Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
MMS
Multimedia mesaj xidməti (ing.Multimedia Messaging Service, ru.служба мультимедийных сообщений) - şanvari rabitə şəbəkələrində multimedia məlumatlarının (görüntülərin, melodiyaların, video materialların) ötürülməsi sistemi. EMS xidmətinin inkişaf etdirilmiş variantıdır. Məlumatları təkcə mobil telefona deyil, həm də elektron poçta göndərməyə imkan verir. MMS məlumatının ölçüsü 999 kilobaytadək ola bilər (MMS 2.0 standartı). Mobil rabitə operatoru göndərilən məlumatın ölçüsünə öz məhdudiyyətini qoya bilər. Bəzi mobil telefonlarda MMS-in ölçüsü 100 kilobaytdan artıq ola bilməz. Bu məlumatda fotoqrafiya və ya sürəkliliyi təxminən 10 saniyə olan 3GP formatlı video yerləşdirmək olar, yaxud da müxtəlif formatlı (MIDI, MP3, MMF – Synthetic Music Mobile Application Format) kiçik melodiyalar və ya diktofon yazıları göndərmək olar. MMS məlumatı iki hissədən ibarətdir. Məlumatın özü telefon operatorunun xüsusi WAP-serverində saxlanır. İkinci hissə – xüsusi SMS məlumatı isə alan şəxsin telefonuna göndərilir.
MCS
MCS rep grupudur .(17.02.2014) tarixində qurulmuştur == Haqqında == Mcs mənası Millətim Cəmiyyətim Siyasətim deməkdir əslində ən başda grubu quran Əsədli Elvin-Məhəmməd öz adı və ən yaxın dostları Səmral və Camalın adının baş hərfinin birləşdirməsindən MCS qoymuşdur. Daha sonra bunun mənasız olduğunu düşünərək Millətim Cəmiyyətim Siyasətim sözlərini uyduraraq MCS adını dəyişməmişdir. MCsin baş mövzuları xalqın çətin vəziyyəti gündəlik çətinliklər ləkəli siyasət mövzuları olmuşdur. Hər zaman xalqın yanında olmuş MCS qurulduğu tarixdən fəaliyyət dövründə hər zaman xalqın yanında olacağına insanlıq adına işlər görəcəyinə söz vermişdir. MCS ilk track'i 2015 ildə yayımlanmışdır. MCSin üzvlərindən ən çox bilinəni Röyal Ramazanov və Əsədli Elvin-Məhəmməd olmuşdur. MCS özü ilə birlikdə yeni bir anlayış Küçə Ədəbiyyatı anlayışını gətirmişdir. Küçə Ədəbiyyatı insanların ağır vəziyyətini görərək onlara yol gösdərməyə çalışan bir cəmiyyətdir. Gəncləri səhv yoldan ayırıb düz yola yenidən qaytarmağa çalışan insanlığı həmişə vacib bir amil kimi göstərən küçə ədəbiyyati bu sözlərilədə tanınır "Bizə yaşamaq üçün tiryək yox kitab lazımdır".
MLS
Major League Soccer (MLS) — ABŞ Futbol Federasiyası tərəfindən icazəsi verilən, kişilər arasında keçirilən peşəkar futbol liqasıdır. Bu liqa ABŞ və Kanadada futbol üzrə ən yüksək səviyyəli liqa hesab olunur.
MMA
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
MMC
Məhdud Məsuliyyətli Cəmiyyət (ing. Private limited company) — bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar. == Hüquqi şəxsin yaradılması == Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır. Azərbaycan Respublikası Mülki məcəlləsinin (sonradan “MM” adlanacaq) 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
MML
MML (dil)
MMM
"MMM" Səhmdar Cəmiyyəti — Rusiyanın ən iri maliyyə piramidalarından biri. == Tarixi == 1992-ci ildə Sergey Mavrodi tərəfindən qeydiyyatdan keçirilmişdir. == Məqsədi == Şəxsi səhmlərinin mübadiləsi üçün əhalinin pul gəlirlərinin qəbul edilməsi üzərində ixtisaslaşmışdı. == Adının mənası == MMM adındakı 3 "M" hərfi Sergey Mavrodi, onun qardaşı Vyaçeslav Mavrodi və həyat yoldaşı Olqa Melnikovanın soyadlarının baş hərflərindən götürülmüşdür. == Yüksəliş dövrü == Şirkət fəaliyyət göstərdiyi 5 il ərzində onun 10-15 milyon nəfər iştirakçısı olmuş; bu müddətdə 27 milyon səhm və 72 milyon bilet hazırlamışdı. İnkişaf etdiyi dövrdə gəliri ayda 200% olmuşdur. == İflası == 1994-cü ilin yayında mətbuatda belə bir məlumat yayıldı ki, Rusiyanın Vergilər Xidməti və Vergi Polisi "MMM"in strukturlarından birini yoxlarkən şirkətdə "vergi qanunvericiliyinin kobud şəkildə pozulması" faktlarını aşkar etmiş və şirkətə 49,4 milyard rubl cərimə təyin etmişlər. Lakin Sergey Mavrodi cəriməni ödəməkdən imtina etmişdir. Nəticədə vergi orqanları ilə aralarında münaqişəyə və əmanətçilər arasında panika yaranmışdır. Onlar tez bir zamanda səhm və biletləri satmağa başladılar.
