Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Multimedia
Multimedia — Kompüterlərdə mətnin, səsin, şəklin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu. Bu qurğu özündə mikrofonu, veb-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia – informasiyanın səs, qrafika, animasiya (multiplikasiya) və videonun kombinasiyası şəklində təqdim olunmasıdır.Hesablama texnikasında: multimedia, sistemdəki informasiya ilə bağlı olan və onu təsvir edən hipermətn ilə multimedia elementlərini birləşdirən hipermedianın altçoxluğudur. Multimedia qurğusunun köməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər. Bir neçə növ informasiyadan eyni zamanda istifadə edən informasiya texnologiyalarına Multimedia deyilir. Başqa sözlə, multimedia dedikdə qrafika, mətn, video, fotoqrafiya, animasiya, səs effektləri kimi informasiyaların bir neçəsinin kombinasiyası nəzərdə tutulur. == Multimedia qurğuları == Multimedia — kompüterlərdə mətnin, səsin, şəklin və görüntülərin birgə emal edilməsini təmin edən qurğudur. Bu gün işlədilən multimedia 1990-cı ildən yaranmışdır. 1993-cü ildə isə kompüterlərdə mətnin, səsin, şəklin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu elan edildi.
Multimedia telefoniyası
3GPP/NGN IP Multimedia Subsystem (IMS) multimedia telephony service (MMTel) — səs, gerçək zamanlı video, mətn, fayl ötürülməsi və şəkillərin, audio və video kliplərin paylaşılması kimi media imkanlarından istifadə edərək birləşmiş, sabit və mobil gerçək zaman rejimində multimedia rabitəsini təklif edən IMS-ə əsaslanan qlobal standart. MMTel ilə istifadəçilər sessiya zamanı media "add and drop" etmək imkanına malikdirlər. MMTel qeydiyyatdan keçmiş ICSI (IMS Communication Service Identifier) etiketlərindən biridir.MMTel standartı 3GPP və ETSI/TISPAN standartlaşdırma orqanları arasında ortaq layihədir. MMTel standartı bu gün həm sabit genişzolaqlı, həm sabit darzolaqlı, həm də mobil giriş növləri üzrə telefoniya xidmətinin xüsusiyyətləri ilə gerçək zaman rejimində multimedia rabitəsini təmin edən telefoniya xidmətini müəyyən edən yeganə qlobal standartdır. MMTel həmçinin standartlaşdırılmış NNI (Network-to-network interface) təqdim edir. Bu operatorlara öz şəbəkələrini birləşdirməyə imkan verir ki, bu da öz növbəsində MMTel-də müəyyən edilmiş media imkanlarının və əlavə xidmətlərin tam dəstindən istifadə edərək müxtəlif operatorlara məxsus istifadəçilərə bir-biri ilə əlaqə saxlamağa imkan verir.
Multimedia Qalereyası (AMEA)
Multimedia Qalereyası - AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış və AMEA-da keçirilən bütün tədbirlərdən çəkilmiş şəkil və video-fayllarının toplanması və saxlanmasını həyata keçirən qalereya. == Yaranma səbəbi == Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı dövrdən görkəmli elm xadimlərinin fəaliyyətinin əks olunmamasının səbəbi, foto və s. materialların olmaması və ya kifayət qədər az olmasıdır. 2003-cü il science.az portalının fəaliyyət göstərməsi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən müxtəlif tədbirlərdən fotoşəkillər çəkilmişdir. Çəkilən şəkillərin, videomaterialların bulud texnologiyalarında etibarlı şəkildə qorunub saxlanmasına ehtiyac duyulurdu. AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Multimedia Qalereyası bütün bu resursları toplayaraq lazım olan informasiyanı açar sözlərinin köməyi ilə asanlıqla əldə etməyə imkan yaradır. == Fəaliyyəti == Multimedia Qalereyası AR Prezidentinin elm sahəsinə qayğısını əks etdirən AMEA Rəyasət Heyətinin rəsmi görüşləri, eləcə də AMEA-nın keçirdiyi mötəbər tədbirlərdən materialları özündə əks etdirir. AMEA-nın institut və təşkilatlarında keçirilən konfrans və iclaslar, görüşlər, hesabatlar və s. Multimedia Qalereyasında strukturlaşdırılmış şəkildə toplanır. AMEA-nın institut və təşkilatlarının yeni avadanlıqlarla təchizatını əks etdirən fotomateriallar dövlətin elmə qayğısının bariz nümunəsidir.
