Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nazlama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn: Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir.
Başlama vuruşu (futbol)
Başlama vuruşu — futbolda oyuna başlama və bəzi hallarda oyunu bərpa etmə üsullarından biridi. Başlama vuruşu səkkizinci futbol qaydasının bir hissəsidir. Başlama vuruşu əsas vaxtın və, müvafiq hallarda, əlavə vaxtın hər hissəsini başlamaq üçün istifadə olunur. Start fitdən öncə atılan qəpik püşkatmasında uduzan komanda ilk başlama vuruşunu həyata keçirir, qəpik püşkatmasında udan komanda oyuna meydanın hansı tərəfindən başlayacağını seçir. Oyun hakim fitini çaldıqdan sonra başlıyır. İkinci hissədə başlama vuruşunu digər komanda edir. Əgər oyun əlavə vaxtlara qədər uzanırsa, onda əlavə vaxtın əvvəlində yenidən qəpik püşatması atılır. Əgər hər hansı bir komanda qol vursa, onda qolu buraxan komanda meydanın mərkəzindən başlama vuruşunu yenidən etməli olur, və oyun təkrarən davam edir. == Üsul == Başlama vuruşu mərkəzi dairədən yerinə yetirilir. Başlama vuruşu edilmədən öncə hər bir futbolçu meydanın öz yarısında olmalıdır və bütün rəqib futbolçular topdan ən azı 9 metr (məsafə mərkəzi dairədən ölçülür) uzaqlıqda qalmalıdılar, əgər hər hansı oyunçu bu məsafəni pozsa, başlama vuruşu təzədən yerinə yetirilməlidir.
Takao Nişiyama
Takao Nişiyama (d. 7 yanvar 1942) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Takiçi Nişiyama
Takiçi Nişiyama (西山太吉, Nişiyama Takiçi, 10 sentyabr 1931, Şimonoseki, Yamaquçi prefekturası – 24 fevral 2023, Kitakyuşu, Fukuoka prefekturası) – Okinava adasının 1972-ci ildə ABŞ tərəfindən Yaponiyaya qaytarılması zamanı tərəflər arasında imzalanmış gizli paktı tapıb yaydığı üçün həbs olunmuş Yaponiya jurnalisti. == Həyatı == Nişiyama 1933-cü ildə Yaponiyanın Yamaquçi prefekturasının Şimoneseki şəhərində doğulmuşdur. "Mainichi Shimbun" qəzetinin siyasi jurnalisti olan Nişiyama ABŞ və Yaponiya arasında imzalanmış gizli paktın varlığını Okinava adasının qaytarılmasından bir il öncə — 1971-ci ildə yazdığı qəzet məqaləsində bildirmişdi. O, dövlətin gizli sənədlərini əldə etmək üçün Xarici İşlər Nazirliyinin qadın işçisina yaxınlaşmış və aralarındakı intim münasibətlərdən istifadə etmişdir. Dövlətin gizli sənədlərini yaymaqla ittiham olunaraq 1972-ci ildə həbs olunmuşdur. Tokio Rayon Məhkəməsi 1974-cü ildə onun günahsız olduğunu bildirsə də, apellyasiya məhkəməsi bu hökmü rədd edərək onun barəsində qəti həbs qərarı çıxarmışdır. Nişiyamanın günahkar olması barədə son qərar 1978-ci ildə ali məhkəmə tərəfindən verilmişdir. Nişiyama qəzetdəki işindən 1974-cü ildə çıxmışdır. Qəzetdən çıxdıqdan sonra Fukuoka prefekturasının Kitakyuşu şəhərində qohumuna məxsus olan meyvə şirkətində işləmişdir. Okinava adasının Yaponiyaya qaytarılması barədə rəsmi sənədlərin 2000-ci illərdə ABŞ-də yayımlanmasından sonra Nişiyama hökumətə qarşı məhkəmə işi başlatmışdır.