MMO
MMO(massive multiplayer online) - 1. Eyni zamanda çoxlu sayda (əsasən, onlarla, çox zaman minlərlə, bəzən isə yüz minlərlə) oyunçunun oynadığı şəbəkə kompüter oyunu. MMO oyunlarının başqa standart şəbəkə kompüter oyunlarından başlıca fərqi iki amillə bağlıdır: • MMO yalnız İnternetdə fəaliyyət göstərir, standart multimedia oyunlarını isə İnternetlə yanaşı, lokal şəbəkədə də oynamaq olar. • MMO oyununda eyni zamanda bir neçə min insan iştirak edir, standart multimedia oyunlarında isə eyni zamanda iştirak edənlərin sayı təxminən bir neçə yüz nəfərə çatır, çox zaman isə oyun 64, 32 və ya 16 iştirakçı arasında keçirilir. 2. (“Mobile Module” – “mobil modul”). Intel şirkətinin notbuk kompüterləri üçün prosessor modulu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
MMU
Milli Müdafiə Universiteti (Türkiyə)
Mis
Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element.Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürünc də mis tərkiblidir. Kənd təsərrüfatında su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30–230 mq-a qədər olur. Xlorofilin əmələ gəlməsi üçün mis istənilən bitkiyə lazımdır və onu başqa element ilə əvəz etmək olmaz.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
SMS
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
TMS
TMS və ya Transfer Matching System — bütün futbolçuların bir klubdan digərinə keçidi sistemi TMS 2006-cı ilin fevralından FİFA-ya üzv 18 ölkədə sınaqdan çıxarılıb. Sonradan bu sistem dünyanın 3600-dən çox klubunda reallaşdırılıb. 2010-cu il oktyabrın 1-dən etibarən bütün futbolçuların bir klubdan digərinə keçidi Transfer Matching System (TMS) adlanan yeni sistem vasitəsilə qeydiyyata alınacaq. TMS sadə onlayn sistem olsa da, futbolçuların bir klubdan digərinə istənilən keçidinə nəhəng təsir gücünə malik olacaq. Ən əsası, bu sistem ayrı-ayrı müqavilələrin şəffaflığını daha da yaxşılaşdıracaq və çirkli pulların yuyulması, gənc futbolçuların hüquqlarının müdafiəsi ilə bağlı problemlərin həllində yardımçı olacaq.
IMS
IP Multimedia Subsystem və ya qısaca IMS — IP multimedia xidmətlərini çatdırmaq üçün standartlaşdırılmış arxitektura freymvorku. Tarixən mobil telefonlar IP paket kommutasiya şəbəkəsi üzərindən deyil, dövrə kommutasiya tipli şəbəkə üzərindən səsli zəng xidmətləri göstərmişdir. Səs (VoIP) və ya digər multimedia xidmətlərinin çatdırılmasının alternativ üsulları smartfonlarda əlçatan olub, lakin onlar bütün sənayedə standartlaşdırılmayıb. IMS bu cür standartlaşdırmanı təmin edən freymvorkdur. IMS əvvəlcə simsiz standartlar orqanı 3GPP tərəfindən GSM-dən kənarda mobil şəbəkələrin inkişafının bir hissəsi kimi tərtib edilmişdir. Onun orijinal tərtibatı (3GPP Rel-5) GPRS üzərindən İnternet xidmətlərinin çatdırılması üçün bir yanaşma idi. Bu daha sonra simsiz lokal şəbəkə, CDMA2000 və sabit xətlər kimi GPRS-dən başqa şəbəkələrin dəstəyini tələb etməklə 3GPP, 3GPP2 və ETSI TISPAN tərəfindən yeniləndi. IMS mümkün olduqda IETF protokollarından (məsələn, SIP) istifadə edir. 3GPP-ə görə, IMS tətbiqləri standartlaşdırmaq üçün deyil, simsiz və simli terminallardan multimedia və səs proqramlarına çıxışa kömək etmək, yəni FMC formasını yaratmaq üçün nəzərdə tutulub. Bu çıxış şəbəkəsini xidmət səviyyəsindən təcrid edən üfüqi idarəetmə təbəqəsinə malik olmaqla həyata keçirilir.