Multimedia mesaj xidməti
Multimedia mesaj xidməti (ing.Multimedia Messaging Service, ru.служба мультимедийных сообщений) - şanvari rabitə şəbəkələrində multimedia məlumatlarının (görüntülərin, melodiyaların, video materialların) ötürülməsi sistemi. EMS xidmətinin inkişaf etdirilmiş variantıdır. Məlumatları təkcə mobil telefona deyil, həm də elektron poçta göndərməyə imkan verir. MMS məlumatının ölçüsü 999 kilobaytadək ola bilər (MMS 2.0 standartı). Mobil rabitə operatoru göndərilən məlumatın ölçüsünə öz məhdudiyyətini qoya bilər. Bəzi mobil telefonlarda MMS-in ölçüsü 100 kilobaytdan artıq ola bilməz. Bu məlumatda fotoqrafiya və ya sürəkliliyi təxminən 10 saniyə olan 3GP formatlı video yerləşdirmək olar, yaxud da müxtəlif formatlı (MIDI, MP3, MMF – Synthetic Music Mobile Application Format) kiçik melodiyalar və ya diktofon yazıları göndərmək olar. MMS məlumatı iki hissədən ibarətdir. Məlumatın özü telefon operatorunun xüsusi WAP-serverində saxlanır. İkinci hissə – xüsusi SMS məlumatı isə alan şəxsin telefonuna göndərilir.
IP Multimedia Subsystem
IP Multimedia Subsystem və ya qısaca IMS — IP multimedia xidmətlərini çatdırmaq üçün standartlaşdırılmış arxitektura freymvorku. Tarixən mobil telefonlar IP paket kommutasiya şəbəkəsi üzərindən deyil, dövrə kommutasiya tipli şəbəkə üzərindən səsli zəng xidmətləri göstərmişdir. Səs (VoIP) və ya digər multimedia xidmətlərinin çatdırılmasının alternativ üsulları smartfonlarda əlçatan olub, lakin onlar bütün sənayedə standartlaşdırılmayıb. IMS bu cür standartlaşdırmanı təmin edən freymvorkdur. IMS əvvəlcə simsiz standartlar orqanı 3GPP tərəfindən GSM-dən kənarda mobil şəbəkələrin inkişafının bir hissəsi kimi tərtib edilmişdir. Onun orijinal tərtibatı (3GPP Rel-5) GPRS üzərindən İnternet xidmətlərinin çatdırılması üçün bir yanaşma idi. Bu daha sonra simsiz lokal şəbəkə, CDMA2000 və sabit xətlər kimi GPRS-dən başqa şəbəkələrin dəstəyini tələb etməklə 3GPP, 3GPP2 və ETSI TISPAN tərəfindən yeniləndi. IMS mümkün olduqda IETF protokollarından (məsələn, SIP) istifadə edir. 3GPP-ə görə, IMS tətbiqləri standartlaşdırmaq üçün deyil, simsiz və simli terminallardan multimedia və səs proqramlarına çıxışa kömək etmək, yəni FMC formasını yaratmaq üçün nəzərdə tutulub. Bu çıxış şəbəkəsini xidmət səviyyəsindən təcrid edən üfüqi idarəetmə təbəqəsinə malik olmaqla həyata keçirilir.
Multimedia Qalereyası (AMEA İnformasiya Texnologiyaları İnstitutu)