasında hegemonluğa can atırdı. 1759—1761-ci illərdə Hindistan uğrunda Əfqan-Maratx müharibəsi baş verdi. 1761-ci ilin yanvarın 14-də Panipat döyüşü müharibənin sonu oldu. Məğlub olan Maratx dövləti bir daha özünə gələ bilmədi. Panipat döyüşü həm də Böyük Moğol İmperiyasının süqutu demək idi. Lakin əfqanlar ölkədə möhkəmlənə bilməyib buranı tərk etdilər.
Marathi dili
Marathi dili (मराठी Marāṭhī) — Hind-ari dillərindən biri. Hindistanın qərbində və mərkəzində yaşayan marathilərin dili. Dünyada 68 milyondan çox insan bu dildə mükəmməl danışır.Marathi dili Hindistanda ən çox danışılan ana dili sırasında sayca dördüncüdir və dünyada on beşinci ən çox daçıyıcısı olan dildir.
Marafon (dəqiqləşdirmə)
Marafon — Yüngül atletikada təşkil edilən çətin relyefə malik olan yollarda uzun məsafəli (42,195 m) dözümlülük qaçışı yarışıdır Marafon döyüşü — e.ə.
Marton Fülop
Marton Fülop (mac. Márton Fülöp; d. 3 may 1983, Budapeşt, Macarıstan – ö. 12 noyabr 2015) — Futbol üzrə Macarıstan millisinin qapıçısı. == Karyerası == 2004-2010-cu illər ərzində İngiltərənin "Tottenhem", "Sanderlend", "Lester", "Mançester Siti" kimi klublarda forma geyinmişdir. Macarıstan millisinin heyətində də 24 dəfə meydana çıxmışdır. == Xəstələnməsi və vəfatı == Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Bu səbəbdən 2013-cü ildə futbolçu karyerasını dayandırmalı olmuşdur. 2 il müddətində müalicə olsa da, Marton Fülop, 2015-ci ildə – 32 yaşında dünyasını dəyişmişdir.
İkinci ingilis-maratha müharibəsi
İkinci ingilis-maratha müharibəsi (1802-1805) - Böyük Britaniyanın Ost-Hind kompaniyası ilə Maratha Konfederasiyası arasında baş vermiş ikinci müharibə. 1799-1800-cü ildə maysurların devrilməsindən sonra marathalar ingilislərin nəzarətindən kənarda qalan yeganə güc idi. Hindistanda vətəndaş həmrəyliyini pozan Ost-Hind kompaniyası marathalar arasında nifaq salır, milli qırğınlar törədirdi. Nəhayət, Peşvə ilə bağlanan müqaviləyə əsasən Kompaniya marathaların xarici siyasətini öz nəzarətinə aldı. Bu müqaviləyə əsasən ingilislərin böyük bir hərbi dəstəsi Peşvənin ərazisinin keşiyini çəkməli idi. Bunun müqabilində ümumi vergi məbləği 2 milyon 600 min rupi təşkil edir və mahallar Kompaniyanın ixtiyarına keçirdi. Eyni zamanda marathaların hərəkat birliyini zəiflətməyə çalışan müstəmləkəçilər həmin müqaviləyə konfederasiyanın ləğv edilməsi haqqında maddə daxil etməyə müvəffəq oldular. 1802-ci ildə bağlanmış müqavilənin qeyri-bərabər xarakterdə olması ən iri maratha knyazlıqlarının, o cümlədən İndorun və Qvaliorun müqavimətinə səbəb oldu. Beləliklə, uzun sürən ingilis-maratha müharibələri başlandı. İngilislərin planına əsasən Velesli Dəkkən yaylasını, Leyk Doab və Dehlini tutmalı, Povel isə Bundelkxanda daxil olmalı idi.
Professor Marston və Ecazkar qadın
Professor Marston və Ecazkar qadın (ing. Professor Marston and the Wonder Women) — Ecazkar qadın personajının yaradıcısı olan ABŞ psixoloqu və komiks yazarı Uilyam Molton Marstonun həyatından bəhs edən ABŞ bioqrafik dram filmidir. Ssenari müəllifi və rejissoru Ancela Robinson olan, baş rollarını Lyuk Evans, Rebekka Holl və Bella Hitkotun canlandırdığı film, ilk dəfə 2017 Toronto Beynəlxalq Film Festivalında təqdim edilmişdir. Filmdə, Dr. Uilyam Molton Marstonun həyatı, 1941-ci ildə Ecazkar qadın obrazını yaratması, onun həyat yoldaşı Elizabet və partnyoru Oliv Birnlə münasibətlərindən bəhs edilir. Gənc qızların ilhamlandırılması üçün, o, Çarlz Molton ləqəbi altında, həyatında olan iki qadının feminizm ideyalarını əks etdirən superqəhrəman obrazı yaradır. Lyuk Evans — Uilyam Molton Marston Rebekka Holl — Elizabet Hollvey Marston Bella Hithkot — Oliv Birn Cey Cey Fild — Çarlz Qayett Oliver Platt — Maks Geynes Konni Britton — Cozett Frank Filmin əsas çəkilişlərinə 2016-cı il oktyabrın əvvəllərində start verilmişdir. "Topple Productions" və "Boxspring Entertainment"in prodüserlik etdiyi filmin beynəlxalq distribütorluq haqqlarını "Annapurna Pictures" almışdır. Emmi Redford və Terri Leonard da filmin prodüserliyini etmişlər. Film 13 oktyabr 2017-ci ildə ABŞ-də Annapurna Pictures tərəfindən çıxarılıb.
Professor Marston və Ecazkar qadın (film, 2017)