Artur Mas
Artur Mas (kat. Artur Mas i Gavarró; 31 yanvar 1956, Barselona) — Kataloniya əyalətinin 129-cu prezidenti.
Aztelekom MMC
Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti ― Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti.“Aztelekom” MMC Azərbaycan Respublikasının Milli rabitə operatorudur. Fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir. "Aztelekom” İstehsalat Birliyi stasionar telefonlardan ünsiyyətin təmin edilməsi məqsədi ilə 2005-ci ildə portativ daşınan telefon CDMA simsiz rabitə xidməti istismara verilmişdir."Aztelekom" İB 2015-ci ildə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir.Hazırda "Aztelekom” MMC öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi, Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir."Aztelekom" MMC respublikanın regionlarında genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində müxtəlif layihələr və tədbirlər həyata keçirir. == Tarixi == Azərbaycanda telefon rabitəsi 1881-ci ildə "Nobel qardaşları cəmiyyəti" tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılmışdır. Telefon rabitəsinin inkişaf etdiyi növbəti illərdə təkcə şəhər mərkəzində deyil, həmçinin şəhərətrafı bölgələrlə, kəndlərlə telefon əlaqəsi yaradılmışdır. İlkin olaraq, 1933-cü ildə Bakı Şəhərlərarası Telefon Stansiyası Bakı Şəhər Telefon Stansiyasından ayrılaraq sərbəst struktur kimi fəaliyyətə başlamışdır. Növbəti illərdə respublikanın bütün şəhər və kəndlərində rabitə əlaqəsinin yaradılması istiqamətində mühüm addımlar atılırdı. 1992-ci ilin avqust ayında Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmışdır. 2004-cü ildə "Aztelekom"un internet provayderi regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq yaradıldı. "Aztelekom" İstehsalat Birliyi 2015-ci ildə Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir.
BakuBus MMC
"Bakubus" MMC — 03 aprel 2014 tarixində yaranmış Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC). Nazirlər kabinetinin qərarı ilə nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılıb.Hal-hazırda Bakının Suraxanı rayonu, Zığ şossesində yerləşən şirkətin avtoparkında 303 ədəd iritutumlu Iveco Urbanway və Iveco Crealis model avtobuslar var. 2015-ci il dekabrın üçü tarixinə şəhər daxilində 8 marşrut xətti mövcüddur, xətlərin sayı 14 çatdırılmaq məsədi var. Bir avtobus xətti hava limanından Koroğlu və 28 may metro stansiyalarına qədər günün 24 saatı fəaliyyət göstərir. 2018-ci il məlumatına görə, Bakıda yalnız "Bakubus"a məxsus avtobuslar sıxılmış maye qaz yanacağı ilə işləyir.
Cornus mas
Adi zoğal (lat. Cornus mas) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. Zoğal cinsinin 4 növü məlumdur ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, Orta Asiyada, Moldaviyada bitir. Azərbaycanda, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə ağacları arasında da tək-tək bitir. Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəkləyir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı və sentyabrda yetişir. Meyvələri yumru, oval, armudaoxşar və silindrik olur.
HMS Ajax
Krallıq donanmasının HMS Ajax adlı 8 gəmisi var idi. Onlar antik qəhrəman Ayaksın şərəfinə adlandırılmışdır. HMS Ajax — 3-cü dərəcəli 74 topu olan xətt gəmisi; 1767-ci ildə suya buraxılmışdır, 1785-ci ildə satılmışdır. HMS Ajax — 3-cü dərəcəli 74 topu olan xətt gəmisi; 1798-ci ildə suya buraxılmışdır. 1805-ci ildə Trafalqar döyüşündə istifadə olunmuşdur; 1807-ci ildə bədəxt hadisə nəticəsində yanmışdır HMS Ajax — 3-cü dərəcəli 74 topu olan xətt gəmisi; 1809-cu ildə suya buraxılmışdır. 1846-cı ildə vintli gəmiyə çevrildi; 1846-cı HMS Ajax — 3-cü dərəcəli 78 topu olan gəmi; 1835-ci ildə HMS Vanguard adı altında suya buraxılmışdır. 1867-ci ildə adı HMS Ajax olaraq dəyişdirildi; 1875-ci ildə söküldü. HMS Ajax — Ajax tipli zirehli gəmi; 1880-ci ildə suya buraxılmışdır; 1904-cü ildə satılmışdır. HMS Ajax — King George V tipli linkor; 1912-ci ildə suya buraxılmışdır; 1926-cı ildə sökülmüşdür. HMS Ajax (22) — Leander tipli yüngül kreyser; 1934-cu ildə suya buraxılmışdır.
