Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xeyransa Məmmədova
Xeyransa Məmmədova (26 noyabr 1966 - 2 iyun 1995) — Azərbaycan müğənnisi. Kiçik yaşlarından sənətə gələn istedadlı müğənni Xeyransa Məmmədovanın vəfatı faciəli nüanslardan ibarətdir. Xeyransa Məmmədova şəkər xəstəsi olub. Həkimlər onun övlad dünyaya gətirməsinə qətiyyən icazə vermir. Lakin ana olmağı çox istəyən Xeyransa Məmmədova ölümü də gözə alır. Müğənni çox erkən yaşda övlad dünyaya gətirən zaman dünyasını dəyişir.
Meydança
Meydança — Müəyyən məqsədlər üçün xüsusi hazırlanan kiçik bir sahə.
Meyxana
Meyxana — Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir. Meyxananın quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxanının özünəməxsusluğu janra əlvanlıq artırır. Meyxanaya bu təkraredilməz görkəmi verən amil – müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkilidir. "Meyxana" sözü iki söz — "mey" (fars dili dialektlərinin birində "şərab", "sərxoşluq") və "xana" ("otaq" anlamı verir) sözlərinin birləşməsindən ibarətdir. Meyxanaçı Kərimin sözlərinə görə, meyxananın tarixi XVIII əsrin axırında yazıçı Seyid Hüseyn Sadiqin qardaşı Mirpaşa ilə bağlıdır. Bəzi musiqi mütəxəssisləri meyxananın təşəkkül tarixinin qədimlərə getdiyini bildirirlər. Tarix elmləri doktoru Təvəkkül Səlimov meyxanaların "ən azı 550–600 illik ənənəyə söykəndiyini" qeyd edir. Professor Nizami Tağısoy isə meyxanaların qam-şaman ənənələrindən və ozan-aşıq sənətindən yarandığını bildirir: Meyxana ilə təmaslaşan elementlər xalq tamaşalarından olan "Kos-kosa" oyununda da müşahidə edilir. Novruz bayramı ilə əlaqədar ifa olunan "Kosa-kosa" kimi yığcam süjet və struktur əlamətləri ilə seçilən xalq tamaşasında əksini tapan, incə yumorla cilalanan mətn, mətnə oynaq və emosional təsir aşılayan ritm, xüsusən də ifanın təkrarlanan nəqərat hissəsi meyxanaya məxsus elementləri yada salır.
Meydanda dükan
Meydanda dükan (slovak. Obchod na korze; 1965) — İkinci Dünya müharibəsi illərində Slovakiyada aparılan ariizasiya proqramı haqqında Çexoslovakiya filmi. Filmin rejissorları slovak Yan Kadar və çex Elmar Klosdur, ssenarist slovak Ladislav Qrosmandır. Çəkilişlər Praqada yerləşən "Filmové Studio Barrandov" adlı studioda aparılırdı, açıq hava çəkilişləri isə Slovakiyanın şimal-şərqindəki Sabinov şəhərində baş tutmuşdur. Filmdə əsas rolları Yozef Kroner (dülgər Tono Brtko) və Polşa aktrisası İda Kaminska (qoca dul yəhudi Rozaliya Lautmann) oynuyurlar. 1965-ci ildə film "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar qazandı və bir il sonra İda Kaminska "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında Akademiya mükafatına namizəd oldu. Film eyni zamanda Qızıl Qlobus mükafatını aldı və Kann Film Festivalında xüsusi mükafata layiq görüldü. İkinci Dünya Müharibəsi illərində, slovak dülgər Tono Brtkoya ariizasiya proqramı çərçivəsində bacanağı (yerli Glinkov partiyasının fəalı) tərəfindən düymə satan qoca dul yəhudi Rozaliya Lautmanna məxsus kiçik dükan verilir. Tononun həyat yoldaşı mağazanın ailələrinə qazanc gətirəcəyini və tezliklə əri ilə zəngin olacağına ümid edir. Tono yaxşı başa düşür ki, bacanağı ona tamamilə yoxsul mağaza dürtüb və ondan heç bir qazanc görə bilməzlər.
Meyvana (Sərdəşt)
Meyvana (fars. ميونه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (15 ailə).
Meydanda dükan (film, 1965)