Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərceyi-təqlid
Mərceyi-təqlid və ya Mərce (fars. مرجع تقلید‎, ərəb. مرجع تقليد‎) — Şiə məzhəbi olan Cəfəriliyin fiqhi məktəblərindən biri olan Üsulliyə görə, fətvası tətbiq edilən ictihadı olan ən mötəbər ayətullaha verilən addır. Bu məqama çatan ayətullahlara "ən üstün olan" mənasını verən "əl-uzma" sifəti əlavə edilir və beləliklə, onlara böyük ayətullahlar deyilir. Təqlid üçün müraciət edəcək şəxs mənasını verən bu başlıq XVIII əsrin sonlarından qəbul edilmişdir.
Mərceyi-təqlidlərin siyahısı
Bu siyahı hazırda 12 imam şiəsi/üsuli əqidəsində olan insanlar tərəfindən qəbul edilən müctəhidlərin (مرجع Mərcei-təqlid) siyahısıdır.