HMS Trincomalee
“Əlahəzrətin gəmisi Trinkomali”, (ing. HMS - Her or His Majesty’s Ship Trincomalee) — üçdorlu, 38 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus VI ranq freqat.
HMS Victory
“Əlahəzrətin gəmisi Viktoriya” (ing. HMS — Her or His Majesty’s Ship Victory; 1765) — üç dorlu, 104 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus I ranq xətt gəmisi. 23 iyul 1759-cu ildə əsası qoyulmuş və 7 may 1765-ci ildə suya salınmışdır. Bir çox döyüşlərdə, o cümlədən Trafalqar döyüşündə iştirak etmişdir. Məhz bu gəminin göyərtəsində Admiral Nelson yaralanmışdır. 12 yanvar 1922-ci ildən gəmi qədim tərsanə Portsmutda doka dayanmışdır. Hal hazırda muzey kimi istifadə edilir. Bu muzey Portsmutun ən görməli yerlərindən sayılır. == Sürsatı == HMS Victory gəmisi müxtəlif dövrlərdə bir neçə dəfə yenidən layihələndirilmişdir. İlk olaraq 100 döyüş topuna malik layihə 1758-ci ilə aiddir.
Kasia Mos
Katarjina "Kasia" Mos (pol. Katarzyna "Kasia" Moś, d. 3 mart 1987, Ruda Slyoska, Polşa) — Polşa müğənnisi, bəstəkarı və rəqqasəsi. O, 2011-ci ildə Amerikanın məşhur The Pussycat Dolls qrupunun üzvü olmuşdur. 2012-ci ildə Kasia Polşanın Must Be the Music musiqi yarışmasında iştirak edərək, üçüncü yeri qazanmışdır. Müğənni "Flashlight" mahnısı ilə Polşanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kasia Mos 3 mart 1987-ci ildə Polşanın Ruda Slyoska şəhərində, Aukso orkestrinin dirijoru Marek Mosun ailəsində dünyaya göz açmışdır. Erkən yaşlarından musiqi ilə maraqlanan Kasia Polşanın Bıtom şəhərində yerləşən Frederik Şopen adına musiqi məktəbində təhsil almış və orada violonçel və pianoda ifa etməyi öyrənmişdir. O eyni zamanda Katovitse şəhərində yerləşən Karol Şımanovski adına musiqi akademiyasında caz və müasir musiqi janrında təhsil almışdır. Musiqi karyerasına başlamazdan öncə Kasia 15 yaşında ikən vokal dərsləri almağa başlamışdır.
Meqahers, MHs
Meqahers, MHs (ing.megahertz (MHz), ru. мегагерц, МГц) - saniyədə 1 milyon dövrəyə (CYCLE) bərabər olan tezlik ölçüsü vahidi. Mikroprosessorların takt tezliyi (CLOCK RATE) adlandırılan sürəti meqaherslə ölçülür. Məsələn, 200 MHs tezliklə işləyən mikroprosessor saniyədə 200 000 000 dövr yerinə yetirir. Hər bir kompüter komandası müəyyən sayda dövr tələb edir, ona görə də takt tezliyi mikroprosessorun bir saniyədə neçə əməliyyat yerinə yetirə biləcəyini müəyyən edir. Bu isə mikroprosessorun nə qədər güclü olmasını göstərir. Mikroprosessorlar kimi, şin və interfeyslərin də sürəti meqaherslə ölçülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mes körpüsü
Mes körpüsü (alb. Ura e Mesit) Albaniyada Şkoderin 5 km şimal-şərqində, Mes kəndində yerləşən körpü. Ölkənin önəmli turistik yerlərindən biridir. Körpü 1770-ci illərdə Qara Mahmud paşa tərəfindən tikdirlmişdir. Körpü Kir çayının iki sahilini birləşdirir.
Mis Sərçeşmə
Mis Sərçeşmə — İranın Kirman ostanının Rəfsəncan şəhristanının mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,451 nəfər və 2,182 ailədən ibarət idi.
AMŞ
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).